Məhkəmə qərarları › İş №2(103)-14536/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14536/2019

18.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14536/2019 18.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2667/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğv edicisi ƏSF tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2, X7 Palatası və Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bank əməliyyat sistemində əsassız olaraq qeyd edilmiş xx.xx.2018-ci il tarixinə onun Cavabdeh1 ASC qarşısında 69.056,92 manat faiz borcunun silinməsi öhdəliyinin cavabehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2667/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi ilə idia tələbi qismən təmin edilərək bank əməliyyat sistemində İddiaçı Cavabdeh1 ASC qarşısında xx.xx.2018-ci il tarixinə olan 69.056,92 manat faiz borcunun silinməsi öhdəliyinin ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X1 üzərinə qoyulması qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlilləri: LPO Cavabdeh1 ASCinin ləğv edicisi ƏSF qətnamədən apelyasiya şikayəti verərək qeyd etmişdir, qətnamə maddi və prosessual hüquq normalarının pozulması nəticəsində qəbul edilmişdir. Bu səbəbdən şikayətin təmin edilərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apelyasiya şikayəti ilə razılaşmayaraq şikayətin təmin edilməməsini xahiş etdi. Apelyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2012-ci il tarixli 2(103)-5137/2012 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(005)-1628/2012 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər İddiaçı, X5 və X9 qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək iddiaçı Cavabdeh1 ASC ilə cavabdeh İddiaçı arasında 61 saylı xx xxx 2011-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı Cavabdeh1 ASC-nin xeyrinə 165.766,03 manat əsas borcun, kreditdən istifadəyə görə 11.516,21 manat faiz borcunun və 500 manat cərimə olmaqla, cəmi 177.782,24 manatın və iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun tutulması, tutmanın cavabdeh X3 məxsus Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində, 706-cı məhəllədə yerləşən 18 mərtəbəli binada 218,84 kv.m ümumi, 108,97 kv.m əsas, 109,87 kv.m köməkçi sahədən ibarət olan 4 otaqlı 23 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə ediləcək vəsait hesabına cavabdeh İddiaçı Cavabdeh1 ASC-yə olan cəmi l77.782,24 manat və 20 manatın ödənilməsi, cavabdehlər X6 və X8 daşınmaz əmlak qanunvericiliyə müvafiq olaraq satıldıqdan sonra ən geci bir ay müddətində həmin yaşayış sahəsini boşaltmaları, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1628/2012 saylı iş üzrə xx xxxx 2012-ci il tarixliqətnaməsinin dəyişdirilmədin saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2013-cü il tarixli 2(102)-821/13 saylı qərarının surətindən görünür ki, İddiaçı kassiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxx 2015-ci il tarixli 2(103)- 1279/2015 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh1” ASC-nin cavabdehlər X11, X6 və İddiaçı qarşı “maddi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilməsi, maddi zərərin əvəzi kimi 67,486,12 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ASC-yə verilməsi, tutmanın X5 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, 706-cı məhəllədə yerləşən 18 mərəbəli binadakı 23 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə edilən pul vəsaiti hesabına zərərin əvəzinin Cavabdeh1 ASC-yə ödənilməsi, mənzilin satılması mümkün olmadıqda və ya mənzilin satışından əldə olunan vəsait zərərin əvəzinin ödənilməsi üçün kifayət etmədikdə zərərin əvəzi və ya zərərin əvəzinin qalan hissəsinin İddiaçı alınaraq Cavabdeh1 ASC-yə verilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 45 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh1 ASC-yə verilməsi, rüsumun əvəzinin də mənzilin satışından əldə edilən pul vəsaiti hesabına Cavabdeh1 ASC-yə ödənilməsi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 8(009)-1120/2015 saylı qərardadının surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 2(005)-1628/2012 saylı icra sənədi üzrə başlanmış icra icraatına xitam verilməsi qərara alınmışdır. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı X14nə ünvanlanmış xx xxxx 2018-ci il tarixli **********805 saylı məktubun surətindən görünür ki, Cavabdeh1 ASC ilə X6 (ipoteka qoyan) arasında bağlanmış xx xxx 2011-ci il tarixli 61 saylı ipoteka müqaviləsinə əsasən X5 məxsus ünvan 2 ünvanında yerləşən 218,84 kv.m ümumi, 109,87 kv.m yardımçı sahə, 108,97 kv.m yaşayış sahəsindən ibarət yaşayış evi - (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı X14 tərəfindən xx xxxx 2010-cu il tarixində qeydə alınmışdır. Seriya MA № ******* saylı, reyestr nömrəsi **********30-05301-093003, qeydiyyat nömrəsi **********) girovdan (ipotekadan) azad edilməsi xahiş edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən Səbail rayon icra və probasiya şöbəsinə ünvanlanmış xx xxxx 2018-ci il tarixli **********214 saylı məktubun surətindən görünür ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-1628/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə tələbkar Ləğv prosesində olan Cavabdeh1 ASC-nin tələbi borclu İddiaçı tərəfindən icra edilmişdir. “İcra haqqında” Azərbaycan RespublikasınınQanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Qeyd edilənlərə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1628/2012 saylı xx.xx.2012-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı X14nə ünvanlanmış xx xxxx 2018-ci il tarixli **********908 saylı məktubun surətindən görünür ki, X1 ləğv etməsində olan Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxx 2011-ci il tarixli 61 saylı kredit müqaviləsinin təminatı qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxx 2010-cu il tarixli MA ******* nömrəli çıxarışa əsasən X5 məxsus Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi Cavabdeh1 ASC-nin xeyrinə MA seriyalı ******* nömrəli çıxarışa əsasən ipoteka ilə yüklü edilmişdir. ünvan 3 ünvanında yerləşən yaşayış sahəsi xx xxxxx 2015-ci il tarixli 29/01 nömrəli hərracın yekunları barədə protokol və eyni tarixli alqı-satqı müqaviləsinə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx xxxxx 2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 ASC-nin mülkiyyətinə keçmişdir. xx xxxxx 2015-ci il tarixli 29/01 nömrəli hərracın yekunları barədə protokol və alqı-satqı müqaviləsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli 2(005)-3071/2015 nömrəli qətnaməsi ilə etibarsız sayılaraq ləğv edilmişdir. Eyni zamanda Cavabdeh1 ASC ilə İddiaçı arasında bağlanmış xx xxx 2011- ci il tarixli 61 saylı kredit müqaviləsi üzrə öhdəlikər tam icra edilmiş, borc məbləği Cavabdeh1 ASC-yə ödənilmişdir. Belə ki, hazırda Cavabdeh1 ASC-yə məxsus ünvan 3 ünvanı üzərindəki mülkiyyət hüquqlarının X4 xeyrinə keçirilməsinə etiraz edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Mülki Məcəllənin 204-cü maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina edilməsi üçün ixtiyari şəxsin bu hüquqdan imtina etdiyi barədə ərizəsi və həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və daşınmaz əmlaka mülkiyyət hüququndan və ya digər hüquqdan imtina haqqında ərizə bu barədə daşınmaz əmlakın dövlət reyestrində qeyd yazıldıqdan sonra məcburi qüvvə alır. Odur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli xx xxxxx 2015-ci il tarixli çıxarışa əsasən Cavabdeh1 ASC-yə məxsus ünvan 3 ünvanında yerləşən yaşayış sahəsinin X4 mülkiyyətinə keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən X5 ünvanlanmış xx xxxx 2018-ci il tarixli **********917 saylı məktubun təsdiq edilmiş surətindən görünür ki, G.Xəlilovaya bildirilmişdir ki, kredit öhdəliyinin olmaması barədə ərizəsinə Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən baxılmışdır. Onun Cavabdeh1 ASC qarşısında heç bir kredit öhdəliyinin mövcud olmaması bildirilmişdir. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi X2 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli **********057 saylı məktubdan və həmin məktubun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı bildirilmişdir ki, kredit öhdəliyinin olmamasıbarədə ərizəsinə ləğv prosesində olan Cavabdeh1 ASC-nın ləğvedicisi X2 tərəfindən baxılmışdır. Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli, 2(005)- 1628/2012 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)- 1279/2015 nömrəli qətnamələri üzrə LPO Cavabdeh1 ASC qarşısında heç bir kredit və faiz öhdəliyinin mövcud olmadığını, bank əməliyyat sistemində xx.xx.2018-ci il tarixinə 69.056,92 manat məbləğində faiz borcunun mövcud olduğu bildirilmişdir. Mülki iş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli hesabdan çıxarışın surətindən görünür ki, İddiaçı hesabından xx.xx.2018-ci il tarixdə gecikdirilmiş əsas məbləğə görə 77.783 manat, xx.xx.2018-ci il tarixdə gecikdirilmiş faizlərə görə 79.502,97 manat və xx.xx.2018-ci il tarixdə gecikdirilmiş əsas məbləğə görə 87.983,03 manat silinmişdir. “xxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli çıxarışdan görünür ki, İddiaçı adına Cavabdeh1 ASC tərəfindən xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən 200.000 manat kredit məbləğinə görə (00)**********0000000AZM saylı hesab nömrəsi açılmışdır (hesab nömrəsi (00)**********0000000AZM, kredit 200.000 manat, kreditin qalıq məbləği 0.00, aylıq ödəniş məbləği 0.00, sonuncu ödəniş tarixi xx.xx.2018-ci il, məqsədi fiziki şəxslərə istehlak kreditləri, əsas borcun gecikdirildiyi günlərin sayı 0 gün, kreditin verilmə tarixi xx.xx.2011-ci il, kreditin ilkin müqavilə ilə bitmə tarixi xx.xx.2017-ci il, kreditin son müqavilə ilə bitmə tarixi xx.xx.2017-ci il, faiz məbləği 69.056,92 ABŞ dolları, faizlərin gecikdirildiyi günlərin sayı 2755 gün). Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini LPO Cavabdeh1 ASCnin ləğv edicisi ƏSF-nin apelyasiya şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiyanın araşdırmaları nəticəsində müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxx 2012-ci il tarixli 2(005)-1628/2012 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-1279/2015 saylı qətnamələri İddiaçı tərəfindən tam icra edilmiş, İddiaçı Cavabdeh1 ASC qarşısında xx xxx 2011-ci il tarixli kredit müqaviləsinə əsasən heç bir kredit və faiz öhdəliyi mövcud deyildir. Göründüyü kimi, müqavilə üzrə bütün borc məbləği və maddi zərər kimi müəyyən edilmiş məbləğlər iddiaçı tərəfindən ödənilmiş, bununla bağlı Cavabdeh1 ASC-nin xx.xx.2018-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh1 ASC qarşısında heç bir kredit və faiz öhdəliyi mövcud deyildir. Buna baxmayaraq, iddiaçının 69.056,92 manat məbləğində faiz borcunun olması qeyd olunsa da, həmin borcun yaranma əsasları və hesablanması qaydaları ilə əlaqədar sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, birinci insatansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən haqlı olmuş, qətnamə qanuni və əsaslı, apelyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsində göstərilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, hazırda apelyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: LPO Cavabdeh1 ASCinin ləğv edicisi X2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2667/2019 saylı, xx xxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:imza: Hakimlər:imzalar: Əsli ilə düzdür,Hakim: İkram Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar