Məhkəmə qərarları › İş №2(103)-1457/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1457/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1457/2023 30.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızına və "xxxx" ASC-yə qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki iş üzrə qəbul edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qərardadından cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və "xxxx" ASC-dan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, HEY-İ- 12/34 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat kredit borcunun həmçinin, iddia ərizəsi üçün ödənilmiş 127,14 manat məbləğində dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qətnaməsinə əsasən iddia təmin edilmiş, cavabdehlər İbrahimova (Rəsulova) Səfiyyə Telman qızından və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, HEY-İ-12/34 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 10.894,69 manat, faiz borcu üzrə 1.484,96 manat, cəmi 12.379,65 manat kredit borcu və 228,44 manat dövlət rüsumunun və 0.40 manat bank xidməti haqqının tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qərardadı ilə cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qərardadından şikayət verərək, qərardadın ləğv olunmasını, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin icraata qəbul edilməsini və apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Elektron məhkəmə informasiya sistemində qeydiyyatdan keçməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli, e-2(005)-3645/2022 saylı qətnaməsi ona Mülki Prossesual Məcəllənin 135.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilməmişdir. Həmin qətnamə 24 noyabr 2022-ci il tarixində iş üzrə səlahiyyətli nümayəndəsi Vəkil elektron kabinetinə yerləşdirilmişdir. O, da həmin tarixdə qətnamə ilə tanış olmuşdur. Həmin qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin sonuncu günü 24 dekabr 2022-ci il tarixdir. Lakin 24 dekabr 2022-ci il tarixi qeyri-iş gününə düşdüyündən və ondan sonrakı iş günü isə 26 dekabr 2022-ci il tarixi olduğundan həmin qətnamədən şikayət verilməsi üçün müəyyən edilmiş müddətin qurtarma günü 26 dekabr 2022-ci il tarixi hesab olunur. Bunu, Mülki Prossesul Məcələnin 129-cu maddəsinə istinad etməklə də təsdiq etmək mümkündür. Göstərilənlərin nəzərə alınması və qeyd edilən qərardadın ləğv edilməsi, apellyasiya şikayətinin icraata qəbul edilməsi və apellyasiya instansiyası məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3645/2022 saylı qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(005)-3645/2022 saylı qərardadından cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qətnaməsindən cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızı tərəfindən verilmiş apellyasiya şikayəti icraata götürülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 128.3-cü maddəsinə əsasən illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır; 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur; 129.3-cü maddəsinə əsasən edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur; 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir; 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericilikdə ayrı-ayrı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün müddətlər müəyyən edilmiş, bu müddətlərin (müddətin axınının başlanğıc tarixi və qurtarması günü) hesablanması qaydası təsbit edilmişdir. Eyni zamanda, müddətin son gününün qeyri-iş gününə düşməsi halına da aydınlıq gətirilərək, müddətin qurtarma günü qismində sonrakı iş günü qəbul edilmişdir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qətnaməsi cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil elektron kabinetinə 24 noyabr 2022-ci il tarixdə yerləşdirilmişdir. Bununla belə, qanunvericiliyin tələbləri baxımından bu tərəfin qeyd edilən qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin axını 25 noyabr 2022-ci il tarixdən başlanmalı və 24 dekabr 2022-ci il tarixdə bitməli idi. Lakin bitmə tarixinin şənbə gününə təsadüf etməsi səbəbindən müddətin qurtarma günü bu tarixdən sonrakı iş günü, yəni xx.xx.2022-ci il tarixi hesab olunmalı idi. Bununla belə, cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini xx.xx.2022-ci il tarixdə, yəni bu prosessual hərəkət üçün müəyyən edilmiş müddətin sonuncu günü vermişdir. Bu səbəbdən apellyasiya şikayəti qeyd edilən əsasla geri qaytarıla bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində tətbiq edilən elektron məhkəmə informasiya sisteminin fasiləsiz, o cümlədən qeyri-iş günlərində fəaliyyət göstərməsi apellyasiya şikayətlərinin bu sistem vasitəsi ilə qeyri-iş günlərində də verilməsini mümkün edir. Lakin yaradılmış bu imkanlar Mülki Prossesual Məcəllənin 129.2-ci maddəsi ilə müəyyən edilmiş hüquqi imkanlardan üstün ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müddətin keçməsi əsası ilə apellyasiya şikayətini qaytarmaqda haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qərardadı ləğv edilməli, apellyasiya şikayəti icraata qəbul edilməli, bu məsələ məhkəmə kollegiyası tərəfindən həll edildiyindən şikayət qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh İbrahimova (Rəsulova) Səfiyyə Telman qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-3645/2022 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti icraata qəbul edilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar