Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1464/2025 24.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: “alimentin artırılması” hakimlər X6 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi vəkil X12 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli 2(008)-3524/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı:
1. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 saylı qətnaməsi ilə 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 170 manat olmaqla cəmi 340 manat sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh hər ay hər uşaq üçün 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 avqust 2011-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladı - 22 iyun 2012-ci il təvəllüdlü X13 və 27 sentyabr 2014-ci il təvəllüdlü X9 anadan olmuşdur. İsmayıllı rayon məhkəməsinin 2(037)-209/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 22 iyun 2012-ci il təvəllüdlü X13 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 anaları Abdullayevə (Babayeva) Könül Paşa qızının yanında saxlanılması, Cavabdeh hər ay hər uşağa 130 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində alimentin alınaraq 22 iyun 2012-ci il təvəllüdlü X13 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanılması üçün Abdullayevə (Babayeva) Könül Paşa qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 saylı qətnaməsi ilə İsmayıllı rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsi miqdarında dəyişiklik edilmiş, 22 iyun 2012-ci il təvəllüdlü X13 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanılmaları üçün hər uşağa hər ay 170 manat olmaqla, cəmi 340 manat məbləğində cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləği isə hazırki durumda yetərli deyildir. Uşaqların hər ikisi məktəblidir, gündəngünə qayğıları (təhsil, geyim əşyaları, nəqliyyat, dolanacaq xərcləri və s.) artmaqda davam edir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancından və sair gəlirlərindən məhkəmə qərarı ilə müəyyən olunmuş aliment miqdarının artırılması zərurəti yaranmışdır. Bu baxımdan, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının ödənilməsində dəyişiklik edilməsi zərurəti yarandığından, yenidən məhkəməyə müraciət edir.
2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3524/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılması, 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Konstitusiyasının 34; Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 78.2, 112.1; “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8, 13, 19; “ Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə; “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa; “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 217.4, 233.4-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını və cavabdehin əlavə gəlirlərinin olmasına dair sübutların mövcud olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı 2024-cü il üçün uşağlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində artırılmalı, 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir.
3. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki; - İsmayıllı rayon Qeydiyyat tərəfindən verilmiş AZ-İİ 904087 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X14 xx.xx.2012-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır;- İsmayıllı rayon Qeydiyyat tərəfindən verilmiş AZ-İİİ 415833 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx.xx.2014-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır; - İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 436855 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında nikah xx.xx.2023-cü ildə pozulmuşdur. Nikah pozulduqdan sona kişiyə Abdullayev, qadına Babazadə verilmişdir;- İsmayıllı Rayon Məhkəməsinin 2(037)-209/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi nikahın pozulması və uşaqların yanında saxlanılmasına dair hissədə təmin edilmiş, X15 ilə Cavabdeh arasında 25 avqust 2011 -ci il tarixdə İsmayıllı rayonun İHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyində 09 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 22 iyun 2012-ci il tarixdə doğulmuş X13 və 27 sentyabr 2014-cü il tarixdə doğulmuş X9 boşanmadan sonra anası X8 yanında saxlanılması, iddia tələbi alimentin təyin olunmasına dair hissədə qismən təmin edilmiş, 07 yanvar 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 220 manat olmaqla cəmi 260 manat sabit pul məbləğində aliment alınaraq 22 iyun 2012- ci il tarixdə doğulmuş X13 və 27 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün X11 verilməsi, Cavabdeh 51 manat 20 qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir;- Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3815/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-209/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 170 manat olmaqla, cəmi 340 manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq, (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilmsi qət edilmişdir;- İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 manat mediasiya, 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir;kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında illik 27,5 faiz olmaqla 59 ay müddətinə 3300 manat kredit götürmüşdür. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
4. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3524/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə “İnsan hüquqları haqqında Ümumi Bəyənnamə”-nin 8-ci bəndinə; Azərbaycan Respublikası Konstitusiyasının 60, 71; Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dairişlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-ci il tarixli Qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.1, 76.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsnin 88-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Cavabdeh 2023-cü ilin oktyabrından bəri övladları ilə görüşdən məhrum olunmuşdur, övladları ilə görüşə bilmir. Tərəf Cavabdeh övladlarına çox bağlıdır və onun övladları ilə görüşməməsi ona mənəvi iztirablar yaşadır. Xahiş olunur ki, məhkəmə tərəfindən bu hal da nəzərə alınsın. Qətnamə tam ətraflı və araşdırma aparılmadan qərəzli şəkildə çıxarılmışdır. məhkəmə heç bir əsasa istinad etmədən, görülən tədbirləri və uşaqların üstün mənafeyini, maddi və sair ehtiyaclarını nəzərə almadan alimentin tutulduğu tarixlə bağlı ədalətsiz qərar qəbul etmişdir. Cavabdeh tərəf övladına aliment verməkdən imtina etmir. Belə ki, həmin övlad onunla bərabər anasının da övladıdır. Anası da işləyərək övladının digər ehtiyaclarını təmin edə bilər. Cavabdeh tərəfin rəsmi əmək haqqı 600 manatdır və sabit pul məbləğində aliment verdikdən sonra öz ehtiyaclarına üçün vəsait qalmır. Belə ki, cavabdeh tərəf övladlarının ehtiyacı üçün alimentin qazandığı əmək haqqının 1/3 övladlarına verə bilər. Bakı şəhər Sabunçu rayon Məhkəməsi mülki iş üzrə təqdim olunan bütün sübutarı obyektiv və hərtərəfli araşdırmamış, nəticədə qanunsuz və əsassız qətnamə çıxarmışdır. Qətnamədən görünür ki, məhkəmə qətnaməsi iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə tərəfindən çıxarılan qətnamə işin halları və o cümlədən uşaqların üstün maraqları ilə uyğunluq təşkil etmir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən tərəflərin qarşılıqlı münasibətlərini, valideynlərin övladları qarşısında olan qanunvericiliklə müəyyən edilmiş öhdəliklərini, habelə, uzun müddətdir ki, cavabdehin uşaqların saxlanılmasında iştirak etməməsi faktını qiymətləndirməmiş və beləliklə də, maddi və prosessual hüquq pozuntularına yol verərək iş üzrə düzgün olmayan qərar qəbul etmişdir. Apellyasiya icraatında müəyyən edilən hallar və məhkəmə prosesi iştirakçılarının izahatları: 5.Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil apellyasiya şikayətinə uyğun izahat verərək, uşaqların saxlamağın hər iki valideynin borcu olduğunu, cavabdehin aylıq əmək haqqısının 600 manat təşkil etdiyini, uşaqlara 470 manat aliment ödəyəcəyi təqdirdə cavabdehin dolanışığı, şəxsi ehtiyaclarını qarşılaması üçün normal vəsaitin qalmayacağını bildirmiş, dedikləri nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab etdiyini, uşaqlar böyüdükcə maddi ehtiyaclarının da artdığını qeyd etmiş, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya baxışının hədləri: 7.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 372-ci maddəsinə əsasən: maddi və prosessual hüquq normalarına riayət etməsi baxımından birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı onun barəsində açıq (və dolayısı ilə) mübahisə edilən hissədə yoxlanılmalıdır. Mübahisə edilən hissə müəyyən edilən alimentin məbləğidir. Tətbiq edilən hüquq və apellyasiya instansiyası məhkəməsinin mövqeyi: 8.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir və cavabdehin maddi vəziyyətinin ağır olması ( işsizlik və s.) isə valideynin övladı qarşısında olan vəzifələrinin həyata keçirilməsindən tam və ya qismən azad edilməsi üçün əsas ola bilməz. Uşaqların bir valideynin yanında qalması digər valideyn tərəfindən ödənilən aliment məbləğinin müəyyən edilməsinə təsir edəcək amil kimi çıxış edir, alimentdən əlavə xərclərdə iştirakçılıq, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq bir çox hallar aliment məbləğinin müəyyən edilməsi və ya dəyişdirilməsi zamanı nəzərə alınası ciddi meyarlardır. Bu mənada xüsusi ilə diqqət yetirilməlidir ki, şəxsin (uşağın) yaşayışı yalnız minimum istehlak səbətinin təmin edilməsi ilə deyil, onun tərbiyə və inkişafında təhsil, mənzil, tibbi yardım və sair hüquqlarının, o cümlədən mənəvi inkişafın təmin edilməsinə aid məsrəflər də nəzəzərə alınmalıdır.Ona görə uşağın minimum təminat səviyyəsinə uyğun kollegiya hesab edir ki, minimum yaşayış həddi, uşağın saxlanılması üçün minimum dolanacaq xərcini əhatə edir və uşağın digər təminatları, yəni ona layiqli şəkildə baxılması, digər zəruri tələbatlarının təmin edilməsi ilə bağlı valideyn öhdəlikləri üzrə vəzifə bərabərliyi baxımından sübutetmə yükü tərəflərin üzərinə düşür. Kollegiya hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq aliment məbləğinin müəyyən edilməsi (dəyişdirilməsi) üzrə tələblərin yenidən baxılmasını istisna etmir. 9.Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən: Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 10.Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir.110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
11. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır
12. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1 -ci maddəsinə əsasən bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1 -ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.. 8.11-
1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.41-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. 13.Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləyə görə: 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.112.1.3. İddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.392.2. Apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. 15.Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. 16.Kollegiya iş materiallarını və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, hesab edir ki, apellyasiya şikayəti əsassız olduğudan təmin edilməməli, lakin artırılmış aliment miqdarının hesablanması qaydasında və müddətində yuxarıda qeyd edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına uyğun olaraq dəyişiklik edilməlidir. 17.Hazırki işdə bir uşağın saxlanılmasına görə aliment 235 manat həddində müəyyən edildiyindən, bu məbləğdən az müəyyən edilməsi üçün əsaslar müəyyən edilmir, lakin gələcək mümkün indeksasiya nəzərə alınaraq icra qaydası və müddəti müəyyən edilməli, ərizə verilən xx.xx.2024-cü il tarixdən 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 235 manata olmaqla, cəmi 470 manata mütənasib 2024-cü il üçün müəyyən olunmuş (gələcək artırmalar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi müəyyən edilməklə qətnamə dəyişdirilməlidir. 18.Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəyən şəxsə aid edilməlidir. Həmçinin mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. 19.Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, kollegiya Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3524/2024 saylı işi üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin tutulmasının (icra qaydası və müddəti) hissəsində dəyişdirilsin. Cavabdeh ərizə verilən tarixdən 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 235 ( iki yüz otuz beş) manat olmaqla, cəmi 470 ( dörd yüz yetmiş) manata mütənasib 2024-cü il üçün müəyyən edilmiş ( gələcək artımlar nəzərə alınmaqla) ölkə üzrə minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment məbləği iddia verildiyi xx.xx.2024-cü il tarixdən hesablanaraq iddiaçıya ödənilsin.