Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1450/2024 02.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: “alimentin artırılması”) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X5 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının katibliyi, İddiaçı nümayənədəsi-vəkili Vəkil qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2023 saylı, 20 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 05 aprel 2023-cü il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 30 iyul 2009-cu ıl tarixdə Bakı şəhəri Nizamı Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 513 nornrəli akt qeydi ilə rəsmləşdirilmiş nikahın pozulması, xx.xx.2011-ci ıl təvəllüdlü X6 və 17.02 2017-ci ıl təvəllüdlü X2 anaları İddiaçı himayəsində saxlanılması, Cavabdehdan xx.xx.2011-ci ıl təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər şaxlanılması üçün hər ay hər uşaq üçün 193 (yuz doxsan üç) manat olmaqla cəmi 386 (uç yüz səksən altı) manat məbləğində aliment İddiaçı ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X3 hər ay hər birinə 500 manat olmaqla, cəmi 1000 manat aliment tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2009-cu ildə nigaha daxil olmuş və Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(005)-1100/2022 saylı qətnaməsi ilə nikahlarına xitam verilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X4 doğulmuş və nikaha xitam verilmə zamanı uşaqların onun himayəsində qalması qət edilmişdir. Cavabdehin həmin zaman məhkəmə qətnaməsi ilə hər uşağa 193 manat, cəmi 386 manat aliment ödəməsi qət edilmişdir ki, bugünə kimi də aliment məbləği tam ödənilməmiş və Nəsimi icra şöbəsində aliment üzrə icra işi vardır. Hazırda yaşayış minimumu üzrə uşaqlar üçün qanunla 220 manat olmuşdur. Eləcə də cavabdeh şirkətlər idarə edir, həm turizm şirkəti vardır, həm də nikahları pozulduqdan sonra əmlaklar əldə edib və maddi vəziyyəti çox yaxşıdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 noyabr 2023-cü il tarixli, 2(006)- 4372/2023 saylı qətnaməsi ilə iddia qismən təmin olunaraq xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün e- 2(005)-1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər uşaq üçün hər ay 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 220 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir.
7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsi; «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı verilmiş etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
8. İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş materialları üzrə qərar qəbul edərkən cavabdehin adına qeydiyyatda olan müxtəlif fəaliyyət istiqamətli bir neçə şirkətin, eləcə də turizm şirkətinin olması, həmçinin 2023-cü il tarixində Qəbələ şəhərində 0.06 ha torpaq sahəsi və Bakı şəhərində ümumi sahəsi 35.20 kv.m olan mənzil əldə etməsi faktını, bununla da kifayət qədər gəliri olmasını nəzərə almamışdır. Həmçinin nikaha xitam verildikdən sonra cavabdehin fərqli kateqoriyalı əmlaklar əldə etməsi onun kifayət qədər gəliri olmasının göstəricisidir. Həmçinin qeyd edilməlidir ki, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən məhkəmənin qəbul etdiyi qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir. Məhkəmə tərəfindən aliment miqdarı müəyyən edilən zaman uşaqların mənafeləri üstün tutulmalı, eyni zamanda uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ və bunun üçün lazımi şəraitin təmin edilməsi faktı əsas götürülməlidir. Həmçinin məhkəmə tərəfindən aliment miqdarı müəyyən edilən zaman uşaqların mənafeləri üstün tutulmalı, eyni zamanda uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ və bunun üçün lazımi şəraitin təmin edilməsi faktı əsas götürülməlidir.
b) Apelyasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayənədəsi-vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda izahat verərək təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, qarşı tərəfin adında bir mənzil, Qəbələdə torpaq sahəsi, maşınları vardır, habelə şirkət rəhbəridir. Hesab edir ki, iddia tələbi əsaslıdır. Tərəflər nikah dövründə də çoxsaylı birgə əmlaklar əldə ediblər. Əmlak mübahisəsi ilə əlaqədar saziş bağlamış, tərəflər bir-birinin adına olan əmlaklardan imtina etmişlər. Elektron Məhkəmə Sisteminə də baxılsa, şəxsin tam təminatlı olduğunu görmək mümkündür.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
14. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
16. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdiyindən, qətnamə iddianın təmin edilməyən hissəsində yoxlanılmalıdır.
Tətbiq edilən maddi hüquq normaları:
Azərbaycan Respublikası Konstitusiyasının
17. 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Azərbaycan Respublikasının Ailə Məcəlləsinin
18. 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
20. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu
21. 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
22. 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür.
23. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
24. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi “alimentin məbləği” hissəsində dəyişdirilməlidir.
26. Məhkəmə hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinə əsasən uşaqların saxlanmaları üçün xeyrinə tutulan aliment məbləğinin dəyişdirilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, alimentin miqdarının artırılması barədə tələbə baxılarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
27. Bununla əlaqədar ilk öncə qeyd edilməlidir ki, ödənilən aliment məbləğinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə uşaq üçün müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olması uşağın mənafeyinin əhəmiyyətli dərəcədə pozulmasına zəmin yaratmaqdadır. Belə ki, “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti dedikdə isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusu nəzərdə tutulur. Göründüyü kimi, yaşayış minimumunun dəyişməsinə səbəb olan hallar Respublikanın dövlət təminatı siyasətində, ölkənin sosial-iqtisadi inkişafında baş verən dəyişikliklərdir. Belə ki, uşağın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin qiymətlərində artım səviyyəsi himayəsinə uşaq verilən tərəfin maddi vəziyyətində dəyişikliklərin baş verməsinə dəlalət edir.
28. Bundan başqa məhkəmə qeyd etməyi zəruri sayır ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Alimentin miqdarı müəyyən edilərkən tərəflərin maddi vəziyyəti öyrənilməli, bu zaman uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalıdır.
29. İş materiallarına əsasən cavabdehin maddi vəziyyətində uşağın maddi vəziyyətinə təsiri baxımından nəzərə alınacaq dərəcədə müsbət dəyişikliyin baş verdiyi müəyyən edilir. Belə ki, cavabdehin aldığı əmək haqqının 500 manat təşkil etməsinə baxmayaraq, işdə olan sənədlərdən görünür ki, o, bir neçə MMC-nin təsisçisidir, mülkiyyətində müəyyən sayda daşınmaz və daşınar əmlaklar vardır, bu əmlaklardan ikisini isə uşaqların saxlanmaları üçün iddiaçının xeyrinə aliment tutulması barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi çıxarıdıqdan sonra cavabdeh tərəfindən əldə edilib.
30. Beləliklə, məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarına əsasən, ödəmələrin miqdarını müəyyənləşdirən halların artıq dəyişdiyini və alimentin ödənilməsinin eyni qaydada davam etməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli olmadığını, həmçinin aliment məbləğinin müəyyən edilməsinə təsir edən diqqətəlayiq digər halların mövcudluğunu nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və 17.02 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 350 manat, cəmi 700 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.
31. Məhkəmə apellyasiya şikayətini qismən təmin etməklə gəldiyi qənaəti iddiaçı tərəfin cavabdehdən daha yüksək məbləğdə alimentin tutulmasını şərtləndirə biləcək əlavə gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etmədiyi və bununla da onun alimenti hər uşağa görə 500 manat olmaqla, cəmi 1.000 manat məbləğində ödəmək imkanına malik olmasını sübuta yetirmədiyi ilə əsaslandırır.
32. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Məhkəmə kollegiyası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)- 1100/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdehdan xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər şaxlanılmaları üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, cəmi 386 manat məbləğində aliment İddiaçı ödənilməsi qət edildiyini, hazırki qətnamə ilə alimentin hər ay hər uşaq üçün 350 manat olmaqla, cəmi 700 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, iddianın təmin olunan və təmin olunmayan hissələrində qiyməti beş min manatdan az ((700-386)*12=3.786; (1.000-700)*12=3.600) olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ:
Apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4372/2023 saylı, 20 noyabr 2023cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova