Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14373/2019 18.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Aida Əli qızı Hüseynin sədrliyi və məruzəsi ilə, Etibar Qəzənfər oğlu Nəbiyev və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı və vəkili X1iştirakı ilə, İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxx” MMC-yə və “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh qarşı “pul tələbi”nə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(004)-753/2019 saylı qətnaməsindən cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər “xxxxxxxxxxxxxxxxx” MMC və “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-753/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh dəymiş maddi ziyana görə 37714 manat, mənəvi ziyana görə 500 manat və ödənilmiş dövlət rüsumunun 18,30 manat hissəsi olmaqla, cəmi 38232,30 (otuz səkkiz min iki yüz otuz iki manat otuz qəpik) manat pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 61 (altmış bir) manatının cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh, 39 (otuz doqquz) manatının İddiaçı tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin direktoru Cavabdeh apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmuş hissəsində ləğv olunaraq iddia ərizəsinin tam rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, icraçı “xxxxxxxxxxxxxxxxx” MMC ile sifarişçi İddiaçı arasında 23 saylı, xx xxxx 2018-cl İİ tarixli “Xidmətlərin göstərilməsi haqqında” Müqavilə bağlanmışdır. Müqavilənin məzmununa görə sifarişçi təmir və dizayn xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqını ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir və dizayn xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Yenə həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə xidmətlərin son icra müddəti xx xxxxxxx 2018-ci il tarixinə müəyyən edilmiş və 6.7-ci bəndinə əsasən görüləcək işlərin dəyəri mənzilin hər kv.m. üçün 420 manat olmaqla 86.100,00 (səksən altı min bir) manat müəyyən edilmişdir. Müqaviləni cəmiyyətin adından direktor Cavabdeh bağlamışdır. xx xxxx 2018-ci və xx xxxxxx 2018-ci il tarixli qəbzlərə əsasən sifarişçi İddiaçı “xxxxxxxxxxxxxxxxx” MMC-yə 23 saylı, xx xxxx 2018-ci il tarixli, “Xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə 25.830,00 manat (iyirmi beş min səkkiz yüz otuz) manat və 25.800,00 (iyirmi beş min səkkiz yüz) manat olmaqla, cəmi 51.630,00 (əlli bir min altı yüz otuz) manat məbləğində pul ödəmişdir. Buna uyğun olaraq, “xxxxxxxxxxxxxxxxx” MMC-yə Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsində yerləşən 16 saylı evi, 58 nömrəli mənzilində təmir işləri aparmışdır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxx” MMC ilə sifarişçi İddiaçı arasında 23 saylı, xx xxxx 2018-ci il tarixli “Xidmətlərin göstərilməsi haqqında” Müqavilədən görünür ki, tərəflər aralarında yarana biləcək bütün mübahisələri danışıqlar yolu ilə həll etməyi razılaşmalarına baxmayaraq iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət və həmin faktı təsdiq edən sənədi iş materiallarına əlavə etmədən birbaşa məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi bu halı nəzərə almadan mülki prosessual qanunvericiliklə müəyyən edilmiş mülki mübahisələrin baxılması qaydasını tənzim edən normanı pozaraq işə baxaraq mahiyyəti üzrə qarar qəbul etmişdir. İddiaçı Cavabdeh ilə fiziki şəxs olaraq hər hansı müqavilə bağlamamış, İddiaçı “Xidmətlərin göstərilməsi haqqında” Müqaviləni “xxxxxxxxxxxxxxxxx” MMC ilə bağlamış, həmin müqaviləni isə cəmiyyətin qanuni təmsilçisi Cavabdeh bağlamışdır. Bu səbəbdən məhkəmə tərəfindən qətnamənin nəticəvi hissədə aydın olmur ki, tutulmuş pul hüquqi şəxs “xxxxxxxxxxxxxxxxx” MMC-dən yoxsa İddiaçı tutulmuşdur. Həmçinin, iş üzrə hüquq münasibəti üzrə müqavilə ilə qarşılıqlı öhdəliklər “xxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı arasında götürülmüşdür. Digər tərəfdən, əslində müqavilə ilə İddiaçı üzərinə düşən öhdəliyi icra etməməsi səbəbindən mənzil üzrə nəzərdə tutulmuş öhdəliklər tam vaxtında icra oluna bilməmişdir. Həmin müqavilə üzrə İddiaçı mənzilin təmir edilməsi üçün müqavilə üzrə qismən ödəniş etmişdir. Həmçinin, ekspert tərəfindən nəzərdə tutulan xidmət haqqının məbləğini müəyyən etmək, müqavilə azadlığı prinsipinə ziddir. Tərəflər müqavilə üzrə öz xidmətlərini azad surətdə formalaşdırırlar. Apelyasiya baxışı zamanı İddiaçı və vəkili X2 apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 146 və 376.2-ci maddələrini rəhbər tutaraq cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, аpеlyаsiyа şikаyətinin dəlillərini və iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apelyasiya şikayəti qismən təmin edilməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya baxışının hədlərini qətnamənin iddianın təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. İş materiallarında olan və birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, icraçı “xxxxxxxxxxxxxxxxx” MMC ilə sifarişçi İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 23 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən sifarişçi təmir və dizayn xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir və dizayn xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.4-cü bəndinə görə müqavilə üzrə xidmətlərin icra müddəti xx.xx.2018-ci il tarixi, 6.7-ci bəndinə görə görüləcək işlərin dəyəri mənzilin hər kv.m. üçün 420 manat olmaqla 86100 manat müəyyən edilmişdir. xx.xx.2018-ci və xx.xx.2018-ci il tarixli qəbzlərə əsasən İddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh xx.xx.2018-ci il tarixli, 23 saylı “Xidmətlərin göstərilməsi haqqında” müqavilə üzrə 25830 manat və 25800 manat olmaqla, cəmi 51630 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli, 2346 saylı mühəndis-texniki ekspertizasının rəyinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsində yerləşən 16 saylı evin 58 saylı mənzilində müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin, o cümlədən suvaq, elektrik, santexnik, “alçıpan”, “Kombi” istilik sistemi və s. işlərin yerinə yetirildiyi və yerinə yetirilmiş bu işlərin ümumi təqribi dəyərinin, mövcud bazar qiymətlərinə uyğun olaraq 13916,0 manat (xidmət haqqı, tikinti materialları, nəqdliyyat xərcləri və s. nəzərə alınmaqla) məbləğində olduğu müəyyən edilmişdir. Mənzil üzrə yerinə yetirilmiş tikinti-təmir və quraşdırma işlərinin ayrıayrılıqda növləri, həcmi, miqdan, dəyəri, eləcə də, bu işlərin xidmət haqqı (usta pulu) rəyin tədqiqat hissəsində tərtib edilmiş smetada ətraflı qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1 390.1, 425.1, 752.1, 759.2, 762.1, 765, 777.4 779.1-ci maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, İddiaçı ilə cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, İmran Qasımov küçəsində yerləşən 16 saylı evin 58 nömrəli mənzilində təmir işlərinin aparılması barədə müqavilənin bağlanması, həmin razılığa görə işlərin cəmi dəyərinin 86100 manat məbləğində müəyyən olunması, iddiaçı tərəfindən “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh 51630 manat pul ödənilməsi, lakin icraçı olan cavabdeh tərəfindən təmir işlərinin müqavilədə göstərilmiş müddətdə başa çatdırılmaması, bununla da, müqavilənin şərtlərini pozması təsdiq olunduğundan, iş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 2346 saylı rəyi ilə həmin mənzildə təmir işlərinə 13916 manat sərf olunması müəyyən edildiyindən iddia tələbi qismən təmin edilərək, cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh təmir işlərinə görə ödənilmiş 37714 manat (51630-13916=37714) məbləğində pul vəsaiti alınaraq iddiaçıya verilməlidir. Bundan başqa birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli xx xxxxxx 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeləri nəzərə alaraq belə qənaətə gəlmişdir ki, iddia ərizəsi mənəvi zərərin ödənilməsi hissəsində də qismən təmin olunmalı, cavabdehdən ağlabatan həddə 500 manat məbləğində mənəvi zərər tutulmalıdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə düzgün nəticəyə gəlsə də, dəymiş maddi və mənəvi ziyanın əvəzini cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh tutmaqda haqlı olmamışdır. Belə ki, İddiaçı “Xidmətlərin göstərilməsi haqqında” Müqaviləni icraçı qismində “xxxxxxxxxxxxxxxxx” MMC ilə bağlamış, müqavilə üzrə xidmətlərin göstərilməsini də məhz Cəmiyyət öhdəlik götürmüşdür. Həmin müqaviləni isə cəmiyyətin adından qanuni təmsilçisi Cavabdeh imzalamışdır. Ona görə də, müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə dəymiş ziyan“xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh deyil, “xxxxxxxxxxxxxxxxx” MMC-dən tutulmalıdır. Həmçinin məhkəmə xərclərinə görə 18,30 manat hissəsi olmaqla cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-dən alınaraq İddiaçı ödənilməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 61 (altmış bir) manatının cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-dən, 39 (otuz doqquz) manatı isə İddiaçı tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-753/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-nin qanuni təmsilçisi Cavabdeh aid hissədə ləğv edilməli, həmin hissədə iddia təmin edilməməli, dəymiş maddi ziyana görə 37714 manat, mənəvi ziyana 500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 18,360 manat сavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-753/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-dən dəymiş maddi ziyana görə 37714 manat, mənəvi ziyana görə 500 manat və ödənilmiş dövlət rüsumunun 18,30 manat hissəsi olmaqla, cəmi 38232,30 (otuz səkkiz min iki yüz otuz iki manat otuz qəpik) manat pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Cavabdeh “xxxxxxxxxxxxxxxxx” MMC-dən iş üzrə keçirilmiş ekspertiza tədqiqatı dəyərinin 61 (altmış bir) manatı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatı dəyərinin 39 (otuz doqquz) manatı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Hakim: Aida Hüseyn
Məhkəmə qərarları › İş №2(103)-14373/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14373/2019
18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver