Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1434/2020 04.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Abiddin Qabil oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Azad Nizam oğlundan və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Səfərli Xədicə Əlicabbar qızının katibliyi, cavabdehin nümayəndəsi, vəkil Emil Nuriyevin iştirakı ilə iddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə ləğv prosesində olan İddiaçı X1 (bundan sonra – iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) qarşı iddiası təmin edilmiş, cavabdehdən 9550,44 manat əsas borc, 1383,67 manat faiz borcu, müqavilə müddətinin sonrakı tarixə 5%-lə hesablanmış faiz borcu 1087,69 manat olmaqla, cəmi 12021,80 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı adlı hüquqi şəxs artıq mövcud deyil, adı dəyişib. Faiz borcu şişirdilib. İştirakı təmin edilmədiyi üçün borcu mübahisələndirə bilməyib. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi şikayəti müdafiə edərək, həmçinin bildirdi ki, cavabdehin başqa kredit borcları da olduğundan hazırkı kredit məlum Fərmanın təsir dairəsinə düşməyib. Nümayəndə şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında təmsil olunmamış və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış PK-15/017 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Bank borcalana illik 30 faiz dərəcəsi ilə 12 ay müddətinə 10000 manat kredit vermiş, cavabdeh istifadə etdiyi məbləği sazişdə müəyyən olunmuş vaxtda və qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehin xx.xx.2018-ci il tarixə tələb olunan məbləğdə borcu yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442 və 445.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia əsaslıdır və təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə işin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh Bankla aralarında bağlanmış kredit müqaviləsinin həqiqiliyini şübhə altına alan, habelə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Tələb olunan faiz əsas borca mütənasibdir. Bu baxımdan iş üzrə ekspertiza keçirilməsinə zərurət yoxdur. Cavabdehin məhkəmə iclasları barədə məlumatlandırılmadığı barədə apellyasiya şikayətinin dəlili iş materialları ilə təkzib olunur. Belə ki, işdə olan poçt sənədlərindən görünür ki, cavabdehə məhkəmə baxışı barədə bildirişlər onun qeydiyyatda olduğu ünvan üzrə göndərilmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1142/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Abiddin Hüseynov Hakimlər imzalar: Azad İmanov Vahid Sadıqov Əsli ilə düzdür: Hakim Abiddin Hüseynov
Məhkəmə qərarları › İş №2(103)-1434/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1434/2020
04.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver