Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1465/2022 03.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Suraxanı Rayon Məhkəməsinin 2(010)-6580/2021 saylı, 25.11.2021-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, iki otaqdan və 28,0 kv.m sahədən ibarət mənzilə dair 2/1 hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-6580/2021 saylı iş üzrə qəbul etdiyi 25.11.2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı birgə təsərrüfat dövründə əldə edilmiş əmlaka dair pay hüququnun tanınması tələbinə dair həmin iddia ərizəsi MPM-in 153.3-cü maddəsinə əsasən icraata qəbul olunmasından imtina edilərək, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmışdır. Həmin qərardaddan iddiaçının verdiyi şikayət Məhkəmənin 14.12.2021-ci il tarixli qərardadı ilə təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, qərardad ləğv edilməli və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün mülki iş rayon məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 6266/2020 nömrəli, 01.12.2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ilk və Cavabdeh İddiaçı qarşı mənzildən çıxarılma və pul tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.03.2020-ci il tarixli qətnaməsi qismən-Cavabdeh 9100 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına uyğun məzənnəsi ilə və təmir xərclərinə görə 6100 manat məbləğində pulun alınaraq ilk iddia üzrə İddiaçı ödənilməsi hissəsində ləğv edilməsi, həmin hissədə ilk iddia tələbinin təmin edilməməsi və qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilmiş məhkəmə qətnaməsinə əsaslanaraq hesab etmişdir ki, iddiaçının həmin işdə irəli sürdüyü iddiasının dəlilləri ilə hazırkı işdə irəli sürdüyü iddiasının dəlilləri eynidir və hazırkı işdə tələb edilən pul, artıq məhkəmə qətnaməsi ilə qiymət verilən əsaslar üzrə tələb edilir. Məhkəmə kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2-ci maddəsində iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edilməsinin əsasları göstərilmişdir. Məcəllənin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Kollegiya qeyd edir ki, həmin normaya görə iddia ərizəsini qəbul etməkdən imtina üçün aşağıdakı üç halın, həm də eyni vaxtda mövcud olması zəruri şərtdir. - tərəflər eyni olduqda; - predmet eyni olduqda; - əsaslar eyni olduqda. Hazırkı halda yuxarıda qeyd edilən iş üzrə tərəflər eyni olsa da, iddia tələbinin predmeti və əsası eyni olmadığından, rayon məhkəməsi MPM-in 153.2.2-ci maddəsinə əsasən, iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Göstərilənlərə əsasən Kollegiya hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iddiaçının ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Suraxanı Rayon Məhkəməsinin 2(010)-6580/2021 saylı, 25.11.2021-ci il tarixli qərardadı ləğv edilsin və iddia ərizəsinin icraata qəbulu məsələsinə yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Elşən Kazımov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1465/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1465/2022
03.02.2022 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver