Məhkəmə qərarları › İş №2(103)-1493/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1493/2022

04.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1493/2022 04.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4226/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 1138.4 manat məbləğində zərərin və 30 manat məbləğində dövlət rüsumunun, pozulmuş hüquqların bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat, ümumilikdə 1468.4 manat məbləğində borcun Cavabdeh tutularaq "Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki: Azəriqaz” İstehsalat Birliyinə abonent Cavabdeh arasında xx.xx.2019-ci il tarixində AKX- 001124xx/xx-2019 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilə imzalanmış və tərəflər arasında imzalanmış - Qazdan istifadə qaydalarının pozulması (sayğacdan kənar qeyri-qanuni qazdan istifadə edilməsi) haqqında xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlar tərtib edilmişdir; (iş.səh.8, 15, 21, 23, 26, 28, 30). Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4226/2021 saylı işi üzrə 25 noyabr 2021ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi və Cavabdeh İddiaçı xeyrinə 9.8 manat məbləğində borc, hüquq şirkətinə ödənişə görə 2.60 və ödənilmiş dövlət rüsumuna görə 0.3 manat məbləğində pul vəsaitinin tutulması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021 tarixli 2(003)-4226/2021 nömrəli qətnaməsilə bağlı iddianın tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.Şikayətdə Mülki Məcəllənin 21; Azərbaycan Respublikasının Nazirlər Kabineti 80 saylı xx.xx.2011-ci il tarixli "Qazdan istifadə Qaydaları” haqqında qərarının 65; Mülki Prosesual Məcəllənin 77,88,97-ci maddələrinə istinadən qeyd edilmişdir ki, “Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir.Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.Aktlara və cavabdehin ünvanında çəkilən fotoşəkillər cavabdehin təbii qazdan qanunsuz istifadə etdiyinə dair əsaslardır.Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Təqdim olunmuş sübutlara (aktlara) hərtərəfli və tam baxılmayıb. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İddia etdikləri kimi qanunvericiliyin tələblərinə zidd şəkildə qaz sayğacına kənar qoşulma hallarının təsdiq olunması üçün müvafiq ünvamnda ekspertiza həyata keçirilməlidir. Əlavə olaraq yerli baxış da təyin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə, kompleks məhkəməmühasibatlıq və məhkəmə-texniki ekspertizalarının təyin edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, mühəndis texniki ekspertiza üzrə: mülki iş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt”larda istehlakçının başqa şəxs (Rzayev Abuzər) olmasını, aktlara əlavə edilən fotoşəkillərlə təqdim edilən ünvan arasında uyğunsuzluq olduğunu və rəyin tədqiqat hissəsində göstərilən digər halları nəzərə alaraq iddiaçı tərəfindən abonentin (Cavabdeh) hesabına hesablanmış borcun sayğacdan kənar müdaxilə səbəbindən yaranıbyaranmamasını müəyyən etmək mümkün olmadı. Məhkəmə mühasibat ekspertizası üzrə: İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "Təbii qazdan İstifadə qaydalarının pozulması haqqında" 0190682, 0192532, 0205483, ******* və ******* saylı Aktlarda ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində təbii qazdan sayğacdan kənar itirilmiş qaz həcminə görə hesablanmış cərimənin doğru olub-olmamasına məhkəmə tərəfindən qiymət verildikdən sonra mümkün olması bildirilmişdir. Ekspertiza xərci 100 manat müəyyən edilmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, Rzayev Abuzərin həmin torpaq sahəsinin ilk sahibi olduğunu, daha sonra Rzayev Abuzərin həmin torpaq sahəsini başqa şəxsə satdığını, torpaq sahəsini həmin şəxsdən aldığını, həyətlərindən keçən xətlərlə bağlı Azəriqaz ASC-yə dəfələrlə müraciət etdiyini, hal-hazırda mənzilinə yeni sayğac quraşdırıldığını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən iddiaçının iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə tədqiq edən məhkəmə kollegiyası Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177, 189-1, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 279, 280, 282, 542, Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 324, 385-388, 560, 1096-1098, 1128-1131, Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 4.1, 14.2, 39.1, 76.1, 77.1, 80-82, 89.3, 106.2, 119, 217.4, 220.5, 228, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, iddia tələbinə qiymət verilməsini hazırki apellyasiya şikayətinə münasibətdə apellyasiya icraatının hədləri baxımından apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin tələbin təmin edilməyən hissəsində ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, iddiaçının pozuntu törədməsi (qazın talaması) qanunvericiliklə nəzərdə tutulmuş cinayət və ya inzibati xəta əməlinin ehtimalını müəyyən etsə də cavabdeh tərəfindən müvafiq tədqiqatlar aparılması, qərarların qəbul edilməsi və tələblər irəli sürülməsi üçün tədbirlər həyata keçirilməmişdir. Mülki icraat qaydasında isə mötəbərliyi dayanıqlı sübutlarla təmin edilməyən şikayətin dəlillərinə qiymət verilməsi isə sui-istifadəyə şərait yaradan hal kimi mülki mühakimə səlahiyyətlərindən kənardır. Qeyd edilməlidir ki, keçirilən ekspertiza ilə borcun səbəblərin və məbləğin müəyyən etmək mümkün olmamış və bununla qətnamənin düzgünlüyü bir daha təsdiq edilmişdir Kollegiya diqqətə çatdırır ki, əsassız apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu üzrə məhkəmə xərci ödəyən şəxsə aid edilməli, ekspertiza xərci iddiaçıdan tutulmalı və iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli tələb üzrə qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 384, 393 və 402-405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-4226/2021 saylı işi üzrə 25 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz ) manat məbləğində pul vəsaiti İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar