Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15/2023 16.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X15 ibarət tərkibdə, X49 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı X22 və onun nümayəndəsi-vəkili Vəkil2, Müstəqil tələb üzrə iddiaçı (cavabdeh) Məmiyev Cavid Məhərrəm oğlunun iştirakları ilə, Birinci iş üzrə: İddiaçı X22 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair”, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun cavabdehlər Cavabdeh MTK-ya və X28 qarşı “müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair” iddiaları üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsindən üçüncü şəxs C.Məmiyev tərəfindən verilmiş apelyasiya şikayətinə; İkinci iş üzrə: İddiaçı X22 cavabdehlər Məmiyev Cavid Məhərrəm oğlu və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabt 2022-ci il tarixli qətnaməsindən cavabdeh C.Məmiyev tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Birinci iş üzrə: İddiaçı X37 Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X28 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTKya həvalə edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu cavabdehlər Cavabdeh MTK-ya və X28 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək istifadəsində və mülkiyyəində olan mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” və gələcəkdə mənzilə dair heç bir maneçilik olmaması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İkinci iş üzrə: İddiaçı iddia edir ki, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzil Cavabdeh MTK tərəfindən X23 16 fevral 2008-ci il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən satılmış və mənzilin ümumi dəyəri 54315 manat məbləğində vəsait X35 tərəfindən Cavabdeh MTK-ya ödənilmişdir. Daha sonra X35 Cavabdeh MTK-ya 30 dekabr 2013-cü il tarixli ərizə ilə Cavabdeh MTKya müraciət edərək Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsində inşa olunan binanın 1-ci giriş, 7-ci mərtəbə 106,5 kv.metr sahəsi olan 44 saylı mənzili maddi ehtiyacı olduğundan satmaq qərarına gəldiyini və mənzili X22 adına sənədləşdirməyə köməklik göstərilməsini bildirmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh MTK ilə X37 arasında bağlanmış (addan ada dəyişir: 16 fevral 2008-ci il tarixli mənzil müqaviləsi və 30 dekabr 2013-cü il tarixli ərizə) 30 dekabr 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşmiş Cavabdeh MTK-nın tikilməkdə olan binasında 44 nömrəli mənzil yeni alıcı X22 adına rəsmiləşdirilmişdir. Buradan da görünür ki, X35 mənzili alaraq onun qanuni sahibi olmuş və daha sonra X37 da mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuşdur. Lakin daha sonra müəyyən olmuşdur ki, həmin mənzil Cavabdeh MTK tərəfindən dələduzluq yolu ilə digər bir şəxsə Məmiyev Cavid Məhərrəm oğluna 01 may 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında 32000 manat məbləğində satılmışdır. Hazırda iddiaçı X22 cavabdeh Məmiyev Cavid Məhərrəm oğlu və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK-nın sədri X29 arasında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Məmiyev Cavid Məhərrəm oğlunun ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Hər iki iş üzrə məhkəmə instansiyalarında icraat: Birinci iş üzrə: İddiaçı X38 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanda inşa olunmuş 2 girişli və 16 mərtəbəli yaşayış binasının 1-ci blokunda, 7-ci mərtəbəsində, ümumi sahəsi 106,5 kv.m. olan 2 otaqlı, 44 saylı mənzilin özünə təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İddiaçı X38 iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-nın sədri X29 ilə aralarında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavilənin şərtlərinə görə MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 48000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşlər. Müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2013-cü ildə tərəfindən 48000 manat məbləğində pul Cavabdeh MTK-ya ödənilmiş və bu barədə ona maliyyə arayışı verilmişdir. Hər dəfə mənzilə gedib baxmaq istəyərkən binanın komendantı Əzizağa onu müxtəlif bəhanələrlə mənzilə buraxmamışdır. Sonuncu dəfə gedəndə ondan 2000 manat pul istəmiş, pulu gətirməsə mənzilə buraxılmayacağı bildirilmişdir. Sonradan məlum olmuşdur ki, 44 nömrəli mənzili qeyri-qanunu olaraq basqa bir sakinə satmışlar. Məcbur olaraq binaya girdikdə 44 nömrəli mənzildə yasayiş olduğunu görmüşdür. Hazırda, mənzilin qapısının açarları dəyişdirilmiş, dəyərinin ödənilməsinə baxmayaraq, həmin mənzilin təhvil verilməsindən imtina edilir. Daha sonra iddiaçı X38 əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə təqdim edərək özünün əsl iddiaçı X37 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmənin qərardadı ilə əsl olmayan tərəf əsl iddiaçı X37 ilə əvəz olunmuşdur. Eyni zamanda Cavabdeh MTK X28 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək ünvan 3 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair X37 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra Cavabdeh MTK tərəfindən məhkəməyə ərizə təqdim edilərək ünvan 3 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair X37 ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsinin baxılmamış saxlamaqla, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu cavabdehlər Cavabdeh MTK-ya və X30 qarşı “müqavilənin etibarsiz hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində və mülkiyyəti olan Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və gələcəkdə həmin mənzilə dair heç bir maneçilik olmaması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. Məmiyev Cavid Məhərrəm oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh MTK-ya məxsus Yasamal rayonu, M.Xiyabani küçəsİ, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzili xx.xx.2013-cü il tarixdə MTK-nın sədri X31 ilə aralarında bağlanmış "xxxx" müqavilə əsasında almışdır. Sonradan ona məlum olmuşdur ki, C.Alışov heç bir səlahiyyəti olmadan onun mənzilini xx.xx.2013-cü il tarixdə Aida Müzəffərovaya qanunsuz olaraq vermişdir. Əvvəla vicdanlı alıcı və mənzilin mülkiyyətçisidir. Yəni, lazımi qaydada evi satıcıdan almışdır. Sənədlərinin rəsmiləşdirilməsi üçün bütün tədbirləri görmüşdür. X52 C.Alışovun qanunsuz hərəkətləri nəticəsində ondan sonra mənzilinə dair MTK ilə qanunsuz müqavilə bağlamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu əsl olmayan tərəfin əvəz edilməsinə dair ərizə təqdim edərək cavabdeh X24 əsl cavabdeh X37 ilə əvəz olunmasını xahiş etmiş və məhkəmə tərəfindən əsl olmayan tərəf əsl cavabdeh X37 ilə əvəz olunmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ilə X22 iddia tələbinin təmin edilməsi, ünvan 7 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X28 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya həvalə edilməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun Cavabdeh MTK-dan tutularaq iddiaçı X28 ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun cavabdehlər Cavabdeh MTK-ya və X28 qarşı Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş 10 (on) manat dövlət rüsumunun üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğluna aid edilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə iclasında işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli ünvan 8 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin alğısatqı müqaviləsi ilkin olaraq X35 ilə bağlandığından onun razılığı olmadan sonradan həmin mənzilin Məmiyev Cavid Məhərrəm oğluna satılması mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə riayət edilmədən bağlanması, eyni zamanda, X18 razılığı, xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X6 müəyyən edilmişdir. Cavabdeh MTK ilə Məmiyev Cavid Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən bağlandığı andan etibarsız əqd olması tam olaraq sübuta yetirildiyinə görə, iddia təmin edilməli, ünvan 10 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X28 təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməlidir. Yuxarıda sadalanan əsaslardan çıxış edərək məhkəmə hesab etmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası təmin edilməməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.8, 324.1, 324.2, 324.5, 337.1, 337.2-ci maddələrinə və Konstitusiya Məhkəməsinin Plenum qərarına istinadla əsaslandırmışdır. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci iş üzrə: Apellyasiya instnansiya məhkəməsində icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, koorperativin sədri səlahiyyəti olmadan ona məxsus mənzilə dair iddiaçı ilə müqavilə bağlamışdır. Qonşularla birgə mənzilə və onun yerləşdiyi binaya dair bir çox işlər görmüşdür. İddiaçı mübahisəli mənzillə heç vaxt maraqlanmamış, onun harada yerləşdiyindən belə xəbəri olmamışdır. Cavabdeh işə baxılarkən qarşılıqlı iddia versə də, naməlum səbəblərdən sonradan onu geri götürmüşdür. Əgər qarşılıqlı iddia geri götürülməsə idi, həmin ərizədə göstərilənlərlə onu verən şəxsin izahatının bir-birinə zidd olduğu görünərdi. Üçüncü şəxs mübahisəli mənzili cavabdehdən tam əminliklə və qanuna müvafiq qaydada satın almışdır. X53 mübahisəli mənzilin satılmasını istəyibsə, bu halda cavabdeh mənzilin satışında sərbəst hərəkət etməli, məhz iddiaçıya satılmalı deyildi. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(103)-907/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə cavabdeh Mülayim Hüseynova (sonradan mənzili həmin şəxsdən almış iddiaçıya) münasibətdə vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, onunla bağladığı podrat müqaviləsi ləğv edilmədən, həmin müqavilənin bağlanmasından təxminən beş il sonra mübahisəli sahəyə dair üçüncü şəxslə eyni məzmunlu müqavilə bağlamış, bununla da ilkin müqavilənin məqsədinə çatmağa maneçilik törədən və öhdəliklərinin icrasını təhlükəyə məruz qoya bilən hərəkətlərə yol vermişdir. Mülayim Hüseynova xx.xx.2008-ci il tarixdə podrat müqaviləsi üzrə öhdəliklərini tam yerinə yetirməklə həmin müqavilədən irəli gələn bütün hüquqları əldə etmişdir. İş materiallarında mübahisəli sahənin daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınması barədə məlumat yoxdur. Cavid Məmiyev apellyasiya şikayətində və məhkəmə iclasında Mülayim Hüseynova ilə bağlanmış ilkin müqavilənin və mənzilin iddiaçının adına keçirilməsi barədə razılıq ərizəsinin mötəbərliyini mübahisələndirdiyi üçün apellyasiya baxışı zamanı Bakı Ağır Cinayətlər Məhkəməsinə həmin sənədlərin cinayət işinin materiallarında olub-olmaması barədə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq mübahisəli mənzilə dair Mülayim Hüseynova ilə bağanmış müqavilənin, maliyyə arayışının və razılıq ərizəsinin cinayət işinin materiallarında olduğu bildirilmiş və həmin sənədlərin surətləri məktuba əlavə edilmişdir. Müəyyən olunmuşdur ki, daxil olan sənədlərin surətləri eyni sənədlərin işdə olan surətləri ilə eyniyyət təşkil edir. Eyni zamanda üçüncü şəxs mübahisəli mənzilə dair cavabdehlə bağladığı müqavilənin maliyyə arayışının yalnız kserosurətlərini təqdim etmişdir. Apellyasiya baxışı zamanı təklif edilməsinə baxmayaraq, üçüncü şəxs həmin sənədlərin əsillərini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməmişdir. Həmçinin hazırkı iş üzrə cavabdehin qarşılıqlı iddia verməsi və sonradan nümayəndənin ərizəsi əsasında həmin iddianın baxılmamış saxlanılması mövcud vəziyyətdə işdə olan sübutlarla işin mahiyyəti üzrə həllinə təsir etmir. Qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilkin iddianın rədd olunması və üçüncü şəxsin tələbinin tam təmin edilməsi və ya işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci iş üzrə: Kassasiya instansiya məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5494/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı ilə iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 fevral 2019-ci il tarixli, 2(103)-907/19 saylı qətnaməsi ləğv olunaraq iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kasssasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı işdə Mülayim Hüseynova işdə iştirak edən şəxs deyil və onun hər hansı tələbi yoxdur. Ə.Müzəffərovla bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli etiraz ərizəsinə istinad olunsa da, müqavilə tərəfi olan Cavabdeh MTK ilkin olaraq həmin müqavilənin həqiqiliyini qəbul etməmiş, onu qanunsuz saymış və öz qarşılıqlı iddiasında mənzilin xx.xx.2013-cü il tarixli müqavilə əsasında Cavid Məmiyeva satıldığını etiraf etmişdir. Cavabdeh MTK həmin qarşılıqlı iddia ərizəsində mənzilin ilkin olaraq C.Məmiyevə satıldığını qeyd etmiş, Mülayim Hüseynova ilə xx.xx.2008-ci ildə hər hansı müqavilə bağlanmasına istinad etməmişdir. Lakin sonradan Cavabdeh MTK mövqeyini dəyişərək Ə.Müzəffərovla məhkəmədənkənar danışıqlar aparıldığını bildirmiş və bu əsasla ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Həmin ərizəyə prosessual baxımdan işə baxan məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməsə də, nəticə etibarilə məhkəmə həmin tələbə baxmamış və Cavabdeh MTK məhkəmə baxışı zamanı Ə.Müzəffərovun iddiasını qəbul edərək onu əsaslı, 3-cü şəxs C.Məmiyevin iddiasını isə əsassız saymışdır. Bu isə o deməkdir ki, ilkin iddiaçı Ə.Müzəffərovla Cavabdeh MTK arasında mənzilə dair hər hansı mübahisə yoxdur. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı Ə.Müzəffərovun tələbi Cavabdeh MTK-ya qarşı yönəlmişdir və mübahisəli mənzilin ona təhvil verilməsi barədədir. Halbuki, işdən göründüyü kimi, həmin mənzil Cavabdeh MTK-nın deyil, 3-cü şəxs C.Məmiyevin sahibliyindədir və məhz C.Məmiyev mənzilə sahiblik etməklə orada yaşayır. 3-cü şəxs C.Məmiyevə qarşı isə hazırkı işdə hər hansı tələb irəli sürülməmişdir. Eləcə də, 3-cü şəxs C.Məmiyevin mübahisəli mənzilə dair hüquq müəyyən edən sənədləri (müqavilə, maliyyə arayışı) qüvvədədir və hazırkı işdə mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamədə mübahisəli mənzilə dair müqavilənin və maliyyə arayışının əslinin təqdim olunmasını 3-cü şəxsə təklif etdiyini göstərsə də, bu hal nə iş materialları ilə, nə də iş üzrə məhkəmə iclas protoklu ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi mübahisəli mənzilə dair iddiaçı Ə.Müzəffərova məxsus sənədlərin əsillərinin cinayət işində olub-olmaması ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinə sorğu edib həmin sənədlərin surətlərini əldə etsə də, bu sorğunu 3-cü şəxs C.Məmiyev barəsində etməmiş, sonuncu ilə bağlanmış müqavilənin və maliyyə arayışının əsillərinin həmin cinayət işində olub-olmadığını aydınlaşdırmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsi və hər bir tərəfin öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları özlərinin sübut etməli olmalarına dair Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin mövcudluğu zəruri sübutları müstəqil əldə etmək imkanı olmayan tərəfi Azərbaycan Respublikası MPM-nin 78.2-ci maddəsinin tələbinə müvafiq olaraq sübutların tələb olunması ilə bağlı məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. İşdən göründüyü kimi, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh MTK-nın vəzifəli şəxslərinin barəsində olan cinayət işinə məhkəmə baxışı davam edir və hazırkı iş üzrə iddiaçı Ə.Müzəffərov və 3-cü şəxs C.Məmiyev həmin cinayət işi üzrə zərərçəkmiş kimi keçirlər. Həmin cinayət işində Ə.Müzəffərov tərəfindən mülki iddia da verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə apellyasiya qaydasında yenidən baxan məhkəmə adı çəkilən cinayət işinə baxılmasının nəticəsini öyrənməli, həmin iş üzrə qəbul edilən yekun qərarın hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyan faktlar müəyyən edib-etmədiyini aydınlaşdırmalı, Ə.Müzəffərovun cinayət işi üzrə mülki iddiasının nədən ibarət olduğu, təmin olunub-olunmadığı müəyyən edilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İkinci iş üzrə : İddiaçı X37 cavabdehlər Məmiyev Cavid Məhərrəm oğlu və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK-nın sədri X29 arasında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Məmiyev Cavid Məhərrəm oğlunun ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK-nın sədri X29 ilə iddiaçı arasında xx.xx.2013-cü ildə bağlanılmış "xxxx" müqavilənin şərtlərinə görə ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzili 48000 manata almışdır və bu barədə iddiaçıya maliyyə arayışı da verilmişdir. Lakin Cavabdeh MTK müqavilə şərtlərinə əməl etməmiş, vaxtında iddiaçıya təmir etdirmək üçün şərait yaratmamış, buna müxtəlif bəhanələr gətirirdirlər. Uzun get-gəldən sonra mənzilin digər şəxsə satılması barədə məlumat aldı və bununla bağlı mənzilin iddiaçıya təhvil verilməsi ilə bağlı həmin MTK-nı məhkəməyə vermişdir. İddiaçının mənzilində qeyriqanuni yaşayan şəxs Məmiyev Cavid Məhərrəm oğlu da müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi Cavabdeh MTK-ya və iddiaçıya qarşı iddia ilə məhkəməyə müraciət edərək istifadəsində və mülkiyyətində olan mübahisəli mənzilə dair iddiaçı ilə MTK arasında bağlanmış xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” və gələcəkdə mənzilə dair heç bir maneəçilik olmaması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 02 noyab 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı X22 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddiası təmin edilərək, ünvan 11 ünvanında Cavabdeh MTK ünvanında inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X28 təhvil verilməsi vəzifəsinin Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər A.Hüseynov – sədrlik edən və məruzəçi, A.İmanov və V.Sadıqov, iş № 2(103)-907/19) üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun apellyasiya şikayəti təmin edilməyərək Yasamal Rayon Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qərarı (sədrlik edən hakim A.İskəndərov) ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 12 fevral 2019-cu il tarixli, 2(103)-907/19 saylı qətnaməsinin ləğv olunması və işin apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarında qeyd edilmişdir ki, ilkin iddiaçı Ə.Müzəffərovla Cavabdeh MTK arasında mənzilə dair hər hansı mübahisə yoxdur. Bu həqiqətən də belədir. Çünki iddiaçı mənzili onun əvvəlki sahibi olan, mənzillə bağlı xx.xx.2008-ci il tarixdə MTK ilə müqavilə bağlanmış X17 xx.xx.2013cü ildə almışdır və bu faktı qeyd edilən məhkəmə iclasında Cavabdeh MTK-nın nümayəndəsi də izahatında təsdiq etmişdir. Cavabdeh MTK-nın nümayəndəsinin qeyd edilən məhkəmə iclasına etiraf etdiyi kimi, mübahisəli mənzili Məmiyev Cavid Məhərrəm oğluna MTK-nın əməkdaşları satmışlar. Ona görə də iddiaçının iddiası əsaslı, 3-cü şəxsin iddiası isə əsassızdır. Cavabdeh Məmiyev Cavid Məhərrəm oğlunun iddiaçının mənzilini qeyri-qanuni zəbt etməsi ilə bağlı şikayətinin əsasında Azərbaycan Respublikasının Baş Prokuroru yanıda Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində MTK-nın rəhbərliyi barədə aparılan cinayət işi üzrə iddiaçı xx.xx.2018-ci il tarixdə mülki iddaçı kimi tanınmış və prokurorluğun xx.xx.2018-ci il tarixli “sənədlərin götürülməsi haqqında” protokoluna əsasən mübahisəli mənzilə dair Cavabdeh MTK-dan yalnız iddiaçının adına olan müqavilə və maliyyə arayışının əsilləri ekspertiza keçirilməsi götürülmüşdür. Göstərilənlər həmçinin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, ********* saylı məktubun məzmunu ilə də təsdiqini tapır. Belə ki, həmin məktubda göstərilmişdir ki, Cavabdeh, “Yüksəliş-C” və “Badu-Kübə” tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci naddələri ilə ********* №-li cinayət işi istintaq olunur. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən ünvan 14 ünvanında inşa olunmuş binada yerləşən 2 otaqlı, 106,5 kv.metr sahəli 44 nömrəli mənzil MTK-nın rəhbərliyi tərəfindən ilkin olaraq xx.xx.2008 tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X2, onun tərəfindən X3 sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı tərtib edilmişdir. Həmin mənzili MTK-nın əməkdaşları həmçinin xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Məmiyev Cavid Məhərrəm oğluna satmışlar. Cinayət işi üzrə Məmiyev Cavid Məhərrəm oğlu xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs, X37 xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışlar. Beləliklə də göründüyü kimi, mübahisəli mənzilin X4 faktı mübahisəsiz olduğu üçün onun iddiaçıya mənzil satması faktı da mübahisəsiz kimi qiymətləndirilməlidir. X59 Məhərrəm oğlunun adına olan müqavilə və maliyyə arayışı MTK-nın rəhbərliyinin imzası və MTK-nın möhürü ilə təsidiqlənsə də, faktiki olaraq mənzili ona rəhbərlik deyil, MTK-nın işçiləri geri tarixlə rəsmiləşdirməklə satmışlar ki, bu da qanuna uyğun olmamışdır. Məntiqli və qanunla mənzil X18 adına olması faktı mübahisəsizdirsə, Məmiyev Cavid Məhərrəm oğluna da mənzili MTK deyil, o satmalı idi. Lakin işin materiallarında görünür ki, MTK onun adına mənzilin ilkin alıcısı kimi müqavilə və maliyyə arayışı vermişdir ki, bu da işin faktiki hallarında uyğun deyildir. Həmçinin də iddiaçı ilə bağlanmış xx.xx.2013-cü il tarixli müqavilədə X18 xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli razılıq ərizəsinə istinad olunması faktı da onu təsdiq edir ki, mənzili faktiki olaraq MTK-nın sakini kimi ondan almışdır və deməli, bu mənzil X35 tərəfindən cavabdeh Məmiyev Cavid Məhərrəm oğluna satıla bilməzdi. Həmçinin də cavabdeh də X25 tanımır və ərizələrində mənzilin ona MTK tərəfindən satılmasını göstərir. İddiaçı tərəfindən Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi məhkəmədə baxılarkən ümid edirdi ki, məhkəmələr iddiasını təmin və Məmiyev Cavid Məhərrəm oğlunun iddiasını da rədd edərkən sonuncunun adına olan xx.xx.2013-cü il tarixli müqavilənin bağlandığı andan qanunsuz olmasını qeyd etdikləri üçün həmin vaxt bununla bağlı iddia qaldırmağa zərurət yox idi. Belə ki, mənzilin iddiaçıya təhvil verilməsi nəticəsi Məmiyev Cavid Məhərrəm oğlunun adına olan sənədlərin faktiki olaraq qüvvədən düşməsi anlamına gəlməyə əsas verirdi və bu sənədlər artıq heç bir hüquqi əhəmiyyət kəsb etməyəcəkdi. Yuxarıda qeyd edilən mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarında göstərilmişdir ki, üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğluna qarşı isə hazırki işdə hər hansı tələb irəli sürülməmişdir Eləcə də, üçüncü şəxsin mübahisəli mənzilə dair hüquq müəyyən edən sənədləri qüvvədədir və hazırki işdə mübahisələndirilməmişdir. X26 adına olmuş müqavilənin qanuniliyi mübahisələndirilmədiyi, iddiaçının isə mənzili məhz ondan almağını MTK tərəfindən və aparılan istintaqla müəyyən edilməyini, eləcə də xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışının tərtibindən sonra həmin mənzilin MTK-nın əməkdaşları həmçinin geri tarixlə xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Məmiyev Cavid Məhərrəm oğluna satılması da istintaq tərəfindən müəyyən edildiyinə görə sonuncuya iddiaçının mənzilinə dair hüquq müəyyən edən sənədlərinin qanunsuz olmasını mübahisələndirmək hüququndan istifadə edir və hesab edir ki, bu sənədlər qanuna uyğun olmadığı üçün etibarsız sayılmalıdır. Əvvəlki iddiasında məhkəmələr tərəfindən Məmiyev Cavid Məhərrəm oğlunun adına iddiaçının mənzilinə dair verilmiş hüquq müəyyən edən sənədlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1 və 337.2 maddələrinin tələblərinə əsasən bağlandığı andan etibarsız əqd olmasına qiymət verdiyi üçün həmin qərarların hazırda ləğv edilməsinə baxmayaraq, hesab edir ki, sözü gedən sənədlərin qanuniliyini mübahisələndirilməyi üçün müddəti buraxmamış sayılmalıdır. Çünki iddiaçı məhkəmənin verdiyi hüquqi qiymətlərə müdaxilə edə bilməz. Əgər iddiaçı tələb irəli sürməsə də, məhkəmə qərarında üçüncü şəxsin müqaviləsini etibarsız saymışsa, bu məhkəmənin səlahiyyətində olan məsələdir və bu qərarın ləğv edilməsi iddiaçının hazırki tələblə müraciət etməyini məhdudlaşdıra, həm də tərəfindən iddia müddətinin pozulması kimi qiymətləndirilə bilməz. İddiaçının iddiası mülkiyyət hüquqları ilə bağlı olduğundan hazırki işə ümumiyyətlə iddia müddəti şamil edilə bilməz. Göstərilənlərə əsasən mübahisəli mənzilə Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK-nın sədri X29 arasında xx.xx.2013-cü ildə bağlanılmış "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı bağlandığı və verildiyi andan etibarsız sayılmalı, cavabdeh iddiaçının mənzilindən çıxarılmalı, mənzili boşaldılaraq iddiaçıya təhvil verilməli, Məmiyev Cavid Məhərrəm oğlunu isə mənzilə görə kimlərə pul vermişsə, onlara qarşı da iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin təmin edilməsi, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, Məmiyev Cavid Məhərrəm oğlu ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və həmin mənzilin boşaldılaraq iddiaçı X28 təhvil verilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddia tələbi qanuni və əsaslı olduğundan təmin edilməli, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Məmiyev Cavid Məhərrəm oğlu ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı X28 təhvil verilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 324.1, 337.1, 337.2, 339.2 və 339.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh Məmiyev Cavid Məhərrəm oğlu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, C.Məmiyev vicdanlı alıcıdır, o, həmin əşyaya üçüncü şəxslərin iddialarının olmasından xəbəriz olub, həmçinin mənzili vicdanlı alıcı kimi əldə etdiyindən mənzil onun qanuni sahibliyindədir. Bu sahibliyi qanunsuz sahiblik hesab etmək olmaz. Onun sahibliyi qanunsuz olmadığı üçün əmlak ondan geri alına bilməz. İddiaçıya dəyən zərəri isə, MTK ya pul formasında ya da başqa mənzil verməklə kompensasiya eləməlidir. Çünki C.Məmiyev həmin mənzili təmir edib, ona kifayət qədər xərc çəkib. Məhkəmə ədalətli balans yarada bilməyib, C.Məmiyevin MTK ilə bağladığı müqaviləni etibarsız hesab etsə də, onun mənzilin alınması üçün ödədiyi pulun habelə təmirə çəkdiyi pulun qaytarılması barədə heç bir hüquqi nəticəyə gəlməyibdir. Apelyasiya instansiyası məhkəməsində hazırki icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(103)- 13195/2019 saylı qərardadı ilə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı X22 cavabdeh Məmiyev Cavid Məhərrəm oğluna qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə yekun məhkəmə qərarı qanuni qüvvəsini alanadək iddiaçı X22 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi”, iddiaçı Məmiyev Cavid Məhərrəm oğlunun cavabdeh “X28 qarşı “müqavilənin etibarsiz hesab edilməsi” tələbinə dair mülki üzrə icraat dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)- 760/2023 saylı qərardadı ilə iddiaçı X22 cavabdeh Məmiyev Cavid Məhərrəm oğluna qarşı, Cavabdeh MTK mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə, “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair 2(103)-760/2023 saylı mülki iş, iddiaçı Məmiyev Cavid Məhərrəm oğlunun cavabdeh “X28 qarşı “müqavilənin etibarsiz hesab edilməsi” tələbinə dair mülki işlə birləşdirilərək 2(103)-15/2023 nömrə altında bir icraatda baxılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(103)-15/2023 saylı qərardadı ilə iddiaçı X22 Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsiz hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Proses iştirakçılarının izahatı: Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən (cavabdeh) C.Məmiyev tərəfindən verilmiş apellyasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı X37 və onun nümayəndəsi-vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh MTK öz nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Qətnamələrdən müstəqil tələb irəli sürən üçüncü şəxs (cavabdeh) apelyasiya şikayətləri verərək, qətnamələriin ləğv edilməsini xahiş etməklə, qətnamələr tam yoxlanılır. Tətbiq edilən hüquq: Mülki Məcəlləsi: 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 384.0. İddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; 384.0.5. dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələbləri; 384.0.6. bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblər. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Mülki Məcəllənin 2018-ci ilin iyulun 1-dək qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa koorperativ üzvü, pay yığımına hüququ olan digər şəxslər koorperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.Qətnamə iş üzrə müəyyən edilmiş haəllara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, hər iki üzrə tələblər qarşılıqlı əlaqəli olduğu üçün işin hallarına hər iki iş üzrə irəli sürülən tələblər baxımından birlikdə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəmələri qətnamə qəbul edərkən prosessual pozuntulara yol verdikləri üçün birinci instansiya məhkəməsinin qətnamələri ləğv edilməli, iddia tələblərinin təmin edilməli olmasına dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarında olan və apellyasiya instansiyası məhkəməsinin baxışında tədqiq edilmiş: - Cavabdeh MTK-nın sədri X31 ilə alıcı X35 arasında bağlanmış xx.xx.2008-ci il tarixli "xxxx" müqavilənin surətindən görününr ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 54315 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. Əlavə olunmuş maliyyə arayışlarının surətlərindən görünür ki, X35 tərəfindən mənzilin dəyəri olan 54315 manat "xxxx" MTKya ödənilmişdir. - Cavabdeh MTK tərəfindən verilmiş 16 fevral 2008-ci il tarixli, 29 aprel 2008-ci il, 24 sentyabr 2008-ci il, 14 oktyabr 2008-ci il, 11 noyabr 2008-ci il, 26 noyabr 2008-ci il, 07 dekabr 2008-ci il, 15 dekabr 2008-ci il və 06 yanvar 2009-cu il tarixli Maliyyə arayışlarından görünür ki, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yaşayış binası Cavabdeh MTK-ya məxsusdur. Bu binanın 1 girişi, 7 mərtəbəsində ümumi sahəsi 106,5 kv.m olan 2 otaqlı, 44 saylı mənzilin pay dəyərindən 54315 manat alıcı X35 tərəfindən ödənilmişdir. - X35 tərəfindən Cavabdeh MTKya ünvanlanmış 16 fevral 2008-ci il tarixli ərizədə qeyd edilmişdir ki, X35 xahiş edir ki, o Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilsin. Nizamnamə ilə tanış olmuşdur. Nizamnamənin bütün tələblərini yerinə yetirməyi, eləcə də vaxtında pay haqlarını ödəməyi öhdəsinə götürür. MMC-nin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yüksək mərtəbəli binasında sahəsi 106,5 kv.metr olan 2 otaqlı mənzil istəyir. İdarə Heyətinin qərarına uyğun olaraq Cavabdeh MTK-da mənzil almağa razıdır. - Cavabdeh MTK-nın sədri X31 ilə alıcı Məmiyev Cavid Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqavilənin surətindən görününr ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 32000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Məmiyev Cavid Məhərrəm oğlu tərəfindən mənzilin dəyəri olan 32000 manat Cavabdeh MTK-ya ödənilmişdir. - xx.xx.2013-cü il tarixli ərizənin surətindən görünür ki, X35 Cavabdeh MTK-nın sədri X19 müraciət edərək özünə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binanın 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 32000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzilini maddi ehtiyacı olduğuna görə satmaq qərarına gəldiyini, bu məqsədlə X20 54315 manat aldığını bildirərək, mənzilin onun adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etmişdir. - Cavabdeh MTK-nın sədri X31 ilə alıcı X37 arasında bağlanmış xx.xx.2013-cü il tarixli "xxxx" müqavilənin surətindən görünür ki, MTK Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində tikilməkdə olan binasının 1-ci girişi, 7-ci mərtəbəsində ümumi dəyəri 48000 manat və ümumi sahəsi 106,5 kv. m. olan iki otaqlı 44 saylı mənzili alıcıya verməyi, alıcı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür. - xx.xx.2013-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, X37 tərəfindən mənzilin dəyəri olan 48000 manat Cavabdeh MTK-ya ödənilmişdir. - X37 tərəfindən Cavabdeh MTKya ünvanlanmış 30 dekabr 2013-cü il tarixli ərizədə qeyd edilmişdir ki, X37 xahiş edir ki, o Cavabdeh MTK-nın üzvlüyünə qəbul edilsin. Nizamnamə ilə tanış olmuşdur. Nizamnamənin bütün tələblərini yerinə yetirməyi, eləcə də vaxtında pay haqlarını ödəməyi öhdəsinə götürür. MMC-nin Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən yüksək mərtəbəli binasında sahəsi 106,5 kv.metr olan 2 otaqlı mənzil istəyir. İdarə Heyətinin qərarına uyğun olaraq Cavabdeh MTK-da mənzil almağa razıdır. - Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, ********* saylı məktubundan görünür ki, Cavabdeh, «Yüksəliş-C” və “Badu-Kübə" tikinti şirkətlərinin vəzifəli şəxsləri tərəfindən saxta sənədlər əsasında mənzillərin satılmaqla vətəndaşların pul vəsaitlərinin talanması və digər qanunsuzluq faktları üzrə Azərbaycan Respublikası CM-nin 178.3.2, 308.2, 313, 320.2 və 322.1-ci maddələri ilə ********* Ns-li cinayət işi istintaq olunur. İstintaq zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən ünvan 14 ünvanında inşa olunmuş binada yerləşən 2 otaqlı, 106,5 kv. metr sahəli 44 nömrəli mənzil MTK-nın rəhbərliyi tərəfindən ilkin olaraq xx.xx.2008 tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X2, onun tərəfındən X3 sonra sonuncunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı tərtib edilmişdir. Həmin mənzili MTK-nın əməkdaşları həmçinin xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Məmiyev Cavid Məhərrəm oğluna satmışlar. Cinayət işi üzrə Məmiyev Cavid Məhərrəm oğlu xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs, X37 xx.xx.2018-ci ildə zərərçəkmiş şəxs və mülki iddiaçı qismində tanınmışlar. - Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, X29 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. X39 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 29,178.3.2, 308.2, 313 və 320.1-ci maddələri ilə ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və ona qəti olaraq 3 (üç) il müddətə dövlət və yerli özünü idarə orqanlarında maddi məsul və rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş üzrə zərərçəkmiş şəxs, mülki iddiaçılar: X37 və qeyrilərinin irəli sürmüş olduqları iddia tələbləri baxılmamış saxlanılmış və onlara, həmçinin həmin iş üzrə iddia tələbləri irəli sürməyən digər zərərçəkmiş şəxslərə onlara vurulmuş maddi ziyanın ödənilməsinə dair və həmçinin əldən çıxmış fayda ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbləri ilə təqsirləndirilən şəxslər X29 və X32, həmçinin digər şəxslərə qarşı müvafiq məhkəməyə müraciət etmək hüquqları olduğu izah edilmişdir. İşin araşdırılmış hallarından görünür ki, Cavabdeh MTK tərəfindən ünvan 14 ünvanında inşa olunmuş binada yerləşən 2 otaqlı, 106.5 kv.metr sahəli 44 nömrəli mənzil MTK-nın rəhbərliyi tərəfindən ilkin olaraq xx.xx.2008 tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X1. X35 Cavabdeh MTK-ya 30 dekabr 2013-cü il tarixli ərizə ilə Cavabdeh MTK-ya müraciət edərək Bakı şəhəri, Yasamal rayonu M.Xiyabani küçəsində inşa olunan binanın 1-ci giriş, 7-ci mərtəbə 106,5 kv.metr sahəsi olan 44 saylı mənzili maddi ehtiyacı olduğundan satmaq qərarına gəldiyini və mənzili X22 adına sənədləşdirməyə köməklik göstərilməsini bildirmişdir. Bununla əlaqədar olaraq, Cavabdeh MTK ilə X37 arasında bağlanmış (addan ada dəyişir: 16 fevral 2008-ci il tarixli mənzil müqaviləsi və 30 dekabr 2013-cü il tarixli ərizə) Mübahisəli mənzil X35 tərəfindən X3 sonra Cavabdeh MTK tərəfindən sonuncunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı tərtib edilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, həmin mənzili MTK-nın əməkdaşları həmçinin xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında Məmiyev Cavid Məhərrəm oğluna satmışlar. Beləliklə də aydın olur ki, mübahisə predmeti ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci giriş, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzillə ədaqədar Cavabdeh MTK tərəfindən üç müqavilə bağlanmışdır. Birinci müqavilə xx.xx.2008-ci il tarixdə X35 ilə, ikinci müqavilə xx.xx.2013-cü il tarixdə Məmiyev Cavid Məhərrəm oğlu ilə və üçüncü müqavilə xx.xx.2013-cü il tarixdə X37 ilə bağlanmışdır. İşin araşdırılmış hallarından müəyyən olunur ki, mübahisəli mənzildə 3-cü şəxs C.Məmiyev ailəsi ilə yaşayır, hazırda mənzil onun tərəfindən əsaslı təmir edilmiş və faktiki olaraq onun sahibliyində və istifadəsindədir. Bununla əlaqədar iddiaçı X37 cavabdeh Məmiyev Cavid Məhərrəm oğlu və Cavabdeh MTK-ya qarşı “müqavilənin etibarsızlığı, mənzildən çıxarılma və mənzilin boşaldılması” tələbinə dair iddia tələbi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m. sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK-nın sədri X29 arasında xx.xx.2013-cü ildə bağlanmış "xxxx" müqavlənin və eyni tarixli maliyyə arayışının etibarsız sayılması, Məmiyev Cavid Məhərrəm oğlunun ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılması və boşaldılaraq iddiaçıya təhvil verilməsini xahiş etmişdir. Cavabdeh MTK-da öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə müraciət etmiş və iddiasında mənzilin ilkin olaraq C.Məmiyevə satıldığını qeyd etmiş, Mülayim Hüseynova ilə xx.xx.2008-ci ildə hər hansı müqavilə bağlanmasına istinad etməmişdir. Lakin sonradan Cavabdeh MTK mövqeyini dəyişərək Ə.Müzəffərovla məhkəmədənkənar danışıqlar aparıldığını bildirərək və bu əsasla ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlu cavabdehlər Cavabdeh MTK-ya və X28 qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək istifadəsində və mülkiyyəində olan mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli “müqavilənin etibarsız hesab edilməsi” və gələcəkdə mənzilə dair heç bir maneçilik olmaması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci iş üzrə birinci instansiya məhkəməsi nəticə etibarilə Cavabdeh MTK-nın qarşılıqlı iddia tələbinə baxmasa da həmin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə prosessual baxımdan heç bir hüquqi qiymət verilməmişdir. Halbuki, məhkəmə tərəfindən həmin ərizənin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməli idi. Göründüyü kimi, birinci iş üzrə birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən prosessual pozuntuya yol vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci iş üzrə Mülayim Hüseynovanın xx.xx.2008-ci il tarixli müqaviləyə və xx.xx.2013-cü il tarixli ərizəsinə istinad olunsa da, müqavilə tərəfi olan Cavabdeh MTK ilkin olaraq həmin müqavilənin həqiqiliyini qəbul etməmiş, onu qanunsuz saymış və qaldırdığı qarşılıqlı iddiasında mənzilin xx.xx.2013-cü il tarixli müqavilə əsasında Cavid Məmiyeva satıldığını etiraf etmişdir. Sonradan isə Cavabdeh MTK məhkəmə baxışı zamanı Ə.Müzəffərovun iddiasını qəbul edərək onu əsaslı, 3-cü şəxs C.Məmiyevin iddiasını isə əsassız saymışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyindən də görünür ki, işin bu halı, ilkin iddiaçı Ə.Müzəffərovla Cavabdeh MTK arasında mənzilə dair hər hansı mübahisə olmaması deməkdir. İş materiallarından görünür ki, istər birinci, istərsə də ikinci iş üzrə iddialara birinci instansiya məhkəməsində baxılarkən Azərbaycan Respublikasının Baş Prokuroru Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində X16 və X27 barəsində istintaq getmiş, daha sonra isə Bakı Ağır Cinayətlər Məhkəməsində Cavabdeh MTK-nın adları qeyd edilən vəzifəli şəxslərinin barəsində olan cinayət işinə məhkəmə baxışı başlamış və davam etmişdir. Həmin iş üzrə iş üzrə iddiaçı Ə.Müzəffərov və 3-cü şəxs (cavabdeh) C.Məmiyev həmin cinayət işi üzrə zərərçəkmiş kimi keçmişlər. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-61/2021 saylı, xx.xx.2021-ci il tarixdə çıxarılmış hökmü qanuni qüvvəsini almışdır. Hökmdə qeyd edilmişdir ki, “... X8 Habil Məmməd oğlu ilə 2 otaqlı, 106,5 m2 sahəli 44 №-li mənzili 16 fevral 2008-ci il tarixli müqavilə ilə X10 və mənzilin dəyəri tam ödənildiyi halda, 2013-cü ilin aprel ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Məmiyev Cavid Məhərrəm oğluna Habil Fətəliyevlə birlikdə yalandan bildirib, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək öz imzası və kooperativin möhürü ilə təsdiq etdiyi 1 may 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavid Məmiyevə satılması adı ilə ondan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 35.000 (otuz beş min) manat məbləğində pulu Habil Fətəliyevlə birlikdə alıb, aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün Cavid Məmiyevin mənzilə köçməsini təmin edib, bununla mənzilin ilkin alıcısı olan Mülayim Hüseynovadan həmin mənzili 30 dekabr 2013-cu il tarixli müqavilə əsasında 48.000 (qırx səkkiz min) manat pul ödəməklə satın almış X33 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və dələduzluq cinayətlərini törətmişdir” «... X13 Cahangir Həsənağa oğlu ilə 2 otaqlı, 106,5 m2 sahəli 44 №-li mənzili 16 fevral 2008- ci il tarixli müqavilə ilə X5 və mənzilin dəyəri tam ödənildiyi halda, 2013-cü ilin aprel ayında həmin mənzilin əvvəldən heç kəsə satılmamasını Məmiyev Cavid Məhərrəm oğluna Cahangir Alışovla birlikdə yalandan bildirib, təkrarən, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, tamah niyyətilə məzmununa biləbilə yalan məlumatlar daxil edərək, sonuncunun öz imzası və Kooperativin möhürü ilə təsdiq etdiyi 1 may 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavid Məmiyevə satılması adı ilə ondan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 35.000 (otuz beş min) manat məbləğində pulu C.Alışovla birlikdə alıb, aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində, öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ziyan vurmaqla ələ keçirib təkrarən dələduzluq və qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün Cavid Məmiyevin mənzilə köçməsini təmin edib, bununla mənzilin ilkin alıcısı olan Mülayim Hüseynovadan həmin mənzili 30 dekabr 2013-cu il tarixli müqavilə əsasında 48.000 (qırx səkkiz min) manat pul ödəməklə satın almış X33 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etməklə hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan əməli ağır nəticələrə səbəb olmaqla, təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək etmə və dələduzluq cinayətlərini törətmişdir” Hökmdə daha sonra göstərilmişdir ki, təqsirləndirilən şəxslər X29 və X27 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları, onların özlərinin hadisələrin baş vermə yeri, vaxtı və inkişafı ardıcıllığı barədə işin faktiki hallarına uyğun olan qismən etirafedici ifadələri ilə yanaşı, məhkəmədə tədqiq olunmuş təqsirləndirilən şəxslərin iş üzrə ibtidai istintaq zamanı müdafiəçilərinin iştirakları ilə verdikləri təqsirləndirilən şəxs qismində ifadələri, zərəçəkənlərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, MTK tərəfindən tərtib olunmuş müvafiq qaydada ibtidai istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilmiş mənzillərin satışına dair, maddi sübutlar dair məlumatlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Hökmdə həmçinin göstərilmişdir ki, X18 Cavabdeh MTK-nın sədrinə olan xx.xx.2013-cü il tarixli ərizəsindən görünür ki, vətəndaş ərizə ilə müraciət edərək Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən MTK-nın tikilməkdə olan binasının 7-ci mərtəbəsindəki, 106,5 kvadrat metr sahəli, 44 saylı mənzilin ona məxsus olmasını, hal-hazırda maddi ehtiyacı olduğundan mənzilini satmaq qərarına gəldiyini, mənzilin X22 adına sənədləşdirilməsinə köməklik göstərilməsini xahiş etdiyini, mənzilin dəyəri 54.315 manat pulu aldığını və mənzilin sənədlərinin əslini təhvil verdiyini, mənzilin sənədlərinin ona heç bir surətinin qalmadığını, gələcəkdə bu mənzillə bağlı heç bir şikayət və iddiasının olmayacağını bildirmişdir. (cild 24, iş vər. 75) "xxxx" 16 fevral 2008-ci il tarixli müqavilədən, 16 fevral 2008-ci il tarixdə 21.250 manat, 29 aprel 2008-ci il tarixdə 7065 manat, 24 sentyabr 2008-ci il tarixdə 5374 manat, 14 oktyabr 2008-ci il tarixdə 6000 manat, 14 noyabr 2008-ci il tarixdə 4000 manat, 26 noyabr 2008-ci il tarixdə 3000 manat, 07 dekabr 2008-ci il tarixdə 5000 manat, 06 yanvar 2008-ci il tarixdə 1000 manat, 15 dekabr 2008-ci il tarixdə 1626 manat pulun ödənilməsinə dair maliyyə arayışlarından görünür ki, Cavabdeh MTK-nın sədri X29 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən həmin MTK-nın tikilməkdə olan binasının 7-ci mərtəbəsindəki 2 otaqlı, 106,5 kvadrat metr sahəli, ümumi dəyəri 54315 manat təşkil edən 44 saylı mənzil X18 adına rəsmiləşdirmiş, sonuncu tərəfindən mənzilin pay dəyərindən 54.315 manat ödənilmişdir. Qeyd olunan müqavilə və maliyyə arayışlarının üzərlərindən “X” formasında diyircəkli qələmlə qeyd aparılmaqla, ləğv edildiyi göstərilmişdir. (cild 24, iş vər. 77-87) Cinayət işinin 62-ci cildinin 127-143-cü vərəqlərində olan iş üzrə təyin olunmuş sənədlərin texniki ekspertizasının 13 noyabr 2018-ci il tarixli 27682 №-li rəyindən görünür ki, "xxxx" MTKnın adından X22 adına 30 dekabr 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışında olan möhür əksləri relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Həmin sənədlərdə “C.H.Alışov“ və “N.Y.Əliyev” sözlərinin qarşısındakı imzalar hər hansı texniki qurğu vasitəsilə deyil, birbaşa icra edilmişdir. Cavabdeh MTKdan mənzil satışına dair X22 adına 30 dekabr 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı, Məmiyev Cavid Məhərrəm oğlunun adına 01 may 2013-cü il tarixli müqavilənin və eyni tarixli maliyyə arayışın kserosurətlərində olan möhür əksləri ekspertizaya təqdim edilmiş Cavabdeh MTK-nın möhürün, eksperimental əks nümunələri ilə eynilik təşkil edir. (c.62, v.127-143) Cinayət işinin 62-ci cildinin 147-154-cü vərəqlərində olan iş üzrə təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının 13 noyabr 2018-ci il tarixli 27683 №-li rəyindən görünür ki, Cavabdeh MTK-nın adından 44 №-li mənzilin X6 haqqında 30 dekabr 2013cü il tarixli müqavilədə və maliyyə arayışında “Yeni Yasamal MTK-nın sədri” qrafalarındakı imzalar; 44 №-li mənzilin Məmiyev Cavid Məhərrəm oğluna satılması haqqında 01 may 2013-cü il tarixli müqavilənin və maliyyə arayışının kserosurətində “C.H.Alışov” qrafalarında əks olunmuş imzalar – X29 tərəfindən icra olunmuşdur. (c.62, v.147-154) Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır: a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə İradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Tələbin qanuni əsası yoxlamanın başlanğıc nöqtəsidir. Tələbin qanuni əsası hüququ tətbiq edən şəxsə yalnız bir tərəfin qarşı tərəfi nəyi isə etməyə məcbur edə bilməsi barədə suala cavab vermir, o, daha bir suala- qarşı tərəfdən nəyisə etmək və ya etməmək öhdəliyinin hansı ilkin şərtlər əsasında yaranması sualına cavab verir. Tələbin sonrakı yoxlanması üçün həmişə qanunun müddəaları (tələbin qanuni əsası) əsasında onların hansı ilkin şərtləri (dispozisiya şərtləri) müəyyən etməsi və həmin şərtlərin hazırki tələb üzrə mövcud olubolmadığı araşdırılmalıdır. Həmçinin kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. “M.Hüseynovun şikayət üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Konstitusiya Məhkəməsinin qərarında təsbit edilmiş hüquqi mövqeyə görə mənzilin dəyərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun deyildir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin Mülayim Hüseynovaya ilkin olaraq MTK tərəfindən satılması faktı mübahisəsiz olduğundan qaldırılmış tələblərə də məhz bu müqavilənin mövcudluğu baxımından yanaşmaqla müyyən edilmiş digər hallara qiymət verilməlidir. Kollegiyanın qənaətinə görə Məmiyev Cavid Məhərrəm oğlu mübahisəli mənzilin ilkin alıcısı kimi qiymətəndirilə bilməz, Belə ki, X16 və X27 barəsində olan qanuni qüvvəsin almış məhkəmə qərarlarından da görünür ki, onlar 2 otaqlı, 106.5 kv.metr sahəli 44 nömrəli mənzili 1 may 2013-cü il tarixli saxta müqavilə və maliyyə arayışı əsasında Cavid Məmiyevə satılması adı ilə ondan həmin tarixdə binanın həyətində yerləşən ofis otağında 35000 manat məbləğində pulu birlikdə alaraq aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün isə Cavid Məmiyevin mənzilə köçməsini təmin etmişlər. Beləliklə də, faktiki olaraq həmin şəxslər C.Məmiyevi açıq-aşkar aldatmış, evin M.Hüseynovaya satılmasını bildikləri halda bu faktı qəsdən C.Məmiyevdən gizlətmiş və onun pulunu alaraq mənimsəmişlər. İş materiallarından görünür ki, Cavid Məmiyev mübahisəli mənzillə bağlı X18 MTK ilə müqaviləsi olmasına dair irəli sürülən dəlilləri qəbul etmir və MTK tərəfindən aldanılmasına baxmayaraq özünü mənzilin ilkin və vicdanlı alıcısı sayır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli mənzilin Mülayim Hüseynovaya ilkin olaraq MTK tərəfindən satılması faktını nəzərə almadan Cavid Məmiyev həmin mənzilin MTK tərəfindən ilkin alıcı kimi qiymətləndirilə bilməz. Kollegiya qeyd etməyi zəruri sayır ki, C.X9 ona münsibətdə razılıq ərizəsi odduğu halda vicdanlı alıcı kimi qiymətləndirilə bilərdi. Lakin iş materiallarından görünür ki, X18 ona deyil, Ə.Müzəffərova münsibətdə razılıq ərizəsi mövcuddur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə hesab edir ki, birinci iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxsin mübahisələndirdiyi müqaviləsinin etibarsızlığına dair tələbinin faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun deyildir, yəni dizpozisiya əlamətləri ilə uzlaşmır. Hazırki işin faktiki halları da maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşmadığından müstəqil tələb irəli sürən üçüncü şəxs C.Məmiyevin iddiası əsaslı sayıla və təmin edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası işin həqiqi halları, işdə iştirak edən şəxslərin izahatları və işin digər materialları ilə mübahisəli ünvan 8 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının binanın 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin alğı-satqı müqaviləsinin ilkin olaraq X35 ilə bağlandığından, onun razılığı olmadan sonradan həmin mənzilin Məmiyev Cavid Məhərrəm oğluna satılmasının mülki qanunvericiliyin tələblərinə və müqavilə şərtlərinə riayət edilmədən bağlanması, eyni zamanda, X18 razılığı, xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı əsasında X28 qanuni əsaslarla satılması qənaətinə gəlir. Buna görə də məhkəmə kollegiyasının qənaətinə görə birinci iş üzrə mübahisəli mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası ikinci iş üzrə qeyd edir ki, işə baxan məhkəmə həmin iş üzrə cavabdeh tərəfin mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə qiymət vermədən nəticəyə gəlmişdir. Kollegiya iş üzrə iddia müddətinin tətbiqi barədə ərizəyə qiymət verilməməsini prosessual nöqsan kimi qiymətləndirir. Məhkəmə kollegiyası ikinci iş üzrə həm iddiaçının tələblərinə, həm də cavabdeh tərəfin iddiaya olan etirazın əsasları, eləcə iddia müddətinin tətbiqi ərizəsi ilə bağlı hesab edir ki, göstərilənlərə birinci iş üzrə gəlinmiş nəticələr baxımından və məhkəmənin qanuni qüvvəsini almış hökmünün hazırki iş üzrə preyudisial əhəmiyyət kəsb etməsi baxımından qiymət verilməli, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız sayılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X35 mübahisəli mənzili alaraq onun qanuni sahibi olmuş və daha sonra X37 da mübahisəli mənzili həmin mənzilin birbaşa qanuni sahibindən əldə etməklə onun qanuni alıcısı olmuş, Cavabdeh MTK (X29 və X39) tərəfindən dələduzluq yolu ilə, məhz mənzilin ilkin alıcısı olan Mülayim Hüseynovadan həmin mənzili 30 dekabr 2013-cü il tarixli müqavilə əsasında 48.000 (qırx səkkiz min) manat pul ödəməklə satın almış X33 öz əmlakından istifadə ilə bağlı hüquqlarından məhrum etmək niyyəti ilə vəzifə saxtakarlığı etmiş, cinayət əməlini gizlətmək üçün Məmiyev Cavid Məhərrəm oğluna 01 may 2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilə əsasında 35000 manat məbləğində sataraq sonuncunun mənzilə köçməsini təmin etmişlər. Məhkəmə kollegiyası həmçinin göstərilənlərlə, eləcə də, bağlanmış müqavilələr üzrə təqsirləndirilən şəxslərin mübahisəli mənzillə bağlı işdə olan qanuni qüvvəsini almış məhkəmə hökmündə əksini tapmış istintaq və məhkəmə iclasında verdikləri ifadələrinə də diqqət yetirilməsini zəruri sayır. Belə ki, təqsirləndirilən şəxs X29 istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, 2 otaqlı, 106,5 kv. metr sahəli 44 №-li mənzilin satılması ilə bağlı X18 adına xx.xx.2008-ci il tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı, onun adından X22 adına keçirilməsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2013- cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı, həmçinin Məmiyev Cavid Məhərrəm oğlunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışında da MTK sədrinin adından əks olunan imzalar ona məxsusdur. Mülayim Hüseynovaya mənzil 2008-ci ildə qanuni olaraq satılmaqla, pulu MTK-ya mədaxil olunmuşdur. Sonradan Mülayim mənzilini Ərəstuna sataraq pulunu almışdır. Məmiyev Cavid Məhərrəm oğlunu isə tanımamış, ona mənzil satmamış və bu barədə məlumatı olmamışdır. Habil Fətəliyev ondan xəbərsiz bu mənzili də satmış və pulu almışdır Təqsirləndirilən şəxs Habil Fətəliyev ifadəsində həmçinin göstərmişdir ki, Cavabdeh MTK-nın inşa etdiyi binadan 2 otaqlı, 106,5 kv. metr sahəli 44 №-li mənzilin satılması ilə bağlı X18 adına xx.xx.2008-ci il tarixli müqavilə və 54315 manatın ödənilməsi haqqında maliyyə arayışı, onun adından X22 adına keçirilməsi ilə əlaqədar tərtib olunmuş xx.xx.2013-cü il tarixli müqavilə və 48000 manatın ödənilməsi haqqında maliyyə arayışı, həmçinin Məmiyev Cavid Məhərrəm oğlunun adına xx.xx.2013-cü il tarixli müqavilə və 32000 manatın ödənilməsi haqqında maliyyə arayışını da MTK sədrinin adından əks olunan imzalar Cahangir Alışova məxsus olmuşdur. Mülayim Hüseynovanı tanımamış, ona mənzil satışında, həmçinin mənzilin Ərəstunun adına keçirilməsində iştirak etməmişdir. 2013-cü ilin yazında həmin 2 otaqlı 44 №-li mənzilin əvvəllər kiməsə satılmasını yoxlamadan xatırlamadığı maklerlərin vasitəsilə satışa çıxarmış və binanın ofisinə gəlmiş Cavid Məmiyevlə danışmış, ondan 32000 manatı almışdır. MTK-nın möhürlü, Cahangir Alışovun imzası əks olunan blanklarından istifadə etməklə müqavilə və maliyyə arayışını yazıb vermiş, C.Alışova bu satış haqqında məlumat verməmiş və pulu binanın bəzi işlərinə xərcləmişdir. Cavidi mənzilin ilkin alıcısı kimi bildiyinə görə onu təmir işlərinə buraxmışdır Hökmdən daha sonra Cavabdeh MTK-dan mənzil satışlarına dair Cahangir Alışova elan edilmiş ittihamın otuz dördüncü epizodu, Habil Fətəliyevə elan edilmiş ittihamın qırx dördüncü epziodu olan Cavabdeh MTK-nın inşa etdiyi binanın 10-cu mərtəbəsindəki 2 otaqlı, 106,5 kvadrat metr sahəli 44 saylı bağlı Cahangir Alışov və X39 tərəfindən məhkəməyə təqdim edilmiş, hər iksi tərəfindən imzalanmış birgə yazılı ifadələrindən görünür ki, onlar bildirmişlər ki, mənzil ilkin olaraq 2008-ci ildə X7, sonradan MTK-a sədrinin adına ərizə ilə müraciət edərək mənzili X22 adına keçirtmişlər.Məhkəmə mübahisəsi olmuş, Bakı Apellyasiya Məhkəməsi cinayət işi getdiyi üçün icraatı dayandırmışdır. Mənzilin qanuni sahibi X34r. Həmin mənzil 2013-cü ildə X48 tərəfindən Məmiyev Cavid Məhərrəm oğluna 35000 manat ödənişlə verilmişdir. Mənzillə bağlı MTK-ya heç bir vəsait daxil olmamışdır.Buna baxmayaraq Məmiyev Cavid Məhərrəm oğlu zərərçəkmiş şəxs kimi tanınmış və zərərin əvəzi ödənilməsi üçün «Abşeron Kristal»tikinti şirkətinə göndərilmişdir. Mənzildə aparılan təmir xərcləri ilə bağlı məhkəməyə müraciət edib X28 qarşı iddia qaldırmaq hüququ vardir. Məhkəmə kollegiyası həmçinin iş üzrə tərəflərin də hökmdə əksini tapmış ifadələrinə diqqət yetirərək qeyd edir ki, Hökmdə əksini tapmış zərərçəkmiş şəxs qismində dindirilmiş Məmiyev Cavid Məhərrəm oğlu ifadəsində göstərmişdir ki, o, 2013-cü ilin aprel ayında tanışlıq vasitəsilə ünvan 16 ünvanda inşa edilmiş Cavabdeh MTK-nın binasına getmiş, binanın həyətində yerləşən ofisdə MTK-nın sədri Cahangir Alışovla görüşmüşdür. Binanın 7-ci mərtəbəsində yerləşən, sahəsi 106,5 kv. metr olan 2 otaqlı 44 nömrəli mənzilin qiymətini C.Alışovla 35000 manata danışmış, 01 may 2013-cü il tarixdə Faiq Cəfərova vermiş və mənzili adına rəsmiləşdirmişdir. O, Faiq Cəfərovu MTK-nın əməkdaşı kimi tanımışdır. 2016-cı ilin əvvəllərində Samir Bəxşəliyevə yaxınlaşmış və o zaman ona deyilmişdir ki, ilin sonuna kimi bina tikiləcək. Həmin vaxt vəziyyətinin ağır olduğunu bildirmiş və istəmişdir ki, evi daha tez təmir edib evə köçsün. Həmin vaxt Habil Fətəliyev ona demişdir ki, bunun üçün Cahangir Alışovda icazə almaq lazımdır. Daha sonra Cahangir Alışova yaxınlaşmış və sonuncuya vəziyyətini başa saldıqdan sonra icazə alaraq mənzildə təmir işlərinı başlatmış, həmin ilin aprel ayının 1-dən ailəliklə 44 nömrəli mənzilə köçmüşdür. 2017-ci ilin iyun ayında işdə olduğu zaman həyat yoldaşı ona zəng edərək bir nəfərin gəldiyini, 44 nömrəli mənzili 2013-cü ilin dekabr ayında almasına dair müqaviləni göstərdiyini bildirmişdir. Ondan sonra o, həmin şəxsi görməmişdir. 2016-cı ildən həmin evdə yaşayır. Həmin evə Ərəstun Müzəffərov da iddia edir. Ona ibtidai istintaq və məhkəmə istintaqı zamanı heç bir ziyan ödənilməsi ilə bağlı təklif olunmamışdır. Hökmdə əksini tapmış zərərçəkmiş şəxs qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, 2013-cü ilin axırlarında Bakı şəhərinin Yasamal rayonunda təzə tikili binaların birindən mənzil almaq istəmişdir. Həmin vaxt Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən Cavabdeh MTK-da işləyən Etibar adlı tanışlarından həmin MTK-nın binasında münasib qiymətə mənzillərin satıldığını eşitmişdir. O ərəfədə qeyd olunan binaya gedərək orada mühafizəçi işləyən Əzizağa adlı şəxslə görüşmüşdür. Onunla birlikdə binanın 7-ci mərtəbəsində yerləşən 2 otaqlı, 44 nömrəli mənzilə baxmış, mənzil xoşuna gəlmişdir. Əzizağa baxdıqları mənzilin X23 məxsus olduğunu və 48000 manata satdığını bildirmişdir. O, Əzizağaya 30 dekabr 2013-cü il tarixdə pulla gələrək həmin mənzili alacağını demişdir. Danışdıqları kimi, elə həmin gün Cavabdeh MTK-nın binasının ofisinə gəlmişdir. 48000 manatı X18 həyat yoldaşına vermişdir. Mülayim Hüseynova həmin mənzildən imtina barədə ərizə yazmış və təxminən 1 saat gözlədikdən sonra Samir Alışov 44 nömrəli mənzilə dair onun adına yazılmış müqavilə və maliyyə arayışını ona vermişdir. Sonrakı müddətdə arabir gedib mənzilə baxmış, lakin həmin vaxtlarda mənzili təmir etdirmək üçün imkanı olmamışdır. 2016-cı il ərzində bir neçə dəfə mənzilə baxmaq üçün getsə də hər dəfəsində Əzizağa adlı mühafizəçi gah liftin işləmədiyini, gah da ki, blokun giriş qapısının bağlı olduğunu bildirmişdir. 2017-ci ilin əvvəllərində binanın ofisində MTK-nın hüquqşünası Habil Fətəliyevlə görüşən zaman sonuncu mənzili təmir etdirmək üçün ondan 2000 manat istəmişdir. İmkanı olmadığına görə dediyi məbləği verə bilməmişdir. 2017-ci ilin sentyabr ayında həyat yoldaşı Aidəyə aldığı mənzili göstərmək istəmişdir. MTK-nın binasına gəldikdə Əzizağa onlara liftin işləmədiyini, yuxarı 7-ci mərtəbəyə qalmağa ehtiyac olmadığını, 2-ci mərtəbəyə qalxaraq onun mənzili ilə eyni proyektə malik digər mənzilə baxmağı məsləhət görmüşdür. Onun dediyi söz şübhəli gəldiyindən birbaşa 7-ci mərtəbəyə qalxmış, həmin vaxt mənzilin giriş qapısının dəyişildiyini görmüşdür. Qapının zəngini bassalar da, içəridən qadın səsi gəlsə də, həmin şəxs qapını aça bilməyəcəyini və mənzilin onlara məxsus olduğunu bildirmişdir. Təxminən bir neçə dəqiqə sonra binanın həyətinə düşən zaman həyətdə bir maşın dayanmış, içərisindən 3-4 nəfər kişi düşmüşdür. Onlardan biri Mülayim Hüseynovanın qaynı Famil olduğunu, nəyə görə qapını döyərək narahatçılıq verdiklərini soruşduqda o, həmin mənzilin ona məxsus olması barədə müqavilə və maliyyə arayışını göstərmişdir. Həmin şəxslər onunla kobud danışsalar da, sonunculara qarşılıq verməmişdir. Daha sonra Cavabdeh MTK-nın binasını onlara məsləhət bilmiş Etibarla danışmış, sonucu da Habil Fətəliyevlə danışdıqdan sonra ona narahat olmamasını, tez bir zamanda mənzilin ona qaytarılacağını demişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq mənzil ona qaytarılmamış, belə olan halda 09 mart 2018-ci il tarixdə o, şikayət ərizəsi ilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etmişdir. Halhazırda da heç bir yenilik yoxdur. Ev tələbləri var, belə ki, ona sonradan 54 kv.m ev təklif olunub, lakin onu qane etmir. Özünə məxsus olan və təmir etdirdiyi mənzildə yaşamaq istəyir. Bakı şəhəri Yasamal rayon Məhkəməsi, Apellyasiya məhkəməsində mülki mübahisələri udmuş, lakin sonranda Ali Məhkəməsi onların ziyanına qərar qəbul etmiş və işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmış, orada isə cinayət işi ilə bağlı icraat dayandırılıb. Hökmdən qeyd olunur ki, qeyd olunan mənzil ilə əlaqədar epizodla bağlı təqsirləndirilən şəxs Cahangir Alışov məhkəmə iclasında dövlət ittihamçısının suallarına cavab olaraq göstərmişdir ki, hal –hazırda mənzildə Cavid Məmiyev yaşayır. Lakin həmin şəxs pulu MTK-ya yox, Faiq Cəfərova vermişdir. 2 otaqlı, 106.5 kv.m 44 nömrəli mənzil 16 fevral 2008-ci il tarixdə Mülayim Hüseynovaya, 2013-cü ilin aprelində isə Cavid Məmiyevə satılıb, 35.000 manat pulu isə Faiq Cəfərov alıb, MTK-ya ödəniş yoxdur. 30 dekabr 2013-cü ildə müqavilə əsasında addan ada keçirilməklə ilkin alıcıdan X11. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, C.Alışov mənzilin C.Məmiyevə satılması ilə bağlı istintaq və məhkəmədə verdiyi ifadələrdə müəyyən ziddiyyətlər olsa da, bütün ifadələrində X18 mübahisəli mənzilin ilkin alıcısı onun qanuni sahibi olması və mənzilin də Ərəstun Müzəffərova onlar tərəfindən satılması faktlarını həmişə vurğulamışdır. Hökmdən daha sonra görünür ki, cinayət işinin 47-ci cildinin 83-88-ci vərəqlərində olan "xxxx" 01 may 2013-cü il tarixli müqavilə və eyni tarixli maliyyə arayışından görünür ki, Cavabdeh” MTK-nın sədri X29 Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində yerləşən həmin MTK-nın tikilməkdə olan binasının 10-cu mərtəbəsindəki 2 otaqlı, 106,5 kvadrat metr sahəli, ümumi dəyəri 32000 manat təşkil edən 44 saylı mənzili Məmiyev Cavid Məhərrəm oğlunun adına rəsmiləşdirmiş, sonuncu tərəfindən mənzilin pay dəyərindən 32000 manat ödənilmişdir. Məhkəmə kollegiyası Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli müqavilə və eyni tarixli maliyyə arayışı barədə yuxarıda göstərilən qənaətə gələrkən 2013-cü il üçün ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı mənzilin dəyərinin də həmin dövr üçün 32000 və ya 35000 manat məbləğində olmasının da real, inandırıcı və ağlabatan (M.Hüseynova ilə Ə.Müzəffərovun mənzilə görə ödədikləri məbləblər baxımından) olmamasını qeyd edir. Məhkəmə kollegiyası ikinci iş üzrə cavabdehin iddiaya olan etirazının əsasları ilə bağlı verdiyi izahatlara qiymət verərək qeyd edir ki, bu izahatlar mötəbər sübut kimi qəbul edilə və müqavilənin etibarsızlığı, mənzildən çıxarılma ilə bağlı iddianın əsassız sayılması üçün yetərli sayıla bilməz Belə ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ikinci iş üzrə cavabdeh S.Məmiyev öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiasının əsaslı olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası C.Məmiyevin izahatlarına əsasən müqaviləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 452.2-ci maddəsinə əsasən etibarsız sayılmalı olmaması və vicdanlı alıcı olmasına dair dəlillərinə qiymət verərək qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarında kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd etmişdir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Həmçinin kollegiya hesab edir ki, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqinə dair Kollegiya qeyd edir ki, Cavid Məmiyevə münasibətdə həmin normanı tətbiq etməklə Ə.Müzəffərovun iddiasını rədd etmək olmaz. Belə ki, Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Qeyd olunan normadan göründüyü kimi, kreditorun fərdi-müəyyən əşyanı (hazırki halda mənzili) borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini o halda tələb edə bilməz ki, əmlak artıq mülkiyyət hüququ ilə üçüncü şəxsə verilmiş olsun. Yəni fərdi-müəyyən əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilmədiyi halda, həmin əşya ilə bağlı öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditora verilməlidir. Hazırkı işin hallarından da müəyyən olunduğu kimi, dəyəri ödənilməklə mübahisəli mənzilə dair ilkin olaraq müqavilə M.Hüseynova ilə bağlanmış, o isə Ə.Müzəffərova satmışdır. Bununla da müəyyən olunur ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1 və 752.2-ci maddələrinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Qeyd olunan maddələrdən müəyyən olunur ki, podratçı özünün əldə etdiyi materiallardan hazırladığı və sifarişçiyə verilənədək özünə məxsus olan əşyanı sifarişçinin mülkiyyətinə verməlidir. Podrat müqaviləsi bağlanılan vaxt əmlak hazırlanmışdırsa alğı-satqı qaydaları tətbiq edilir. Həmin qaydaları tənzimləyən Mülki Məcəllənin 567-ci maddəsində isə təsbit olunmuşdur ki, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Bu kateqoriyadan olan işlərə baxılarkən Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqe də nəzərə alınmalıdır, çünki həmin mövqe işə baxan məhkəmələr üçün məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 04 mart 2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Eyni zamanda, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, M.Hüseynovun cavabdeh "xxxx" MTK ilə bağladığı müqavilə etibarlı sayıldığı halda da onun iddiası təmin edilə bilməz. Belə ki, mübahisə predmeti olan mənzil fərdi-müəyyən əşyadır. Mülki Məcəllənin 452.1-ci maddəsinə görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Həmin maddəyə istinad edərək apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı M.Hüseynovla cavabdeh "xxxx" MTK arasında mənzilə dair müqavilə daha əvvəl bağlanmışdır. Belə olan halda, fərdi-müəyyən əşya olan mənzil sonradan cavabdeh "xxxx" MTK ilə üçüncü şəxs E.Bağırlının arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı M.Hüseynov mənzilin cavabdeh "xxxx" MTK-dan alınmasını və müqavilədə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ mənzilin E.Bağırlıya təhvil verildiyi andan aradan qalxmışdır. Bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər. Göründüyü kimi, mənzilin dəyərini tam ödəməklə M.Hüseynov həmin əmlaka sahiblik və istifadə etmək hüququnu əldə etmişdir. Belə olan halda, "xxxx" MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi (uzun müddət keçdikdən sonra həmin mənzil barədə E.Bağırlı ilə 6 iyul 2011-ci il tarixli alğı-satqı müqaviləsinin bağlanması) mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə uyğun olmamışdır. Nəticədə mübahisənin həlli zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq norması kimi tətbiq edilən Mülki Məcəllənin 452.1-ci maddəsinin müddəaları duzgün tətbiq edilməmişdir... Göründüyü kimi, satıcı "xxxx" MTK mənzilləri alıcıya təhvil verməyi, M.Hüseynov isə öz növbəsində mənzillərin qiymətini tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırkı iş üzrə M.Hüseynov tərəfindən 3 otaqlı mənzilin dəyərinin ödənilməklə müqavilə üzrə öhdəliyinin tam şəkildə icra etməsinə baxmayaraq, "xxxx" MTK mənzilləri alıcıya təhvil verməmiş və müqavilə üzrə öz öhdəliyini yerinə yetirməmişdir... Göstərilənlərlə yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, E.Bağırlı ilə "xxxx" MTK arasında bağlanmış 6 iyul 2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən "xxxx" MTK həmin binada dəyəri ödənilmiş üç otaqlı mənzilin ona təhvil verilməsi barədə öhdəlik götürmüşdür. Bu baxımdan, sonrakı məhkəmə araşdırılmaları zamanı məhz "xxxx" MTK-nın qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilə üzrə E.Bağırlıya təhvil verilməli olan mənzilin verilməsi və ya həmin öhdəliyin icra edilməməsinə görə dəymiş zərərin (ödənilən vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq onun tərəfindən irəli sürülə bilən tələb nəzərə alınmalıdır.” Göründüyü kimi, Konstitusiya baxışının predmeti olmuş mülki işdə də, hazırkı işdə olduğu kimi, söhbət MTK tərəfindən mənzil bir şəxsə satıldıqdan sonra başqa şəxsə də satılmasından gedir və Konstitusiya Məhkəməsi işə baxmış məhkəmələr tərəfindən Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqini qanuni hesab etməmişdir. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mənzilin dəyəri ilkin alıcı tərəfindən ödənildikdən sonra həmin alıcı əmlaka (mənzilə) sahiblik və istifadə etmək hüququnu əldə edir və belə olan halda, MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barəsində sərəncam verməsi, yəni sonradan mənzilə dair başqa şəxslə alğı-satqı müqaviləsi bağlaması mülki qanunvericiliyin normalarına və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, MTK tərəfindən mənzil artıq M.Hüseynova satıldığı üçün digər şəxsə, konkret olaraq C.Məmiyevə satıla bilməzdi, Qeyd olunanlarla yanaşı, məhkəmə kollegiyası eyni zamanda onu da qeyd edir ki, hazırkı mülki işin faktiki halları baxımından da MM-in 452.1-ci maddəsinin tətbiqi düzgün hesab oluna bilməz. Çünki, MM-in istinad olunan 452.1-ci maddəsinin təhlilindən aydın olur ki, həmin normada mülki dövriyyədə azad şəkildə, hər hansı maneəsiz və tam sərbəst özgəninkiləşdirilə bilən əşyalardan, yəni əşyanın özünün verilməsi ilə həmin əşyaya mülkiyyətin də eyni vaxtda verilməsindən bəhs edilir. Başqa sözlə, daşınmaz əşyalar və rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyaların özgəninkiləşdirilməsi zamanı alğı-satqı müqaviləsinə əsasən alıcının əmlak barəsində yalnız sahiblik və istfadə hüquqları yaranır, sərancam hüququ isə müqavilənin dövlət qeydiyyatından sonra əmələ gəlir, yəni mülkiyyət hüququnun əldə edilməsi dövlət qeydiyyatı ilə bağlı olur, rəsmi reyestrdə qeydə alınması tələb olunmayan istənilən daşınar əşyalar barəsində isə belə qaydaya riayət edilməsi tələb olunmur, yəni əşyanın əldə edilməsi ilə eyni vaxtda həmin əşyaya mülkiyyət hüququ da əldə edənə keçir. Bununla da müəyyən olunur ki, İddiaçı2 mübahisəli mənzili MTK-dan tələb etməsi üçün hər hansı qadağa mövcud deyildir, yəni həmin mənzil cavabdeh C,Məmiyevin adına qeydə alınmamışdır və müvafiq olaraq onun mülkiyyətində deyildir. Başqa sözlə, sözügedən cavabdehə münasibətdə Mülki Məcəllənin 452.1-ci maddəsində nəzərdə tutulmuş zəruri dispozitiv şərt (bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır) müəyyən edilmir Beləliliklə də Mülki Məjəllənin 452.1-ci maddənin hazırki halda cavabdehə münasibətdə tətbiq edilməsi yolverilməzdir. İşin araşdırılmış halları ilə mübahisəsiz şəkildə təsdiq edilir ki, mübahisəli mənzil M.Hüseynovanın istifadəsində olmuş və onun da tərəfindən Ə.Müzəffərova satılmışdır. Mənzili alarkən mənzilin boş olmaması və C.Məmiyevin artıq orada yaşamasına dair dəlillər isə heç bir mötəbər və tutarlı sübut növləri təsdiqini tapmamışdır. Kollegiyanın qənaətinə görə bununla bağlı xüsusilə nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarına əsasən kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər Kollegiya hesab edir ki, işin araşdırılmış halları tərəflər arasında hüquq münasibətləri yaranan vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.8-ci maddəsinin tələbləri baxımından mübahisəli mənzil M.Hüseynovanın qanuni istifadəsinə və sahibliiyində olmuşdur. Ə.Müzəffərovun mübahisəli mənzilə baxaraq, bəyənərək və qiymətdə razılaşaraq mənzili M.Hüseynovadan aldıqdan sonra öz mənzilinə gedib-gəlməyində ara verməsindən istifadə edən MTK-nın vəzifəli şəxsləri X29 və X39 öz cinayətkar niyyətlərini həyata keçirmək yolu ilə mənzilə görə Məmiyev Cavid Məhərrəm oğlundan 32000 manat alaraq onun ora köçməsini təmin etmiş, qanuna uyğun olmayan müqavilə və arayış vermiş (məhkəmə hökmünə əsasən saxta olan) və beləliklə də bu hallar onun hazırki vaxta kimi qanuni əsaslarla olmadan mənzili təmir edib yaşamasına şərait yaratmışdır.Mənzilin Ə.Müzəffərova, həm də C.Məmiyevə satılması faktını X29 və X39 istintaq və cinayət işin üzrə məhkəmə zamanı ifadələrində təsdiq etmişlər. Məhkəmə kollegiyası X16 cəzaçəkmə müəssisəsindən apellyasiya instansiyası məhkəməsinə ünvanladığı ərizəsində mübahisəli mənzilin C.Məmiyevin istifadə saxlanmasının məqsədəuyğunluğu barədə ərizəsinə qiymət verərək hesab edir ki, bu ərizə hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyi üçün nəzərə alınması və sübut kimi qiymətləndirilməsi mümkün deyildir. Belə ki, məhz X29 və X27 qanunsuz və cinayət xarakterli hərəkətləri nəticəsində onlar C.Məmiyevi aldadılaraq mənzilin faktiki sahibi olan Ə.Müzəffərova qarşı törədilən cinayətlərini ört-basdır etmək niyyəti ilə onu qanuni əsaslarla olmadan mənzilə köçürülməsini təmin etməklə hazırki ağır mənəvi duruma salmışlar. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin məhkəmə prinsipcə mülahizə yürütmək üçün daxili inam üzrə halları müəyyən etmək hüququna malikdir Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun: - 3-cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asıla olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Azərbaycan Respublikasının Konstitusiyasında və bu qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. - 8-ci maddəsinə görə ədalət mühakiməsi hakimlərin müstəqilliyi təmin edilməklə, heç bir məhdudiyyət qoyulmadan, faktlara əsasən, qərəzsiz, ədalətlə və qanunlara müvafiq həyata keçirilir. - 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MTK ilə Məmiyev Cavid Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2013-cü il tarixli yaşayış binasında mənzil tikintisi haqqında müqavilənin qanunvericiliyin tələbləri nöqteyi nəzərindən bağlandığı andan etibarsız əqd olması tam olaraq sübuta yetirilir. Məhkəmə kollegiyası göstərilən nəticəyə gələrkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384-cü maddəsi ilə iddia müddətinin şamil edilmədiyi tələblərin dairəsi müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə iddia müddəti şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblərə, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərə, fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə, mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, dövlət və ya bələdiyyə orqanının və ya onların vəzifəli şəxslərinin əmlaka sahiblik, ondan istifadə və ya ona dair sərəncam üzrə mülkiyyətçinin hüquqlarını pozmuş aktının etibarsız sayılması haqqında mülkiyyətçinin tələblərə və bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda digər tələblərə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə görə MM-in 384.0.4-cü maddəsi müqavilədən irəli gələn tələb etmək hüququnu deyil, əşya hüquqları ilə bağlı halları tənzimləyir. Əşya hüquqları tam və məhdud əşya hüquqları olaraq iki əsas qrupa ayrılır: tam əşya hüququ - mülkiyyət hüququ; məhdud əşya hüquqları servitut, uzufrukt, tikintiyə vərəsəlik, girov və ipoteka. Bu hüquqların xüsusiyyəti ondan ibarətdir ki, bu hüquqlardan istifadə edilməməsi onların aradan qalxmasına səbəb olmur və hər kəsə qarşı tələbin irəli sürülmə imkanı da hər hansı bir müddətlə məhdudlaşdırılmır. Əşya hüquqlarının iddia müddətinə tabe olmaması prinsipi hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biridir və Konstitusiyanın 29-cu maddəsinin, 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin müddəalarının təmin edilməsinə xidmət edir. MM-in 384.0.4-cü maddəsi mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddətinin şamil edilmədiyini təsbit etmişdir. X44rşı iş üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hüququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1- ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz. Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır.Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki,“mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla,bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib- veribverməməsi müəyyən olunmalıdır İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Akimova Azərbaycana qarşı» iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 may 2003-cü il tarixdə «Qarrax Çexiyaya qarşı» iş üzrə qəbul etdiyi qərarında nümayiş etdirdiyi mövqeyə görə «real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ» mülkiyyət hüququ kimi qiymətləndirilir. «Broniovski Polşaya qarşı» işdə də Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırmalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi?. «Burdov Rusiyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, «tələb» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, kifayət qədər müəyyən olunmuş olsun ki, bu tələb hüquqi cəhətdən realizə edilə bilsin. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Azərbaycan Respublikası Konstitusiyasının 26cı maddəsinin İ hissəsi və 60-cı maddəsinin İ hissəsi). Məhkəmənin kollegiyasının qənaətinə görə, hazırkı iş üzrə sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının qanuni əsaslarla əldə etdiyi həmin mənzi üzərində olan huquqları əmlak hüquqları hesab olunur və onun bu hüquqları Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyət» anlamını təşkil edir. Buna görə də qanuni əsaslarla əldə etdiyi mənzillə bağlı digər, qanuni yollarla deyil, cinayət əməlini gizlətmək məqsədi ilə digər şəxsin adına bağlanmış müqavilənin etibarsızlığı ilə bağlı Ə.Müzəffərov tərəfindən iddia müddətinin buraxılmasına yol verilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd etməyi də zəruri sayır ki, ikinci iş üzrə cavabdeh tərəfin iddia müddətinin tətbiqi ilə bağlı ərizə verməsi ilə bir növ ona qarşı qaldırılmış iddianın əsaslı olması ilə razılaşmasına da dəlalət edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Qanunvericiliyin mənasına görə Ə.Müzəffərovun iddiası əsaslı olmadığı təqdirdə iddia müddətinin tətbiqi qeyri mümkün olardı. Kollegiyanın qənaətinə görə iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi Ə.Müzəffərovun iddiasının əsaslı olması təsdiqini tapdığı təqdirdə iddianın rədd edilməsinə nail olmaq üçün iddia müddətinin tətbiq edilməsi məqsədini daşımışdır. İddia müddəti ilə bağlı kollegiya həmçinin qeyd etməyi də zəruri sayır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Əvvəla qeyd olunmalıdır ki, əhəmiyyətsiz əqdlərdə tələb hüququ üçün əsas əhəmiyyətsiz əqdin özü yox, onunla bağlı tərəflərin və üçüncü şəxslərin hüquqi vəziyyətində yaranmış qeyri-müəyyənlik hesab olunur. Bu qeyri-müəyyənliyin həll edilməsi isə əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi, icra edilənlərin qaytarılması yolu ilə mümkündür. Bu kateqoriya işlərdə müddətin axımının başlanma anı məhz əhəmiyyətsiz əqdin icrasına başlanması anı ilə müəyyən olunur. Bu müddətin axımı subyektiv faktorla (maraqlı şəxsin hüquqlarının pozulduğunu bildiyi vaxtla) yox, əqdin icrasına başlanmasını xarakterizə edən obyektiv hallarla bağlıdır. Belə hüquqi tənzimləmə onunla bağlıdır ki, bu əqdlər, məhkəmə tərəfindən əhəmiyyətsiz sayılıbsayılmamasından asılı olmayaraq, əhəmiyyətsizdir və əqdin tərəfləri və üçüncü şəxslər üçün heç bir hüquqi nəticə doğurmur. Deməli, nə qədər ki, iddianın verilməsi hüququ əhəmiyyətsiz əqdin icrasının nəticələrinin əmələ gəlməsi ilə bağlıdır və bu nəticələrin aradan qaldırılması məqsədini güdür, deməli məhkəmə müdafiəsi üçün müddətin əvvəli də məhz belə əqdin icrasına başlandığı anla bağlıdır. Məhkəməyə müraciət edən iddiaçı özünün öhdəliklə (vədlə) yox, hərəkət, yəni icra ilə bağlı pozulmuş hüququnu müdafiə edir. Əhəmiyyətsiz əqdlərdə məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş 1 illik müddət (iddia müddəti) əhəmiyyətsiz əqdin etibarsız hesab olunması yox, əhəmiyyətsiz əqdin nəticələrinin tətbiq edilməsi barədə tələblərə aiddir. Bu müddətin axımı da müqavilənin bağlandığı (dövlət qeydiyyatına alınmalı olan əqdlərdə isə qeydə alındığı) gündən yox, onun icrasına başlandığı (təhvil-təslim aktının imzalanması, pulun ödənilməsi, əmlakın təhvil verilməsi və s.) gündən başlanır. Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddətilə bağlı “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında ətraflı şərh verilmişdir. Həmin şərhdən də belə aydın olur ki, Mülki Məcəllənin 354.1-ci maddəsi əhəmiyyətsiz əqd üzrə qarşı tərəfdən icra olunmuşların geri qaytarılması ilə bağlı məhkəmədə iddia qaldırılması üçün müəyyən edilmiş müddətdir. Lakin əhəmiyyətsiz əqd üzrə əldə edilənlərin geri qaytarılmasına ilə bağlı müddətin tətbiqi həmin əqdin predmetindən, yəni əqdin predmetinin əvəz edilən (pul, qələm, sement və s.) və ya əvəz edilməyən (daşınmaz əmlak, qeydə alınmalı olan daşınar əşya və digər fərdi xüsusiyyətlərə malik olan əmlak) əşya olmasından asılıdır. Əvəz edilən əşyanın geri tələb edilməsinin qanuni əsasını əsassız varlanma təşkil edir və məhz həmin tələb üzrə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş 1 illik iddia müddəti tətbiq oluna bilər. Əvəz edilməsi mümkün olmayan (o cümlədən mənzil) əşyalarda isə məhrum olan həmin əşyaya mülkiyyət hüququnu itirmir və onun tələbi də məhz mülkiyyətin müdafiəsi ilə bağlı olduğundan, bu tələbə kəsici və ya iddia müddəti tətbiq oluna bilməz. Hazırki iş üzrə isə mübahisələndirilən müqavilə əvəzedilməz əşya olan mənzilin alğı-satqısına dair bağlanmış olduğundan iddia müddətilə bağlı cavabdehin dəlilləri həm də yuxarıda göstərilənlərə görə də əsassızdır. Məhkəmə kollegiyası işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamələri prosessual pozuntularla qəbul edildiyindən ləğv edilməli, hər iki iş üzrə yeni qətnamə qəbul edilməklə iddiaların təmin edilməli, ünvan 14 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X28 təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilməli, ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçı X28 ödənilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun cavabdehlər Cavabdeh MTK-ya və X28 qarşı Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş 10 (on) manat dövlət rüsumu üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğluna aid edilməli, eləcə də, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilməli, Məmiyev Cavid Məhərrəm oğlu ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılmalı və həmin mənzil boşaldılaraq iddiaçı X28 təhvil verilməlidir. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbayçan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli qərarında göstərilir ki, əqd məhkəmə tərəfindən ləğv edildikdə və ya etibarsız hesab edildikdə qətnamənin nəticə hissəsində əqdin iştirakçılarının əqd üzrə aldıqlarını eyni vaxtda geri qaytarmalı olmaları və yaxud qətnamənin hər iki tərəf üçün eyni vaxtda icra edilməli olması göstərilməlidir. Tərəflərin əvvəlki vəziyyətə qaytarılması üçüncü şəxslərin hərəkətləri ilə əlaqədar olduqda qətnamədə bu məsələ də həll edilməlidir. (6.10 bəndi) Məhkəmə kollegiyası hesab edir ki, ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edildiyi üçün X8 Habil Məmməd oğlundan 35000 manat tutularaq Məmiyev Cavid Məhərrəm oğluna qaytarılmalıdır. Belə ki, Məmiyev Cavid Məhərrəm oğlundan alınan məbləğ maliyyə arayışında 32000 manat göstərilməsinə baxmayaraq qanuni qüvvəsini almış məhkəmə aktları ilə həmin məbləğin faktiki olaraq 35000 manat olmaqla, onun tərəfindən MTK-nın hesabına köçürülməsi təsdiqini tapmamışdır. X57 Məhərrəm oğlundan alınan məbləğ X29 və X27 şəxsi ehtiyaclarına sərf etmələri təsdiqlənmişdir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Məmiyev Cavid Məhərrəm oğluna mənzili X28 təhvil veridkdən sonra təmir işləri və onlara çəkilmiş xərclərə dair müvafiq iddia qaldırmaq hüququnun olması izah edilməlidir. Kollegiya həmçinin xüsusi olaraq bu qənaətə də gəlir ki, C.X12 və X27 dələduzluq və vəzifə saxtakarlığı kimi cinayət əmələlini gizlətmək yolu onu aldatmaları ilə müşayət olunan, qanuna uyğun olmayan müqavilə və arayış verməklə (məhkəmə hökmünə əsasən saxta olan) onun hazırki vaxta kimi qanuni əsaslar olmadan Ə.Müzəffərova məxsus olmasını bilə-bilə, onun mənziliə köçməsinə, təmir edib yaşamasına şərait yaratması ilə bağlı onlara (C.Alışov və H.Fətəliyev) qarşı həmçinin maddi və mənəvi ziyanın vurulması tələbi ilə də iddia qaldırmaq hüququndan yararlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumları onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
Məmiyev Cavid Məhərrəm oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6260/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-34/2022 saylı, 19 oktyabt 2022ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. X36 iddia tələbləri təmin edilsin. ünvan 14 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilin iddiaçı X28 təhvil verilməsi vəzifəsi Cavabdeh MTK-ya həvalə edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu Cavabdeh MTK-dan tutularaq iddiaçı X28 ödənilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs Məmiyev Cavid Məhərrəm oğlunun cavabdehlər Cavabdeh MTK-ya və X28 qarşı Cavabdeh MTK-ya məxsus M.Xiyabani küçəsi, 5 ünvanında olan 7 mərtəbəli yaşayış binasındakı 1-ci giriş, 7-ci mərtəbədə yerləşən sahəsi 106,5 kv.m olan 2 otaqlı 44 saylı mənzilə dair cavabdehlər arasında bağlanmış xx.xx.2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzilə dair Məmiyev Cavid Məhərrəm oğlu ilə Cavabdeh MTK arasında bağlanmış xx.xx.2013-ci il tarixli "xxxx" müqavilə və eyni tarixli maliyyə arayışı etibarsız hesab edilsin. Məmiyev Cavid Məhərrəm oğlu ünvan 11 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yaşayış binasının 1-ci girişi, 7-ci mərtəbəsində yerləşən 106,5 kv.m sahəsi olan 2 otaqlı 44 saylı mənzildən çıxarılsın və həmin mənzil boşaldılaraq iddiaçı X28 təhvil verilsin. X29 və X21 35000 manat tutularaq Məmiyev Cavid Məhərrəm oğluna qaytarılsın. Apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xumar Mərdanova Hakimlər Elnur Həsənov Sabit Bəhrəmzadə