Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1466/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı QSC (hazırkı adı “xxxx” MMC)-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsinin binasında Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı daxili maliyyə lizinq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi nəticəsində dəymiş ziyanın tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC-nin idrarə heyətinin sədri Z.F.Sadıqovla Cavabdeh1 arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli NVD№1366/11xx-xx/2010 saylı daxili lizinq müqaviləsinə əsasən İddiaçı QSC cavabdehin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan əlavə № 1 -də (spesifikasiya) göstərilən və ümumi dəyəri 29 000 ABŞ dolları olan 1 ədəd “xxxx” markalı avtomobilini öz mülkiyyətinə əldə edərək onu Cavabdeh1 müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh1 isə 29 000 ABŞ dolları məbləğində borcu illik 23 faiz hesablanmaqla, 36 ay müddətinə İddiaçı QSC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh1 lizinq müqaviləsinə 1 №-li əlavə üzrə 36 ay müddətinə illik 23 faiz hesablanmaqla mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış və müqavilə şərtlərinə tam əməl etməmiş və müavilə şərtlərini pozmuşdur. Bununla əlaqədar cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyekti aşkar edilrək götürülmüşdür.Hazırda öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdehin xx.xx.2011-ci il tarixə iddiaçıya əsas məbləğdən vaxtı keçmiş qalıq borc 2985,88 ABŞ dolları, faiz borcu üzrə 1653 ABŞ dolları, dəbbə pulu üzrə 1247 ABŞ dolları olmaqla, cəmi 5885,88 ABŞ dolları borcu qalmışdır.Bununla əlaqədar cavabdehə təklif edilmişdir ki, öhdəlikləri icra etməməsi nəticəsində lizinq şirkətinə vurduğu ziyanı ödəsin, lakin cavabdeh bundan imtina etmişdir.Daxili lizinq müqaviləsinə əlavə olaraq,eyni zamanda Cavabdeh2 ilə iddiaçı arasında bağlanmış xx xxxxxx 2010-cu il tarixli zaminlik müqaviləsi çıxış edir ki, bu müqaviləyə görə o, cavabdehlə eyni həcmdə məsuliyyət daşıyır. xx xxxxxx 2010-cu il tarixli NVD№1366/11xx-xx/2010 saylı daxili lizinq müqaviləsinin 13.1.4-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verən obyektini mübahisəsiz geri almaq hüquna malikdir.Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 öhdəlikləri yerinə yetirməmləri nəticəsində dəymiş ziyana görə əsas məbləğdən vaxtı keçmiş qalıq borc 2985,88 ABŞ dolları, faiz borcu üzrə 1653 ABŞ dolları, dəbbə borcu üzrə 1247 ABŞ dolları olmaqla, cəmi 5885,88 ABŞ dolları və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada tutlaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, xx xxxxxx 2014cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 və Cavabdeh2 2985,88 ABŞ dolları əsas borc, 1653 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu, cəmi 4738.88 ABŞ dolları borc ödəniş günü ABŞ dollarının manata olan məzənnəsi ilə manatla və 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada Unileasing Lizin Şirkəti QSCnin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə ləğv edilməli və iş ürə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmamalıdır. Belə ki, idda tələbi əsas borc və faizlərin tələb olunması, eləcə də məhkəmə xərclərinin tələb olunması hissəsində əsaslı olduqundan təmin olunmalıdır. Məhkəmə iddianın öhdəliyi vaxtında icra edilməməsinə görə 1247 ABŞ dolları məbləğində dəbbə pulunun cavabdehlərdən tutulmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən təmin olunmalıdır. Belə ki, 1247 ABŞ dolları məbləğində dəbbə pulu əsas borcla nisbətdə tənasübsüz şəkildə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 100 ABŞ dolları həddində saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, 2011-ci ildə lizing obyekti aşkar edilərək götürüldüyündən, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır və bu müddət xx.xx.2014-cü il tarixində bitmişdir. İddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsi isə xx.xx.2014-cü ildə məhkəmənin icraatına daxil olmuşdur. Bununla da iddiaçı iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyasının iclasında İddiaçı QSC (hazırkı adı “xxxx” MMC)-nin nümayəndəsi X3 apelyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını və apelyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx xxxx 2014-cü il tarixli arayışından görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx xxxxxx 2010-cu il tarixli NVD№1366/11xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsinin surətindən görünür ki, İddiaçı QSC Cavabdeh1 36 ay müddətinə qeyd olunan avtomobili lizinqə vermişdir. Müqavilənin tərkib hissəsi olan lizinq ödənişləri cədvəlinə əsasən avtomobilin bazar qiyməti 29 000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Aylıq ödənişlər 1101 ABŞ dolları məbləğdə razılaşdırılmaqla lizinq alan lizinq verənə 36 ay müddətində 42794 ABŞ dolları ödəmək barədə öhdəlik götürmüşdür. Tərəflərin razılığına əsasən həmin məbləğin 29000 ABŞ dolları avtomobilin dəyərinə, 11406 ABŞ dolları faiz məbləğinə,2352-00 ABŞ dolları isə sığorta xərcinə aid edilmişdir. İş materiallarında olan saylı xx xxxxxx 2010-cu il tarixli NVD№1366/11xx-xx/2010 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 öz üzərinə zaminlik öhdəliyi götürərək, xx xxxxxx 2010-cu il tarixli NVD№1366/11xx-xx/2010 saylı daxili maliyyə lizinq müqaviləsi üzrə yaranmış öhdəlik Cavabdeh1 tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəliyin yerinə yetirilməsinə təminat vermişdir. İş materiallarında olan AB seriyalı 447819 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “xxxx” markalı ** AV *** nömrəli avtomobili İddiaçı QSC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan,lakinona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-1.8-ci maddəsinə əsasən lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə əsasən lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə, lizinq alan lizinqobyektini işlək halda saxlamırsa bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-11.1-ci maddəsinə əsasən lizinq ödənişlərinin ümumi məbləğinə lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər, lizinq verənin mükafatının məbləği, lizinq verənin əlavə xidmətlərinin haqqı və s. daxildir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin halları ilə müəyyən olunur ki, tərəflər müllki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq və zaminlik müqavilələri bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, lizinq verənin təqdim etdiyi maliyyə arayışına əsasən lizinq alanın əsas borca görə 2985.88 ABŞ dolları, faiz borcuna görə 1653 ABŞ dolları borcu qalmışdır. Bundan başqa həm də 1247 ABŞ dolları dəbbə pulu tələb olunmuş, birinci instansiya məhkəməsi də haqlı olaraq 1247 ABŞ dolları məbləğində dəbbə pulunu əsas borcla nisbətdə tənasübsüz şəkildə yüksək olması qənəatinə gəlmiş və dəbbə pulu azaldılaraq 100 ABŞ dolları həddində saxlanılmaqla, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 2985,88 ABŞ dolları əsas borc, 1653 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları dəbbə pulu cəmi 4738.88 ABŞ dolları məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu müştərək qaydada tutlaraq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdeh apelyasiya şikayətində iddiaçı tərəfindən iddia müddətini ötürüldüyünü qeyd etsə də, iş materialları ilə bu hal təkzib olunur. Kollegiyası qeyd edir ki, tərəflər arasında xx xxxxxx 2010-cu il tarixdə 36 ay müddətində bağlanmış müqavilə xx.xx.2013-cü il tarixdə bitdiyindən 3 illik iddia müddəti də həmin tarixdən hesablanmalıdır. Göründüyü kimi, tərəflər müllki qanunvericiliyin tələblərinə uyğun olaraq lizinq və zaminlik müqavilələri bağlanmış, iddiaçı öz üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirsə də cavabdehlər müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. İddiaçı haqlı olaraq cavabdehlərə qarşı iddia qaldırmış və qanunla müəyyən edilmiş 3 illik iddia müddətini ötürməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh1 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7742/2014 saylı, xx xxxxxx 2014cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1466/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1466/2021
03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver