Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1480/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X1 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh4 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC, Cavabdeh2la araslarında bağlanmış xx.xx.2017-ci il tarixli, SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 13.709.02 manat əsas, 1323.08 manat faiz, 4579.21 manat cərimə borcu olmaqla, ümumilikdə 19.611.31 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 62 manat rüsumun tutulması; Cavabdeh1la aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, SKMF 017/CD-15 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 13.702.27 manat əsas, 1350.56 manat faiz, 4675.66 manat cərimə olmaqla, cəmi 19728.39 manat borcun tutulması, həmin məbləğlərin ipoteka qoyulmuş Cavabdeh3 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63,93 kv.m. olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin əmlak hesabına ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh2la bağlanmış xx.xx.2017-ci il tarixli, SKMF 019/CD-15 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada 13.709,02 manat əsas, 1323,08 manat faiz, 100 manat cərimə borcu olmaqla, cəmi 15.132,1 manat borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı ərizələrin reyestrdə qeydə alınması üçün 62 manat rüsum tutulması, eyni zamanda İddiaçı ASC-nin xeyrinə Cavabdeh1la arasında bağlanmış xx.xx.2017-ci il tarixli, SKMF 017/CD- 15 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 müştərək qaydada 13.702,27 manat əsas, 1350,56 manat faiz, 100 manat cərimə olmaqla, cəmi 15.152,83 manat borcun tutulması, iddiaçının xeyrinə bütün cavabdehlərdən müştərək qaydada 15 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzilə yönəldilməsi, həmin evin 94.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına iddiaçıya ümumilikdə 30.346,93 manat borcun və dövlət rüsumuna görə 15 manatın ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh3, apelyasiya şikayəti verərək, iş üzrə ekspertiza təyin edilməsini, qətnamənin ləğv, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Şikayətin dəlilləri ondan ibarətdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1la bank arasında müqavilə bağlansa da, cavabdehlər həmin borcdan 1300 manat ödəniş etmişlər, qalan ödədikləri borc isə faizlərə çıxılmışdır. Belə ki, Cavabdeh2 ödədiyi 1369,02 manat və Cavabdeh1 ödədiyi 1367,27 manat da faiz borcuna çıxılmışdır. Əgər ödədikləri pullar əsas borca hesablansaydı, belə bir borc da əmələ gəlməzdi. Bundan başqa, Cavabdeh4la faktiki olaraq zaminlik müqaviləsi bağlanmamış, o, heç bir müqaviləyə imza etməmişdir. Digər Cavabdeh2 onun qohumudur. Məhkəmə isə, bunları nəzərə almamışdır, ona görə də iş üzrə ekspertiza aparılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh4, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmamasını, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən, MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Kollegiya, qətnaməni cavabdehlərin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və onların dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət rədd edilməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında xx.xx.2017-ci il tarixli, 019/CD-15 saylı bağlanmış kredit müqaviləsinə əsasən, sonuncuya istehlak məqsədilə illik 6% dərəcsilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, sonrakı ipoteka müqaviləsinə isə Cavabdeh3 borcun ödənilməsinə təminat vermişlər. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 017/CD-15 saylı kredit müqaviləsinə əsasən, sonuncuya istehlak məqsədilə illik 6 % dərəcəsilə 36 ay müddətinə 15.000 manat məbləğində kredit verilmişdir. Həmin tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh4, ipoteka müqaviləsinə isə Cavabdeh3 borcun ödənilməsinə təminat vermişlər. Cavabdeh3la bağlanmış ipoteka və sonrakı ipoteka müqavilələrinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi, 304-cü keçid, ev 11, mənzil 71, ümumi sahəsi 63.93 kv.m. olan 3 otaqlı mənzil Cavabdeh1 və Cavabdeh2 öhdəliklərinin icrasına təminat vermək üçün İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqavilələrində ipoteka predmetinin dəyəri 94.000 manat müəyyən edilmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2, kredit müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh2 xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, 13.709.02 manat əsas, 1323.08 manat faiz, 4579.21 manat cərimə borcu olmaqla, ümumilikdə 19.611.31 manat məbləğində, Cavabdeh1 isə xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən, 13702.27 manat, 1350.56 manat faiz, 4675.66 manat cərimə olmaqla, cəmi 19728.39 manat məbləğində borcu yaranmışdır. İddiaçı ASC tərəfindən borcun ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmiş, bank tərəfindən tutmanın ipotekaya yönəldilməsinə dair bildiriş dövlət reyestrində qeydə alınmışdır. Belə olan halda, iddiaçı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci, 319.1-ci, 739.1-ci və 741-ci maddələrinə əsasən, cavabdehlərdən kredit borcunun tutulmasını, borcun ipoteka predmetinə yönəldilməsini tələb etməkdə haqlıdır. Çünki, Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Mülki Məcəllənin 470.1-ci və 472.1-ci maddələrinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Kollegiya, cavabdehlərin apelyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Orxan Səmədov, şikayətdə əsas, faiz borcunun düzgün hesablanmadığına və məhkəmə ekspertizasının keçirilmədiyinə istinad etsə də, birinci instansiya məhkəməsində bu barədə vəsatəti qaldırmalarına və ya bunun hansısa səbəbdən mümkün olmamasına dair iş materiallarında məlumat yoxdur. Bu səbəbdən Kollegiya iş üzrə ekspertizanın keçirilməsi üçün əsas görmür. Çünki, Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Cavabdeh4 isə borcun onun tərəfindən götürülmədiyini və bankla arasında bağlanmış zaminlik müqavilələrinin onun tərəfindən imzalanmadığını və bildirsə də, Kollegiya bu dəlili əsasslı saymır. Belə ki, işdən görünür ki, Cavabdeh4la bank arasında bağlanmış xx.xx.2017-ci il tarixli və xx.xx.2017-ci il tarixli zaminlik müqavilələrinə əsasən, Cavabdeh4 həmin tarixli kredit müqavilələri üzrə əsas borcluların öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti üzərinə götürmüşdür. Belə olan halda, əsas borclular öhdəliyin icrasını gecikdirdikləri üçün borcun zamin Cavabdeh4 da tələb edilməsi və cavabdehlərdən müştərək qaydada tutulması əsaslıdır. Eyni zamanda, Cavabdeh4 birinci instansiya məhkəməsində verdiyi izahatında qeyd olunan hallara nəinki istinad etməmiş, hətta iddianı etiraf etmişdir. Odur ki, Kollegiya qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2354/2020 saylı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1480/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1480/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver