Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1494/2021 12.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məmmədbağı qızının katibliyi ilə, İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan məhkəmə qətnaməsi ilə təyin edilmiş alimentin miqdarında dəyişiklik edərək hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəıbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2016-cı il tarixində Mütəllimov Röyyal Ziyadxan oğlu ilə el adəti ilə ailə qurmuşdur. Onların birgə nikahından xx.xx.2018-ci il tarixində Mirmehdi adlı oğlu doğulmuşdur. İlk vaxtlar münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Xeyli müddət cavabdeh ümumiyyətlə nə onunla, nə də uşaqla maraqlanmamış, uşağın saxlanması üçün heç bir maddi köməklik göstərməmişdir. Ona görə də o, məcbur olub həm atalıq faktının müəyyən olunması, həm də aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(050)-1899/2019 saylı qətnaməsi ilə onun şikayəti təmin edilmiş, Cavabdeh xx.xx.2018-ci il tarixində Bakı şəhərində doğulmuş Əliyev Mirmehdi Röyal oğlunun atası olması faktı müəyyən edilmiş və həmçinin uşağın saxlanması üçün Mütəllimov Royaldan aylıq qazancının 1/4 hissəsi həcmində və uşağa qulluğa görə 55 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə baxışı zamanı cavabdeh “xxxx” MMC-də çapçı vəzifəsində işləməsi və aylıq gəlirinin 300 manat olması barədə arayış təqdim etmişdir. Təbii ki, onun bu arayışı yalnız rəsmiyyət üçün verilmiş, əslində isə onun aylıq gəliri daha çoxdur. Belə ki, mən onun həyat yoldaşı olduğu üçün aylıq gəlirinin də çox olduğunu bilir. Əgər hal-hazırki vəziyyətdə onun əmək haqqından aliment tutularsa, onda uşağın saxlanması üçün ona cəmi 130 manat məbləğində aliment edənəcəkdir. Bu isə möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş 2020-ci ildə uşaqların minimum yaşayış səviyyəsi haqqında Fərmanın tələblərinə ziddir. Belə ki, həmin Fərmana görə 2020ci ildə uşaqların minimum yaşayış səviyyəsi 170 manat həcmində müəyyən edilmişdir. Həmçinin oğlu böyüdüyü üçün təbii ki, onun ehtiyacları da artır. Hələ onun 3 yaşı tamamlandığı üçün uşaq bağçasına yerləşdirməkdə də problemlər yaranır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi və alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən aparılması qət edilmişdir (sədrlik edən: Orxan Məmmədli). Qətnamədən cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlu apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianın məzmunundan müəyyən olunur ki, iki ay ərzində cavabdehin maddi imkanının yaxşılaşması, düzəlməsi və qənaətbəxş olması hər hansı əsaslarla və faktlarla sübuta yetirilməmişdir. xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2082/2020 saylı qərarı ilə Şirvan Apelyasiya Məhkəməsinin, Masallı rayon Məhkəməsini qətnaməsi dəyişilmədən saxlanmışdır. Qərardan iki ay keçməmiş yenidən alimentin artırılması ədalətli ola bilməz. Uşağın anası hazırda Bakı şəhəri 23 nömrəli tam orta məktəbdə müəllimə işləyir və üşağın saxlanması qanunla hər iki valideyinin borcudur. Cavabdeh hazırda qüvvədə olan aliment məbləğindən daha da artıq övladının geyimi, əyləncəsi, zəruri ehtiyacları ilə qayğısına qalır. Tərəflərin izahatları: Kollegiya iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və bununla bağlı məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarına əlavə edilmiş Şirvan Apelyasiya Məhkəməsinin 2(106)- 3293/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1899/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “atalıq faktının tanınması və aliment ləbinə dair” iddiasının qismən təmin edilməsi, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğunun İddiaçı tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun atası olmasının müəyyən edilməsi, müvafiq qeydiyyatın aparılmasının Masallı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, xx xxxx 2019-cu ildən başlayaraq cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan 21 sentyabr 18-ci il tarixdə doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Mütəllimov Röyyal Ziyadxan oğlunun aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında və 55 (əlli beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin ediİməməsi qət edilmişdir. İddiaçı qzı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-1899/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İV 184086 saylı 3 saylı Asan xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş Doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Əliyev Mirmehdi Röyyal oğlu xx.xx.2018-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Əliyev Röyyal Ziyadxan oğlu, anası İddiaçıdır. Hüquqi dəyərləndirmə: Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur; Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Həmin Qanunun 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur; Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir (8.2-ci bənd). “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında Qanuna əsasən uşaqlar üçün bu məbləğ 170,00 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apelliyasiya şikayətinin dəlilləri əsassızdır və qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, kollegiya işin hallarına əsasən müəyyən etmişdir ki, Masallı Rayon Məhkəməsinin 2(050)-1899/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğluna qarşı “atalıq faktının tanınması və aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğunun İddiaçı tərəfindən xx xxxxxxxx 2018-ci il tarixdə Bakı şəhərində doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun atası olmasının müəyyən edilməsi, müvafiq qeydiyyatın aparılmasının Masallı rayon qeydiyyat şöbəsinə həvalə edilməsi, xx xxxx 2019-cu ildən başlayaraq cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlundan 21 sentyabr 18-ci il tarixdə doğulmuş Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay Mütəllimov Röyyal Ziyadxan oğlunun aylıq qazancının (gəlirinin) 1/4 hissəsi miqdarında və 55 (əlli beş) manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin ediİməməsi qət edilmiş, və qətnamə qanuni qüvvəsini almışdır. Lakin həmin aliment məbləği uşağın saxlanması, onun artan tələbatlarının ödənilməsi üçün kifayət etmir, ona görə də kollegiya hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü Əliyev Mirmehdi Röyyal oğlunun yetkinlik yaşına çatana qədər saxlanılmasına görə hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi əsaslı olmuşdur. Birincisi, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin da valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apelliyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh Mütəllimov Röyyal Ziyadxan oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4282/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1494/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1494/2021
12.03.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver