Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1532/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, apelyatorun nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(006)- 2492/2020 saylı qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borc məbləğinin müəyyən olunması” tələbinə dair ilkin iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı ilə “xxxx” ASC-nin “Sumqayıt” filialı arasında 15/074 nömrəli xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə onun tərəfindən həyata keçirilən aylıq ödənişlərin əsas borcdan silinməsinin təmin olunmaqla qalıq borc məbləğinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu da öz növbəsində cavabdeh Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızına və “xxxx” MMC-yə qarşı “kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, LPO Cavabdeh ASC ilə Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/074 saylı kredit müqaviləsi üzrə 22692,28 ABŞ dolları əsas borc, 11021,17 sent faiz borcu, ümumilikdə 33.713,45 ABŞ dolları məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və “xxxx” MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti 240 ünvanında salınmış “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilə tutma yönəldikdən sonra ipoteka qoyan Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı və onunla birgə yaşayan ailə üzvləri yaşayış sahəsini ən azı 1 ay ərzində tərk etmədikdə və yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş N 2(006)-2492/20) iddiaçı Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızının cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “ödənilmiş məbləğlərin əsas borcdan silinməklə qalıq borc məbləğinin müəyyən olunması” tələbinə dair ilkin iddiası rədd edilmiş, qarşılıqlı iddia qismən təmin edilərək LPO Cavabdeh ASC ilə Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 15/074 saylı kredit müqaviləsi üzrə 24.642 (iyirmi dörd min altı yüz qırx iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent əsas borc, 6414 (altı min dörd yüz on dörd) ABŞ dolları 13 (on üç) sent faiz borcu, ümumilikdə 30.783 (otuz min yeddi yüz səksən üç) ABŞ dolları 90 (doxsan) sent məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Fərəcova (Abuşova) Hüsniyyə Siyasət qızından və “xxxx” MMC-dən tutulması, tutmanın Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli mənzilə yönəldilməsi, mənzilin açıq hərracdan satılması, mənzilin hərracda satışından əldə olunan vəsait hesabına LPO Cavabdeh ASC-yə olan borcun ödənilməsi qət edilmiş, qarşılıqlı iddia qalan hissədə təmin olunmamışdır. Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin qismən - qarşılıqlı iddianın faiz borcu hissəsində ləğv olunmasını və tələbin həmin hissədə tam təmin olunmasını xahiş etmişdir. İşin halları: İlk iddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə “xxxx” ASC-nin “Sumqayıt” filialı arasında 15/075 nömrəli xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsi imzalanmış və həmin müqaviləyə əsasən ona 26.457 USD məbləğində kredit verilmişdir. Həmçinin, onunla “xxxx” ASC-nin “Sumqayıt” filialı arasında 15/033 nömrəli xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən mənzil ipoteka ilə yüklü edilmişdir. 2015-ci ilin may ayından başlayaraq ödənişlərini vaxtı-vaxtında həyata keçirmişdir. İlk vaxtlarda ödədiyi aylıq ödənişlər üzrə silinmələr düzgün aparılsa da, 2017ci ilin yanvar ayından başlayaraq etdiyi ödənişlərin demək olar ki, hamısı faiz borcuna silinir. Bu halda isə onun Banka olan əsas borcu azalmadan qalır, ödədiyi bütün məbləğlər faiz borcuna silinir. Ödədiyi ödənişlərin silinməsi ilə bağlı olan bütün məlumatlar hesabdan çıxarışlarda öz əksini tapmışdır. Bu səbəbdən də hesab edir ki, onun tərəfindən həyata keçirilən aylıq ödənişlərin əsas borcdan silinməsinin təmin olunması, həmçinin silinmələrin düzgün aparılıb-aparılmaması ilə bağlı və qalıq əsas borcun düzgün olaraq müəyyən olunması üçün məhkəmə icraatı dövründə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmaqla qeyd olunan məsələlərə aydınlıq gətirilməlidir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ASC-nin Sumqayıt filialı ilə X4 arasında xx xxxxx 2015-ci il tarixində kredit verilməsi haqqında 14/074 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank tərəfindən H.S.Fərəcovaya Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti 240 ünvanında salınmış “xxxx” yaşayış massivi, 240C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli mənzilin alınması üçün illik 14 faiz ödənilməklə 120 ay müddətinə 26.457 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxxxx 2015-ci il tarixli 14/074 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə H.S.Fərəcova ona məxsus Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev 240 ünvanında salınmış “xxxx” yaşayış massivi, 240 C nömrəli evin 4-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli mənzili xx.xx.2015-ci il tarixli İP15/033 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh “xxxx” MMC ilə Cavabdeh ASC arasında bağlanmış xx xxxx 2014-cü il tarixli müqaviləyə əsasən cəmiyyət H.S.Fərəcovanın Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh H.S.Fərəcəva öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində xx.xx.2020-ci il tarixinə Banka 22692,28 ABŞ dolları məbləğində əsas borc, 11021,17 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə isə 33713,45 ABŞ dolları məbləğində borcu yaranmışdır. İş materiallarında olan X4 ilə “xxxx” ASC-nin “Sumqayıt” filialı arasında 15/033 nömrəli xx xxxxx 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Heydər Əliyev prospekti, 240 ünvanında salınmış “AAAF-Park 3” yaşayış massivi, 240C nömrəli evin 4- cü mərtəbəsində yerləşən, ümumi sahəsi 61 kv.m olan 107 nömrəli ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyulmuş mənzil 42700 AZN məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan X4 ilə “xxxx” ASCnin “Sumqayıt” filialı arasında 15/075 nömrəli xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən ona 26.457 USD məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Cavabdeh ASC-nin arayışından görünür ki, X5 ilə “xxxx” ASC-nin “Sumqayıt” filialı arasında xx xxxxx 2015-ci il tarixli təminatlı kredit müqaviləsi üzrə xx xxxxxx 2020-ci il tarixinə yaranmış tələb: müqavilə üzrə əsas borc 22.692,28 ABŞ dolları, müqavilənin müddəti xx xxxxx 2015 - xx xxxxx 2025, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz 11.021,17 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 33713,45 ABŞ dolları vardır. İş materiallarında olan Azərbaycan Respublikası X3 xx xxxx 2020-ci il tarixli, 9/2368 saylı ekspertiza rəyindən görünür ki, hazırkı ekspertiza tədqiqatı zamanı iş materiallarında olan bank tərəfindən tərtib olunmuş hesabdan çıxarış məlumatlarına əsasən xx.xx.2015-ci il tarixli, 15/074 nömrəli kredit müqaviləsi üzrə X2 banka olan borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2020-ci il tarixə 31056,90 ABŞ dolları; o cümlədən, əsas borc üzrə 24642,77 ABŞ dolları, faiz borcu üzrə 6.414,13 ABŞ dolları. Qeyd edilir ki, təqdim olunmuş hesabdan çıxarış məlumatlarında kreditin xx.xx.2017-ci il tarixində 24642,77 ABŞ dolları məbləğində miqrasiyası öz əksini tapmışdır. Tərəflər arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 15/074 nömrəli təminatlı kredit müqaviləsi üzrə hesablamalar xx.xx.2017-ci il tarixdən aparılmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, ekspertiza rəyində hesablamalar kredit müqaviləsinin imzalandığı tarixdən deyil, hesablar üzrə miqrasiya aparılan tarixdən, yəni xx.xx.2017-ci il tarixdən hesablanmışdır. Ekspert xx xxxxx 2015-ci il tarixdən – xx.xx.2017ci il tarixədək olan faiz borcu hesablamalarını aparmamışdır ki, bu da faiz borcunun azalmasına gətirib çıxarmışdır. Ekspert rəyindən açıq-aşkar görünür ki, borc yenidən hesablanarkən xx xxxxx 2015-ci il tarixdən – xx.xx.2017-ci il tarixədək olan faiz borcu hesablamaları gözardı edildiyi halda, müştərinin miqrasiyadan sonrakı tarixdə ödədiyi pul məbləğlərini nəzərə almışdır. Apelyatorun nümayəndəsi H.Əfəndizadə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya qaydasında yalnız qarşılıqlı iddia üzrə iddiaçı mübahisələndirmişdir. O, qətnaməni yalnız qarşılıqlı iddia tələbinin faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Qətnamə ilk iddia ilə bağlı hissədə və qarşlıqlı iddianın əsas borc tələbinə aid hissəsində mübahisələndirilməmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın faiz borcu tələbinə aid hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, nümayəndə H.Əfəndizadənin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixliqətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən göründüyü kimi, qarşılıqlı iddiada digər tələblərlə yanaşı cavabdehlərdən 22692,28 ABŞ dolları məbləğində əsas borc, 11021,17 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 33713,45 ABŞ dolları məbləğində borcun tutulması da xahiş edilmişdir. Birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun məbləğinin dəqiqləşdirilməsi məqsədilə məhkəmə mühasibatlıq ekspertizası təyin etmiş və X3 xx xxxx 2020-ci il tarixli, 9/2368 saylı ekspertiza rəyinə əsasən müəyyən etmişdir ki, xx.xx.2015-ci il tarixli, 15/074 nömrəli kredit müqaviləsi üzrə X2 banka olan borcu xx.xx.2020-ci il tarixə əsas borc üzrə 24642,77 ABŞ dolları, faiz borcu üzrə 6.414,13 ABŞ dolları olmaqla, cəmi 31056,90 ABŞ dolları təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edərək qarşılıqlı iddianın faiz borcu tələbinə dair hissəsini həmin rəydə göstərilənlərə uyğun şəkildə təmin etmişdir. Hazırda apelyator (qarşılıqlı iddia üzrə iddiaçı) faiz borcunun düzgün hesablanmadığını əsas gətirərək qətnaməni həmin hissədə mübahisələndirmiş və faiz borcunun ekspert rəyində göstərilən 6.414,13 ABŞ dolları həddində deyil, 11 021,17 ABŞ dolları olduğunu bildirir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı sayaraq qeyd edir ki, apellyasiya şikayətində göstərilən hallar qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün əsas ola bilməz. Apelyator ekspertin rəy verərkən yanlışlığa yol verməsini bildirsə də, bunu təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Hər bir halda qeyd edilməlidir ki, tərəfin ekspert rəyi ilə razı olmaması, həmin rəyin əsassızlığına dəlalət etmir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəfindən apellyasiya qaydasında mübahisələndirilən hissədə işin halları düzgün müəyyən edilmiş, sübutlar, o cümlədən ekspert rəyi MPM-nin 88-ci maddəsinin tələbinə müvafiq olaraq düzgün qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquqnormaları düzgün tətbiq olunmuşdur. MPM-nin 88-ci maddəsinə əsasənməhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, apelyator şikayətdə istinad etdiyi halları sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni apelyasiya qaydasında mübahisələndirilən hissədə düzgün həll etmiş, qətnamə həmin hissədə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissədə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni qarşılıqlı iddianın faiz borcu tutulması tələbinə aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-1532/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1532/2021
27.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver