Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1509/2021 11.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər – Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məhəmməd qızı Qurbanovanın katibliyi ilə, İddiaçının nümayəndəsi X8 və Cavabdeh, nümayəndəsi və vəkili X10 iştirakları ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(009)-43/2020 saylı qərardadından iddiaçı “xxxx” ASC (əvvəlki İddiaçı İKB ASC) tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC – cavabdehlər Cavabdeh, X3, X5 və İsayeva Göyçək Nazim qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı İKB ASC-nin xeyrinə 2014-cü il 17 noyabr tarixli kredit müqaviləsi üzrə banka 14244.54 manat əsas, 3478.71 manat faiz, 110.46 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 17833.71 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, X1 mülkiyyətindəki Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3 məxsus olan Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X2, Cavabdeh, X4 və İsayeva Göyçək Nazim qızının Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsində yerləşən, 1 otaqlı, 19.7 kv.m ümumi, 13.1 kv.m yaşayış, 6.6 kv.m yardımçı sahədən ibarət 42/76 nömrəli evin 19 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X2, Cavabdeh, X4 və İsayeva Göyçək Nazim qızının həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(009)-43/2020 saylı qərardadı ilə İddiaçı İKB ASC-nin – cavabdehlər Cavabdeh, X3, X5 və İsayeva Göyçək Nazim qızına qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçının nümayəndəsi şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı İKB ASC-nin (xxxx) cavabdehlər Cavabdeh, X3, X5 və İsayeva Göyçək Nazim qızma qarşı “borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə ancaq restrukturizasiya hissəsinə düşür. Bank dəfələrlə vətəndaşa müraciət etməsinə baxmayaraq, Cavabdeh İddiaçı İKB ASC-nin (xxxx) heçbir filialına yaxınlaşmamış və restrukturizasiya prosesində iştirak etməmişdir. Bundan əlavə restrukturizasiya prosesi xx xxxxxx 2019-cu il tarixinədək davam etmiş və həmin tarixdə də dayandırılmışdır. Hal-hazırda tərəfin kreditini restrukturizasiya etmək bankın səlahiyyətində deyil. Məhkəmə isə qərardadda qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydada əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixdə illik 25 faizlə 60 ay müddətinə verilmiş 18000 manat məbləğində olan kredit müqaviləsi üzrə borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə X7 tərəfindən hal-hazırda restrukturizasiya edilməsi ilə bağlı heç bir məlumat və ya göstəriş verilməmişdir. Bundan əlavə “xxxxı”n Müştəri Xidmətləri Departamenti tərəfindən xx xxxxxx 2019-cu il tarixində Cavabdeh 5263 saylı bildiriş göndərilmişdir. Sözügedən bildirişdə kredit müqaviləsi üzrə öhdəliklərin restrukturizasıyası məqsədilə xx.xx.2019-cu il tarixədək Bankın hər hansı filialına yaxınlaşması xahiş edilmişdir. Həmçinin yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməməsi ilə əlaqədar bugunkü gün restrukturizasiya edilməsi məsələsini aydınlaşdırılması Bankın səlahiyyətində deyildir. Bu məsələni yalnız borclu olan şəxsin müraciət əsasında Azərbaycan Respublikası Maliyyə X7 araşdırıb cavablandırır. Belə olan halda hesab edir ki, kredit müqaviləsi üzrə borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşmür. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, iddiaya baxılmasını xahiş etmiş və bundan başqa Cavabdeh banka dəvət olunması ilə bağlı bildirişi (Exeldən çıxarış) məhkəmə kollegiyasına təqdim etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh, nümayəndəsi və vəkili şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün 1-ci instansiya məhkəməsinə qaytrılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydada əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Müəyyən edilir ki, İddiaçı İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014cü il tarixdə illik 25 faizlə 60 ay müddətinə verilmiş 18000 manat məbləğində olan kredit müqaviləsi üzrə borcunun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi ilə bağlı Azərbaycan Respublikası Maliyyə X7 tərəfindən hal-hazırda restrukturizasiya edilməsi ilə bağlı heç bir məlumat və ya göstəriş verilməmişdir. Bundan əlavə “xxxxı”n Müştəri Xidmətləri Departamenti tərəfindən xx xxxxxx 2019-cu il tarixində Cavabdeh 5263 saylı bildiriş göndərilmişdir. Sözügedən bildirişdə kredit müqaviləsi üzrə öhdəliklərin restrukturizasıyası məqsədilə xx.xx.2019-cu il tarixədək Bankın hər hansı filialına yaxınlaşması xahiş edilmişdir. Həmçinin yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə borcun “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməməsi ilə əlaqədar bugunkü gün restrukturizasiya edilməsi məsələsini aydınlaşdırılması Bankın səlahiyyətində deyildir. Belə ki, Kollegiya nəzərə alır ki, Bank dəfələrlə vətəndaşa müraciət etməsinə baxmayaraq, Cavabdeh İddiaçı İKB ASC-nin (xxxx) heçbir filialına yaxınlaşmamış və restrukturizasiya prosesində iştirak etməmişdir. Bundan əlavə restrukturizasiya prosesi xx xxxxxx 2019-cu il tarixinədək davam etmiş və həmin tarixdə də dayandırılmışdır. Halhazırda tərəfin kreditini restrukturizasiya etmək bankın səlahiyyətində deyil. Mülki Prosessual Məcəllənin 398.0 və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-43/2020 saylı iş üzrə xx xxxxxx 2020ci il tarixli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışının davam etdirilməsi üçün Bakı Şəhəri Səbail Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanun qüvvəsini alır. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1509/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1509/2021
11.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver