Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1503/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(006)-537/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh1 qarşı «mülkiyyətə müdaxilənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus fərdi evin divarından dayaq kimi istifadə edilməklə cavabdeh tərəfindən apartdırılmış tikinti işlərinin cavabdehin hesabına sökülməsi və cavabdehin hesabına evinin divarının əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(006)-537/2022 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ünvan 2 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinin divarından dayaq kimi istifadə edilməklə Cavabdeh1 tərəfindən inşa edilmiş yarıtikilinin (sanitar qovşağın üzərindəki 2-ci mərtəbə) onun hesabına sökülməsi və Cavabdeh1 hesabına evin divarının əvvəlki vəziyyətinə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin İddiaçı, qalan 50 manat məbləğinin Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Anar İbadzadə 06 fevral 2023-cü il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, mülki iş üzrə iddiaçı tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(006)- 537/2022 saylı qətnaməsindən apelyasiya şikayəti verildiyindən, həmin mülki işin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli 2(006)- 537/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və iddiaçı tərəfindən qətnamədən verilmiş apelyasiya şikayətinin qanunverciliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Fuad Talışinski
Məhkəmə qərarları › İş №2(103)-1503/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1503/2023
28.02.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver