Məhkəmə qərarları › İş №2(103)-1435/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1435/2022

25.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1435/2022 25.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlu və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(011)-7551/2021 nömrəli qərardadından iddiaçının verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 24.09.2021-ci il tarixli, 2(011)-7551/2021 nömrəli qərardadına əsasən Cavabdeh1 məxsus “Toyota Prius” markalı, ** UN *** qeydiyyat nişanlı avtomobilin üzərinə müvəqqəti təminat tədbiri kimi həbs qoyulmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(011)-7551/2021 nömrəli qərardadına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddia ərizəsi baxılmamış saxlanılmış, həmçinin eyni tarixli digər qərardadla məhkəmənin 24.09.2021-ci il tarixli 2(011)- 7551/2021 nömrəli qərardadı ləğv edilmiş və Cavabdeh1 məxsus “Toyota Prius” markalı, ** UN *** qeydiyyat nişanlı avtomobilin üzərinə müvəqqəti təminat tədbiri olaraq qoyulmuş həbs ləğv edilmişdir. Həmin qərardaddan iddiaçı şikayət verərək onun ləğv edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 13.12.2021-ci il tarixli 2(011)-7551/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2022-ci il tarixli, 2(103)-1435/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddianın baxılmamış saxlanmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(011)-7551/2021 saylı qərardadının ləğv edilməsi, işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən maraqlı şəxslərin ərizəsi ilə məhkəmə müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardad qəbul edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmədə iddia ərizəsi verilənədək, iddia ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 157.5, 157.5.1, 157.5.2-ci maddələrinə görə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizədə müvəqqəti təminat tədbiri tətbiq edilmədən bu Məcəllənin 157.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağın mümkün olmadığı, iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğu əsaslandırılmalıdır. Həmin Məcəllənin 157.6-cı maddəsinə əsasən müvəqqəti təminat tədbirləri bu Məcəllənin 157.2-ci maddəsində göstərilən məqsədlərə mütənasib olmalı və əks tərəfin hüquqlarının lüzumsuz məhdudlaşdırılması ilə nəticələnməməlidir. Həmin Məcəllənin 157.7-ci maddəsinə görə məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Həmin Məcəllənin 158.1, 158.1.1, 158.1.2, 158.1.3-ci maddələrinə əsasən cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq kimi müvəqqəti təminat tədbiri tətbiq edilə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə görə müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Həmin Məcəllənin 162.3-cü maddəsinə əsasən iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25.01.2022-ci il tarixli, 2(103)-1435/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair” iddianın baxılmamış saxlanmasına dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(011)-7551/2021 saylı qərardadının ləğv edilməsi və işin baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alındığından iddiaçının şikayəti təmin olunmalı, Cavabdeh1 məxsus “Toyota Prius” markalı, ** UN *** qeydiyyat nişanlı avtomobilin üzərinə müvəqqəti təminat tədbiri olaraq qoyulmuş həbsin götürülməsi barədə həmin məhkəmənin 12.11.2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 157, 158, 397-398-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı şikayəti təmin olunsun. Cavabdeh1 məxsus “Toyota Prius” markalı, ** UN *** qeydiyyat nişanlı avtomobilin üzərinə müvəqqəti təminat tədbiri olaraq qoyulmuş həbsin ləğv edilməsi barədə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 12.11.2021-ci il tarixli, 2(011)-7551/2021 nömrəli qərardadı ləğv edilsin. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə həvalə olunsun. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar