Məhkəmə qərarları › İş №2(103)-152/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-152/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-152/2024 25.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Xanlar oğlunun sədrliyi ilə, Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(009)-2162/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı BOKT ASC Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00068-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh 19.998.88 manat əsas, 2.483.83 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 2.440 manat məbləğində dəbbə pulu, cəmi 24.922.71 manat və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi, ev 4, mənzil 19, 18-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 115.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə iddia həcminin dəqiqləşdirilməsi barədə ərizə verərək tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00068-01 №-li Kredit Müqaviləsinin ləğv edilməsi, Cavabdeh kreditin əsas borcu üzrə 2/4 manat məbləğində qalıq, ona hesablanmış 2477.25 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.076.27 manat və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsi, ev 4, mənzil 19, 18-ə yönəldilməsi, həmin əmlakın likvid dəyərinin 115.000 AZN müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına kreditin əsas borcu üzrə 14.599.02 manat məbləğində qalıq, ona hesablanmış 2 477.25 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1000 manat məbləğində dəbbə pulu, cəmi 18.076.27 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 164.77 manat məbləğində pulun İddiaçı BOKT ASC-yə ödənilməsi, ipoteka predmeti açıq hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində ipoteka predmeti olan əmlakın boşaldılması və orada yaşayan şəxslərin əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(009)- 2162/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 31 mart 2022-ci il tarixli 2022/00068-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə 31 mart 2022- ci il tarixli 2022/00068-01 saylı kredit müqaviləsinə əsasən 14599.02 manat əsas borc, 2477.25 manat faiz borcu, 1000 manat cərimə borcu, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 144.23 manat məbləğində pul tutulması, Cavabdeh tutulacaq pul məbləği ipoteka predmetini təşkil edən və Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində istifadədə olan 0.0451 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binada yerləşən 52.1 kv.m ümumi, 32.8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19, 18 nömrəli mənzilə yönəldilməsi, həmin əmlak ilkin satış qiyməti 115000 manat olmaqla ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın tələbi realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, borc ödənildikdən sonra qalan məbləğ müvafiq olaraq ipoteka qoyan Cavabdeh qaytarılması, Bakı şəhəri, Səbail rayonu, Aqil Quliyev küçəsində istifadədə olan 0.0451 ha torpaq sahəsində yerləşən 4 nömrəli, 4 mərtəbəli binada yerləşən 52.1 kv.m ümumi, 32.8 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 19, 18 nömrəli mənzilinə tutma yönəldikdə və o, açıq hərracda satıldıqdan sonra mənzil (ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tərəfindən) boşaldılması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabadeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT ASC məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq cavabdeh tərəfindən borcun tam ödənilməsi və mülki iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası, iddiaçının iddia tələbindən imtinası barədə ərizəsini, mülki işin materialları ilə birlikdə nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddiaçının iddia tələbindən imtinası qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır; 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur; 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddia tələbindən imtinası qanuna zidd deyil, habelə hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur, bu səbəbdən qəbul edilməli və iddiaçının iddiası üzrə birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qətnamə ləğv edilməklə mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 191-ci, 261-ci, 263- 264-cü, 370-ci, 384-cü, 402-ci, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı BOKT ASC-nin iddia tələbindən imtinası qəbul edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli 2(009)- 2162/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar