Məhkəmə qərarları › İş №2(103)-14796/2019

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-14796/2019

25.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-14796/2019 25.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı, Cavabdeh ASC-nin 8 saylı X14 İstismarı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehna qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh «Cavabdehna qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, görülmüş işlərlə bağlı 353.660 manat pulun, həmçinin qeyd olunan məbləğin vaxtında ödənilməməsi ilə bağlı ona vurulmuş zərərə görə 85.000 manat, ümumilikdə 438.660 manat pulun Cavabdeh tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: "Cavabdeh“ ASC-nin 8 saylı X14 İstismarı MMC-nin direktoru X5 təxminən 2007- 2008-ci illərdən tanıyır. Həmin ərəfədə fərdi əməklə, eyni zamanda qum, çınqıl və sair tikinti materiallarının satışı ilə məşğul olmuş, müxtəlif yerlərdən adları çəkilən tikinti materiallarının alqı-satqısı ilə məşqul olmuşdur. Bununla bağlı, Cavabdeh və onun oğlu İsmayıl Şirinovdan çınqıl və assep alaraq satmış, bu işlərlə məşğul olduğundan bir neçə sayda ağır tonnajlı və böyük tutumlu yük avtomaşınlarının sürücülərini də işə cəlb etmiş və qazancdan həmin sürücülərin də gördüyü daşımaya görə ödənişlər etmişdir. 2012-ci ilin sonlarında onu Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində fəaliyyət göstərən asfalt zavodun ərazisində yerləşən ofisinə dəvət etmişdir. Respublikanın müxtəlif bölgələrindən, o cümlədən Quba, Siyəzən, Şamaxı, Biləsuvar, Sabirabad və İmişli rayonlarından çinqil, daş tozu, qum və assept tikinti materiallarının onun üçün daşınmasını təmin etməyi təklif etmiş və bunun müqabilində pul verəcəyini demişdir. Bununla bağlı, yəni adı çəkilən rayonlarda fəaliyyət göstərən zavodlardan sözügedən tikinti materiallarının daşınmasını təmin etmək, daşınan yükün hər tonuna və reysinə görə 180 manatdan 350 manat arasında pul verilməsinə dair aralarında şifahi razılaşma əldə olunmuşdur. Yüklərin hesabatının dəqiq olması üçün Əliheybət Şirinov ona müəssisəsinə məxsus qaimələr təqdim etmiş, yük rayonlardan götürüləndə, eləcə də gətirilib Əhmədli, Hövsan və Dərnəgüldə yerləşən zavodlara təhvil veriləndə qaimədə müvafiq imzalar göstərilmiş, həmin qaimələr 3 nüsxədə olmuş, biri malı götürdükləri, digəri təhvil verdikləri müəssisələrdə, biri isə onda qalmışdır. Cavabdeh Əliheybət Şirinovla aralarında olan şifahi razılaşmaya əsasən o, 2013-cü ilin əvvəllərindən 2015-ci ilin oktyabr ayının axırlarınadək sonuncu ilə işləməyə başlamış və öz növbəsində həmin işlərin həyata keçirilməsi ücün ağır tonajlı çox tutumlu yük avtomaşınlarının sürücülərini işə cəlb etmişdir. 2013-cü il ərzində cavabdeh daşınan malın hər tonnajına görə ödənişi gecikmələrlə olsa da ödəsə də, lakin 2014-cu ildən başlayaraq gördükləri daşımalarla bağlı pulun ödənilməsində ləngimələr olmuş, buna baxmayaraq daşımaların təcili olmasının və daşımalarla bağlı məbləğin «Avropa oyunları» başa çatan kimi ödəniləcəyini barədə söz verdiyindən, o daşımaları həyata keçirmişdir. Cavabdeh Əliheybət Şirinov hər daşıma ilə bağlı ödəniləcək məbləğlərdən müxtəlif vaxtdarda 10.000 manat, 15.000 manat, 30.000 manat məbləğləri qalıq kimi saxlayaraq növbəti ödəniş zamanı həmin məbləğləri də ödəyəcəyini bildirmişdir. Lakin növbəti daşımalarda nəinki köhnədən qalan borcu ödəmək, yenə də təkrarən müxtəlif məbləğlərdə borc da saxlamışdır. O, bu qaydada cavabdeh Əliheybət Şirinovla 2015-ci ilin oktyabr ayının sonlarınadək işləmiş, sonuncu isə daşımalarla bağlı qalıq məbləğin «Avropa Oyunları» başa çatan kimi ödəniləcəyini söz versə də, borcunu ödəməmişdir. Bununla bağlı cavabdeh Əliheybət Şirinovun ona 353.660 manat borcu qalmışdır. Qeyd olunan vəziyyətdə artıq görülmüş işlərdə xidmətlərindən istifadə etdiyi sürücülər öz pullarını ondan tələb etməyə başlamış, o da öz növbəsində pulu Əliheybət Şirinov və onun oğlu İsmayıldan tələb etsə də, sonuncular tərəfindən pullar ödənilmədiyindən, o, sürücüləri itirməmək ücün məcbur olub özünə məxsus "Toyota Prado” markalı **-HM-*** dövlət nömrə nişanlı avtomaşını 52.000 manata, “Jeep Wrangler" markalı **-HS-*** dövlət nömrə nişanlı avtomaşını 35.000 manata, "Mercedes Benz” markalı **-FX-*** dövlət nömrə nişanlı avtomaşını 15.000 manata, eləcə də ailəsinə məxsus qızıl-zinət əşyalarını 22.000 manata satmış, bundan başqa qohumları və yaxın dostları «Elimdar»dan 14.000 manat, «Ağarəhim»dən 18.000 manat, «Xəyyam»dan 8.000 manat, «Şəvval»dan 5.000 manat borc alaraq, həmçinin özündə olan 55.000 manat pulu toplayaraq, ümumilikdə 214.000 manat pulu sürücülərin əmək haqqısı kimi onlara vermişdir. Beləliklə, cavabdeh Əliheybət Şirinovun tapşırığı ilə görülmüş işlərlə bağlı sonuncu tərəfindən ona ödəniləcək 353.660 manat məbləğində pul indiyədək ödənilməmiş, həmçinin bununla bağlı o, xeyli ziyana düşmüşdür. Qeyd olunan hallar məhkəməyə təqdim ediləcək sənədlər və şahid ifadələri ilə təsdiq olunur. Cavabdeh Əliheybət Şirinov tərəfindən 353.660 manat pulun ona ödənilmədiyini gördükdə o, hüquq mühafizə orqanlarına müraciət etmiş, istintaq orqanı tərəfindən ona həmin məsələ ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia tələbinə uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etmiş, iddia tələbinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, yükün daşınması ilə bağlı cavabdehlə onun arasında hər-hansı müqavilə olmamışdır. Bütün işlər şifahi qaydada, qarşılılı etibar əsasında həyata keçirilmişdir. Malları təhvil verərkən qaimələr tərtib edilmişdir. Lakin həmin qaimələri cavabdeh imzalamamıdır. Qaimələrdəki imzalar müxtəlif şəxslərə aiddir. Hər dəfə malı boşaldanda orada mühafizədə olan şəxs və yaxud başqa şəxs qaiməni imzalayırdı. Onlar da tez-tez işdən çıxdıqları üçün hər dəfə müxtəlif şəxslərin imzaları ilə qaimələr təsdiq olunmudur. Cavabdeh həmin qaimələrin onlarda olmasını inkar edir. Həmin faktla bağlı cinayət işi başlanmış və istintaq zamanı cavabdehin vəzifəli şəxs olması səbəbindən razılığa gedərək 2016-cı ildə 30.000 manat pul alaraq ərizə yazmışdır. Vəkili ona belə etməyi məsləhət görmüşdür. Lakin bundan sonra cavabdeh qalıq məbləği verməkdən yayınmışdır. Ona görə həmin ərizəni 3 ildən sonra xx.xx.2019-cu il tarixdə ləğv elətdirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh ASC-nin 8 saylı X14 İstismarı MMC-nin nümayəndəsi X8 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, Avropa Oyunları ilə bağlı tikinti iləri sürətlə gedən dövrdə tərəflər arasında şifahi razılaşma əsasında yüklər daşınmışdır. Bütün yüklərə görə pullar ödənilməsinə baxmayaraq iddiaçı əsassız olaraq külli miqdarda pul tələb etməyə başlamışdır. Təmsil ediyi tərəf əsassız şikayətlərə son qoyulması üçün 2016-cı ildə iddiaçıya 30.000 manat pul vermiş və sonuncu notariusda təsdiq olunmuş ərizə verərək iddialarından imtina etmişdir. Üç il ərzində iddiaçının heç bir tələbi olmamıdır. O, yenidən pul almaq üçün hazırkı tələblə çıxış etmişdir. İddiaçının təqdim etdiyi qaimələr idarəyə məxsus deyil, oradakı imzaların kimə məxsus olması aydın deyil. Təmsil etdiyi tərəf həmin qaimələri imzalamamışdır. İşin faktiki halları ilə bağlı aşağıdakılar tədqiq olunur: xx.xx.2016-cı il tarixli «cinayət işi başlama barədə» qərardan görünür ki, İddiaçı və qeyrilərinin şikayəti əsasında Azərbaycan Respublikası CM-nin 162-1.1-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. xx.xx.2016-cı il tarixli «zərərçəkmiş şəxs qismində tanınma haqqında» qərardan görünür ki, İddiaçı Bakı şəhəri Xətai rayon prokurorluğunda istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi üzrə icraata xitam verilməsi barədə xx xxxxxx 2017-ci il tarixli qərardan görünür ki, həmin tarixdə cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin icraatına əməldə cinayət tərkibi olmaması (39.1.2.maddə) əsası ilə xitam verilmişdir. İddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2016-cı il tarixli ərizəsindən görünür ki, İddiaçı «Cavabdehservis» ASC, X7, X13 və X6 qarşı heç bir pul iddiasının və tələbinin olmadığını və gələcəkdə də olmayacağını bildirmişdir. İşin mübahisəsiz halları bunlardır: Cavabdeh ASC-nin 8 saylı X14 İstismarı MMC-nin rəhbəri X7 ilə İddiaçı arasında inşaat materiallarının daşınması ilə bağlı şifahi razılaşma olmuş və bununla bağlı müxtəlif vaxtlarda və müxtəlif növdə materiallar daşınmışdır. Həmin daşımalar üzrə ödənişlər də şifahi razılaşma yolu ilə həyata keçirilmişdir. Daşımalarla bağlı müəyyən ödənişlər edilmişdir. Sonuncu dəfə iddiaçı 30.000 manat aldığını təsdiq etmişdir. İşin mübahisəli halları, daşımalarla bağlı cavabdehin borcunun qalıbqalmamasıdır. İlk növbədə məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh ASC-nin 8 saylı X14 İstismarı MMC-nin rəhbəri X3 hərəkətlərində cinayətin əlamətləri olması ilə bağlı məsələ artıq həllini tapmışdır. Cinayət təqibini həyata keçirən orqanın qüvvədə olan qərarı ilə təsdiq olunmuşdur ki, həmin hadisədə cinayət halı mövcud deyil. Ona görə məhkəmə kollegiyası cavabdehin iddiaçıya borcunun qalıb-qalmaması konktekstindən mülki-hüquqi dəyərləndirmə aparır. İşə baxan məhkəmə mübahisəni tərəflərin sübutetmə yükünün öhdəsində nə dərəcədə gəlmələrindən asılı olaraq həll etmişdir. Məhkəmə kollegiyası belə dəyərləndirmə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh sübutetmə vəzifəsinin öhdəsindən gələ bilmədiyi üçün tələbi təmin oluna bilməz. Belə ki, iddiaçı cavabdehin daşımalara görə ona borclu qalması halını sübut etməlidir. Cinayət təqibini həyata keçirən orqanın qəbul etdiyi qərarda qeyd edilmişdir ki, İddiaçı ərizə yazaraq pul tələbi ilə bağlı razılığa gəldiklərini, iddiaçıdan 30.000 manat pul alaraq tələbindən imtina etdiyini təsdiq etmişdir. Eyni zamanda İddiaçı notarial qaydada təsdiq olunmuş xx.xx.2016-cı il tarixli ərizəsində qeyd edir ki, «Cavabdehservis» ASC, X7, X13 və X6 qarşı heç bir pul iddiasının və tələbinin olmadığını və gələcəkdə də olmayacağını təsdiq edir. Hazırkı iddia qeyd olunan ərizə yazıldıqdan üç il sonra irəli sürülmüşdür. Belə sübutların mövcudluğu fonunda cavabdehin iddiaçıya borcunun qalması barədə dəlillər inandırıcı görünmür. Daşımalarla bağlı tərəflər arasında razılaşmanın şihafi olmasını nəzərə alanda borcun mövcudluğu məsələsinin təsdiq olunması daha da çətinləşir. İddiaçının təqdim etdiyi qaimələrin cavabdehin rəhbərlik etdiyi hüquqi şəxsə aid olubolmaması, həmin qaimələrin kimlər tərəfindən imzalanması məlum deyil və baş verənlərin uzun illərdən sonra bərpa olunaraq müvafiq hesablama aparılması mümkün deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-217.4. maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumununxx xxxx 2019-cu il tarixli qərarına əsasən, mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası belə qənaət gəlir ki, iddiaçı tələbini sübuta yetirə bilimədiyi üçün onun iddası təmin oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar