Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1437/2024 31.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Sadıqov Vahid Nəriman oğlundan və X1 ibarət tərkibdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli, 2(010)-2932/ 2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh3 və qeyrisinə qarşı “evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma” tələbinə dair iddiası təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 may 2018-ci il tarixli qətnaməsindən şikayət verilməsi üçün ötürülmüş müddətin bərpa olunmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5625/23 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli qərardaddan şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət geri qaytarılmış, cavabdeh sonuncu qərardaddan da şikayət vermişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək xx.xx.2023-cü il tarixli qərardad ləğv edilmiş, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına mahiyyəti üzrə baxılaraq, dəyişdirilmədən saxlanılmış, şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ki, evdən istifadə hüququna xitam verilməsi və evdən çıxarılması tələbinə dair iddia ərizəsinə baxılan zaman ona məhkəmə iclasının vaxtı barədə məlumat verilməmiş, iş üzrə qətnamə qəbul edildikdən sonra da məhkəmə qətnaməsi ona təqdim edilməmiş, həmin qətnamənin mövcud olmasından yalnız 19 noyabr 2023-cü il tarixdə qətnaməyə əsasən verilmiş icra sənədi barədə bildirişi təqdim etdikdən sonra məlumatlı olmuşdur. Belə ki, icra məmuru onu 19 noyabr 2023-cü il tarixdə Suraxanı rayon icra şöbəsinə çağırmış və həmin tarixdə də ona tələbin könüllü icrası haqqında bildiriş təqdim etmişdir. Həmin bildirişdən də görünür ki, icra sənədi 31 oktyabr 2023-cü il tarixdə Suraxanı rayon icra şöbəsinə daxil olmuşdur. Bildirişi götürdükdən sonra məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin surətinin ona təqdim edilməsini xahiş etmiş və qətnamə ona 22 noyabr 2023-cü il tarixdə təqdim edilmişdir. Məhz onun məhkəmə iclasında iştirakının təmin edilməməsi və qətnamənin vaxtında ona rəsmi qaydada verilməməsi ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, iş materiallarında olan xx.xx.2018-ci il tarixli tələbin könüllü icrası barədə bildirişdən görünür ki, Cavabdeh3 icraata başlamaq haqqında qərar və bildirişin surətini xx.xx.2018-ci il tarixdə qəbul etmiş, yəni artıq həmin tarixdə iş üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən xəbərdar olmuşdur. Bundan başqa, məhkəmə prosesləri barədə bildirişlər və məhkəmə aktı Cavabdeh3 yaşadığı ünvan 1 ünvanına göndərilmişdir. Cavabdeh apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş müddətin üzrlü səbəbdən ötürülməsi barədə hər hansı ağlabatan və inandırıcı dəlillərə istinad etməmiş, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Halbuki, qanunla nəzərdə tutulmuş prosessual müddəti ötürmüş tərəf, həmin müddəti hansı səbəbdən ötürdüyünü qeyd etməli, həmin üzrlü səbəbə görə apellyasiya şikayəti vermək imkanının olmadığını, bu müddəti özündən asılı olmayan və obyektiv səbəbdən buraxmasını sübut etməlidir. Əks yanaşma ötürülmüş istənilən müddətin subyektiv mülahizələr əsasında bərpa olunmasına və bununla digər tərəflərin prosessual hüquqlarının pozulmasına gətirib çıxarar, həmçinin hüquqi müəyyənlik və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyi prinsipləri ilə ziddiyyət təşkil etmiş olardı. Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarına və sadalanan hüquq normalarına əsaslanaraq ərizəni təmin etməməkdə haqlı olmuşdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-1437/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1437/2024
31.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver