Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1485/2021 04.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X15 oğlunun katibliyi, İddiaçı Məmmədəli qızının, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, üçüncü şəxslər X10 və X5 iştirakları ilə, İddiaçı Məmmədəli qızının Cavabdeh1 və Cavabdeh2 qarşı "mənzildən istifadə qaydalarının müəyyən edilməsi" tələbi barəsində ilkin iddiasına; mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X5 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı "yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi" tələbinə dair iddiasına; iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı "yaşayış sahəsinin bir otağına köçürülmə və oradan istifadə qaydalarının müəyyən olunması" barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsindən X13, Cavabdeh2 və X10 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məmmədəli qızı Cavabdeh1 və Cavabdeh2 qarşı ünvan 2 yerləşən fərdi yaşayış evində qeydiyyatda olanlar arasında evdən istifadə qaydasının aşağıdakı formada müəyyən edilməsi: evin 2-ci mərtəbəsində yerləşən iki yaşayış otağının iddiaçının, 1-ci mərtəbəsində yerləşən bir yaşayış otağı və 2-ci mərtəbəsində yerləşən bir yaşayış otağının Cavabdeh1 ilə oğlunun, 1-ci mərtəbəsində yerləşən iki yaşayış otağının Cavabdeh2 istifadəsinə verilməsi, evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən Cavabdeh2 ilə Cavabdeh1 oğlunun istifadə etməsi, evin 2-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən iddiaçının və Cavabdeh1 istifadə etməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə 2006-cı ildə nikaha daxil olmuşdur. Atasının ona verdiyi Xırdalan şəhərində yerləşən evi sataraq 2009-cu ildə ünvan 2 saylı mənzili satın almışdır. İddiaçı və cavabdehlər həmin evdə qeydiyyatdadırlar. Həmin fərdi-yaşayış evi 2 mərtəbədən ibarətdir və hər bir mərtəbədə 3 otaq yerləşir. Evin ümumi sahəsi 94 kv.m təşkil edir. İddiaçının Cavabdeh2 ilə nikahı 2018-ci ildə pozulmuşdur. Cavabdeh1 həmin evdə oğlu ilə yaşayır. Cavabdeh2 yad kişi olması isə onların cavabdehlərlə mənzildən istifadə qaydalarının qanunla tənzimlənməsini zəruri edir. İddiaçı cavabdehlərə bununla əlaqədar müraciət etmiş olsa da, onlar iddiaçıya heç bir cavab verməmişlər. Aralarında olan bu məsələnin məhkəmə qaydasında həlli mümkündür. Hesab edir ki, evdən istifadə qaydaları aşağıdakı qaydada müəyyən edilməlidir: fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən iki yaşayış otağı iddiaçının, 1-ci mərtəbəsində yerləşən bir yaşayış otağı və 2-ci mərtəbəsində yerləşən bir yaşayış otağı Cavabdeh1 ilə onun oğlunun, 1-ci mərtəbəsində yerləşən iki yaşayış otağı Cavabdeh2 istifadəsinə verilməli, evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən Cavabdeh2 ilə Cavabdeh1 oğlunun istifadə etməsi, 2-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı və mətbəxdən isə iddiaçının və Cavabdeh1 istifadə etməsi müəyyən olunmalıdır. Eyni zamanda qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı iddia qaldıraraq, onun ünvan 1 saylı evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 kv.metr olan bir otağına köçürülməsi və həmin otağın onun istifadəsinə, ikinci mərtəbədə qalan digər otaqların cavabdehlərin istifadəsinə verilməklə istifadə qaydalarının müəyyən olunması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 cavabdeh İddiaçı ilə 2006-cı ildə nikaha daxil olmaqla ailə qurmuş, aralarında nikah xx xxxxxx 2006-ci ildə Abşeron rayonunun VVADQ şöbəsində bağlanmış və 17 №-si ilə qeydə alınmış, birgə nikahdan uşaqları olmamışdır. Cəmilə ilə ailə qurduqdan sonra Binəqədi rayonu İH-nin balansında olan və Xırdalan qəsəbəsi 27-ci məhəllə 2 №-li mebel kombinatının 18b saylı evinin 38-ci mənzilində (ailəvi yataqxana) 2013-cü ilin yaz aylarına kimi yaşamışlar. Bakı şəhəri Xətai RİH-nin xx xxx 1992-ci il tarixli 320 №-li sərəncamı ilə ona yaşadığı Xətai rayonu 50 saylı evin qarşısında qaraj tikintisinə icazə verilmiş, qarajın tikintisini başa çatdıraraq istifadə üçün tam yararlı vəziyyətə salmaqla oradan təyinatı üzrə istifadə etməyə başlamışdır. X3 və yoldaşı X12 2007-ci ildə onun istifadəsində olan yuxarıda adı çəkilən həmin qarajı Xətai rayonunun 98 saylı MİS-nin ərazisində yerləşən və bağ sahəsi kimi istifadə olunan, təxminən 3 sot torpaq sahəsində inşa edilmiş və tikintisi yarımçıq qalmış tikili olan hazırkı mübahisənin predmetini təşkil edən ünvan 1 saylı evlə həmin vaxt MİS-də işləyən Abbasov Vəli adlı şəxslə aralarındakı razılaşmaya görə dəyişmiş, tikilinin birinci mərtəbəsinin iki otağını yaşayış üçün tam yararlı vəziyyətə gətirərək 2008-ci ildə oraya köçüb hazırkı vaxta qədər orada yaşamaqda davam edirlər. Onlar, yəni cavabdeh İddiaçı ilə o, Xırdalan qəsəbəsində olan yaşadıqları yataqxananı 2013-cü ilin əvvəllərində sataraq qardaşı X6 yaşadığı Xətai rayonu Mehmandarov küçəsi 92 saylı evin 40-cı mənzilinə köçüb orada təxminən 4-5 ay yaşadıqdan sonra X3 və onun həyat yoldaşı X4 uşaqları ilə birlikdə 2008-ci ildən faktiti yaşadıqları ünvan 1 saylı evin ikinci mərtəbəsini tikmək və oraya köçmək qərarına gəlmiş, oğlu və yoldaşı buna etiraz etməmiş, 2014-cü ilin əvvəllərinə kimi adı çəkilən tikilinin ikinci mərtəbəsində 3 otaq tikərək ər-arvad, yəni o və cavabdeh İddiaçı köçüb orada yaşamağa başlamışlar. Cavabdeh İddiaçı digər ailə üzvlərinin xəbəri olmadan 2014-cü ilin avqust ayında ünvan 1 saylı evə qeydiyyata düşmüş, bacısı - digər cavavbdeh X2 da onların xəbəri olmadan 2016-cı ilin may ayında həmin evə pasport qeydiyyatına alınmışdır. Qeyd olunan evin birinci mərtəbəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur, oranın əldə olunmasında və tikintisində cavabdehlərin heç bir vəsaiti və ya rolu olmamışdır. Oğlu Təbriz adı çəkilən evin yaşadıqları birinci mərtəbəsinin, iddiaçı isə ikinci mərtəbənin bütün kommunal xərclərini hazırkı dövrə qədər ödəyirlər. İddiaçı adı çəkilən evin ikinci mərtəbəsində sağ tərəfdə sahəsi 14 m2 olan bir otağında 2018-ci ilin axırlarına kimi yaşamış, cavabdeh İddiaçı ilə münasibətləri pozulduqdan sonra o, otağın giriş qapısını bağlamış, oradan iddiaçını istifadə etməyə qoymamışdır. İddiaçıya aid bütün əmlaklar və sənədləri həmin otaqda qalmışdır. Hazırda iddiaçı birinci mərtəbədə oğlu ilə birlikdə yaşamaq məcburiyyətindədir. Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(011)-5888/19 nömrəli qətnaməsindən sonra iddiaçı adı çəkilən evə pasport qeydiyyatına alınmışdır. Hesab edir ki, cavabdehlə aralarında yaranmış mülki münasibətləri nizama salan qanunun birbaşa norması olmasa da, oxşar münasibətləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin normaları tətbiq edilməklə pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddiaçı Xətai rayonu İ.İsmayılov küçəsi 13/6 saylı evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 m2 olan bir otağına köçürülməli və həmin otaq iddiaçının istifadəsinə, ikinci mərtəbədə qalan otaqlar isə cavabdehlərin istifadəsinə verilməklə istifadə qaydaları müəyyən olunmalı, ilk iddia isə təmin olunmamalıdır. Həmçinin, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X13 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı ünvan 1 saylı evin birinci mərtəbəsi bütünlüklə, yəni yaşayış otaqlarının və yardımçı sahələrin X10 və X5 istifadəsinə verilməsi, ikinci mərtəbəsində sağ tərəfdə sahəsi 14 m2 olan bir otağın Cavabdeh2, qalan otaqların cavabdehlərin istifadəsinə verilməsi, ikinci mərtəbədəki yardımçı sahələrin isə onların ümumi istifadədə saxlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X1 ünvan 1 saylı evi mübahisələndirməsi X10 və X5 maraqlarına toxunduğundan hazırkı iddia ilə işə daxil olmaq məcburiyyətində qalmışlar. Bakı şəhəri Xətai RİH-nin xx xxx 1992-ci il tarixli 320 №li sərəncamı ilə atası Cavabdeh2 həmin vaxtlar yaşadığı Xətai rayonu 50 saylı evin qarşısında qaraj tikintisinə icazə verilmiş, qarajın tikintisini başa çatdıraraq istifadə üçün tam yararlı vəziyyətə salmaqla oradan təyinatı üzrə istifadə etməyə başlamışdır. Onlar – X8 və X12 2007-ci ildə atası Məmmədin istifadəsində olan adı çəkilən həmin qarajı Xətai rayonunun 98 saylı MİS-nin ərazisində yerləşən və bağ sahəsi kimi istifadə olunan, təxminən 3 sot torpaq sahəsində inşa edilmiş və tikintisi yarımçıq qalmış ünvan 1 saylı evlə həmin vaxt MİS-də işləyən X9 adlı şəxslə aralarındakı razılaşmaya görə dəyişmiş, tikilinin birinci mərtəbəsinin iki otağını yaşayış üçün tam yararlı vəziyyətə gətirərək 2008-ci ildə oraya köçüb hazırkı vaxta qədər orada yaşamaqda davam edirlər. Cavabdeh İddiaçı və atası Cavabdeh2 Xırdalan qəsəbəsində olan yaşadıqları yataqxananı 2013-cü ilin əvvəllərində sataraq, əmisi Nəcəf Rakidənin yaşadığı Xətai rayonu, Mehmandarov küçəsi 92 saylı evin 40-cı mənzilinə köçüb orada təxminən 4-5 ay yaşadıqdan sonra onların razılığına əsasən Bakı şəhəri Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı evin ikinci mərtəbəsini tikmək və oraya köçmək qərarına gəlmiş, 2014-cü ilin əvvəllərinə kimi adı çəkilən tikilinin ikinci mərtəbəsində 3 otaq tikərək ər-arvad, yəni Məmməd və Cəmilə ora köçüb yaşamağa başlamışlar. Cavabdeh İddiaçı onların xəbəri olmadan 2014-cü ilin avqust ayında ünvan 1 saylı evə qeydiyyata düşmüş, onun bacısı – digər cavabdeh X2 da onların xəbəri olmadan 2016-cı ilin may ayında həmin evə pasport qeydiyyatına alınmış, lakin adı çəkilən evin bütün kommunal xərclərini hazırkı dövrə qədər iddiaçılar ödəmişlər. Qeyd olunan evin birinci mərtəbəsinin cavabdehlərə heç bir aidiyyəti yoxdur, oranın əldə olunmasında və tikintisində cavabdehlərin heç bir vəsaiti və ya rolu olmamışdır. Hesab edirlər ki, cavabdehlərlə aralarında yaranmış münasibətləri nizama salan qanunun birbaşa norması olmasa da, oxşar münasibətləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin normaları tətbiq edilməklə pozulmuş hüquqlarının bərpa edilməsi üçün ünvan 1 saylı evin birinci mərtəbəsi bütünlüklə, yəni yaşayış otaqları və yardımçı sahələr onların istifadəsinə verilməli, ikinci mərtəbəsində sağ tərəfdə sahəsi 14 m2 olan bir otaq həmişə atası Cavabdeh2 istifadəsində olduğundan onların, qalan otaqlar isə cavabdehlərin istifadəsinə verilməli, ikinci mərtəbədəki yardımçı sahələr onların ümumi istifadəsində saxlanmalıdır. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 3 saylı evin 1-ci mərtəbəsində yerləşən dəhliz, sanitar qovşağı sahəsi, mətbəx, zal tikilisinin sahəsi və 2 yataq otağının sahəsi Cavabdeh2, həmin fərdi yaşayış evinin ikinci mərtəbəsində dəhliz sahəsi, qonaq otağı, 2 yataq otağı, hamam otağı, anbar sahəsi, mətbəx sahəsi, ayaqyolunun sahəsi İddiaçı istifadəsinə verilməklə fərdi yaşayış evindən istifadə qaydasının müəyyən edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianım rədd edilməsi, mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxslər X10 və X5 cavabdehlər İddiaçı Məmmədəli qızına və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Qətnamədən ilkin iddia üzrə Cavabdeh2 və üçüncü şəxslər X13 ilə X10 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. İlkin iddia üzrə Cavabdeh2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işə baxan zaman işin həqiqi hallarını araşdırmamış, işin müəyyən olunmuş halları ilə bağlı düzgün nəticəyə gəlməməklə bərabər, maddi və prosessual hüquq normalarına da riayət etməyərək, hüquq pozuntularına yol vermişdir. Hesab edir ki, cavabdehlə aralarında yaranmış mülki münasibətləri nizama salan qanunun birbaşa norması olmasa da, oxşar münasibətləri tənzimləyən mülki və mənzil qanunvericiliyinin normaları tətbiq edilməklə pozulmuş hüquqlarının bərpa edilməsi üçün iddiaçı Xətai rayonu İ.İsmayılov küçəsi 13/6 saylı evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 m2 olan bir otağına köçürülməli və həmin otaq iddiaçının istifadəsinə, ikinci mərtəbədə qalan otaqlar isə cavabdehlərin istifadəsinə verilməklə istifadə qaydaları müəyyən olunmalıdır. İş üzrə ekspertiza keçirilsə də, işə baxan hakim tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci ıl tarixli 10/1150 nömrəli ekspert rəyinə istinad belə edilməmişdir. Həmçinin, hesab edir ki, işin halları düzgün araşdırılmamış və nəticədə məhkəmə səov nəticəyə gəlmişdir. Məhkəmə yalnız iddiaçının izahatını əsas gəturməklə qətnaməni əsaslandırmışdır. İşin gəqiqi halları ilə iddiaçının izahatları arasında ziddiyyətlər olduğu halda, məhkəmə bu halları hərtərəfli araşdırmamışdır. Üçüncü şəxslər olan X13 ilə X10 apelyasiya şikayətlərini onunla əsaslandırmışlar ki, işin həqiqi halları ilə iddiaçının izahatları arasında ziddiyyətlər olduğu halda, məhkəmə bu halları araşdırmadan, ancaq iddiaçının göstərdiyi izahat və dəlillərə əsaslanaraq, düzgün olmayan hüquqi nəticəyə gəlmişdir ki, bu da işə bir tərəfli yanaşılmaqla prosessual hüquq normalarının ciddi pozulmasına gətirib çıxarmışdır. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxslər X10 və X13 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə cavabdehər İddiaçı və Cavabdeh1 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, qarşılıqlı iddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxslər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etsələr də, apellyasiya şikayətlərinin məzmunundan görünür kimi, öz iddialarının təmin edilməsi ilə yanaşı, ilk iddianın yalnız təmin edilən hissəsini mübahisələndirmişlər. Ona görə də, məhkəmə qətnaməni ilk iddiaya münasibətdə onun yalnız təmin edilən hissəsində yoxlayır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5888/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh2 ünvan 1 saylı mənzilindən sahiblik və istifadə etməsinə İddiaçı və Cavabdeh1 Məhəmmədəli qızı tərəfindən yaradılan maneələrə qadağa qoyulması, İddiaçı Cavabdeh2 qarşı - Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 13/6 saylı fərdi yaşayış sahəsinin 1-ci mərtəbəsində yerləşən 3 otaqlı sahədən öz əşyaları ilə birlikdə çıxarılması və həmin sahənin ona təhvil verilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, Cavabdeh2 və İddiaçı 2006-2018-ci il ərzində nikahda olmuşlar. Özbaşına tikili olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evini Cavabdeh2 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı birgə nikahda olduqları dövrdə, yəni 2013-cü ildə əldə edib, sonradan həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışlar. Qeyd edilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüququ ilə qeydiyyatdan keçməmiş və tərəflər arasında nikahın pozulmasına baxmayaraq, Cavabdeh2 və İddiaçı hazırda həmin evdə yaşayırlar. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa əsasən İddiaçı, Cavabdeh2, Cavabdeh1 Məhəmmədəli qızı ünvan 2 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 10/1150 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, ünvan 3 saylı ünvanda yerləşən evin ikinci mərtəbəsindəki sağ tərəfdə sahəsi 14 kv.metr olan bir otağın Cavabdeh2 istifadəsi üçün ayrılması (ikinci mərtəbədə yerləşən dəhliz mətbəx və sanitar qovşağı ümumi istifadədə saxlanılmaqla) mümkün ola bilər. ünvan 3 saylı evin 2-ci mərtəbəsində yerləşən iki yaşayış otağının iddiaçının istifadəsi 1-ci mərtəbəsində yerləşən bir yaşayış otağı və 2-ci mərtəbədə yerləşən bir yaşayış otağı Cavabdeh1 Məhəmmədəli qızının istifadəsi, evin 1-ci mərtəbəsində iki yaşayış otağı cavabdeh X7 istifadəsi üçün ayrılması (birinci və ikinci mərtəbədə yerləşən dəhliz mətbəx və sanitar qovşağı ümümi istifadədə saxlanılmaqla) mümkün ola bilər. Qeyd olunanları nəzərə alaraq, tədqiq olunan evin tərəflər arasında natura qaydasında təklif olunan qaydada təcrid mənzil şəklində iki hissəyə bölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilir. ünvan 3 saylı yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində yerləşən (yaşayış otaqları, dəhliz, sanitar qovşağının, mətbəx və s.) tikililərin sahələri ayrı-ayrılıqda rəyin tədqiqat hissəsində ətraflı göstərilmişdir. ünvan 3 saylı yaşayış evinin 1-ci və 2-ci mərtəbələrində ayrı-ayrılıqda mətbəx və sanitar qovşaqlarının yerləşdiyi müəyyən edilir. Mülki iş üzrə şahid qismində dindirilmiş Qasımova Ruhəngiz məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, Qubada xəstəxanada işlədiyi vaxt, yəni 2004-cü ildə Cəmilə xanımla tanış olmuşdur və həmin vaxtdan dost olmuşlar. O vaxt Cəmilə Xırdalanda qalırdı, 2014-2015-ci illərdən sonra isə Köhnə Günəşli qəsəbəsinə köçmüşdür. Cəmilə ona, yeni ev tikdiklərini deyərək gəlməyini təklif etmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş Məmmədov Mübariz məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, İddiaçı 2014-cü ildən tanıyır. Həmin vaxt mübahisəli evdə təmir işləri getmiş və o, həmin evə ustaları aparmışdır. Cavabdehi tanımır. Təmirlə bağlı xərcləri İddiaçı ödəmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş Rakidə Nəcəf məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, iddiaçı Cavabdeh2 qardaşıdır, 11-12 ildir qardaşıgil ailə qurublar, yataqxanada yaşayıblar. Tərəflər nikah dövründə onlara mənsub Xırdalanda evi satıb 6 ay onun evində yaşayıblar, öz evlərini sonra tikdiriblər, həmin ev ikimərtəbəlidir, hər mərtəbə üçotaqlıdır. Mülki iş üzrə şahid qismində dindirilmiş Hüseynova Səidə məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cəmilənin xalasıqızıdır, xalasının Göyçayda torpağı var idi. 10-15 il qabaq torpağı satıb hazrda mübahisəli olan evi aldılar. Mülki iş üzrə şahid qismində dindirilmiş Quliyev Qədir məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, tərəflərlə qonşudur. Tərəfləri 2 ildir ki tanıyır. Tərəflərin evlərində usta kimi işləmişdir, hamamın işlərini görmüşdür. Ev ikimərtəbəli evdir, ikinci mərtəbəsində İddiaçı, onun bacısı və bacısı oğlu yaşayır, aşağı mərtəbə kimin yaşadığını bilmir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi özbaşına tikili olmaqla, Cavabdeh2 və Hüseynova (Rakidə) Cəmilə Məhəmmədəli qızı tərəfindən birgə nikahda olduqları dövrdə, yəni 2013cü ildə əldə edilmiş, sonradan onlar həmin evdə əsaslı tikinti işləri apararaq, yaşayış sahəsini əhəmiyyətli dərəcədə artırmışlar. Aralarındakı nikahın pozulmasına baxmayaraq, Cavabdeh2 və İddiaçı hazırda həmin evdə yaşayırlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(011)-5888/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh2 ünvan 1 saylı mənzilindən sahiblik və istifadə etməsinə İddiaçı və Cavabdeh1 Məhəmmədəli qızı tərəfindən yaradılan maneələrə qadağa qoyulması qət edilmişdir. Qeyd edilən fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestrində Xidmətində mülkiyyət hüququ ilə qeydə alınmamışdır, Həmin evə və onun yerləşdiyi torpaq sahəsinə dair də hər hansı hüquq müəyyənedici sənəd mövcud deyildir. Buna baxmayaraq, evin əldə edilməsinə və onun sonradan tikilərək yaşayış sahəsinin genişləndirilməsinə və yaşayışa yararlı vəziyyətə gətirilməsinə iddiaçı və qarşılıqlı iddiaçı tərəfindən vəsait xərclənmişdir. Həmçinin, qeyd edilən evin texniki vəziyyətini (ölçülərini) əks etdirən layihəsi tərtib edilərək rayon icra orqanları tərəfindən təsdiq edilmiş, ev kommunal xidmətlərlə təchiz edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, tərəflərin istifadə qaydasının müəyyən edilməsini istədiyi fərdi yaşayış evi özbaşına tikili olduğundan, hazırkı mübahisənin hansı hüquq normaları əsasında həll edilməli olması müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Göründüyü kimi, dövlət özbaşına tikinti hesab edilən sahələrə mülkiyyət hüququnu tanımır və həmin tikintilər üzərində sərəncam verilməsini qadağan edir. Bununla bağlı olaraq məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisənin predmeti olan fərdi yaşayış evi özbaşına tikinti hesab olunsa da, məhkəmənin həll etməli olduğu məsələ tərəflərin həmin əmlak üzərində qanunla nəzərdə tutulmuş mülkiyyət hüququnun və ya onun hər hansı bir elementinin müdafiəsi deyil, yalnız həmin evdə faktiki yaşayan şəxslərin yaşayış sahəsindən hansı qaydada istifadə etməli olduğunu müəyyən etməkdir. İşin hallarından görünür ki, tərəflər mübahisəli evdə qanunla müəyyən edilmiş hər hansı hüquq əldə etmədən yaşasalar da, həmin evdən birgə istifadə etmələri zamanı birbirlərinə münasibətdə maneələr yaratması onların birlikdə yaşamasını mümkünsüz edir, bu da onların konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmış olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 31-ci maddəsinin İİ hissəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. Konstitusiyanın 33-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, mübahisəli yaşayış sahəsi özbaşına tikinti olsa da, dövləti təmsil edən təşkilatlar tərəfindən (rayon icra hakimiyyəti, daxili işlər orqanları, mənzil istismar sahəsi, mübahisəli evi kommunal xidmətlərlə təmin edən və səhmləri dövlətə məxsus təşkilatlar) hazırkı mübahisələnin predmeti olan olan fərdi yaşayış evi orada yaşayan şəxslərin faktiki yaşayış sahəsi kimi tanınmışdır (rayon icra hakimiyyəti tərəfindən evin layihəsinin hazırlanaraq təsdiq edilməsi, evin qaz, su, işıq və digər kommunal xidmətlərlə təmin edilməsi, sakinlərin həmin evdə qeydiyyata alınması və s.). Belə olduğu təqdirdə, həmin evin sakinləri arasında yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı yaranmış mübahisələrin həllinə də dövlət təminat verməlidir. Lakin iddia tələblərində qaldırılan məsələlər özbaşına tikililərə münasibətdə qanunvericilik normaları ilə tənzimlənmədiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq hazırkı mübahisəni oxşar münasibətləri nizama salan hüquq normalarını əsasında həll etmişdir. Belə ki, Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki mübahisə Azərbaycan Respublikası Mülki və Mənzil Məcəllələrinin müvafiq normaları əsasında həll edilməlidir. Mənzil Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz. Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. İşin müəyyən edilən hallarına və qanunvericiliyin göstərilən normalarına əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, hazırkı iş üzrə iddiaçı və qarşılıqlı iddiaçı olan İddiaçı və Cavabdeh2 arasındakı ər-arvad münasibətlərinə xitam verildiyindən və artıq onların bir yerdə yaşaması mümkünsüz olduğundan, mübahisəli ev özbaşına tikili olduğundan və onun tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünməsi mümkünsüz olduğundan, həmçinin onların hər ikisi yaşadıqları evdən istifadə qaydalarının müəyyən edilməsini istədiyindən, tərəflər arasında yaranmış mübahisənin düzgün həlli mübahisəli evdən istifadə qaydalarının müəyyən edilməsi olardı. Bu yerdə məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsi ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını isə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən işin məhkəmə iclasında müəyyən edilmiş o hallarına əsaslanmışdır ki, tərəflər arasında mübahisəli ev özbaşına tikili olmaqla, İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh2 tərəfindən onların birgə nikahda olduqları dövrdə yarımçıq tikili şəklində qeyri-rəsmi olaraq əldə edilmişdir, sonradan adıçəkilən şəxslər həmin tikilinin üzərində ikinci mərtəbə inşa etməklə yaşayış sahəsini əhəmiyyətli dərəcədə genişləndirmişlər. Bu zaman məhkəmə Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli başqa bir qənaməsi ilə müəyyən edilmiş hallara istinad etmişdir. Həmin qətnamə Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 Məhəmmədəli qızına qarşı «mənzilə köçürmə və yaşayış sahəsindən istifadəyə maneələrin aradan qaldırılması» barədə ilkin, İddiaçı Cavabdeh2 qarşı «mənzildən çıxarılma və mənzilin təhvil verilməsi» tələbinə dair qarşılıqlı iddiaları üzrə qəbul edilmişdir. Göründüyü kimi, həmin qətnamə hazırkı iş üzrə iddiaçı və qarşılıqlı iddiaçı olan şəxslər arasında eyni predmetlə bağlı başqa tələblərə baxılarkən qəbul edildiyindən, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən həmin qətnamədə müəyyən edilmiş hallar hazırkı işə baxılarkən bu halların təkrar sübut olunmasına ehtiyac qalmır. Qeyd edilən qətnamədə isə ünvan 3 saylı ünvanda yerləşən evin İddiaçı və Cavabdeh2 tərəfindən əldə edilməsi müəyyən edilmişdir. Bu halı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslər də öz izahatlarında və iddia ərizəsində dolayısı ilə təsdiq etmişlər. Belə ki, həmin şəxslər izahatlarında mübahisəli evin Cavabdeh2 məxsus olmuş qarajla dəyişdirilməsini, həmin vaxt orada artıq birmərtəbəli iki otaqlı yarımçıq tikilinin olmasını göstərmişlər. Göründüyü kimi, üçüncü şəxslər mübahisəli fərdi yaşayış evinin onların vəsaiti ilə əldə edilmədiyini və inşa olunmadığını dolayısı ilə də olsa, etiraf etmişlər. Bundan başqa, üçüncü şəxslər həmin yaşayış sahəsinin iki otağının onlar tərəfindən yararlı vəziyyətə gətirilməsini qeyd etmişlər, lakin bununla bağlı hər hansı sübutu birinci instansiya məhkəməsində araşdırma zamanı təqdim edə bilməmişlər. Əksinə, İddiaçı mübahisəli evin onun tərəfindən qarşılıqlı iddiaçı ilə birgə nikahda olduğu dövrdə onun tərəfindən əldə edildiyini, təmir işlərinin də onun tərəfindən həyata keçirildiyini bildirmiş, onun gətirdiyi bu dəlilləri birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər də təsdiq etmişlər. Bu hallar iş materiallarında olan digər sübutlarla da təsdiq olunur. Belə ki, qarşılıqlı iddiaçı və üçüncü şəxslər mübahisəli evin onlarla X11 arasındakı razılaşma əsasında əldə edildiyini bildirsələr də, qeyd edilən ünvana dair MİS-nin mütəxəssisləri tərəfindən tərtib edilmiş plan-sxemin üzərində X11 tərəfindən əlyazma ilə bu evin İddiaçı satılması qeyd edilmişdir. Qarşı tərəf həmin yazının həqiqiliyini mübahisələndirməmişdir. Beləliklə, hazırkı iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxslərin onların iddia etdikləri kimi, mübahisəli evin əldə edilməsinə və orada hər hansı tikinti işləri aparmasına aidiyyatının olması sübuta yetməmişdir. Ona görə də, iş üzrə müstəqil tələblər irəli sürən üçüncü şəxslər əldə edilməsinə və ya tikintisinə vəsait sərf etmədikləri evdə istifadə qaydasının müəyyən edilməsini tələb edərək, həmin evin bir mərtəbəsinin onların istifadəsinə, ikinci mərtəbəsinin isə evin əldə edilməsini və tikintisini həyata keçirmiş şəxslərin istifadəsinə verilməsini tələb etməkdə haqlı olmamışlar. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxslərin iddiasını təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli mübahisəli evin iddiaçı ilə qarşılıqlı iddiaçının birgə nikahları zamanı qeyrirəsmi olaraq əldə edilməsini və sonradan onların vəsaiti hesabına tikilərək artırılmasını, ikimərtəbəli olmasını və hər mərtəbədə faktiki olaraq bir-birindən təcrid şəkildə yerləşmiş təxminən eyni ölçülərə və şəraitə malik yaşayış sahələrinin yerləşməsini nəzərə alaraq, həmin evin ikinci mərtəbəsindən (orada olan yaşayış və yardımçı sahələrlə birlikdə) iddiaçının, birinci mərtəbəsindən (orada olan yardımçı sahələrlə birlikdə) isə qarşılıqlı iddiaçının istifadə etməsini müəyyən etməklə, bununla da ilkin iddianı qismən təmin, qarşılıqlı iddianı isə rədd etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyinin məzmunundan, həmçinin tərəflərin verdikləri izahatlardan və iş materiallarına əlavə edilmiş mübahisəli evə dair plan sxemlərdən müəyyən edilir ki, mübahisəli ev ikimərtəbəli olmaqla, hər mərtəbədə olan yaşayış otaqlarının və yardımçı sahələrin ölçüləri və konfiqurasiyası demək olar ki, eynilik təşkil edir. Birinci və ikinci mərtəbədə yerləşən evlər faktiki olaraq bir-birindən təcrid olmaqla ayrıca giriş-çıxışı vardır, evlərin hər birində iki yaşayış otağı, sanitar qovşağı, mətbəx və dəhliz vardır. Belə olan təqdirdə, həmin evin bir mərtəbəsinin iddiaçının, digər mərtəbəsinin isə qarşılıqlı iddiaçının istifadəsinə verilməklə, evdən istifadə qaydasının müəyyən edilməsi mübahisənin ən ədalətli həlli olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-2412/2020 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-1485/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1485/2021
04.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver