Məhkəmə qərarları › İş №2(103)-1495/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1495/2023

27.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1495/2023 27.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-in Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Xətai Rayon Məhkəməsinin 2(011)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddiasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə cavabdehdən iddiaçının xeyrinə 5201.85 manat əsas, 1753,52 manat faiz, cəmi 6955.37 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 81.50 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 2(011)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Zamanlı) iddia qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, ******* saylı kredit müqaviləsi ləğv edilməklə, həmin müqavilə üzrə 5201,85 manat əsas, 839,18 manat faiz borcu olmaqla, cəmi 6041,03 manat pul və 81,50 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onların dəlili:

3. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermiş, bildirmişdir ki, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədi ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin etsə də, sadəcə ilkin iddia tələbindəki ekspertin rəyində olan məbləğə istinad etmişdir və işin məhkəmədə baxıldığı uzun müddətli dövr ərzində (xx.xx.2022-xx.xx.2022) artan faizlərə görə verilən tələb artırma ərizələrini nəzərə almamışdır. Hazırda mübahisələndirilən qətnamədən də aydın olur ki, məhkəmə özqətnaməsini səhvən xx.xx.2022-ci il tarixli 9/3298 saylı ekspert rəyinin üzərində qurmuşdur. Ekspert rəyindən də göründüyü kimi ekspert öz rəyində Bankın ilkin iddia tələbi olan əsas borc məbləğini 5240.46 manat, faiz borc məbləğin isə 839.18 manat olaraq müəyyən etmişdir. Bankın ilkin iddia tələbindəki məbləğ faiz hissəsində cəmi 67.36 (906.54-839.18=67.36) manat məbləğində azaldısa da, əsas borc hissəsində 38.61 manat artıq hesablanmışdır. (52xx.xx-5201.85=38.61) Beləliklə, ekspertin rəyi Bankın ilkin iddia tələbi ilə üst-üstə düşdüyündən Bank tərəfindən kredit borcunun düzgün hesablanması bir daha təsdiq edilir. Məhkəmə tərəfindən sadə riyazi hesablama aparılsa idi iddia tələbinin artırılması barədə ərizədə qeyd edilən 1753,52 manat fаiz borcunun düzgün hesablandığı müəyyən edilə bilərdi. Məhkəməyə təqdim olunmuş kredit hesabından çıxarışlardan da göründüyü kimi cavabdeh tərəfindən sonuncu ödəniş 01 aprel 2022-ci il tarixində olmuşdur. Ekspert tərəfindən gündəlik faiz borcu 2.77 manat müəyyən edilmişdir. Həmin faizlərin hesablanmalı olduğu günlərin sayı isə 273 gün (xx.xx.2022-xx.xx.2022) təşkil etdiyi nəzərə alınsa xx.xx.2022-ci il tarixə faiz borcunun 1753 manat təşkil etdiyi müəyyən edilir. Beləliklə iddia tələbinin artırılması barədə ərizədə qeyd edilən 1753.52 fаiz borcunun düzgün hesablandığı müəyyən edilir. Bu səbəbdən, qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsi, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5201.85 manat əsas, 1753,52 manat faiz, cəmi 6955.37 manat pulun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:

4. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Q.Bağırzadə apellasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

5. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onun iştirakı olmadan baxılması mümkündür. Sübutların tədqiqi:

7. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə ******* saylı fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 19% olmaqla, 6500 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödəniş 238,26 manat (sonuncu ay 238,44 manat) müəyyən edilmişdir.

8. İddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da cavabdehin xx.xx.2022-ci il tarixə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5201,85 manat əsas borcu, 1753,52 manat faiz borcu olmaqla, cəmi 6955,37 manat məbləğində borcunun olması qeyd edilmişdir.

9. Məhkəmə Espertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/3298 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə cavabdehin iddiaçıya 5.240,46 manat əsas borcu, 839,18 manat məbləğində faiz borcu vardır. Tətbiq edilən maddi hüquq normaları:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

14. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

16. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Tətbiq edilən prosessual hüquq normaları: Mülki Prosessual Məcəllə

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

22. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

23. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın

24. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

25. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

26. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Maddə 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.

29. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

32. Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər;

33. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

34. Hazırkı halda, Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən, faiz borcunun təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

35. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, mülki işin materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir.

36. Mülki iş materiallarından məlum olur ki, iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdehdən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5201,85 manat əsas borc, 1753,52 manat faiz borcu, cəmi 6955,37 manat borcun və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

37. İddiaçı həmin tələbin artırılması barədə ərizənin nəzərə alınmadan iddia tələbinin təmin edildiyini qeyd edir.

38. Ekspert tərəfindən gündəlik faiz borcu 2.77 manat müəyyən edilmişdir. Həmin faizlərin hesablanmalı olduğu günlərin sayı isə 273 gün (xx.xx.2022-xx.xx.2022) təşkil etdiyi nəzərə alınsa xx.xx.2022-ci il tarixə faiz borcunun 1753,52 manat təşkil etdiyi müəyyən edilir.

39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə faiz borcun məbləği hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı faiz borcun məbləği 1753.52 manat müəyyən edilməlidir. Nəticə:

40. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə cavabdehdən tutulmalı faiz borcun məbləği 1753.52 manat olmaqla, ümümilikdə (5201,85+1753,52=6955,37) 6955,37 (altı min doqquz yüz əlli beş manat, otuz yeddi qəpik) manat müəyyən edilməli, qətnamə qalan mübahisləndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

42. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 40,75 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır.

43. Qətnamənin 34-cü bəndinə əsasən, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

44. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

QƏT ETDİ:

İddiaçı Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin olunsun. Xətai Rayon Məhkəməsinin 2(011)-1778/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən cavabdehdən tutulmalı faiz borc hissəsində dəyişdirilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı faiz borcun məbləği tutulmalı faiz borcun məbləği 1753.52 manat olmaqla, ümümilikdə (5201,85+1753,52=6955,37) 6955,37 (altı min doqquz yüz əlli beş manat, otuz yeddi qəpik) manat müəyyən edilsin. Qətnamə mübahisləndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 40,75 manat Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar