Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-15058/2019 19.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı “xxxx” QSC-nin Cavabdeh Gülməmməd oğluna qarşı «kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri NəsimiRayon Məhkəməsinin 2(006)-44/19 saylıxx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiatələbiqisməntəminedilərək, 21.033 manat 69 qəpik əsas borc, 1.422 manat 60 qəpik faiz olmaqla, cəmi 22.456 manat 29 qəpik məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumun Cavabdeh tutularaq iddiaçı «xxxx» QSC-yə ödənilməsi qətedilmişdir. İddia tələbi qalan hissədə təmin olunmamışdır. İş materiallarından görünür ki, İddiaçı «xxxx» ASC Cavabdeh qarşı «kredit borcunun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 7044 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21.333 manat 69 qəpik əsas borc, gecikdirilmiş vaxt üçün 811 manat 87 qəpik faiz (5 %) və 3.487 manat 24 qəpik dəbbə pulu olmaqla, cəmi 25.632 manat 80 qəpik məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 101s saylı Sərəncamının icrası ilə əlaqədar «xxxx» ASC ilə «xxxx» QSC arasında «problemli aktivlər üzrə tələb hüququnun «xxxx» QSC-yə güzəşt edilməsinə dair» xx.xx.2017-ci il tarixli müqavilə imzalanmışdır. Qeyd olunan müqaviləyə istinad edən «xxxx» ASC məhkəməyə müvafiq ərizə ilə müraciət edərək, Cavabdeh da problemli borcu üzrə tələb hüququnun təhvil-təslim sənədləri əsasında «xxxx» QSC-yə təhvil verildiyini qeyd etməklə, əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Bu səbəbdən, əsl olmayan iddiaçı «xxxx» ASC əsl iddiaçı «xxxx» QSC ilə əvəz edilmişdir. Sonradan, iddiaçı «xxxx» QSC-nin nümayəndəsi X1 Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il tarixli 7044 saylı kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21.333 manat 69 qəpik əsas borc, 3.645 manat 67 qəpik faiz olmaqla, cəmi 24.979 manat 36 qəpik məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh iddiaçı «xxxx» QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, «xxxx» ASC-nin Mərkəzi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 7044 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə illik 16 % dərəcəsi ilə hesablanmaqla, 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 11.1-ci bəndinə əsasən borc alan bu müqavilənin tələblərini vaxtında və lazımi qaydada yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Eyni zamanda, müqavilələrin 8 və 10-cu bəndlərində pul öhdəliyinin icra edilməsinin borc verən tərəfindən vaxtından əvvəl tələb edilməsi və dəbbə pulunun müəyyənləşdirilməsi şərtləri də öz əksini tapmış, həmçinin 16-cı bənddə müqavilənin qüvvədə olma müddəti borcalanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdiyi vaxtadək müəyyən edilmişdir. Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit müqaviləsinin şərtlərini pozaraq əsas kredit məbləğini və kreditə hesablanmış faiz borcunu müqavilə ilə müəyyən olunmuş qaydada ödəməmişdir. Bank tərəfindən cavabdehə kreditin və ona hesablanmış faizlərin qaytarılması barədə müraciətlər heç bir nəticə verməmiş və filial tərəfindən verilmiş arayışa əsasən xx.xx.2017-ci il tarixə Cavabdeh banka 21.333 manat 69 qəpik əsas borc, gecikdirilmiş vaxt üçün 811 manat 87 qəpik faiz (5 %) və 3.487 manat 24 qəpik dəbbə pulu olmaqla, cəmi 25.632 manat 80 qəpik məbləğində kredit borcu vardır. Beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülməmiş, müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Nəsimi Rayon Məhkəməsinin 2(006)-44/19 saylı xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul olunması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmiş, maddi və prosessual hüquq normalarına düzgün əsaslandırılmamış və işə birtərəfli baxılmaqla yalnış nəticəyə gəlmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini, iddianın qismən təmin olunması, ondan ümumilikdə 14765 manat (13965 manat əsas borc, 800 manat faiz borcu) borcun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə yalnız iddiaçının təqdim etdiyi maliyyə arayışını mötəbər sübut kimi qəbul edib, əsassız ekspert rəyinə əsaslanmışdır, nun tərəfindən təqdim olunmuş ödəniş qəbzləri nəzərə alınmayıb.Bu və digər əsaslar gətirilərək, apellyasiya şikayətinin təmin olunması xahiş edilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətlərinin dəlillərini ayrı-ayrılıqda müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını, qarşı tərəfin şikayətini qəbul etməyərək rədd edilməsini xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli il tarixli qətnaməsi cavabdehdən 1.422 manat 60 qəpik faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməlidir, qətnamə iddianın təmin olunmamış, yəni gecikdirilmiş vaxt üçün (5 %) və dəbbə pulunun tutulması hissəsində ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunmalı, gecikdirilmiş vaxt üçün 800,45 manat faiz borcu və cərimə borcu 300 manat müəyyən edilməklə, cəmi 22134,14 manat məbləğində pul Cavabdeh «xxxx» QSC-nin xeyrinə tutulmalıdır. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apellyasiya şiayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarına əlavə edilmiş xx.xx.2013-cü il tarixli 7044 saylı kredit müqaviləsindən görünür ki, «xxxx» ASC-nin Mərkəzi filialı tərəfindən Cavabdeh 36 ay müddətinə illik 16 % ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2017-ci il tarixli maliyyə arayışında (hesabdan çıxarışda) Cavabdeh «xxxx» ASC-yə xx.xx.2017-ci il tarixə 21.333 manat 69 qəpik əsas borc, gecikdirilmiş vaxt üçün 811 manat 87 qəpik faiz (5 %) və 3.487 manat 24 qəpik dəbbə pulu olmaqla, cəmi 25.632 manat 80 qəpik məbləğində borcu olması göstərilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 9638 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və xx.xx.2013-cü il tarixli 7044 saylı təminatlı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh «xxxx» ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2016-cı il tarixə: Əsas borc üzrə – 21.033 manat 69 qəpik; Faiz üzrə – 1.422 manat 60 qəpik. xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 5 % ilə hesablanmaqla: Faiz üzrə – 800 manat 45 qəpik. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilən Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliklərinin hər bir pozuntusu üçün məsuliyyət daşıyır. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh yuxarıda qeyd olunan müqavilə üzrə «xxxx» ASC-dən 50.000 manat məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, «xxxx» ASC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 21333,69 manat əsas borc, gecikdirilmiş vaxt üçün 811,87 manat faiz borcu (5%) və 3487,24 manat dəbbə pulunun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşə baxan birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq 1422,60 manat faiz borcu tutmuşdur və iddiaçının tələb etdiyi gecikdirilmiş vaxt üçün 811,87 manat faiz borcu (5%) və 3487,24 manat dəbbə puluna ümumiyyətlə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Kollegiya hesab edir ki, məhkəmənin həmin nəticəsi qanunun tələblərinə uyğun olmadığından qətnamə həmin hissədə əsaslı sayıla bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəfələr arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Qərarda qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyər. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddiaçı tərəfidən faiz borcu tələb edilmədiyi halda, ekspert rəyini əsas götürərək, faiz üzrə 1.422 manat 60 qəpik cavabdehdən tutulmasını qət etməklə səhv nəticəyə gəlmişdir. Bundan əlavə iş materiallarından görünür ki, yuxarıdaadıçəkilən müqaviləüzrə iddiaçı əsas borca hesablanmış 3487,24 manat cərimə pulunu tələb etdiyi halda, birinci instansiya məhkəməsi ümumiyətlə həmin hissəyə qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbinin 3487,24 manat cərimə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə yüksək olduğundan həmin məbləğ dəyişdirilərək, 300 manat müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: «xxxx» QSC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2019-cu il tarixli il tarixli qətnaməsi cavabdehdən 1.422 manat 60 qəpik faiz borcunun tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamə iddianın təmin olunmamış, yəni gecikdirilmiş vaxt üçün (5 %) və dəbbə pulunun tutulması hissəsində ləğv edilsin, iddia həmin hissədə qismən təmin olunsun. Gecikdirilmiş vaxt üçün 800,45 manat faiz borcu və cərimə borcu 300 manat müəyyən edilməklə, (21033,69 əsas bors+800,45 faiz borcu+ 300 cərimə borcu) cəmi 22134,14 manat məbləğində pul Cavabdeh «xxxx» QSC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şiayəti təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-15058/2019
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-15058/2019
19.12.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver