Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1446/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “İddiaçı” İB tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “İddiaçı” İstehsalat Birliyi cavabdeh X2 qarşı «dəymiş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Əyyubov, iş № 2(004)-3695/20) iddia tələbi qismən təmin edilərək Cavabdeh 208,80 (iki yüz səkkiz manat 80 qəpik) manat məbləğində zərər və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutlaraq, "İddiaçı" İstehsalat Birliyinin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. İşin halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1 (bir) m3 üçün 0,10 manat məbləğində müəyyən edilməklə ”İddiaçı” İstehsalat Birliyi ilə X3 arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixdə, AKX-0034271/10- 2018 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2018-ci il tarixli ******* il tarixli akta əsasən, istehlakçı X2 məxsus mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2016-cı il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 12528 m3 müəyyən edilmişdir. xx xxxxxxxx 2019-cu il tarixli X1 adına olan saldodan görünür ki, (Abonent kodu **********25710) ona məxsus ünvan 1 mənzil 5710 ünvanında qazdan istifadəyə görə xx.xx.2018-ci il tarixli ******* il tarixli akta əsasən hesablanmış zərər və qəbul edilmiş qərara uyğun ziyan (2505.60) manat abonentin ödəniş hesabına köçürülmüşdür və 2020-ci ilin iyul ayına qədər abonentin 2184.10 manat qalıq borcu olmuşdur. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdehdən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2199,78 manat məbləğində dəymiş ziyanın və 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə isə 2229,78 manat pulun məcburi qaydada tutularaq "İddiaçı" İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan ”İddiaçı” İstehsalat Birliyi ilə X3 arasında Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2018-ci il tarixdə, AKX-00342xx/xx-2018 saylı müqavilə imzalanmışdır. Müqaviləyə əsasən paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının götəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* il tarixli akta əsasən, istehlakçı X2 məxsus mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan sayğacdan kənar istifadə etdiyi aşkar olunmuşdur. xx.xx.2016-cı il tarixdə “İddiaçı” İstehsalat Birliyi tərəfindən qərar qəbul edilərək, itirilmiş qazın sərfiyyatı 12528 m3 müəyyən edilmişdir. İş materiallarında olan xx xxxxxxxx 2019-cu il tarixli X1 adına olan saldodan görünür ki, (Abonent kodu **********25710) ona məxsus ünvan 1 mənzil 5710 ünvanında qazdan istifadəyə görə xx.xx.2018-ci il tarixli ******* il tarixli akta əsasən hesablanmış zərər və qəbul edilmiş qərara uyğun ziyan (2505.60) manat abonentin ödəniş hesabına köçürülmüşdür və 2020-ci ilin iyul ayına qədər abonentin 2184.10 manat qalıq borcu olmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı “İddiaçı" İB apellyasiya şikayəti verərək Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin yaşadığı ünvanda abonentin iştirakı ilə qeyri-qanuni qoşulmalara dair aktlar tərtib edilərək təbii qazın verilməsi dayandırılmış, bu səbəbdən də itirilmiş qazın dəyərinə görə 2184,10 manat hesablanaraq abonentdən tələb edilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Göründüyü kimi, qətnamə iddianın təmin edilən, yəni 208,80 manatın tutulması hissəsində cavabdeh tərəfindən mübahisələndirilməmiş, yalnız iddianın rədd olunan hissəsindən apellyasiya şikayəti verilmişdir. İddianın rədd olunan hissəsi isə 1975,2 manat tələbinə dair hissədir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız iddiaçı tərəfindən mübahisələndirilən hissədə, yəni iddianın təmin olunmayan 1975,2 manat hissəsində yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli, 80 saylı Qərarının 3.4.1-ci bəndi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının xx xxxxxx 2016-cı il tarixli, 19 nömrəli qərar və sair ilə əsaslandıraraq qeyd etmişdir ki, “İddiaçı” İstehsalat Birliyi tərəfindən xx.xx.2016-cı il tarixdə qərar qəbul edilərkən, nəyə görə hesabat müddətinin 180 gün götürülməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Ona görə də məhkəmə hesab etmişdir ki, dəymiş zərər hesabat müddəti 30 gün götürülərək hesablanmaqla, müəyyən edilmiş ziyan məbləğinin, yəni, 208.8 manatın cavabdehdən tutulması qət olunmalıdır (1,2x6x30=216m3+2.6x18x30=1404m3+1,5x8x30=360m3+0,6x6x30=108m3=2088x0,10a zn=208,80 AZN). Məhkəmənin qənaətinə görə zərərin hesablanmasına səbəb olmuş aktların qəbul edilməsi üçün əsas olmuş halları və aktın doğruluğunu sübut etmək vəzifəsi prosessual qanunvericiliyin tələblərinə əsasən iddiaçının üzərinə düşür ki, iddiaçı tərəfindən iddiada qeyd edilən və cavabdeh tərəfindən qəbul edilməyən hallar sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də cavabdehdən tutula bilməz. Apelyatorun mövqeyinə görə, itirilmiş qazın dəyərinə görə 2184,10 manat cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı sayaraq qeyd edir ki, İddiaçı” İstehsalat Birliyi tərəfindən xx.xx.2016-cı il tarixdə qərar qəbul edilərkən hesabat müddətinin 180 gün götürülməsi iddiaçı tərəfindən əsaslandırılmamışdır. Göründüyü kimi, yaranmış digər borc məbləğinin əsaslılığı barədə mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. İddiaçının verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Mübahisələndirilən hissə üzrə iddianın qiyməti 2000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı “İddiaçı” İB-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1446/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1446/2021
10.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver