Məhkəmə qərarları › İş №2(103)-1493/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1493/2025

02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1493/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əli-X16 qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əli-X16 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4150/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh Əli-X18 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları

1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)- 84/2023 saylı qətnamədən çıxarışdan görünür ki, İddiaçı cavabdeh Əli-X16 qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh X8 xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X9 ataları olması müəyyən edilmiş, birgə nikahdan doğulmuş uşaqlar İddiaçı yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X9 atası X6 alınaraq anası İddiaçı verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün X6 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, alimentə dair hissədə qətnamənin dərhal icraya yönəldilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, X8 İddiaçı qarşı «atalığın müəyyən edilməsi, uşaqların atanın yanında qalması və aliment» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur.

2. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 334/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh Əli-X14 apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - «birgə nikahdan doğulmuş X9 anası – İddiaçı yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X9 atası – cavabdeh X6 alınaraq anası – İddiaçı verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Əli-X13 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, X10 münasibətdə alimentin tutulmasının xx.xx.2022- ci il tarixdən hesablanması» hissələrində ləğv edilmiş, həmin hissələrdə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, xx.xx.2011-ci il təvəllüdlü X9 atası – cavabdeh X8 yanında qalması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır.

3. AZ-İİİ seriyalı 189169 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd edilmişdir.

4. AZ-İİ seriyalı 478341 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X3, ana qrafasında İddiaçı qeyd edilmişdir.

5. Əlillik haqqında 062641 nömrəli vəsiqənin surətindən görünür ki, xx.xx.2013cü il tarixdə İddiaçı İİ dərəcə əlillik təyin edilmişdir.

6. Bakı 8 saylı Mediasiya Təşkilatının 26 iyul 2024-cü il tarixli MŞB/8/2024- 01547 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixdə saat 12:00-12:30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etsə də, cavabdeh mediasiya prosesinə gəlməmişdir. 50 manat mediasiya xərci Dövlət büdcəsi vəsaiti hesabına ödənilmişdir (Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 360 saylı qərarına əsasən).

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Əli-X14 İddiaçı qarşı aliment tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2011-ci il təvəllüdlü Əli-zadə Əli Şərəf oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh İddiaçı hər ay bir uşağa görə 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Əli-X16 verilməsi qət edilmişdir.

8. “Elektron Məhkəmə” İnformasiya Sistemində verilmiş müvafiq sorğulara əsasən müəyyən edilir ki, cavabdeh Əli-X18 aktiv vergi ödəyicisi olmaqla avtomobillərin daşınması növündə sahibkarlıq fəaliyyətini həyata keçirir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdeh Əli-X16 qarşı «alimentin miqdarının artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, cavabdeh Əli-X13 hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin və ödənilmiş 50 manat mediasiya xərcinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə onun cavabdeh Əli-X16 qarşı «atalığın müəyyən edilməsi və aliment» tələbinə dair ilk iddiası qismən təmin edilmiş, cavabdeh X8 xx.xx.2008-ci il təvəllüdlü X5, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X9 ataları olması müəyyən edilmiş, birgə nikahdan doğulmuş uşaqlar onun yanında saxlanılmış, xx.xx.2011-ci il təvəllüdlü X9 atası Əli-X13 alınaraq ona verilməsi, uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Əli-X13 150 manat olmaqla, cəmi 450 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması, alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması, alimentə dair hissədə qətnamənin dərhal icraya yönəldilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, X8 İddiaçı qarşı «atalığın müəyyən edilməsi, uşaqların atanın yanında qalması və aliment» tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024- cü il tarixli 2(103)-334/2024 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi - xx.xx.2011-ci il təvəllüdlü X9 onun yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X9 cavabdehdən alınaraq ona verilməsi və aliment tutulması hissəsində ləğv edilmiş, qalan hissədə qətnamə dəyişiklik edilmədən saxlanılmışdır. Qeyd edir ki, cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə həmin vaxtdan bəri cavabdeh bir dəfə də olsa ödəməmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği hazırki həyat tələbatlarına görə uşaqların heç bir tələbatının ödənilməsinə yetmir. Uşaqlar orta məktəbdə təhsil alırlar və ona görə də, məsrəfləri yetərincə artmışdır. Bildirir ki, uşaqları o, tək böyüdür. Cavabdeh uşaqlarla maraqlanmır, onların qayğısına qalmır. O da buna görə maddi problemlərlə üzləşir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Buna görə də, aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bundan öncə mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməmişdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4150/2024 nömrəli 04 noyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddianın qismən təmin edilməsi, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi ilə tutulan alimentin miqdarının artırılaraq, cavabdeh Əli-X13 İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin tutulması, cavabdeh Əli-X13 32 (otuz iki) manat dövlət rüsumunun tutularaq Dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 78.1, 100.2, 112.1-ci maddələrinə, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016- cı il tarixli 8 nömrəli qərarının 8.13 və 8.14-cü bəndinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə, «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdeh Əli-X18 həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)- 334/2024 saylı qətnaməsindən görünür ki, cavabdeh Əli-X14 apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(006)-84/2023 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən - «birgə nikahdan doğulmuş X9 anası – İddiaçı yanında saxlanılması, xx.xx.2011-ci il təvəllüdlü X9 atası – cavabdeh X6 alınaraq anası – İddiaçı verilməsi, xx.xx.2011-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Əli-X13 150 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, X10 münasibətdə alimentin tutulmasının xx.xx.2022-ci il tarixdən hesablanması» hissələrində ləğv edilmiş, həmin hissələrdə ilk iddianın təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, xx.xx.2011-ci il təvəllüdlü X9 atası – cavabdeh X8 yanında qalması qət edilmiş, qətnamə qalan mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmışdır. Bununla belə məhkəmə eyni işə yenidən baxaraq huququ pozmuşdur. “Elektron Məhkəmə” İnformasiya Sistemində verilmiş müvafiq sorğulara əsasən müəyyən edilir ki, cavabdeh Əli-X18 aktiv vergi ödəyicisi olmaqla avtomobillərin daşınması növündə sahibkarlıq fəaliyyətini həyata keçirməsi məhkəmə tərəfindən gəlirinin olub-olmaması araşdırılmamışdır. İşsiz olduğunu və vergi ödəmədiyini qeyd edir. Sorğu olunsa idi bu araşdırılıb sübuta yetirilə bilərdi. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin yeni qəbul edilmiş qərardan sonra maddi durumu dəyişilməyib.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Əli-X18 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar;

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;

20. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

21. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarı: - Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. - Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. - Aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

22. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

23. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı: Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2024-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

27. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

28. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır;

29. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

30. 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.

31. 402.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

34. Hazırki halda, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etsə də, iddia qismən təmin edildiyindən qətnamə iddianın təmin olunan hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilməlidir.

36. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, uşaqları saxlamaq və onların maddi tələbatlarını ödəmək hər iki valideynin vəzifəsidir.

37. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, hazırki iş üzrə iddiaçı əlilliyi müəyyən edilmiş şəxsdir. İddiaçının himayəsində olan iki uşağın saxlanması üçün cavabdehdən 300 manat və cavabdehin himayəsində saxlanması qət edilmiş uşağın saxlanması hazırki iş üzrə iddiaçıdan 100 manat məbləğində aliment tutulması halında hazırki iş üzrə iddiaçının himayəsində olan iki uşağa görə tutulan alimentin miqdarı onların saxlanması üçün yetərli hesab edilmir. Ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən yuxarıda qeyd olunan miqdarda aliment tutulması uşaqların günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşaqların normal saxlanılması üçün kifayət deyildir, uşaqların sağlam böyüməsinə, normal qidalanmasına, geyim və sair tələbatının ödənilməsinə imkan vermir.

38. Məhkəmə kollegiyası tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş cavabdehdən tutulmalı olan alimentin miqdarını qanunvericiliyin tələblərinə və işin hallarına uyğun hesab edir.

39. Bununla belə, kollegiya Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad olunan xx.xx.2024-cü il tarixli qərarını nəzərə alaraq bu nəticəyə gəlir ki, tərəflərin övladlarının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehdən tutulmalı olan alimentin miqdarı, qanunvericiliklə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilməlidir.

40. Hazırki işdə bir uşağın saxlanmasına görə aliment 200 manat həddində müəyyən edildiyindən, cavabdehdən iddiaçının xeyrinə hər uşağa görə 2024-cü il üzrə minimum əmək haqqı məbləğinin 0,58 mislində (345 x 0,58 = 200,1 manat) aliment tutulmalıdır. Alimentin tutulması ərizə verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixindən hesablanmalıdır.

41. Həmçinin qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamədə iddianın qiyməti beş min manatdan azdır. Bu səbəbdən də qətnamədən kassasiya şikayətinə yol verilmir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

43. Kollegiya hesab edir ki, hazırkı halda apellasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384.0.3, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh Əli-X14 apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4150/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi alimentin tutulması hissəsində dəyişdirilərək yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X1 üçün cavabdeh Əli-X13 İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hazırki iş üzrə iddia verilən tarixdən, yəni xx.xx.2024-cü il tarixindən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdeh Əli-X16 aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar