Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1511/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Elşən Cələddin oğlu Kazımovdan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X13, Cavabdehin nümayəndəsi-vəkil X30 oğlunun iştirakı ilə, İddiaçı LPO "xxxx" QSC-nin cavabdehlər Cavabdeh, X17, X8 və X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2012cuiil tarixli qətnaməsindən cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, kollegiya m ü ə y y ə n e t d i: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-741/16 saylı 24 may 2012-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh Banka olan 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcu, 11309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcu, 10000 (on min) manat məbləğində cərimə üzrə borc, ümumilikdə 56524 (əlli altı min beş yüz iyirmi dörd) manat 90 (doxsan) qəpik məbləğində borcun və 20 manat məbləğində ödənilmiş dövlət rüsumun tutularaq QSC "xxxx" Kommersiya Bankının xeyrinə ödənilməsi, QSC "xxxx" Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş və X22ma məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəldilməsi, ipoteka qoyan X18 və onunla birlikdə yaşayan qızları X9 və Cavabdeh Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzildən, həmin mənzil hərracda satıldıqdan sonra bir ay ərzində çıxarılmaları qət edilmişdir. İş materiallarından görünür ki, QSC "xxxx" Kommersiya Bankı cavabdehlər Cavabdeh, X22ma, X6 və X5 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi, tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət edərək, QSC "xxxx" Kommersiya Bankı ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun, 1 1309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcunun, 29382 (iyirmi doqquz min üç yüz səksən iki) manat 33 (otuz üç) qəpik məbləğində cərimə üzrə borcun, ümumilikdə 75907 (yetmi beş min doqquz yüz yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində borcun, 20 (iyirmi) manat dövlət rüsumunun və 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun ödənilməsi anma 22 yanvar 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən hesablanmalı illik 40 faiz cərimə məbləğinin hesablanmaqla tutulması, tutmanın Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və mənzil satıldıqdan sonra ipoteka qoyan X18 və onunla birlikdə yaşayan ailə üzvləri - X2, X3 və Cavabdeh, onlar yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 yanvar 2008-ci il tarixdə Cavabdeh Balahıiseyn qızı QSC "xxxx" Kommersiya Bankına ərizə ilə müraciət edərək 38675 manat məbləğində kredit verilməsini xahiş etmiş, nəticədə QSC "xxxx" Kommersiya Bankının «Sahil» filialı ilə Cavabdeh arasında 22 yanvar 2008-ci il tarixdə kredit verilməsi haqqında ********** saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 38675 (otuz səkkiz min altı yüz yetmiş beş) manat məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X18 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzili 22 yanvar 2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya MH № 01 18410, 620 № reyestr kitabında, 56966 № vərəqdə, qeydiyyat nömrəsi **********, 26 yanvar 2008-ci il). Lakin iş üzrə Cavabdeh bir müddət iddiaçı təşkilata ödənişlər etsə də, sonradan öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, nəticədə cavabdehin Banka 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun, 1 1309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcunun, 29382 (iyirmi doqquz min üç yüz səksən iki) manat 33 (otuz üç) qəpik məbləğində cərimə üzrə borcun, ümumilikdə 75907 (yetmi beş min doqquz yüz yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində borcu və 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun ödənilməsi anma 22 yanvar 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsinə əsasən hesablanmalı illik 40 faiz cərimə məbləği qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə Bank tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Qeyd olunanları nəzərə alıb iddianın təmin edilməsi xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Qətnamədən cavabdeh X18 apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın 11309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz və 10000 (on min) manat məbləğində cərimə borcunun tutulması hissəsinin dəyişdirilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qanunun normaları və işin faktiki halları nəzərə alınmamışdır, maddi hüquq normalarının tələbələri pozulmuşdur, sübutlar bir tərəfli qiymətləndirilmiş. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq, apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edən cavabdehin nümayəndəsini, şikayətlə razılaşmayaraq təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edən iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsi cavabdeh X10 iddiaçı "xxxx" ASC-nin xeyrinə 01 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə 353,39 manat cərimə borcun tutulması hissəsində dəyişdirilərək, cərimə məbləğini 3000 manat müəyyən edilməklə, cəmi müqavilə üzrə borc 49 524,9 manat məbləğində pul cavabdeh X10 tutularaq "xxxx" ASC-nə ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyator Qaradağ Rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsinin faiz və cərimə borcunun tutulması hissəsində mübahisələndirdiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır. İşin hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarına əlavə edilmiş 22 yanvar 2008-ci il tarixli, ********** saylı kredit müqaviləsindən görünür ki, Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının «Sahil» filialı ilə Cavabdeh arasında 22 yanvar 2008-ci il tarixdə kredit verilməsi haqqında ********** saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən Cavabdeh illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 38675 (otuz səkkiz min altı yüz yetmiş beş) manat məbləğində kredit verilmişdir. İşdə olan 22 yanvar 2008-ci tarixli ********** saylı ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə Cavabdehnm öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh X18 tam mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzili 22 yanvar 2008-ci il tarixli ********** saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış; seriya MH № 0118410, 620 № reyestr kitabında, 56966 № vərəqdə, qeydiyyat nömrəsi 1 108004138, 26 yanvar 2008-ci il). İş materiallarına əlavə edilmiş ********** saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh hər ay iddiaçı təşkilata 1520 manat məbləğində ödəniş etməli idi. İş materiallarına əlavə edilmiş X14 verilmiş 16 yanvar 2008-ci il tarixli Forma-2 arayışından görünür ki, X1 rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsindəki 14 saylı, 5 mərtəbəli evin 2-ci mərətəbəsindəki 35,72 kv.m sahəsi olan 3 otaqlı 28 saylı mənzilində yaşayır və həmin mənzildə X18 özü, oğlu X8, qızları X11 və Balaveva LevlaBalahüseyn qızı daimi qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı, 12 yanvar 2008-ci il tarixli Çıxarışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsində istifadədə olan 0,0812 ha torpaq sahəsində yerləşən 14 nömrəli, 5 mərtəbəli binanın 3-cü girişində, 2-ci mərtəbəsində yerləşən 59,97 kv.m ümumi, 35,72 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 28 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X12 adına daşınmaz əmlakın dövlət reyestrində 620 nömrəli reyestr kitabının 56966 saylı vərəqində qeydiyyata alınmışdır. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən MH seriyalı, ******* saylı, 26 yanvar 2008-ci il tarixli Çıxarışdan görünür ki, X18 mülkiyyət hüququ əsasında özünə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsi, 14 saylı evin, 28 saylı mənzilini Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı qarşısında ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinin daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestri tərəfindən X14 verilmiş çıxış nömrəsi 11/1066 olan, 17 yanvar 2008-ci il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Samir Balaqardaşov küçəsi, 14 saylı binada yerləşən 28 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə qeydiyyata alınmış və həmin mənzil barəsində 16 yanvar 2008-ci il tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydə alınmamışdır. Bundan əlavə iş materiallarında olan Cavabdeh və X7 ərizələrindən görünür ki, onlar X15 məxsus olan yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, S.Balaqardaşov küçəsi, 14 saylı evin 28 saylı mənzilinin girov qoyulmasına razı olmuşdur. İş materiallarına həmçinin 2 saylı cəzaçəmkə müəssisəsində cəza çəkən X4 anası X14 vermiş olduğu 04 yanvar 2008-ci il tarixli etibarnamə əlavə edilmiş və həmin etbarnamədən görünür ki, X8 qeyd olunan mənzilin anası Həqiqət Balayeva tərəfindən banka girov qoymağı, adından sənədləri imzalamağı və bu işlə əlaqədar olan bütün hərəkətləri yerinə yetirməyi anası X14 etibar etmişdir. İşə əlavə edilmiş xəbərdarlıqdan və bildirişdən görünür ki, cavabdeh şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcu, 11309 (on bir min üç yüz on doqquz) manat 73 (yetmiş üç) qəpik məbləğində faiz borcu, 29382 (iyirmi doqquz min üç yüz səksən iki) manat 33 (otuz üç) qəpik məbləğində cərimə üzrə borcun, ümumilikdə 75907 (yetmi beş min doqquz yüz yeddi) manat 23 (iyirmi üç) qəpik məbləğində borcu və 35215 (otuz beş min iki yüz on beş) manat 17 (on yeddi) qəpik məbləğində əsas borcun ödənilməsi anına 22 yanvar 2008-ci il tarixli, ********** saylı кredit müqaviləsinə əsasən hesablanmalı illik 40 faiz cərimə məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn: pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Kollegiya birinci instansiya məhkəməsi ilə razılaşaraq hesab edir ki, Cavabdehkredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Bundan əlavə iş materiallarından görünür ki, yuxarıdaadıçəkilən müqaviləüzrə hesablanmış 29382,33 manat dəbbə pulunu birinci instansiya məhkəməsi əsas borca mütənasib saymayaraq, həmin məbləğin azaldılaraq 10000 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq saymışdır. Kollegiya işin hallarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməklə, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsi, cərimə pulunun tutulmasına dair hissəsində tənasübsüz sürətdə yüksək olduğundan dəyişdirilərək, 3000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən «dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir…» Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Belə olan halda Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsi, Cavabdeh 10000 manat cərimə borcun tutulması hissəsində dəyişdirilərək, cərimə məbləğini 3000 manat müəyyən edilməklə, cəmi müqavilə üzrə borc 49 524,9 manat məbləğində pul Cavabdeh tutularaq Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilməlidir. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunan lara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.3, 393, 405-ci maddələrini rəhbər tutaraq kollegiya qət etdi: Cavabdeh X12 apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2012-ci il tarixli qətnaməsi Cavabdeh 10000 manat cərimə borcun tutulması hissəsində dəyişdirilərək, cərimə məbləğini 3000 manat müəyyən edilməklə, cəmi müqavilə üzrə borc 49 524,9 manat məbləğində pul Cavabdeh tutularaq Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına ödənilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1511/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1511/2020
23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver