Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1533/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlunun və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2759/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə (iddia tələbləri dəqiqləşdirilmişdir)məhkəməyə müraciət edərək, cavabdehin iddiaçıdan xx.xx.2017-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC qarşısında ümumi 2038 (iki min otuz səkkiz) manat, 19 (on doqquz) faiz borcu tələbi etibarsız hesab edilməsi, Azərbaycan Kredit Bürosu sistemindən gecikmə barədə qeydlərin silinməsi, cavabdehdən artıq ödədiyi 96 (doxsan altı) manat 66 (altmış altı) qəpik və iddia ərizəsini vermək üçün dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat məbləği ümumilikdə 116 (yüz on altı) manat 66 (altmış altı) qəpik məbləğində təşkil edən pul vəsaitin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2759/2020 saylı, xx xxxxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdehin iddiaçıdan xx.xx.2017-ci il tarixli ********* saylı kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC qarşısında ümumi 2038 (iki min otuz səkkiz) manat, 19 (on doqquz) faiz borcu tələbi etibarsız hesab edilməsi və Azərbaycan Kredit Bürosu sistemindən gecikmə barədə qeydlərin silinməsi, cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan 96 (doxsan altı) manat 66 (altmış altı) qəpik və iddia ərizəsini vermək üçün dövlət büdcəsinə ödədiyi 20 (iyirmi) manat məbləği ümumilikdə 116 (yüz on altı) manat 66 (altmış altı) qəpik məbləğində təşkil edən pul vəsaiti İddiaçı xeyrinə tutulması, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutulması və Dövlət büdcəsinə köçürülməsi qərara alınmışdır. Apelyasiya şikayəti və onun dəlili: Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə razı olmadığını, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi E.Həsənov apellyasiya şikayətini müdafiə edərək, apelyasiya şikayətinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq şikayətin əsassız olduğunu, 2014-cü ildən borcunu ödədiyini və borcunun qalmadığını, əksinə ekspert rəyinə əsasən artəq ödəniş etdiyini bildirdi, bu səbəbdən şikayətin təmin edilməməsini, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Sübutların tədqiqi: İddiaçı ilə ləğv prosessində olan Cavabdeh ASC ilə bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsindən görünür ki, İddiaçı 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin, CavabdehASC ilə kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixli 638/2 saylı əlavə sazişlə əsas borc, cərimə və faiz borcu olmaqla cəmi 7588,48 ABŞ dolları təşkil edən kredit öhdəliyin qalığı konvertasiya edilməklə 10623,87 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/2369 saylı ekspert rəyinin tədqiqi hissəsində göstərildiyi kimi iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş qəbzləri, xx xxxx 2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinin eləcə də əlavə sazişin şərtləri nəzərə alınmaqla İddiaçı Cavabdeh ASC-yə olan borcunun tam olaraq ödənilməsi, həmçin də həmin rəylə iddiaçı tərəfindən 96,66 manat artıq ödənişin edildiyi müəyyən olunmuşdur. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin şikayətinə münasibətdə tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, tərəflərin izahatını dinləyib və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, hazırkı halda iddiaçı mahiyyət etibarı ilə kredit müqaviləsi üzrə öhdəliyini tam icra etdiyi halda onun adına mərkəzi kredit bürosunda əsassız yerə faiz borcunun olmasına dair qeydin qalmasını mübahisələndirir və həm də artıq ödədiyi pulun geri qaytarılmasını istəyir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, ləğv prosesində olan Cavabdeh ASC ilə bağlanmış xx.xx.2017-ci il tarixli 29000413 saylı kredit müqaviləsi üzrə ona 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 12700 ABŞ dolları məbləğində kredit verilmişdir. Tərəflər arasında kreditin ödənilməsi şərtləri razılaşdırılmasına baxmayaraq iddiaçı öz üzərinə düşən öhdəliyi vaxtında və qaydasında həyata keçirmişdir. Buna baxmayaraq, ona bildirilmişdir ki, onun xx.xx.2020-ci il tarixinə xx.xx.2017-ci il tarixli ********* kredit müqaviləsi üzrə LPO Cavabdeh ASC qarşısında ümumi 2038,19 manat faiz borcu mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 9/2369 saylı ekspert rəyi ilə İddiaçı Cavabdeh ASC-yə olan borcunun tam olaraq ödənilməsi, hətta 96, 66 manat artıq ödəniş etdiyi müəyyən edilmişdir. MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir» MPM-nin 14.2-ci maddəsi görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Beləliklə, Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə düzgün qənaətə gəlmişdir. Nəticə: Göstərilənlərə əsasən, Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassız olmaqla, qətnamənin ləğvinə səbəb olmadığından şikayət təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 , 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2759/2020 saylı, xx xxxxxxxx 2020cu il tarixli qətnaməsi hazırkı apellyasiya şikayətiylə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamə rəsmən təqdim edildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-1533/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1533/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver