Məhkəmə qərarları › İş №2(103)-1449/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1449/2025

03.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1449/2025 03.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması” tələbinə dair Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1 ünvanda ona məxsus 9A mənzilində məişət texnikası-paltaryuyanı istifafdəyə törətdiyi maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı "maneənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-720/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı qanunsuz tikilinin sökülməsi və zərərin ödənilməsi tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, 94 saylı evin 9 a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş maddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, İddiaçı Cavabdeh qarşı cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Beləliklə, iş materiallarından da göründüyü kimi eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan vəsatət təmin edilməli, iş üzrə icraata xitam verilməlidir. İddiaçı məhkəməyə şikayət ünvanlayaraq, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1890/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6037/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayət üzrə apellyasiya qeyrimümkün hesab edilmiş və AR MPM-nin 361, 363 və 364-cümaddələrinin tələblərinə müvafiq qiymət verilməsi üçün mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə birlikdə apellyasiya şikayət vermiş və Bakı Səbail rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadın ləğv olunması, iş üzrə icraatın davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1; Mülki Prosessual Məcəlləsinin 19.2, 32.4, 261.0.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Səbail rayon Məhkəməsində cavabdeh müdafiə edilir, onun isə əleyhinə qərarlar qəbul olunur. Onlardan da biri budur. İkinci dəfədir ki, iddiası üzrə icraata xitam verilir. 2021-ci il qətnaməsi üzrə də ona qarşı ədalətsiz, qərəzli, eyni hakim tərəfindən mövqe sərgilənmiş, daha sonra apellyasiya və ali məhkəmələrdə əyani baxış olmamışdır.Çünki hakim tərəfindən buna maneçilik törədilmişdir. İşin materialları verilmiş qərarın qərəzliliyini sübut etdiyi üçün o dövrdə və bu gün hakim real faktları gizlətmək məqsədi ilə işin icrasının davam etdirilməsində maraqlı deyil. 2021-ci il qətnaməsi üzrə iddia tələbi qanunsuz tikili, buna bağlı sanitar xətləri və maddi zərərin ödənilməsi tələbidir. Bu tələb üzrə icraat cavabdehin iştirakı və istiqaməti üzrə ikinci dəfə icraat aparılmaqla yekun qərar verilmişdir. 9A mənzilində qohumu yaşayır. Onun orada icradan sonra yeniliklər etməyə vaxtı və həvəsi yoxdur. Cavabdeh böhtan atır, onun və ailə üzvlərinin suyun guya tökülməsi haqqında fərziyələri onların fobiyasından əmələ gəlir. Qabaqlar su axıdılması ilə bağlı deyilənlərlə razıdır. Lakin dərhal bu axıntının qarşısı usta tərəfindən alınmışdır. Hazırki iş üzrə isə cavabdehin guya icradan sonra suyun təkrar axıdılması ilə dedikləri onun Süleymanova Ziba işi üzrə onun şahid ifadəsini kölgədə qoymaq məqsədi ilə görülmüş təzyiq vasitəsidir. Belə ki, cari ilin may ayının 15-də cavabdeh işlək vəziyyətdə olan və çölə çıxışı olan paltaryuyan xortumunu evin içərisinə ataraq beləcə suyun onun mənzilinə tökülməsinə səbəb olmuşdur. Sonuncu dəfə xx.xx.2024-cü ildə də о, 9A mənzilində qalan xanımı çağırıb paltaryuyan xortumunu təkrar çıxarıb mənzilin içinə atmışdır və bu video kamera ilə fiksə olunmuş, əks etdirən video diski iclas günü işin materiallarına əlavə etmək üçün hakimə təqdim etmişdir. Paltaryuyan məişət texnikası konkret sanitar qovşağı və mətbəxt avadanlığı deyil, müstəqil istifadə vasitəsidir. 2021-ci il qətnaməsi paltaryuyan istifadəsi barədə hər hansı öhdəlik qoymamışdır. İcraat aparılarkən 2016-2021-ci il 9A mənzil texniki sənədlərində paralel aparılmaqla icra olunmuşdur. 2021-ci il qətnaməsinin qət hissəsində mənzildə “texniki sənəddə olmayan” sanitar xətlərin sökülməsi iddiası üzrə tələb təmin olunub. 9A mənzilin hazırda qüvvədə olan texniki sənədi üzrə isə 9A mənzili daxilində mənzilin texpasportda mənzilin otaqların təyinatı hissəsində 3 saylı sıra nömrəsi üzrə sanitar qovşağı hamam otağı Azərbaycan Respublikası adından DƏDRX tərəfindən tanınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Paltaryuyan ona məxsus şəxsi əşyadır. Kimsənin konkret aidiyyatı üzrə məhkəmə qətnaməsi olmadan bu vasitədən onu məhrum edə bilməz. İndiki ictimai həyatda hər bir kəsin mənzilində paltaryuyan texnikası mövcuddur, onun kimsə tərəfindən istifadəsinin əleyhinə deyildir, bunun əleyhinə çıxmağı vandallıq hesab edir, iddiası üzrə icraata xitam verməklə hakim əsassız olaraq ərizənin rədd edilməsi barədə qərardad çıxarmışdır. Hakim, qarşı tərəfin etirazını ona təqdim etməmiş, qarşı tərəf bilərəkdən bu etirazını sistemə iclasdan bir gün qabaq gecə vaxtı yerləşdirmişdir. İcraatın xitam edilib-edilməməsi barədə hakim onun əleyhinə mövqeyini öyrənmədən işə xitam vermişdir. Hakim tərəfli olduğuna görə o, hakimin dəyişdirilməsi ilə bağlı sistemə etirazını və şikayətini yerləşdirmişdir. Hakim iclasda buna münasibəti baxılmamış saxlamışdır. Hakim cavabdehin ailə dostudur, Səbail rayon Məhkəməsində hazırki işdən başqa iki iş üzrə cavabdehin tam xeyrinə qətnamələr qəbul etmişdir. O, 2021-ci il işi üzrə nöqsanlara yol verdiyi üçün həmin iş üzrə məlumatların yuixarı instansılyalara sızmasından ehtiyat edir. Respublikası ƏMDK yanında DƏDRX 1 saylı Bakı ərazi İdarəsi **********22-05101- 09305 saylı mənzilin texniki pasportu (ünvan: ünvan 4yopn Məhkəməsinin 2 (009)-720/2021 saylı, 28 sentyabr 2023-cü il tarixli qərardad 3) Bakı şəhəri Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi 4) xx.xx.2024 saylı- foto şəkillər 5) Qoruq İdarəsinin arxiv surəti 6) X1 izahatı 7) Süleymanova Zibanın və Rüstəmov Mehmanın şahid ifadələri. Birinci instansiya məhkəməsi tərkibi özü evində paltaryuyan istifadə edir. Paltaryuyan avadanlığı sanitar qovşağı avadanlığı deyil. Bunu o iddiası ilə və orada istinad etdiyi normalarla ətraflı izah etmişdir. Lakin hakim iddia ilə tanış olmayıb. Ona etirazını baxılmamış saxlayıb və icraata xitam verib. Şikayət verilən qərardaddan hakim bu işi köhnə 2021-ci il 720 Saylı işi ilə əlaqələndirmiş, lakn bu iş üzrə icra şöbəsinin icra hərəkətlərinə xitam verilməsi barədə xx.xx.2024 tarixli qərarı mövcuddur. Birinci instansiya məhkəməsinə digər sübutlar, Azərsunun bildirişi və polisin cavab məktubunu yerləşdirmişdir. Bu bildiriş 2009-cu ildən 9A mənzilinə su sanitar xidməti göstərildiyini, polis cavabında isə hazırki paltaryuyanla bağlı problemin məhkəmə tərəfindən baxılmalı olduğunu bildirir. Məhkəmə tərkibi mənbə qarşı qərəzli olduğu üçün o, tərkibin dəyişdirilməsi barədə xx.xx.2024 tarixli ərizə ilə müraciət etmişdir. Bu səbəbdən hakimin dəyişdirilməsini gözlədiyi üçün qərəzli hakimə sübutları təqdim etməmişdir. Lakin, Apelyasiya məhkəməsinə təqdim etdiyi sübutlar, birinci instansiya məhkəməsində hazırki şikayəti üzrə təkrar baxışda qiymətləndirilə biləcək. Təqdim etdiyi foto şəkildə 2009-cu ildə 94 saylı binada yenidənqurma zamanı döşəmənin altı ilə sanitar xəttinin əksini tapıb. Bu da bir daha ondan öncə qanunauyğun şəkildə 9A mənzilinin kommunal təminatlarının olmasını sübut edir. Hazırki iş 2021-ci il işi üzrə paralel aparmaq yersizdir, çünki mülki qanunvericilikdə tərəflər arasında mübahisə vəzifə bölgüsü bir neçə mərhələdə fərqli instansiyalarda aparıla bilər. Hazırki iş də buna bir nümunədir. Bu işə əsassız xitam verilmişdir. Məsələn hakim Fuad Talışinskinin sədrliyi ilə qəzalı vəziyyətin aradan qaldırılmasına dair eyni tərəflər arasında işə baxılmasına baxmayaraq, hazırda Səbail rayon Məhkəməsində eyni tərəflər arasında eyni əsasda təkrar işə baxılmaqdadır və onun icrasına xitam verilməyib. Bu da növbəsində kollektiv qərəzli münasibət təəssüratı oyadır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar buraxılmış prosessual müddətin bərpa edilməsinə dair İddiaçı ərizəsi təmin edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi: Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Cavabdeh şikayəti etiraz təqdim etmiş və qeyd etmişdir ki, iddiaçı, İddiaçı xx.xx.2024-cü il tarixlı, əsassız, qərəzli, tələbi isə absurd olan, əsaslandırılması və sübutları, ümumiyyətcə olmayan və təzyiq vasitəsi kimi verilmiş iddia ərizəsini etirazla qarşılamış, eləcə də, xx.xx.2024-cü il tarixli şikayət ərizəsinə də aşağıdakı əsaslarla tam etiraz edir. Belə ki, iddiaçıya məxsus 9a saylı yaşayış sahəsindəki, qanunsuz quraşdırılmış məişət avadanlıqlarından, yenə də ona məxsus 14a saylı mənzilə, mütəmadi olaraq çirkab suyun axıdılması baş verməkdədir, halbuki, qanuni qüvvəsini almış məhkəmə Qətnaməsinin icrası ilə bütün bu qanunsuzluqlar ləğv edilmişdir. Səbail rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(009)-720/2021 nömrəli Qətnaməsi ilə iddiaçının ünvanında quraşdırılmış qanunsuz kommunikasiya xətləri sökülsə də, sonradan sonuncu tərəfindən yenə də bu kimi qanunsuz quraşdırma və qoşulmalar edilmiş, nəticədə qanuni qüvvədə olan məhkəmə Qətnaməsinə münasibətdə saymazlıq və özbaşınalıq, zərərçəkən tərəf olan ona münasibətdə isə hüquqlarının ardıcıl və təkrarən pozulması baş verməkdədir. İddia ərizəsində, göstərilən tarixlərdə yenə də mənzilinə çirkli suyun axıdılması baş vermiş ( bu yalnız rəsmiləşdirilmiş faktlar üzrədir), tərəfindən Qoruq İdarəsinin Kommunal Xidmətinə müraciət edilmiş və baş verənlər rəsmiləşdirilmişdir ( xx.xx.2024 və xx.xx.2024-cü il tarixli aktların və xx.xx.2021-ci il tarixli məktubun surətləri əlavə edilir. Qoşma 1). İddia ərizəsində eləcə də, şikayət ərizəsində göstərilən yəni, mənzilinə çirkli suyun axıdılmasının, paltaryuyanın borusunun onun tərəfindən qəsdən çıxarılması üzündən baş verməsi faktı yalandır. Ümumiyyətcə, iddiaçı olan İddiaçı ona qarşı çox saylı və əsassız məhkəmə iddiaları qaldırmaqla, ümumi həyətdə birgəyaşayış qaydalarına hörmətsizlik edir və bununla da digər qonşularında qanunla qorunan hüquqlarına, müdaxilə etmiş olur. Faktlar üzrə Şikayət ərizəsində xx.xx.2021-ci il tarixli Qətnaməyə münasibətdə iddiaçıya aid xx.xx.2021-ci il tarixli tex.pasporta sübut kimi isdinad edilir və bununla əlaqədar bildirir ki, sözügedən Qətnamə tarixindən də göründüyü kimi daha sonra çıxardılmışdır və iddiaçıya məxsus 9a ünvanının bütün tex.sənədlərini özündə əhatələmişdir. Daha sonra şikayət ərizəsində bildirilir ki, onun etiraz ərizəsi məhkəmə tərəfindən tərəfə guya ki çatdırılmamışdır. Bununla əlaqədar bildirir ki, onun xx.xx.2024-cü il tarixli etiraz ərizəsi şəxsi kabinet vasitəsilə elektron qaydada göndərilmişdir və tərəfin bunu görməməsi mümkün deyil, beləki, iddiaçı tərəf də bu sistemin istifadəçisidir. Həmçinin bildirir ki, tərəfin etiraz ərizəsilə tanışlığı, heç də məhkəmənin gələcəyi nəticəyə təsir edən amil deyildir. Daha sonra şikayət ərizəsində tərəfin hakimə etdiyi etirazın baxılmamış saxlanması iradıdır. Bununla əlaqədar bildirmək istərdi ki, sözügedən ərizənin baxılmamış saxlanması, qanunvericiliyin tələbi və hakimin hüququdur. Daha sonra şikayət ərizəsində iddiaçı ona münasibətdə şər-böhtan xarakterli qərəzli mövqe tutur və bildirir ki, şər-böhtan atmaq tərəfin çoxdanki və qazanılmış peşəsidir. Həmçinin, şikayət ərizəsində işə baxan hakimə olan münasibətə də, qərəzli və qəbuledilməz olaraq tənqidi yanaşır və tərəfin cərimələnməsinin vacib olduğunu bir daha vurğulayır və bildirir ki, bununla iddiaçı tərəf məhkəmələrə və hakimlərə təzyiq vasitəsi kimi istifadə edir... Həmçinin, iddiaçı özü də bütün məqamlarda sözügedən xx.xx.2021-ci il tarixli Qətnaməyə istinad etməklə, sonuncunu qərəzli adlandırmaqla bilavasitə məsələnin eyniliyini etiraf etmiş olur və nəticəni dolayısı ilə qəbul etməklə tanıyır. Sonrakı gedişatda hadisələrin ardıcıllığı aşağıdakı kimidir. İddiaçı tərəf bilərəkdən qüsurlu şikayət ərizələri verməklə, məhkəmə baxışı dövrünü 4 aya qədər uzatmış və müxtəlif əhəmiyyətsiz yeni iddialarla çıxış etmişdir. İddiaçı tərəf, xx.xx.2024-cü il tarixli “birgə mülkiyyətdən pay bölgüsünə dair” yeni iddia ərizəsilə məhkəməyə müraciət etmiş, 2(009)-2091/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadla “paltaryuyanın həyətə köçürülməsi barədə razılığa əsasən işə xitam verilmişdir ( xx.xx.2024-cü il tarixli Qərardadın surəti əlavə edilir. Qoşma 2). O da öz tərəfindən xx.xx.2024cü il tarixli “icra məmurunun xx.xx.2024-cü il tarixli Qərarının ləğvi” barədə məhkəməyə ərizə ilə müraciət etmiş və xx.xx.2024-cü il tarixli Qərardadla ərizəsi təmin edilmişdir ( xx.xx.2024-cü il tarixli Qərardadın surəti əlavə edilir. Qoşma 3). İddiaçı tərəfin şikayətilə xx.xx.2024-cü il tarixli Qərardad, Bakı Apellyasiya Məhkəməsində yoxlanılaraq baxılmış və 8(103)-425/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Qərardadla dəyişdirilmədən saxlanılmış və qüvvəyə minmişdir ( xx.xx.2024-cü il tarixli Qərardadın surəti əlavə edilir. Qoşma 4). Bütün bu xronoloji ardıcıllığı yazmaqda məqsədi iddiaçı tərəfin şəxsiyyətini səciyyələndirən qərəzlilik və şər-böhtan dolu niyyətli məqsədinin olmasını göstərmək və Sizləri əmin etməkdir ki, iddiaçı tərəfə münasibətdə heç bir qanun pozuntusuna yol verilməmişdir. İstərsə əvvəlki dövür qəbul edilmiş Qətnamə üzrə maddi hüquq normaları, istərsə də, baxılan iş üzrə prosessual qanunun düzünə tətbiqi... Deməli, xx.xx.2024 tarixli xitam Qərardaddan sonra iddiaçı, yəni iddia üzrə özü mənzil daxilində qanunsuz istismar edilən məişət avadanlığı olan paltaryuyanın (qanunsuz kommunikasiya xətləri) həyətə köçürülməsini təklif edir, tərəflər razılığa gəlir, həmin iş üzrə barışıq olur və işə xx.xx.2024 tarixli Qərardadla artıq başqa əsaslarla yenidən xitam verilir və paltaryuyan həyətdəki camaşir-xanaya köçürülür. Deməli, bugünki günə əlimizdə, qanuni qüvvəsini almış və sözügedən, qanunsuz kommunikasiyaların (paltaryuyan və s.) sökülməsini qət etmiş xx.xx.2021 tarixli Qətnamə və yenə də, sozügedən paltaryuyanın koçürülməsini qərara alan və qüvvədə olan xx.xx.2024 tarixli xitam Qərardadı var. Birmənalı olaraq bildirir ki, xx.xx.2024-cü il tarixli Qərardadla birinci instansiyada işə baxan hakim heç bir prosessual səhvə yol verməmişdir. İşə xitam vermək bu halda qanunun tələbidir və işə baxan hakim üçün hüquq yox, vəzifədir. Beləliklə, iddia ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə, birmənalı olaraq o qənaətə gəlinir ki, məlum absurd iddia ərizəsi və şikayət, yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şərböhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla müşayiət edilməkdədir. Qoşmaya əlavə etdiyi aktlar, onun ünvanına, İçəri şəhər DTMQİ-nin xx.xx.2024cü il tarixli məktubu ilə daxil olmuş, digər sənədlər isə ərsiyə gəlmə tarixinə görə daha sonrakı dövrü əhatələyir. Yuxarıda göstərdiklərini, qanunvericiliyin tələbini və işin hallarını, sübutlar kimi qəbul etməklə xx.xx.2024-cü il tarixli şikayət ərizəsini rədd edilməsini xahiş edir. İddiaçı cavabdehin etiraz ərizəsinə münasibətlə məhkəməyə müraciət etmiş və qeyd etmişdir ki, şikayətə baxılması mərhələli 8 ay vaxt aparmış, hazırda yekun qərar vermək üçün həllini gözləyir. İlk öncə cavabdehin əsl niyyətini (məqsədini) bildirmək istəyir ki, bu vəziyyətin onun tərəfindən süni yaradılmış olduğu mübahisə olması aydın olsun. Cavabdeh, etirazı yazan şəxs onun 40 kv.metr 9A mənzilini yarı qiymətinə almaq istəyir. O, bu evi qara divarlı, polsuz almışdır. Sonra ona hazırki tam təmirli və əşyalı vəziyyətə gətirmişdir. O, mənzili 2016-cı ildən əldə etmişdir. Bu tarixdən bu yana infilyasiya olub. Yenə cavabdehin günahından süni dava salmaqla əlbəyaxa olmuşlar. Onun yaxınına da xəsarət yetirib. Sonuncu olaraq 4 ildir ki, (bundan sonra da sürəcək) məhkəmə çəkişmələrindədir. Beləliklə, cavabdehin onu ultimatum qarşısında qoyduğu çıxış yolu (yan qiymət) mümkün deyil. Onun iddia tələbi çox sadədir. İşin materilallarında olan video disklə sübut olunur ki, cavabdeh mənzilinin zəruri məişət əşyası paltaryuyanı istifadə etməyə maneçilik törədir. Polisə müraciət etmişdir. Polis bu işin mülki xarakter olduğunu, məhkəmədə baxılmalı olduğunu bildirmişdir. O da məhkəməyə müraciət etdi. Səbail rayon məhkəməsində sözü keçən Mədinə xanıma iş düşdü və o yanlış olaraq (qərəzli Qoruq aktları qarşısında) guya 2021-ci il tarixli qətnaməsinin hələ icra olunmadığını, bu səbəbdən icra aktını da ləğv etməklə bundan başqa hazırki işə baxılmasına da xitam verdi. Söhbət təkcə paltaryuyandan getmir. Bu paltaryuyanın xəttini birləşdiyi 2x0.5 metr boruya həmçinin evin texniki sularının töküldüyü tülpan, su filtiri, yağış suyu, kombi suyu, məişət suları, kondisioner suyu axıdılır. Yəni 40 kv.mənzil 1 nəfərlik yaşayış üçün nəzərdə tutulmayıb. Müəyyən insanlar tərəfindən başa düşüləcək yaşayış şəraiti vardır. Mədinə qətnaməsi mənzil daxili sanitar qovşağın (hamam otağı) və sonuncunun kommunikasiya xətlərin sökülməsini nəzərdə tutur. Bu sökülmə qanunsevər şəxs kimi tərəfindən çoxdan sökülmüşdür. Bu sanitar qovşağından kənar tələb qoya bilməz. Qət hissədən sonra nə hərf varsa, icra olunmalıdır,1 hərf əlavə oluna bilməz. "Texniki sənədlərdə olmayan" ifadəsi, əgər əvəzində anlaqsız cavabdeh tərəfindən "bütün komunikasiya xətləri" sökülsün kimi qoyulsa və təmin olunsaydı, yalnız belə olan halda cavabdehin söylədiyi kimi, icra olunmamış hesab oluna bilərdi. Texniki sənədlər deyərkən 9a mənzilinə aid gəlmiş-getmiş-gələcək sənədlər nəzərdə tutulur. Bu da Qoruq İdarəsinin arxiv surətində 9a mənzili sahəsində mətbəxt istifadə təchizatı göstərildiyi üçün, həmçinin hazırda 9a mənzilinin qüvvədə olan texniki sənədində kommunikasiya xətlərinin mövcudluğunu təsdiqləyir. Odur ki, cavabdehin bu gün və ya sabahkı tələbi icra olunmayacaq. Bundan başqa cavabdeh xislətindən dolayı yalanlar danışır, guya o, Sumqayıtda yaşayan şəxs gəlib sonradan (icradan sonra) 9a mənzilində "hansısa peredelkalar" etmişdir. Halbuki, bu məntiqə sığmır. Çünki, onsuz da qanunsuzluqlarla mübarizə aparan şəxs kimi vaxtı yoxdur, siçan-pişik oyunu oynamır ki, gəlib nəsə gizlində etsin. Bu şizofrenə o sonuncu dəfə icra günü ustanı təhvil verib ki, istədiyi düzəlişi etsin. Hətta o, gedəndə icra məmuruna dedi ki, sən də get biz artıq yoluna qoyacağıq. Sonra da icra məmuruna özü ərizə yazıb qol çəkdi. Məhkəmə qətnaməsi icra olunan zaman hər hansı güzəştdən söhbət gedə bilməz. Əgər bu güzəşt olursa, demək tərəflər bunu qəbul edir. Bundan sonrakı narazılıq yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək yolunda qanunauyğundur. Lakin, cavabdeh icra qərarını ümumi çaşqınlıqdan istifadə edib 2 dəfə ləğv etməyi ilə artıq məhkəməni bir kooperativə çevirməsi anlamına gəlir, özü cərimələməlidir. Həmçinin, cavabdeh onu guya əsassız müxtəlif predmetlər üzrə iddia qaldırmaqda günahlandırır. Halbuki, iddia qaldırmaq vətəndaşın konstitusion hüququdur. Bu iddialara səbəb cavabdehin cəzasız qalan sonsuz qanunsuz hərəkətləri və bu hərəkətlərin məhkəmə tərəfindən etinadsızlıqla qarşılanmasıdır. Əgər 1-ci işdə işə ədalətli aktiv yanaşıb iddianı (qarşılıqlı iddianı) təmin etsə idi, növbəti işlərə ehtiyac olmazdı. Beləliklə, hazırki şikayətinin təmin olunmaması, onda ədaləti bərpa etmək, hüquqlarını təmin etmək üçün yeni iddia qaldırmağa əsas verir. Cavabdeh "işə xitam vermək bu halda qanunun tələbidir və işə baxan hakim üçün hüquq yox vəzifədir"- kimi kooperativ fikirlər irəli sürür, əslində qərəzsiz hakim(hakimə etiraz verilmişdir) elə bir hüququ var ki, bu haqda mövqeyini (261.0.2) qətnamə qət edərkən bildirsin. Necə ki, yenə aralarında "qəzalı vəziyyətin aradan qaldırılmasına" dair İlkin Rüstəmli icraatında olan iş kimi təkrar predmet üzrə işin baxışı ekspertiza təyin etmək həddində davam edir. Belə çıxır ki, cavabdeh nə karədir ki, düşüb ortalığa bütün hakimlər qarşısında fərağat durub, bundan sonra azad dura bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2. Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-ci maddəsinə əsasən: 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 261.0.3. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair xarici dövlətin məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi varsa və həmin qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən tanınmış və icraya qəbul edilmişsə; 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə; 261.0.6. eyni tərəflər arasında, eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair, məhkəmə münsiflər məhkəməsinin qətnaməsinin məcburi icra olunması üçün icra vərəqəsi verməkdən imtina etdiyi və ya işi yenidən baxılmaq üçün qətnaməni qəbul etmiş münsiflər məhkəməsinə qaytardığı, lakin işə həmin münsiflər məhkəməsində baxılmasının mümkün olmadığı hallardan başqa, münsiflər məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa; 261.0.7. iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə; 261.0.8. işdə iştirak edən hüquqi şəxs ləğv olunmuşsa; 261.0.9. məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə. 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2091/2024 saylı işi üzrı xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir: İddiaçı Cavabdeh qarşı birgə mülkiyyətdə paya düşən sahənin müəyyən edilməsi və ümumi istifadədə olan sahəyə paltaryuyan avadanlığının qoyulmasına törədilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına xitam verilsin: 1. İddiaçıya məxsus 9 a saylı mənzildə quraşdırılmış paltaryuyan maşın və sonuncuya aid kommunikasiya xətti sökülür. 2. Həmin paltaryuyan maşın 1-ci mərtəbədə və 94 saylı binanın ümumi istifadəsində olan hamam otağında quraşdırılır. 3. Hamam otağının divar içində, əvvəlcədən razılaşdırılmış şərti yerdə, yerdən, birinci 9 a-ya məxsus, onun üstündə isə 12 saylı mənzilə məxsus paltaryuyan maşın quraşdırılır. 4. İddiaçıya məxsus (9a) paltaryuyan maşın, öz su və işıq təhcizatını 9 a saylı mənzildən götürməklə quraşdırılır və bütün xərclər iddiaçı tərəfindən çəkilir. 5. Həmçinin, hamam daxilində hər iki avadanlığın yerləşdirilməsi üçün döşəmənin müəyyən qədər endirilməsi və kanalizasiya xəttinin yenilənməsi, eləcə də yaranacaq digər xərclər iddiaçı tərəfindən çəkilir. 6. Həmçinin məhkəmə xərclərinin tək iddiaçı tərəfindən ödənilməsinin razılaşdırılması qeyd olunur. Ərizə şərtlərinin, qanunvericiliyin tələbini və digər qonşuların hüquqlarını pozmaması qeyd edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən: 1.3. Mülki prosessual fəaliyyət sahəsində insan və vətəndaşın hüquq və azadlıqlarını ləğv edən və ya məhdudlaşdıran, habelə ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmənin müstəqilliyini və tərəflərin çəkişmə prinsipini pozan, eləcə də sübutlara əvvəlcədən müəyyən olunmuş qüvvə verən qanunvericilik aktları qəbul edilə bilməz. 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 261-262, 385, 387, 397-ci maddələrinə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, hazırki münasibətlərə aid prosessual qanunvericiliyin düzünə istinadlar əsasında tərtib edilmiş qərardadının ləğv edilməsi üçün əsaslar müəyyən etmir. Bu yöndə diqqətə çatdırılmalıdır ki, tərəflər arasında birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən və iş üzrə müəyyən edilən iş üzrə (barışıq sazişi ilə) mübahisə predmeti barədə eyni tərəflər arasında, eyni əsaslar (predmet) barədə mübahisələr olmuşdur və qanunvericiliyin fərqli təfsir edilməsi (dispozitiv imkandan) sui-istifadəyə şərait yaradan hal kimi yolverilməzdir, habelə bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və digər şəxslərin bu hüquqdan sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1890/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar