Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15050/2019 24.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçının nümayəndəsi X4, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-6060/2019 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə vurulmuş 2491,40 manat məbləğində maddi ziyanın əvəzinin və 30 manat dövlət rüsumunun, ümumilikdə isə 2521,40 manat pulun cavabdehdən məcburi qaydada tutularaq, İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2016-cı il tarixli, A1099 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı X10 departamenti tərəfindən **********00010 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1402AZ**********08 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar özbaşına olaraq, qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin işçiləri tərəfindən cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsdiqləyən foto və videoçəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, xx.xx.2017-ci il tarixli, ******* saylı akta əsasən 164,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 798 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 136 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 298 manat, xx.xx.2018-ci il tarixli, 01556350 saylı akta əsasən 40,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 50,40 manat, xx.xx.2018- ci il tarixli, ******* saylı akta əsasən 115,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 43,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı əsasən 43,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 43,20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 55,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 21,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akta əsasən 72 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 97,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən 133,20 manat, cəmi 2491,40 manat İddiaçı İB-yə ziyan dəymişdir. Təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2491,40 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 2491,40 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(004)- 6060/2019 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, ünvan 2 döngə 4-də olan iki otaqlı evi Rövşən Babayev adlı şəxsdən alıb. Həmin ev özbaşına tikilidir. Evə dair heç bir hüquq müəyyənedici sənəd yoxdur. Həmin evin qiymətləndirmə cədvəli onun adına tərtib edilmişdir. O, evi aldıqdan sonra Rövşənin xahişinə əsasən onun sabiq həyat yoldaşı Aidə öz uşaqları ilə onun evində müvəqqəti yaşayırlar. Rövşən hal-hazırda həbsdədir. Evin qaz, işıq və su təchizatı onun adına olmuş, hal-hazırda isə işıqla su Aidənin adınadır. Qaz isə onun adında qalmışdır. Qaza görə İddiaçı Bakı X10 Departamenti tərəfindən **********00010 nömrəli abonent kodu onun adına açılmışdır. Ümumiyyətlə o, həmin evdə yaşamır. Hazırda həbsdə olan və ona evi satan Rövşənin yan-yana iki evi vardır. O, evin 2 otaqlı olanını ona satmışdır. Qaz xətti onun evinə cavabdehin evinin damından çəkilmişdir. Buna görə də qaz istismar sahəsinin əməkdaşları səhvə yol verərək xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi vaxtaşırı aktlar tərtib etmiş və onun İddiaçınə 2491,40 manat ziyan vurmağı barədə yanlış nəticəyə gəlmişlər. İddiaçı 2019-cu ilin iyun ayında onun evində yaşayan X5 469,80 manat məbləğində əsassız borc yazmış və həmin borc Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsilə silinmişdir. Əgər onun 2491,40 manat borcu olsaydı İddiaçı həmin vaxt və ya bundan əvvəl ona qarşı iddia qaldırmış olardı. Yeni Yasamal 2-də olan mənzil onun qardaşına məxsusdur. Həmin mənzilin qaz, su və işığı onun adınadır. O, sadəcə olaraq orada qeydiyyatdadır. Həmin mənzilə dair qazdan istifadəyə görə onun adına abonent kodu yoxdur. Birinci instansiya məhkəməsi işə baxdıqdan sonra o, İddiaçı Bakı X10 Departamentinə xx.xx.2019-cu il tarixində ərizə ilə müraciət etmişdir ki, onun qazdan qanunsuz istifadə edib-etməməsi yoxlanılsın və ona rəsmi qaydada məlumat verilsin. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, qeyd olunan ünvanda baxış keçirilən zaman abonentin sayğacdan kənar qaz xəttindan istifadə etmədiyi və istifadə etmə ehtimalının olmadığı, qaz xəttinin abonentin mənzilinin üstündən keçdiyi və X2 adına olan **********20040 kodlu fərdi yaşayış evində istifadə olunduğu aşkar olunmuşdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun nümayəndəsi X3 apelyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, iddiaçının nümayəndəsi X7 isə şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və apelyasiya şıkayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)-6060/2019 saylı qətnaməsi ləğv edilməli və iddia rədd edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövrdə abonent Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə üst-üstə 18 akt tərtib olunsa da, aktların heç birinin tərtibində abonentin iştirakı təmin olunmamış, abonentin imzası qrafasında guya abonentin aktı imzalamaqdan imtina etməsi barədə qeyd edilmiş, təbii qazdan qeyri-qanuni istifadə barədə tərtib olunmuş 18-ci aktdan sonra bu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Cavabdehin məhkəməyə təqdim etdiyi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(008)-4357/2019 saylı qətnaməsindən görünür ki, ünvan 2 döngə 4 ünvanında X6 yaşayır, **********00010 nömrəli abonent kodu həmin ünvana verilmiş, həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadəyə görə aktlar Aidə Babayevanın barəsində tərtib olunmuş, ona 469,8 manat borc hesablanmış və məhkəmənin qətnaməsi ilə həmin borc silinmişdir. Bundan əlavə, Cavabdeh İddiaçınə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubuna cavab olaraq həmin Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş istehlakçının qaz təsərrüfatının inventar aktından aydın olur ki, ünvan 2 döngə 4 ünvanına baxış keçirilən zaman abonentin sayğacdankənar təbii qazdan istifadə etmədiyi və istifadə etmə ehtimalının olmadığı, sayğacdankənar qaz xəttinin Cavabdeh məxsus mənzilin üstündən keçdiyi və X2 adına olan **********20040 kodlu fərdi yaşayış evində istifadə olunduğu aşkar olunmuşdur. Beləliklə, sübutetmə vəzifəsi üzərinə düşdüyü halda, İddiaçı İB Cavabdeh tərəfindən qaz xəttinə sayğacdan kənar qoşularaq iddiaçı təşkilata ziyan vurulmasını sübuta yetirə bilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.2 və 385.1.3-cü maddələrinə əsasən məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası MPM-in 119.6-cı maddəsinə əsasən, yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunduğundan və iddia tələbi rədd olunduğundan, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməli,cavabdeh tərəfindən apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun əvəzi iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.6, 382, 384, 385, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(004)- 6060/2019 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı İB-nin Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin, apelyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumu iddiaçıdan alınaraq Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-15050/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15050/2019
24.12.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver