Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-144/2022 11.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh "xxxx" MMC-yə Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin cavabdehlər İddiaçı1 və qeyrilərinə qarşı iş üzrə (Açar sözlər: “avtomobillərin yuma məntəqəsinin sökülməsi, borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi, İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İlkin iddia üzrə Cavabdeh "xxxx" MMC-nin vəkili Vəkil, Maraqlı şəxs X11 nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbinə dair” ilk və "xxxx" MMC-nin cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddiaçı20, İddiaçı21 və İddiaçı14 qarşı “borcun tutulması barədə” qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)-236/2018 saylı qətnaməsindən "xxxx" MMC və maraqlı şəxs X15 tərəfindən verilmiş apellyasiya şikayətlərinə 11 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MH № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 554-də istifadədə olan, 0.20256 ha torpaq sahəsində yerləşən 26 nömrəli, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 67 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 54 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı1 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində 328 nömrəli reyestr kitabının 30799 nömrəli vərəqində xx.xx.2007-ci ildə qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya MA № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin, 160 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı3 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində 1564 nömrəli reyestr kitabının 142947 nömrəli vərəqində xx.xx.2012-ci ildə qeydiyyata alınmışdır.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömröli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin, 50 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı4 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində 653 nömrəli reyestr kitabının 59892 nömrəli vərəqində xx.xx.2016- cı ildə qeydiyyata alınmışdır.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin, 36 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı20 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində 57 nömrəli reyestr kitabının 5153 nömrəli vərəqində xx.xx.2016-cı ildə qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM № 213525 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin, 154 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı21 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM № 209347 nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin, 175 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı7 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2004-cü ildə qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya ÖM № ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 26 nömrəli evin, 5 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı8 məxsusdur və daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2005-ci ildə qeydiyyata alınmışdır.
8. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X16 Departamentinin İddiaçı1 ünvanlandığı cavab məktubundan görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X13 və Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin əməkdaşları tərəfindən baxılmış, araşdırma zamanı Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 saylı binanın məhəllədaxili ərazisində fəaliyyət göstərən avtoyuma məntəqəsində ölçmə işləri aparılmış və səs-küy səviyyəsinin normadan çox olduğu müəyyən edilmişdir.
9. xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyinin cavab məktubundan görünür ki, araşdırma zamanı binanın həyətində fəaliyyət göstərən avtoyuma məntəqəsi tikintisinə dair heç bir icazəverici sənəd təqdim edilməmişdir. "xxxx" MMC tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binası Bakı şəhər İcra Hakimiyyəti başçısının 30 dekabr 2003-cü il tarixli, 549 saylı Sərəncamına əsasən Dövlət Qəbul Komissiyası tərəfindən istismara qəbul edildiyindən, məhkəməyə müraciət etmək hüquqları Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 26 nömrəli binada yaşayan ərizəçilərə izah edilmişdir.
10. İş materiallarında olan xx.xx.2018-ci il tarixdə qeydə alınmış ********** saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 32.6 kv.m olan qeyriyaşayış binası X11 mülkiyyətindədir.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X3 Dövlət Qeydiyyatı haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, "xxxx" MMMC xx.xx.2017-ci il tarixdə 1117-MM4-0046 nömrə ilə qeydə alınmışdır. Hüquqi ünvanı ünvan 2 təmsilçisi - İddiaçı1dur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dayandırılması və zirzəmiyə giriş qapısının açılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz fəaliyyət göstərən "xxxx" MMC-nin göstərilən ünvanda fəaliyyətinə xitam verilməsi, avtomobillərin yuma məntəqəsinin fəaliyyətinin dərhal dayandırılması və sökülməsi, 2-ci blokun zirzəmiyə giriş qapısının dərhal açılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
13. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 26 saylı binaya uzun müddətdir ki, "xxxx" MMC xidmət göstərib. İllər boyu dəfələrlə sakinlərin razılığı olmadan kommunal xidmətlərin məbləği qaldırılıb. Sonuncu dəfə 03 dekabr 2016-cı il tarixdə sakinlərin razılığı olmadan yenə də qiymət qaldırılmışdır, sakinlər qiymətə narazılıq ərizəsi ilə şirkətə müraciət etmişlər, lakin şirkətin nümayəndəsi bildirmişdir ki, kim bu binada yaşaya bilmir, köçsün getsin binadan. Bütün bunlardan sonra sakinlər 17 yanvar 2017-ci il tarixdə yığıncaq keçirib Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması barədə qərar qəbul etmiş və 01 may 17-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 554-ci məhəllə, bina 26 üzrə “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeyri Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş və 1117-MM4-0046 saylı çıxarış, şəhadətnamə verilmişdir. Bu sənədlər əsasında binanı idarə etmək səlahiyyətləri sakinlərə verilmişdir. İdarəçiliyin sakinlərə verilməsinə baxmayaraq "xxxx" MMC tərəfindən idarəçiliyə maneələr törədilir, uzun müddət binaya sədrlik edən şirkətin səlahiyyətli nümayəndəsi olan X1 Rayon Məhkəməsində yaratdığı Cəmiyyətə (YASAMAL 11 MMMC) qarşı yalan iddia qaldıraraq Cəmiyyətin fəaliyyətini ləğv etməyə hər yolla idarəçiliyi əlində saxlamağa çalışmış, lakin Yasamal rayon Məhkəməsi onun yalan iddiasını təmin etməmişdir. Sakinləri suyun, işığın kəsilməsi ilə hədələyir, hətta dəfələrlə elektriki və liftləri dayandıraraq sakinlərdən pul tələb etmişdir. Bu məsələ ilə əlaqədar dəfələrlə 102 və 112 xidmət mərkəzlərinə, Yasamal rayon polisinə müraciət olunub. Binanın həyətində artıq 12-13 ildir ki, blokdan 3-4 metr aralıda avtomobillərin yuma məntəqəsi (moyka kimi tanınan obyekt) fəaliyyət göstərir. Həmin tikili "xxxx" MMC tərəfindən qeyri-qanuni tikilib. Belə ki, avtomobilləri yuyarkən orada gündəlik istifadə edilən suyun, tozsoranın səsi yaşamağı dözülməz hala gətirib çıxarmışdır. Hətta avtomobilləri yuyarkən istifadə olunan kimyəvi tozların havaya səpələnməsindən pəncərələri aça bilmirlər, əsasən yay aylarında bu lap dözülməz olur. Dəfələrlə şirkətin rəsmisi olan Novruz Muradova bu məntəqənin həyətdən uzaqlaşdırılması barədə müraciət etmişlər, lakin o, bu müraciətə əhəmiyyət vermir və onun tərəfindən heç bir tədbir görülmür. Məcbur qalıb Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişlər. FHM və Ekologiya Nazirliyindən gəlib çəkiliş etmiş, akt tərtib olunmuşdur. Ekologiya Nazirliyinin aktına əsasən səsin yüksək olması müəyyən edilmişdir. FHN tərəfindən müəyyən edilmişdir ki, yuma məntəqəsi qeyri-qanuni tikilidir, heç bir sənədi yoxdur.
14. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda qanunsuz idarəetmə fəaliyyətinə xitam verilməsi və həmin ünvanda yerləşən qanunsuz tikilən avtomobillərin yuma məntəqəsinin sökülməsi 2-ci blokun zirzəmiyə giriş qapısının təxliyyə yolu kimi fəaliyyət göstərməsi üçün dərhal açılması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, sonradan yenə iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, "xxxx" MMC-nin Zahid Xəlilov küçəsi 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
15. Eyni zamanda cavabdeh "xxxx" MMC cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, İddiaçı8, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, X9, İddiaçı20, İddiaçı21 və İddiaçı14 qarşı kommunal xərclərin ödənilməsi və müqavilə bağlanması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı1-1290 manat; İddiaçı2-336 manat; İddiaçı8-1215 manat; İddiaçı13-567 manat; İddiaçı7-414 manat; İddiaçı4-460 manat; İddiaçı14- 900 manat; İddiaçı16696 manat borcun tutularaq "xxxx" MMC-yə ödənilməsi, adı çəkilən mənzil mülkiyyətçilərinin üzərinə istifadə etdikləri kommunal xidmətlərə, o cümlədən istilik təchizatına görə "xxxx" MMC ilə müqavilə bağlanması öhdəliyinin qoyulmasına, "xxxx" MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı3-3156 manat; İddiaçı12-1070 manat; İddiaçı5-360 manat, İddiaçı10-507 manat; İddiaçı11-395 manat; İddiaçı15 Qəmbər oğlundan-696 manat; İddiaçı19-594 manat, İddiaçı17-424 manat; İddiaçı18-265 manat; İddiaçı20 Xaliq oğlundan-691 manat, İddiaçı21 Abdulrəhman qızından-432 manat; 154 saylı mənzil üzrə kommunal 216 manat və 157 saylı mənzil üzrə 216 manat borcun tutularaq "xxxx" MMC-nə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, X4, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı19, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 "xxxx" MMC Yasamal rayonu, Zahid Xəlilov küçəsində inşa etdirdiyi və idarəedicisi olduğu 26 saylı çoxmənzilli yaşayış binasında mənzil sahibləridir. Cavabdehlər əvvəllər mənzildən istifadə ilə bağlı kommunal xidmətlər və istilik sistemindən istifadəyə görə xidmət haqqını ödəsələr də, lakin, sonradan həmin şəxslər ödənişi etməkdən yayınmışlar. Nəticədə cavabdehlərin göstərilən məbləğlərdə borcu yaranmışdır. Tərəflər arasında tərəflərin hüquq və vəzifələrini, öhdəliklərini şərtləndirən müqavilələr (İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı12, İddiaçı7, İddiaçı13, İddiaçı16 istisna olmaqla) mövcuddur. Həmin müqavilələrin İ maddəsində göstərilir ki, “Bu müqaviləyə görə İcraçı Sifarişçi üçün bu müqavilənin İİ maddəsində göstərilən xidmətləri yerinə yetirməyi, Sifarişçi isə bunun müqabilində bu müqavilə ilə razılaşdırılmış haqqı İcraçıya ödəməyi öhdəsinə götürür”. Həmin müqavilələrin İİİ maddəsində göstərilir ki, Sifarişçi İcraçıya bu müqavilənin İİ maddəsində göstərilən öhdəliklərin icra olunması müqabilində bu müqavilənin İV maddəsində göstərilən həcmdə və qaydada haqq ödəməyi üzərinə götürür. Nəzərə alınsa ki, cavabdeh bu fəaliyyətindən heç bir qazanc əldə etmir, yəni təbii qazin, elektrik enerjisinin alqı-satqısını həyata keçirmir, əksinə qazanxananın daima işlək vəziyyətdə saxlanması, təmiri, sıradan çıxan avadanlıqların yenilənməsi, işçilərə ödənilən haqların vaxtlı-vaxtında verilməsi əhəmiyyətli ödəniş tələb edir. Bu isə bilavasitə bina sakinlərinin özləri ilə, o cümlədən cavabdehlərlə razılaşdırılmış müqavilələr əsasında elə onlar tərəfindən ödənilmiş vəsait əsasında tənzimlənir. Müqavilənin V maddəsinin şərtinə görə isə tərəflər müqavilənin şərtlərini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu müqavilənin İV maddəsində göstərilən müddətdə Sifarişçi öz öhdəliyini yerinə yetirməzsə, o hər bir gecikmiş gün üçün ödəniləcək məbləğin 25% həcmində haqq ödəyir və İcraçı Sifarişçinin kommunal xəttlərdən istifadəsini qismən və ya tam şəkildə məhdudlaşdırmaq hüququna malik olur. Borcların ödənilməsi ilə bağlı cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borclarının ödənişini bu günədək təmin etməmişlər. Digər tərəfdən xidmət müqaviləsinin bağlanılması ilə əlaqədar İddiaçı1, İddiaçı2, İddiaçı8, İddiaçı12, İddiaçı7, İddiaçı13, İddiaçı16 müraciət olunmasına baxmayaraq, həmin cavabdehlər bütün xidmətlərdən istifadə etsələr də, müqavilə bağlamaqdan və ya yeni müqavilə bağlamaqdan yayınmışlar.
17. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsinə dəqiqləşmə təqdim edərək, "xxxx" MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı1-1485 manat; İddiaçı2-896 manat; İddiaçı81600 manat; İddiaçı13-1082 manat; İddiaçı7-939 manat; İddiaçı4-780 manat; İddiaçı14-1700 manat; İddiaçı16-1416 manat, İddiaçı3-3726 manat; İddiaçı12-1950 manat; X2-1007 manat, İddiaçı10-1047 manat; İddiaçı11-1083 manat; İddiaçı15 Qəmbər oğlundan-1416 manat; İddiaçı19-1154 manat, İddiaçı17-954 manat; İddiaçı18-795 manat; İddiaçı20 Xaliq oğlundan - 1251 manat, İddiaçı21 Abdulrəhman qızından-1512 manat borcun tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Sonuncu dəfə qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC iddia ərizəsinə dəqiqləşmə verərək, "xxxx" MMC tərəfindən göstərilən xidmətlərə və istilik sistemindən istifadəyə görə yaranmış borclar üzrə: İddiaçı1-2199 manat; İddiaçı2-883 manat; İddiaçı8-1600 manat; İddiaçı13-1082 manat; İddiaçı7-939 manat; İddiaçı4-780 manat; İddiaçı14-1700 manat; İddiaçı16-1416 manat, İddiaçı3-3726 manat; İddiaçı12-1950 manat; X2-1007 manat, İddiaçı10-1047 manat; İddiaçı11-1083 manat; İddiaçı15 Qəmbər oğlu-1416 manat; İddiaçı19-1154 manat, İddiaçı17-954 manat; İddiaçı18-795 manat; İddiaçı20 Xaliq oğlundan-1251 manat, İddiaçı21 Abdulrəhman qızı-1512 manat borcun tutularaq tutularaq "xxxx" MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)- 236/2018 saylı qətnaməsi ilə ilkin iddia təmin edilərək, "xxxx" MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin hesabına sökülməsi qət edilmişdir.
20. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 aprel 2019-cu il tarixli, 2(005)- 32/2019 saylı əlavə qətnaməsi ilə qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Qətnamədən həmçinin maraqlarına toxunan şəxs X15 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və ilkin iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 554-cü məhəllədə bina kompleksinin həyətində qanunsuz inşa olunduğu iddia edilən avtomyuma məntəqəsinin mülkiyyətçisi və ya onu inşa edənin həqiqətən "xxxx" olub-olmaması məhkəmə tərəfindən kifayət qədər aydınlaşdırılmamışdır. Əgər aydınlaşdırılsa idi, həmin mətəqənin ilkin cavabdehlə hər hansı əlaqəsinin olmadığı məlum olacaqdı. Məhkəmə iş üzrə hər hansı yerində baxış keçirməmiş və iş üzrə tikilinin ilkin iddiaçılara maneə yaratması və maneənin həcminin və tikilinin sökülməsinin zərurilininin müəyyən edilməsi məqsədi ilə hər hansı ekspertiza keçirilməmişdir. Eyni zamanda məhkəmənin istinad etdiyi sübutlardan biri də ETS Nazirliyi ƏTMMD-nin məktubu olmuşdur ki, həmin məktubda səs-küy səviyyəsinin normadan çox olması göstərilmişdir. Lakin məhkəməyə təqdim etdikləri, binanın digər sakinlərindən birinə eyni qurum tərəfindən verilmiş arayışda isə qeyd edilmişdir ki, mübahisəli obyektin işi ilə bağlı səs-küy norma çərçivəsindədir.
24. Maraqlarına toxunan şəxs X15 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, qanunsuz inşa edildiyi iddia edilən avtoyuma məntəqəsinin mülkiyyətçisidir. Mülkiyyət hüququ xx.xx.2018-ci il tarixli RX ******* seriyalı ********** nömrəli çıxarış ilə təsdiq edilmişdir. Avtoyuma məntəqəsinin tikintisi xx.xx.2004-cü il tarixli qeyri-yaşayış fonduna daxil olan özəl obyektlərin Texniki pasportunda nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən bu hallar araşdırılmadan avtoyuma məntəqəsinin mülkiyyətçisini "xxxx" MMC hesab edərək, həmin obyekti sökmək vəzifəsini MMC-nin üzərinə qoymuşdur.
25. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərardadı ilə İddiaçı19 iddiadan imtinası qəbul edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli, 2(005)-236/2018 saylı qətnaməsi qismən – İddiaçı19 aid hissədə ləğv edilməsi, həmin hissədə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-10733/2019 saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-236/2019 saylı iş üzrə 28 avqust 2019-cu il tarixli qətnaməsi iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı20 və İddiaçı21 cavabdeh "xxxx" MMC-yə qarşı “avtomobillərin yuma məntəqəsinin sökülməsi tələbinə dair” hissədə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-32/2019 saylı iş üzrə 14 aprel 2019-cu il tarixli əlavə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3714/2020 saylı qərarı ilə cavabdeh "xxxx" MMC və maraqlı şəxs X15 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2019-cu il tarixli, 2(103)- 10733/2019 nömrəli qətnaməsi qismən – ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə iş yeni baxışa göndərilmiş, qətnamə "xxxx" MMCnin qarşılıqlı iddiasının təmin edilməməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
29. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdehin vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
30. Məhkəmə iclasında iştirak edən maraqlarına toxunan şəxsin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
31. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçılar apellyasiya şikayətlərini qəbul etməyərək, təmin edilməməsini xahiş etdilər.
32. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, ilkin iddia üzrə digər iddiaçılar iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3714/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilmiş və həmin hissədə işi yeni baxışa göndərilmişdir.
39. Kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının həddi olan ilkin iddianın təmin edilməsinə dair hissədə yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və ilk iddia tələbi təmin olunmamalıdır.
41. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
42. İşin halları ilə müəyyən olunur ki, işə birinci instansiya məhkəməsində baxılarkən və qətnamə qəbul edilərkən mübahisəli avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsi maraqlı şəxs Yaşar Əliyevin mülkiyyətində olmamışdır. Həmin sahəyə sonuncunun mülkiyyət hüququ qətnamə çıxarıldıqdan 2 ay sonra xx.xx.2018-ci ildə qeydə alınmışdır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3714/2020 saylı qərarından görünür ki, məhkəmə kollegiyasının qənaətinə görə, işə birinci instansiya məhkəməsində baxılarkən və qətnamə qəbul edilərkən (xx.xx.2018-ci il) avtoyuma məntəqəsinin Y.Əliyevin mülkiyyətində olmaması və həmin məntəqəyə sonuncunun mülkiyyət hüquqlarının qətnamədən 2 ay sonra (xx.xx.2018-ci il) qeydə alınması apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim edilmiş sübutlar əsasında mahiyyəti üzrə baxmasına, həmin çıxarışa münasibətdə apelyasiya şikayətinin dəlillərinə mülkiyyət hüquqları baxımından hüquqi qiymət verilməsinə maneə olmamışdır. Kollegiya hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1 və 180.4-cü maddələrində özbaşına tikintinin anlayışı verilməklə hansı hallarda və kimin müraciəti əsasında məhkəmənin qərarı əsasında sökülə bilməsi aydın göstərilmişdir. Belə olan halda, Y.Əliyev mübahisəli avtoyuma məntəqəsinin mülkiyyətçisi olmasına dair iş materiallarında olan müvafiq çıxarış olduğu halda, apellyasiya instansiyası məhkəməsinin "xxxx" MMC-nin Zahid Xəlilov küçəsində yerləşən 26 saylı ünvanda yerləşən avtomobillərin yuma məntəqəsi kimi fəaliyyət göstərən qanunsuz tikilinin ilkin iddia üzrə cavabdeh "xxxx" MMC-nin hesabına sökülməsinə dair nəticəsi işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan məqamlar yaratmışdır. Halbuki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun İ.Ağayevin şikayəti üzrə 22 yanvar 2013-cü il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmələr səlahiyyətləri çərçivəsində qanuna uyğun, dəqiq, hər hansı üstünlüyə, ayrı-seçkiliyə və ya qərəzliliyə yol vermədən, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əməl etməklə, işlərə hərtərəfli baxaraq hər kəsin ədalətli məhkəmə araşdırılması hüququnu təmin etməlidirlər.
45. Azərbaycan Respublikası MPM-nin 387.2-ci və 387.2.4-cü maddələrinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir.
46. Məhkəmə kollegiyası, mübahisəli avtoyuma məntəqəsi kimi fəaliyyət göstərən qeyri yaşayış sahəsinin maraqlı şəxs Yaşar Əliyevin mülkiyyətində olduğunu nəzərə alaraq hesab edir ki, hazırkı mülki mübahisə üzrə ilkin iddia tələbi buna cavab verməli olmayan cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilə bilməz.
47. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, ilkin iddia üzrə iddiaçıların üzvü olduğu “Yasamal-11” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyət tərəfindən ünvan 3 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X11 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 05 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə X15 arasında olan alqı-satqı müqaviləsinin və xx.xx.2019-cu il tarixli ünvan 3 ünvanla ünvan 5air verilmiş çıxarışın ləğv edilməsi inzibati məhkəmədə mübahisələndirilmişdir. Bakı-İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli qərardadı ilə həmin iddia tələbi “ünvan 3 ünvanla Bakı şəhəri, Zahid Xəlilov küçəsi, bina 26) ünvanında X11 adına rəsmiləşdirilmiş xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışın və çıxarışdan irəli gələn nəticələrin, o cümlədən 05 aprel 2019-cu il tarixdə "xxxx" MMC ilə X15 arasında olan alqı-satqı müqaviləsinin ləğv edilməsi” hissəsində mümkün sayılmamışdır. Həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2-1(112)-139/2021 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi 78B ünvanında yerləşən qeyri-yaşayış binasına X11 xüsusi mülkiyyət hüququ ilə əlaqədar daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə (qeydiyyat nömrəsi **********) aparılmış qeydiyyatın (həmin qeyri-yaşayış binasına X11 adına xx.xx.2019-cu il tarixdə verilmiş çıxarış) ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-209/2022 saylı qərardadı ilə Bakı-İnzibati Məhkəməsinin 07 may 2021-ci il tarixli, 2-1(112)-139/2021 saylı qərarı ləğv edilmiş, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(102)-1247/2022 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-1(103)-209/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
48. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab dir ki, apellyasiya şikayətləri qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi hazırkı apellyasiya baxışının həddi olan - ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmalı, ilkin iddia tələbi təmin edilməməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İlkin iddia üzrə cavabdeh "xxxx" MMC və maraqlı şəxs X11 apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tarixli 2(005)- 236/2018 saylı qətnaməsi apellyasiya baxışının həddi olan - ilkin iddia tələbinin təmin edilməsinə dair hissədə ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.