Məhkəmə qərarları › İş №2(103)-146/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-146/2025

03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(103)-146/2025 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X4, İddiaçı iddiaçı1 ASC-nin nümayəndəsi Həsənova İlhamə İlham qızının, Cavabdeh Cavabdeh iştirakları ilə, Birinci iddia üzrə iddiaçı "xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair kiçik iddiası üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə; İkinci iddia üzrə iddiaçı Cavabdeh cavabdeh iddiaçı2 ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006) ***/**** nömrəli, ## ######## 2024cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Tərəflər arasında bağlanmış ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh ##.##.2026-cı il tarixinədək 500 manat limit təşkil edən kredit ayrılmışdır. Tələbkar “xxxx” ASC ilə yeni tələbkar “X3” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli tələb hüququnun satılması haqqında müqavilən görünür ki, tələbkar Azərbaycan Respublikası Məhkəmələrinin qanuni qüvvəyə minmiş qərarlarına əsasən müqavilənin tərkib hissəsi sayılan əlavələrdə qed edilən borc qalıqlarına dair irəli sürə biləcəyi tələbləri üzrə bütün hüquqlarını yeni tələbkara satır. “X3” MMC tərəfindən verilmiş maliyyə arayışından müəyyən edilir ki, ##.##.2024-cü il tarixə Cavabdeh kredit müqaviləsi üzrə 4640.03 manat borcu vardır. Hazırda cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməməsini əsas gətirərək iddiaçı “xxxx” ASC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Eləcə də Cavabdeh həmin kart hesabına (kredit xətti müqaviləsinə əsasən açılmış hesaba) ##.##.2021-ci il tarixdə nağdsız pul vəsaiti köçürməsini iddia etməklə, onun geri qaytarılmasını tələb etmişdir. Birinci iş üzrə icraat: İddiaçı "xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçı “xxxx” ASC-nin xeyrinə 3913,06 AZN əsas, 661,61 AZN faiz olmaqla cəmi 4574,67 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 65,75 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh "xxxx” ASC-nin xeyrinə 3913,06 manat əsas borc, 661,61 manat faiz, cəmi 4574,67 manat borc və 65,75 manat dövlət rüsumunun tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini, cavabdehin qanunla müəyyən olunan müddət ərzində iddiaya qarşı əsaslandırılmış etirazı və ona əlavə olunmuş sənədlər məhkəməyə daxil olmadığını nəzərə alaraq hesab etmişdir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona aid 9.000 manat pul vəsaitini onun icazəsi olmadan bank tərəfindən götürülmüşdür bu da Azərbaycan Respublikası Mülki Məcəlləsi 449.1-ci maddəsi ilə nəzərdə tutulan hüquqlarının pozulması deməkdir. Halbuki kreditor qarşısında üzrə borclu olmadığı halda məhkəmə tərəfindən ona faiz və dəbbə pulu hesablanır, bu da onun Mülki Məcəllənin 445.5-ci maddəsi ilə nəzərdə olunan hüquqlarının pozulması deməkdir. Bundan başqa iddiaçı müqavilənin 4.2.16-ci bəndinə əsasən götürərək düzgün bildirməmişdir və müqaviləni təqdim edərkən məhkəməyə müqavilənin 4.2.16-ci bəndi olan səhifəni təqdim etməmişdir. Eyni zamanda məhkəmə prosesi getdiyi dövrdə etiraz ərizəsi versə də birinci instansiya məhkəməsi göndərdiyi bildirişi aldığı yekun qərar qəbul etmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəfindən hüquq normaları pozulmuşdur. Həmçinin qeyd olunmalıdır ki, imzalanmış ## ##### 2022-ci il tarixli ödəniş qrafiki ilə kreditin qaytarılması günləri qeyd olunmamışdır. Kredit kartı üzrə 500 AZN istifadə etdiyi məbləği hər ayın 1-dən 5dək faizlə birlikdə qaytarılmalı olan 500 AZN məbləğ təşkil edir. Müqavilənin 4.2.16-ci bəndinə əsasən borcverən bu müqavilə üzrə kreditin limitini heç bir əlavə sənədləşmə aparılmadan artıra bilər, bununla bağlı sms bildirişi ilə göndərilir sms bildirişi ona limitin 1.000 AZN artırıldığı bərədə sms gəlib və həmin sms onda mövcuddur. Kredit kartı istifadə etdiyi məbləği tam şəkildə ödəmişdir. (qəbzlə və bank hesabından çıxarışla təsdiq edilir). Bundan başqa kreditor tərəfindən ona kredit verilməmişdən öncə onun əlilliyi ilə bağlı aldığı pensiya məbləği ətraflı öyrənilmişdir və "xxxx” ASC-nin təyin etdiyi mütəxəssis tərəfindən ona ayrılan kredit kartın 500 AZN artıq olmayaraq vaxtında qaytaracağı müəyyən edilmişdir. Bu müddət ərzində müqavilənin şərtərinə uyğun olaraq istifadə etdiyi kredit kartı məbləğini vaxtı-vaxtında qaytarmışdır. Bundan sonra, müqavilənin cari hesabına 9.000 manat nağd pul vəsaiti köçürmüşdür (qəbz və bank hesabından çıxarışla təsdiq edilir). Lakin "xxxx” ASC müqavilənin şərtərinə pozaraq ona aid olan 9.000 AZN pul vəsaitini qanunsuz olaraq olmayan kredit borcuna çıxılmışdır. Bu barədə kreditoru yazılı məktubla məlumatlandırmışdır. Lakin "xxxx” ASC məktubu cavablandırmamış zəng etmişdir (səs yazıları mövcuddur). Sənədlərin doğruluğun yoxlamaq üçün Mərkəzi Banka müraciət etmiş və bu hal Mərkəzi Bankın verdiyi cavab məktubu ilə təsdiqlənir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2024-cü il tarixli qərardadı ilə Bakı şəhər Nəsimi rayon məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddiası üzrə e-*(***)-***/**** nömrəli mülki iş üzrə yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırki mülki iş üzrə icraat dayandırılmışdır. İkinci iş üzrə icraat: İddiaçı Cavabdeh cavabdeh iddiaçı2 ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9.000 manatın qaytarılmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, bank hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq N 3689sSTB2/19 ##.##.2019 tarixində onunla bank arasında müqavilə bağlanmışdır və onun razılğı ilə AZ04UBAZ16376962441010AZN001 (nömrə) bank hesabı açılmışdır. O və cavabdeh (xxxx” ASC) bank N 3689sSTB2/19 bağlanmış müqavilənin (müqavilənin 1.1 bəndinə) gösdərilən kredit kartı isdifadəsinə görə ##/##/2021-ci il tarixdə 919 manat isdifadə etdiyi məbləği tam şəkildə ödəmişdir. O, AZ04UBAZ16376962441010AZN001 hesaba nağdsız pul vəsaiti köcürmə etmişdir. Köçürulmüş məbləğlər "1. ##/##/2021-ci il 1.500 manat, ##/##/2021-ci il 1.500 manat ##/##/2021-ci il 2.000 manat və 4. ##/##/2021-ci il 4.000 manat. ümumilikdə 9.000 manat “xxxx” ASC tərəfindən onun hesabından AZ04UBAZ16376962441010AZN001 ##/##/2021-ci il tarixdə qanunsuz 9.000 manat çıxılma gördükdə o, cavabdehə pulu qaytarıması ücün lazımi qaydada müraciət etsə də, cavabdeh pulu verməkdən imtina etmişdir. Bu hal hesabdan cıxarışda təsdiqlənir. Yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. O, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh ##.##.2026-cı il tarixinədək 500 manat limit təşkil edən kredit ayrılmış, müqavilə öhdəlikləri vaxtında icra edilməməsi səbəbindən bank tərəfindən məhkəməyə müraciət olunmuş, həmin tarixə olan borc məbləğinin tutulması qət edilmişdir. Hazırda isə iddiaçı həmin kart hesabına ##.##.2021-ci il tarixdə nağdsız pul vəsaiti köçürməsini iddia etməklə, onun geri qaytarılmasını tələb edir. İddiaçının vəsatəti təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə həmin ödənişlərin ****Sstb*/** saylı, ##.##.2019 cu il tarixli kredit müqaviləsi və AZ**UBAZ**************AZN*** nömrəli hesab üzrə olması müəyyən edilmişdir. Lakin hesabdan çıxarışlarda həmin pul köçürmələri barədə dəqiq heç bir məlumat göstərilmədiyindən borclunun banka olan əsas və faiz məbləğlərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, üçüncü şəxs tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən iddiaçının banka 4640.03 manat borcu qalmaqdadır. Beləliklə, məhkəmə iddiaçının cavabdehə qarşı tələbinin əsaslandığı hallara dair sübut təqdim edə bilmədiyi qənaətinə gəlmiş, həmçinin göstərilənlər işin araşdırılmış halları ilə də müəyyən olunmamışdır. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İkinci iş üzrə apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, bank hesabı müqaviləsinin şərtlərinə uyğun olaraq N 3689sSTB2/19 ##.##.2019 tarixində onunla bank arasında müqavilə bağlanmışdır və onun razılğı ilə AZ04UBAZ16376962441010AZN001 (nömrə) bank hesabı açılmışdır. O və cavabdeh (xxxx” ASC) bank N 3689sSTB2/19 bağlanmış müqavilənin (müqavilənin 1.1 bəndinə) gösdərilən kredit kartı isdifadəsinə görə ##/##/2021-ci il tarixdə 919 manat isdifadə etdiyi məbləği tam şəkildə ödəmişdir, AZ04UBAZ16376962441010AZN001 hesaba nağdsız pul vəsaiti köcürmə etmişdir. Köcürulmüş məbləğlər "1. ##/##/2021-ci il 1500 manat, ##/##/2021-ci il 1500 manat ##/##/2021-ci il 2000 manat və 4. ##/##/2021-ci il 4000 manat, ümumilikdə 9.000 manat “xxxx” ASC tərəfindən onun hesabından AZ04UBAZ16376962441010AZN001 ##/##/2021-ci il tarixdə qanunsuz 9.000 manat kredit çıxılma gördükdə, cavabdehə pulu qaytarıması ücün lazımi qaydada müraciət etsə də, cavabdeh pulu verməkdən imtina etmişdir. Bu hal hesabdan cıxarışda təsdiqlənir. Yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. O, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh cavabdeh iddiaçı2 ASC-yə qarşı “pul”xxxx"xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair *(***)-****/**** nömrəli mülki işlə bir icraatda baxılması məqsədi ilə həmin işə birləşdirilməsi qərara alınmışdır. Birləşdirilmiş işlər üzrə apellyasiya icraatı: Qeyd olunan mülki işlərin birləşdirilməsi barədə qərardad qəbul edildiyindən, Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərardadı ilə hazırki iş üzrə icraat təzələnmiş və baxılması üçün təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## ### 2025ci il tarixli, *-**-**/*-*/****/**** saylı məktubu ilə ekspert rəyi daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinin Mərkəzi Bankın mütəxəssisləri cəlb edilməklə, eləcə də tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026cı il tarixli, *-**-**-*/*-****/**** nömrəli məktubu ilə rəy daxil olmuş və iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 ASC-nin nümayəndəsi Həsənova İlhamə İlham qızı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəmələrinin qətnamələrinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

527. Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.

528. Öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2. Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Mülki Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

Məhkəmə Kollegiyasının mövqeyi

Məhkəmə Kollegiyası apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən hesab edir ki, birinci iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməklə iddia tələbi rədd edilməli, ikinci iş üzrə isə iddiaçı Cavabdeh cavabdeh “xxxx” ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e*(***)-***/**** nömrəli, ## ######## 2024-cü il tarixli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və həmin qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı “xxxx” ASC ilə cavabdeh arasında bağlanmış ##.##.2019-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 84 ay müddətinə illik 29% ödəmək şərtilə 500 manat məbləğində kredit xətti açılmışdır. Hazırda cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyindən iddiaçı “xxxx” ASC kredit müqaviləsi üzrə yaranmış borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən apellyasiya baxışı zamanı təqdim edilmiş sənədlərdən görünür ki, cavabdeh Cavabdeh ## ###### 2021-ci il tarixdə "xxxx” ASC-yə müraciət etmiş və ona ##.##.2019-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin tam olaraq yerinə yetirdiyini bildirilmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx” ASC tərəfindən verilmiş ## ######## 2021ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə "xxxx” ASC arasında, ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi üzrə kredit borcu yoxdur. Eyni zamanda Cavabdeh "xxxx” ASC-yə daxil olmuş ##.##.2021-ci il tarixli müraciətinə baxılmışdır. ##.##.2021ci il tarixli, KB-**/*-***/**** nömrəli məktubla cavab olaraq Cavabdeh ilə “xxxx” ASC arasında, ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi xitam verilmişdir. Göründüyü kimi hazırki iş üzrə iddia tələbinin əsaslı olub-olmamasına qiymət verilməsi üçün ilk öncə cavabdehin iddia ərizəsinə etirazında eləcə də apellyasiya şikayətində istinad etdiyi halın, yəni tərəfindən borcun ödənilib-ödənilməməsinin müəyyən edilməsi zəruri olmuşdur. Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı Cavabdeh cavabdeh “xxxx” ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Nəsimi rayon məhkəməyə müraciət edərək, cavabdehdən 9.000 manatın qaytarılmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə təqdim edilmiş ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh tərəfindən “xxxx”-nin ** saylı filialının hesabına Cavabdeh AZ75UBAZ15281007541010AZN002 hesabından AZ04UBAZ16376962441010AZ N001 hesabına ## ###### 2021-ci il tarixdə ayrılıqda 1.500 manat və 1.500 manat, ## ###### 2021-ci il tarixdə 4095 manat və 2000 manat, cəmi 9095 manat köçürülmüşdür. 20 Avqust 2021-ci il ******** №-li tarixli ödəniş tapşırıqlarından görünür ki, “xxxx”-nin ** saylı filialının hesabına Cavabdeh AZ75UBAZ15281007541010AZN582 hesabından AZ04UBAZ16376962441010AZN001 hesabına 919,93 manat köçürülmüşdür. Ödəniş tapşırıqlarının hamısında ödəniş təyinatı və əsası kimi 3689sSTB2/19 qeyd olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ödəniş tapşırıqları, hesabdan çıxarış məlumatları və “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən Cavabdeh ##.##.2021-ci il tarixində ödənilmiş 9095,0 manat məbləğinin “xxxx” ASC-nə ödənilməsi müəyyən edilir. Müəyyən edildiyi halda bu ödənişlər ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli Kredit Müqaviləsi və AZ**UBAZ***************AZN*** nömrəli hesab üzrə olması müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ödəniş tapşırıqları, hesabdan çıxarış məlumatları və “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli Kredit Müqaviləsinə əsasən Cavabdeh ##.##.2021-ci il tarixində ödənilmiş 9095,0 manat məbləğinin "xxxx” ASC-nə ödənilməsi müəyyən edilir. Müəyyən edildiyi halda bu ödənişlər ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli Kredit Müqaviləsi və AZ**UBAZ**************AZN*** nömrəli hesab üzrə olması müəyyən edilir. Hesabdan çıxarış məlumatlarından göründüyü kimi, müxtəlif tarixlərdə Cavabdeh tərəfindən pul köçürmələri olması müəyyən edilir (ISP lahiyəsi AniPay köçürmə əməliyyatları, Payment retum). Lakin hesabdan çıxarışlarda həmin pul köçürmələri barədə dəqiq heç bir məlumat göstərilmədiyindən borclunun banka olan əsas və faiz məbləğlərini müəyyən etmək olmadı. Göründüyü kimi tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh ##.##.2026-cı il tarixinədək 500 manat limit təşkil edən kredit ayrılmış, müqavilə öhdəlikləri vaxtında icra edilməməsi səbəbindən Bank tərəfindən məhkəməyə müraciət olunmuş, həmin tarixə olan borc məbləğinin tutulması qət edilmişdir. Bununla yanaşı həmin iş üzrə cavabdeh Cavabdeh vəsatəti ilə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə həmin ödənişlərin ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli kredit müqaviləsi və AZ**UBAZ**************AZN*** nömrəli hesab üzrə olması müəyyən edilmiş, lakin hesabdan çıxarışlarda həmin pul köçürmələri barədə dəqiq heç bir məlumat göstərilmədiyindən borclunun banka olan əsas və faiz məbləğlərini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən borclunun banka borcu qalmaqdadır. İkinci iş üzrə iddiaçı isə həmin kart hesabına ##.##.2021-ci il tarixdə nağdsız pul vəsaiti köçürməsini iddia etməklə, onun geri qaytarılmasını tələb edir. Qeyd olunanlara əsasən apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Mərkəzi Bankın mütəxəssisləri cəlb edilməklə, eləcə də tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə olunmuş və ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Mülki iş materiallarında olan sənədlər nəzərə alınmaqla, Cavabdeh ilə “xxxx” ASC arasında, ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi üzrə Cavabdeh nə qədər məbləğ ayrılması müəyyən edilsin.

2. Qeyd olunan kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən ödənişlər nə qədər təşkil edir?

3. Həmin kredit müqaviləsi üzrə borc nə qədər olmuş və nə qədər ödənilmişdir.

4. 919,93 manat hansı hesaba köçürülmüşdür. Əgər kredit hesabı üzrə borc ödənilmişdirsə Cavabdeh ilə “xxxx” ASC arasında, ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi üzrə borc qalmışdırmı ?

5. Cavabdeh bir hesab üzrə debet kartına 9.000 manat pul köçürülmüşdürmü?

6. Cavabdeh debet kartına 9.000 manat pul köçürüldüyü təqdirdə bu məbləğ hansı tarixdə, hansı hesablara köçürülmüşdür?

7. Cavabdeh debet kartına 9.000 manat pul köçürüldüyü təqdirdə bu məbləğ Cavabdeh ilə “xxxx” ASC arasında, ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi üzrə borc ödənildiyi təqdirdə kredit xətti üzrə borc qalığı nə qədər təşkil edir? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ## ### 2025-ci il tarixli ekspert rəyindən görünür ki: Birinci sual üzrə-iş materiallarından göründüyü kimi, "xxxx" ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında ##.##.2019-cu il tarixli, ****Sstb*/** saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən borcalana illik 29% olmaq şərtilə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) ##.##.2026-cı il tarixədək 500,00 manat məbləğində kredit limiti ayrılır. İkinci və üçüncü suallar üzrə-təqdim edilmiş iş materiallarında olan (c. İ, i.v. 192 233) Cavabdeh məxsus AZ**UBAZ**************AZN*** nömrəli hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən ##.##.2019-cu il tarixdən ##.##.2023-cü il tarixədək kredit xəttindən ümumilikdə 18.025,38 manat istifadə edilmiş, 15.786,57 manat isə ödəniş aparılmışdır. Ödənilmiş məbləğin 14.112,32 manatı esas borca, 1.674,06 manatı cərimə, faiz və komissiya üzrə, 0,19 manatı isə məhkəmə rüsumuna silinmişdir. Yuxarıda qeyd edilən hesabdan çıxarış məlumatlarına əsasən, kredit müqaviləsi üzrə əsas qalıq borc məbləği 4.640,23 manat (18.025,38-14.112,32) təşkil edir. Dördüncü sual üzrə-iş materiallarında olan (c. İ, i.v. 6) ******** nömrəli ödəniş tapşırığı məlumatlarında göründüyü kimi, Cavabdeh məxsus AZ**UBAZ**************AZN*** nömrəli hesaba ##.##.2021-ci il tarixdə 919,93 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin məbləğin köçürülməsi AZ**UBAZ**************AZN*** nömrəli hesabdan çıxarışda öz əksini tapmışdır (c. 1, i.v. 223). Lakin təqdim edilmiş hesabdan çıxarış məlumatlarına əsasən ##.##.2021-ci il tarixə olan mövcud borc məbləğini müəyyən etmək mümkün deyil. Beşinci və altıncı suallar üzrə-iş materiallarında olan (c. İ, i.v. 5-7) ödəniş tapşırığı məlumatlarından göründüyü kimi, Cavabdeh məxsus AZ**UBAZ**************AZN*** nömrəli hesaba aşağıda göstərilən tarixlərdə və məbləğlərdə pul vəsaitləri köçürülmüşdür. (******** nömrəli, ## ###### 2021-ci il tarixli ödəniş tapşırığı–4095 manat, ******** nömrəli, ## ###### 2021-ci il tarixli ödəniş tapşırığı– 1500 manat, ******** nömrəli, ## ###### 2021-ci il tarixli ödəniş tapşırığı 2000 manat, ******** nömrəli, ## ###### 2021-ci il tarixli ödəniş tapşırığı–1500 manat, cəmi 9095 manat). Yeddinci sual üzrə - ekspert qarşısında qoyulmuş ikinci və üçüncü suallar üzrə aparıldığı tədqiqatda göstərildiyi kimi, iş materiallarında olan Cavabdeh məxsus AZ**UBAZ**************AZN*** nömrəli hesabdan çıxarış məlumatlarına əsasən, borcalanın ##.##.2019-cu il tarixli ****Sstb*/** saylı kredit müqaviləsi üzrə əsas borcu 3.913,06 manat məbləğində müəyyən edilir. Göründüyü kimi ekspert tərəfindən iş üzrə rəy verilsə də qərardadda qeyd edildiyi kimi ekspertizanın aparılmasına Mərkəzi Bankın mütəxəssisləri cəlb edilməmiş, həmçinin tərəflərin iştirakı təmin edilməmişdir. Halbuki hazırki işin xüsusiyyətləri, eləcə də iddiaçının bank hesabında aparılmış hərəkətlərin miqyası, vəsaitlərin bank hesabından silinməsi, eləcə də iddia edildiyi kimi borc ödənilibsə hazırda yaranmış borcun əsasının müəyyən edilməsi məhz Mərkəzi Bankın mütəxəssislərinin iştirakı ilə aparılmış ekspert tədqiqatının nəticəsi ilə aydınlaşdırmaq mümkün olacaqdır. Bununla yanaşı əvvəlki ekspertiza təyin edilməsi barədə ekspertizanın tərəflərin iştirakı aparılmasının vacibliyi qeyd edilsə də, tərəflərin iştirakı olmadan rəy verilmişdir. Belə olan halda Məhkəmə Kollegiyası tərəflərin eləcə də Mərkəzi Bankın mütəxəssislərinin iştirakı olmadan aparılmış ekspertiza tədqiqatını qərardad tam icra olunmamasına və natamamlığına görə ekspertin rəyi razılaşmamış və hesab etmişdir ki, təkrar məhkəməmühasibatlıq ekspertizası təyin edilməsi zəruridir. Bu baxımdan Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qərardadı ilə təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsinin Mərkəzi Bankın mütəxəssisləri cəlb edilməklə, eləcə də tərəflərin iştirakı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə həvalə olunması qərara alınmış, iş üzrə icraat dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin */**** nömrəli, ## #### 2026-cı il tarixli rəyindən görünür ki: İş üzrə təqdim edilmiş X6 fəaliyyətinə nəzarət departamentinin əməkdaşı Nizami Yusifovun mütəxəssis rəyində aşağıdakılar müəyyən edilib. O cümlədən: Birinci sual üzrə-Cavabdeh ilə “xxxx” ASC arasında, ##.##.2019-cu il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi üzrə Cavabdeh illik 29% olmaqla 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) ilkin kredit limiti olaraq 500 manat təyin edilmişdir. Bununla belə, kredit müqaviləsinin 4.2.16 bəndinə əsasən bank bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. Kredit limitinin artırılması barədə məlumatı ən azı 1 iş günü əvvəlcədən borcalanın mobil telefon nömrəsinə sms göndərilməklə bildirilir. İkinci sual üzrə - bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən qeyd olunan müqavilə üzrə ümumilikdə 15786,87 manat (14112,32 manat əsas borc, 1674,55 manat məbləğdə faiz, cərimə və kredit xətti üzrə komissyon xərcləri) ödəniş aparılmışdır. Üçüncü sual üzrə - bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən qeyd olunan müqavilə üzrə müqavilə üzrə ümumilikdə 18025,38 manat məbləğdə kredit vəsaitlərindən istifadə olunmuşdur. Bunun 14112,32 manatı ödənilmiş, hazırkı tarixə 3913,06 manat məbləğdə əsas borc, 661,61 manat məbləğdə faiz borcu mövcud olmuşdur. Dördüncü sual üzrə - bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən ##.##.2021-ci il tarixdə 919,93 manat AZ**UBAZ**************AZN*** saylı cari hesaba mədaxil olmuş, bundan 914,75 manat məbləğdə əsas borc ödənişlərinə, 5,18 manat faiz və komisyon xərclərinə silinmişdir. Bu tarixə əsas borc məbləği 2445,47 manat təşkil etmişdir. Beşinci sual üzrə - bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən Cavabdeh bankda debet kartı olmamış, mövcud hesab kredit xətti müqaviləsi üzrə açılmışdir. Həmin hesaba birdəfəlik 9000 manat məbləgdə ödəniş olmamışdır (bu hesab üzrə ##.##.2021-ci il tarixdə 44 halda hissəli şəkildə 46518,92 manat məbləğdə mədaxil əməliyyatları aparılmışdır). Altıncı sual üzrə - bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən hesaba birdəfəlik 9000 manat məbləğdə ödəniş olmamışdır. Yeddinci sual üzrə - bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən hesaba birdəfəlik 9000 manat məbləğdə ödəniş olmamışdır. Rəydə həmçinin qeyd edilmişdir ki, ##.##.2025-ci il tarixli, */**** saylı ekspert vəsatətinə cavab olaraq təqdim edilmiş borcalanın cari hesabından çıxarış məlumatlarında kredit hesabları öz əksini tapmır və təyinatlar tam şəkildə göstərilməmişdir. Bundan başqa ödəniş qəbzləri təqdim edilməmişdir. Göstərilənlərə əsasən, yəni təqdim edilmiş hesabdan çıxarışda kredit hesablarının öz əksini tapmaması və təyinatlar tam şəkildə göstərilmədiyindən "xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, ****sCNTR/** nömrəli kredit müqaviləsi üzrə borc qalığını və Cavabdeh hesablarında köçürmələrlə bağlı aparılan əməliyyatları müəyyən etmək mümkün olmur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, yəni təqdim edilmiş Cavabdeh hesabdan çıxarışda kredit hesablarının öz əksini tapmamasından və təyinatlar tam şəkildə göstərilmədiyindən “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, ****sCNTR/** nömrəli kredit müqaviləsi üzrə borc qalığını və Cavabdeh hesablarında köçürmələrlə bağlı aparılan əməliyyatları müəyyən etmək mümkün olmur. Məhkəmə Kollegiyası işin müəyyən edilmiş hallarına münasibətdə birinci iş üzrə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından göründüyü kimi, "xxxx" ASC (kreditor) ilə Cavabdeh (borcalan) arasında ##.##.2019-cu il tarixli, ****Sstb*/** saylı bağlanmış kredit müqaviləsinə əsasən borcalana illik 29% olmaq şərtilə 84 ay müddətinə (60 ay kredit xətti, 24 ay kredit) ##.##.2026-cı il tarixədək 500 manat məbləğində kredit limiti ayrılmış və yuxarıda qeyd edilən "xxxx” ASC tərəfindən verilmiş ## ######## 2021-ci il tarixli məktubun məzmunu ilə Cavabdeh ilə "xxxx” ASC arasında, ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi üzrə kredit borcunun olmaması və onun ilə bank arasında ##.##.2019-ci il tarixdə rəsmiləşdirilmiş ****Sstb*/** saylı kredit müqaviləsi xitam verilməsi də təsdiq edilir. Məhkəmə Kollegiyasının iclasında yeni tələbkar “X3” MMC-nin nümayəndəsi izahatında qeyd edilən məktubun saxta olmasını və bunu “xxxx” ASC ilə yeni tələbkar “X3” MMC arasında bağlanmış ##.##.2022-ci il tarixli tələb hüququnun satılması haqqında müqavilədə cavabdehin borclu kimi qeyd edilməsi ilə əsaslandırmışdır. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının izahatında göstərilən halı təsdiq edən sənəd təqdim edilməmişdir. Belə bir sənəd,yəni cavabdehin borclu kimi qeyd edilməsi faktı olmuş olsaydı belə bu hal ## ######## 2021-ci il tarixli məktubunun (cild 3, səhifə 253) məzmunu ilə tam təkzib edilir. Sonuncu qeyd edilən məktubun isə saxta olmasını təsdiq edən hər hansı sübut təqdim edilmədiyindən həmin məktubun qanuniliyinə şübhə ilə yanaşılmasına əsas müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı isə təqdim edilmiş sonuncu rəyə əsasən müəyyən edilmişdir ki, hesabdan çıxarışda kredit hesablarının öz əksini tapmaması və təyinatlar tam şəkildə göstərilmədiyindən “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2019-cu il tarixli, ****sCNTR/** nömrəli kredit müqaviləsi üzrə borc qalığını və Cavabdeh hesablarında köçürmələrlə bağlı aparılan əməliyyatları müəyyən etmək mümkün olmamışdır. Məhkəmə ekspert rəyi ilə bağlı qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ## ###### 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilibedilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə də, sübutların Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilməsi baxımından kollegiya qeyd edir ki, ekspert rəyinin qiymətləndirilməsinə aşağıdakılar daxildir: 1) ekspertizanın hazırlanması, təyini, keçirilməsinin prosessual qaydasına riayət edilməsi; 2) qoyulmuş suallara cavabın uyğunluğunun yoxlanılması; 3) rəyin tamlığının müəyyən edilməsi; 4) rəyin elmi əsaslandırılmasının elmi qiymətləndirilməsi. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün mənbəyi bəlli məlumatlar tədqiq olunmaqla əldə olunmuş və Mərkəzi Bank tərəfindən verilmiş mütəxəssis rəyi ilə birlikdə kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan Məhkəmə Kollegiyası hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Beləliklə, işin faktiki halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış ## ##### 2019-cu il tarixli kredit müqaviləsi üzrə cavabdeh tərəf üzərinə düşən öhdəlikləri tam icra etmiş və bu barədə iddiaçı müvafiq arayış tərtib etmiş, həmçinin qeyd olunan kredit müqaviləsinə xitam verilməsi barədə borclana (cavabdehə) məlumat vermişdir. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan hallarını düzgün müəyyən etməyərək, cavabdehin ##.##.2019-ci il tarixli kredit müqaviləsi ilə üzərinə düşən öhdəlikləri tam olaraq icra etməsinə baxmayaraq, hər hansı bir əsas olmadan ondan qeyd olunan müqavilə üzrə 3913,06 manat əsas borc, 661,61 manat faiz, cəmi 4574,67 manat borcun tutulması barədə yanlış nəticəyə gəlmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci iş üzrə iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilmədiyindən iddiası göstərilən hallara görə qanuni və əsaslı sayıla bilməz. Məhkəmə Kollegiyası birinci iş üzrə apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə Kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq birinci iş üzrə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə Kollegiyası ikinci iş üzrə isə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit xətti müqaviləsinə əsasən Cavabdeh ##.##.2026-cı il tarixinədək 500 manat limit təşkil edən kredit ayrılmış, müqavilə öhdəlikləri vaxtında icra edilməməsi səbəbindən Bank tərəfindən məhkəməyə müraciət olunmuş, həmin tarixə olan borc məbləğinin tutulması qət edilmişdir. Hazırda iddiaçı həmin kart hesabına ##.##.2021-ci il tarixdə nağdsız pul vəsaiti köçürməsini iddia etməklə, onun geri qaytarılmasını tələb edir. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə iddiaçının vəsatəti təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizası ilə həmin ödənişlərin ****Sstb*/** saylı, ##.##.2019-cu il tarixli Kredit Müqaviləsi və AZ**UBAZ**************AZN*** nömrəli hesab üzrə olması müəyyən edilmişdir. Lakin hesabdan çıxarışlarda həmin pul köçürmələri barədə dəqiq heç bir məlumat göstərilmədiyindən borclunun banka olan əsas və faiz məbləğlərini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatı ilə müəyyən edilmişdir ki, bankdan təqdim olunan hesabdan çıxarışlara əsasən hesaba birdəfəlik 9.000 manat məbləğdə ödəniş olmamışdır. Göründüyü kimi iddiaçı tərəfindən ##.##.2021-ci il tarixdə 9.000 manat məbləğində nağdsız köçürmənin edildiyi iddia olunsa da, bu iddianı təsdiqləyən mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə Kollegiyası həmçinin qeyd edir ki, iddiaçı tərəfindən hər hansı ödəniş tapşırığı və ya qəbzin təqdim edilməsi ehtimalı olsa belə, bankın rəsmi çıxarışı və ekspertizası göstərir ki, vəsait cavabdehə ödənilməmiş və cavabdeh alınmayan pul vəsaitinə görə məsuliyyət daşıya bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia ərizələrinin eləcə də apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları həmin məbləği ödəmiş şəxslərin özünə aid edilməlidir. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 350 manat məbləğində pul vəsatinin 175 manat hissəsi iddiaçı “xxxx” ASC-dən, qalan 175 manat hissəsi cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402 və 405ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası

Qət etdi:

Birinci iddia üzrə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2022-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx” ASC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair iddiası rədd edilsin. İkinci iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı Cavabdeh cavabdeh iddiaçı2 ASC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006) ***/**** nömrəli, ## ######## 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizələrinin eləcə də apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumları həmin məbləği ödəmiş şəxslərin özünə aid edilsin. Apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 350 (üç yüz əlli) manat məbləğində pul vəsatinin 175 manat hissəsi iddiaçı “xxxx” ASC-dən, qalan 175 manat hissəsi cavabdeh Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, qətnamə cavabdeh Cavabdeh rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar