Məhkəmə qərarları › İş №2(103)-146/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-146/2020

21.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-146/2020 21.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh3 iştirakı ilə, İddiaçı «xxxx» ASC-nin Cavabdeh3 və digərlərinə qarşı «kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» ASC cavabdehlər Cavabdeh3 və digərlərinə qarşı «kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı «xxxx» ASC-nin Quba fılialı ilə Cavabdeh3 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 48 ay müddətinə 100000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləsinin təminatı olaraq xx xxxx 2013-cü il tarixində Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx xxxx 2013-cü il tarixli Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. xx.xx.2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx xxxx 2013-cü il tarixli Baş kredit müqaviləsi üzrə əsas borca görə 99973,58, faiz borcuna görə 20159,10 manat, cərimə borcuna görə manat borcun cəmi məbləği 131732,68 manat təşkil edir. xx xxxx 2013-cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd tərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus olan sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus Quba rayonu 2-ci Nügədi kəndində yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Banka ipoteka qoyulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2013-il tarixli Baş kredit müqaviləsi üzrə kredit borcuna görə 99973,58, faiz borcuna görə 20159,10 manat, cərimə borcuna görə 11600 manat, cəmi 131732,68 manat məbləğində pul tutulmalı, tələblər ipoteka predmetlərinə yönəldilməli, ipoteka predmeti boşalılmalı, ipoteka predmetləri satıldıqdan sonra cavabdehlər ipoteka predmetlərindən çıxarılmalı, cavabdehlərin ipoteka predmetlərində istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Qeyd edilənlərə əsasən, məhkəmədən iddia ərizəsinin təmin edilməsi xahiş edilmişdir. Daha sonra, iddiaçı «xxxx» ASC iddia ərizəsinə dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx xxxx 2013-cü il tarixli Baş kredit müqaviləsi üzrə kredit borcuna görə 99973,58 manat, faiz borcuna görə 34690 manat, cərimə borcuna görə 20000 manat, cəmi 154563,58 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Xaçmaz şəhər X5 bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 154 manat pulun tutulması, Cavabdeh3 mülkiyyətində olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, tələbin Cavabdeh3 mülkiyyətində olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsinə 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərdən xx xxxx 2013-cü il tarixli Baş kredit müqaviləsi üzrə kredit borcuna görə 99973,58, faiz borcuna görə 20159,10 manat, cərimə borcuna görə 11600 manat, cəmi 154563,58 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 154 manat məbləğində pulun iddiaçı «xxxx» ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsinə 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin həmin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx xxxx 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin Cavabdeh3 digər əmlakına yönəldilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə (hakim İlahə Abbasova) iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 99973,58 manat, faiz borcuna görə 34690 manat, cərimə borcuna görə 2000 manat, cəmi 136663,58 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat pulun «xxxx» ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Quba rayonu 2- ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149.7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi qət edilmiş, iddia tələbi ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan xx xxxx 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin Cavabdeh3 digər əmlakına yönəldilməsi hissəsində rədd edilmiş, iddia qismən təmin edildiyindən, iddiaçı «xxxx» ASC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 90%, yəni 27 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 manatın iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pulun 225 manatının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, qalan 25 manatının isə iddiaçı «xxxx» ASC alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh3 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxx 2017-ci il tarixli, 2(103)- 5089/2017 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxx 2018-ci il tarixli, 2(102)- 7043/2018 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxx 2017-ci il tarixli, 2(103)-5089/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit və ipoteka müqavilələrinin qanunsuz bağlanması, aldadılması, kredit borcunun və cərimənin şişirdilməsi və s. kimi əsaslandırmış,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatlari, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən cavabdeh apellyasiya şikayətini müdafiə edərək,orada göstərilənlərə uyğun izahat vermiş,məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş,əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətini qətnamədə göstərməmişdir.Halbuki,əmlakların dəyəri ilə bağlı birinci instansiya məhkəməsində mütəxəssis rəyləri alınmışdır. Bu səbəbdən də ipoteka qoyulmuş əmlakların ilkin satış qiymətlərinin işdə olan rəylərə əsasən müəyyən edilməlidir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilmiş,lakin onlar, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh3 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası məruzəçi hakimin məruzəsini və izahatları dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. İlkin olaraq qeyd edilməlidir ki, işdə olan sənədlərə əsasən – «xxxx» ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2013-cü il tarixli QUFS-3514 saylı baş kredit müqaviləsinə əsasən, cavabdehə 48 ay müddətinə (6 ay güzəşt müddəti ilə), 23% ödəmək şərtilə avadanlıq və heyvan alışı məqsədilə 100000 min manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı xx xxxx 2013-cü il tarixli, QUFŞ № 3514 saylı «İpoteka müqaviləsi»nə əsasən Cavabdeh3 məxsus olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 0,2496 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Quba rayonu 2-ci Nügədi kəndində yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Həmçinin, iddiaçı ilə digər cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli QUFŞ saylı zaminlik müqavilələrinə əsaən, zamin Cavabdeh1 və Cavabdeh2 borcalanla birlikdə bank qarşısında olan xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirməsinə görə məsuliyyəti öz üzərlərinə götürmüşlər. İddiaçı cavbadehlərin kredit, ipoteka və zaminlik müqavilələri ilə üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri əsası ilə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmiş, iş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası hazırki iş üzrə xx xxx 2018-ci il tarixli, 2(102)-7043/2018 saylı qərarında göstərmişdir ki, Cavabdeh3 Nəsimi Rayon Məhkəməsində ayrıca iddia tələbi ilə xx.xx.2013-cü il tarixli QUFS-3514 saylı kredit və ipoteka müqavilərinin etibarsızlığını mübahisələndirmiş, bu səbəbdən də işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi hazırki iş üzrə icraatın dayandırılması üçün əsasların olub-olmamasını müzakirə etməlidir. Belə ki, iddiaçı Cavabdeh3 cavabdehlər «xxxx» ASC-yə və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, hazırki mübahisənin predmetini təşkil edən xx.xx.2013-cü il tarixli kredit və ipoteka müqavilələrini mübahisələndirilmişdir. Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə hazırki iş üzrə icraat iddiaçı Cavabdeh3 cavabdehlər «xxxx» ASC-yə və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1713/2019 saylı işə baxılıb həll edilənədək dayandırılmışdır. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 iddia tələbləri təmin olunmamış, sonuncunun verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Göründüyü kimi, Cavabdeh3 iddiası üzrə mübahisələndirilən əqdlərin qanuniliyinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, hazırki icraat çərçivəsində həmin əqdlərin qanunsuzluğu, aldatma yolu ilə bağlanması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Belə ki, MPM-nin 82.3-cü maddəsinin tələbinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qanunverici başqa məhkəmənin başqa iş üzrə müəyyən etdiyi halları (faktları) o halda preyudisial hallar, yəni doğruluğu başqa məhkəmələr üçün məcburi olan hallar sayılırlar ki, onlar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsində müəyyən olunsunlar və baxılmış iş üzrə iştirakçı olan şəxslərə aid olsunlar. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Cavabdeh məhkəmə baxışı zamanı vəsatət verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası hazırki iş üzrə xx xxx 2018-ci il tarixli, 2(102)-7043/2018 saylı qərarından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etməsini, bu səbəbdən də hazırki iş üzrə icraatın yenidən dayandırılmasını xahiş etmiş, lakin müraciətinin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsinə dair sübut təqdim etməmişdir. Halbuki, MPM-nin 254.1.4-cü maddəsinin dispozitiv şərtinə görə Konstitusiya Məhkəməsinin icraatında olan (icraata qəbul edilən) iş olduqda əlaqəli işin icraatı dayandırıla bilər. Bununla yanaşı,cavabdeh apellyasiya şikayətində kredit borcunun və cərimənin şişirdilməsini göstərmiş,lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış,borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Eyni zamanda işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Bununla yanaşı qətnamədən görünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən tələb olunan yüksək cərimə pulunu azaldaraq 2000manat həddində təmin etmişdir ki,həmin məbləğ də əsas borca (99973,58 manat) münasibətdə mütənasibsiz deyildir. Bu səbəbdən də tutulması qət edilmiş cərimənin daha da azaldılmasına hər hansı zərurət müəyyən edilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası xx xxx 2018-ci il tarixli, 2(102)-7043/2018 saylı qərarında həmçinin göstərmişdir ki, tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə edilməmişdir. Bu hal birinci instansiya məhkəməsi tərəfindən «xxxx» MMC-dən rəy alması ilə də təsdiq olunur. Lakin məhkəmə qətnamənin nəticə hissəsində ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu hala diqqət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası kassasiya instansiyasının mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, «İpoteka haqqında» Qanunun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Göründüyü kimi, məhkəmə tələbdə olub-olmamasından asılı olmayaraq ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka qiymətinin ilkin satış qiymətini qətnamədə göstərməlidir. Lakin, birinci instansiya məhkəməsi bu qaydada əməl etməmiş, nəticədə maddi hüquq normasının tələbləri pozulmuşdur. Halbuki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında müvafiq razılığın əldə olunmaması səbəbindən ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini həyata keçirmiş, bu istiqamətdə müstəqil qiymətləndlirici təyin etmişdir. Çünki, «İpoteka haqqında» Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşdə olan «xxxx» MMC-nin rəyinə əsasən cavabdehə məxsus Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin dəyəri 110000 manat məbləğində, Quba rayonu, İkinci Nüğədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin dəyəri 16530 manat məbləğində, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin dəyəri 4930 manat məbləğində, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin dəyəri isə 18270 manat məbləğində qiymətləndirilmişdir. Tərəflər ipoteka qoyulmuş əmlakların dəyərləri barədə məhkəməyə əlavə hər hansı sübut təqdim etməmişlər. Belə olan halda, məhkəmə kollegiyası ipoteka predmetlərinin ilkin satış qiymətinin işdə olan qiymətləndirmə rəylərinə əsasən müəyyən olunmasını qanuni və ədalətli hesab edir. Birinci instansiya məhkəməsi isə ipoteka predmetlərinin ilkin satış qiymətlərini qətnamədə göstərmədiyindən, qətnamə qeyd edilən hissədə MPM-in 385.1 və 385.1.1-ci maddələrinin tələblərinə əsasən ləğv olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra, MM) 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-nin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. MM-nin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə,məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq,hesab edir ki,apellyasiya şikayəti qismən təmin olunmalı,birinci instansiya məhkəməsinin qətnaməsi qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunmalı,ipoteka predmetlərinin ilkin satış qiyməti işdə olan qiymətləndirmə rəylərinə əsasən müəyyən olunmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382,384.0.2,393və 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı «xxxx» ASC-nin Cavabdeh3 və digərlərinə qarşı «kredit borcunun tutulması və tutumanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv olunsun. İpoteka predmeti olan Quba rayon İkinci Nügədi kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110000 (bir yüz on min) manat, Quba rayonu, İkinci Nüğədi kəndində yerləşən 1,1425 ha torpaq sahəsinin ilkin satış qiyməti 16530 (on altı min beş yüz otuz) manat, Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 (dörd min doqquz yüz otuz) manat,Quba rayonu, İkinci Nügədi kəndində yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiyməti isə 18270 (on səkkiz min iki yüz yetmiş) manat müəyyən edilsin. Qətnamə qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar