Məhkəmə qərarları › İş №2(103)-1534/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1534/2020

04.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1534/2020 04.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 oğlunun katibliyi ilə, iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-204/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxx” KB ASC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxxxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə xx xxxxx 2014-cü il tarixli 20B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış: xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 31913,75 ABŞ dolları, faiz borcu üzrə 4246,26 ABŞ dolları, cərimə borcu üzrə 3748,17 ABŞ doları, cəmi 39908,18 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli 20B8/14-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 9992,59 manat, faiz borcu üzrə 506,81 manat, cərimə borcu üzrə 301,84 manat, cəmi 10801,24 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 39908,18 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli 20B8/14-4 saylı əlavə kredit müqaviləsi üzrə 10801,24 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydı alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı “xxxxxxx” KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 170000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda, ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 çıxarılmaqla mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 204/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 25505,73 ABŞ dolları məbləğində əsas, 3405,01 ABŞ dolları məbləğində faiz borcu, 500 ABŞ dolları cərimə olmaqla, cəmi 29410,74 ABŞ dolları məbləğində vəsaitin ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxxxxx 2015-ci il tarixli, 20B8/14-4 saylı əlavə kredit xətti müqaviləsi üzrə 9992,59 manat məbləğində əsas, 506,81 manat faiz borcu, 50 manat cərimə olmaqla, cəmi 10549,40 manat məbləğində borcun iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, tutmanın kredit müqaviləsinin təminatı qismində ipoteka ilə yüklü edilmiş, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına kredit borcunun ödənilməsi, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinin ilkin satış qiymətinin 200000 manat məbləğində müəyyən edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzili satıldıqda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 1 ay ərzində həmin evi tərk etmədikləri halda onların məcburi qaydada çıxarılmaları, Cavabdeh1 məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 20 manatının və bildirişin qeydiyyatı üçün xidmət haqqı olan 30 manat məbləğində vəsaitin “xxxxxxx” KB ASC-nin xeyrinə tutulması, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxxxxx” KB ASC apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-204/2019 saylı qətnaməsinin qismən (yəni, iddianın təmin olunmayan hissəsində) ləğv edilərək, iddiaçı “xxxxxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iddiasının tam təmin edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandığı ekspert rəyi ilə tanış olduqdan sonra xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı kredit müqaviləsi üzrə hesablamaların düzgün aparılmadığı müəyyən olunmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən yanlış hesablanmış ekspert rəyinə etiraz bildirilərək, təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş edilmiş, lakin vəsatət təmin edilməmişdir. Belə olduğu təqdirdə, məhkəmə tərəfindən iş materiallarında olan sübutlara ekspert rəyi ilə qarşılıqlı şəkildə baxılmadığından, iş hərtərəfli, tam və obyektiv araşdırılmadığından iddia tələbi qismən təmin edilmişdir. Bununla da, maddi və prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. İş üzrə verilmiş ekspert rəyindən aydın olur ki, borcu təsdiq edən iş materialları ilə ekspert rəyi arasında ziddiyyətlər mövcuddur və bu ziddiyyətlər ekspert rəyindən açıq-aşkar məlum olur. Ekspert kredit borcunun hesablanmasında ciddi fərqə yol vermişdir ki, bu da rəydə olan borc məbləğinin düzgün olmadığını müəyyən etməyə əsas verir. Ekspertin məsələyə laqeyd yanaşması bu cəhətdən də görünür ki, müqavilədə cərimə miqdarı dəqiq müəyyən edildiyi halda ekspert “0” cərimə hesablamışdır ki, bu da təkrar ekspertiza təyin edilməsi üçün daha bir əsas idi. Qətnamədən həmçinin, Cavabdeh2 apellyasiya şikayəti verərək, qətnamənin əsas və faiz borcu hissəsində dəyişdirilməsi və həmin məbləğlərin aşağı salınması, cərimə hissəsində və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində isə ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh tərəfindən uzun müddət ödənişlər həyata keçirilmiş, lakin iddiaçı tərəf ödənişləri dolların manata məzənnəsinə yüksək kursla hesablamış və bu da, əsas borcun və faiz borcunun şişirdilməsi ilə nəticələnmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin çox hissəsi yerinə yetirilmiş, sonda maddi vəziyyətinin pisləşməsi səbəbindən ödəmədə çətinliklər yaranmışdır. Lakin bu qədər əsas borcun və faiz borcunun olması mümkün deyildir. Bank tərəfindən əsassız olaraq edilmiş ödənişlər faizlərə hesab edilmiş, əsas borcdan çıxılmamışdır. Kreditor tərəfindən həm əsas borc, həm də faiz düzgün hesablanmamış, şişirdilmişdir. Həmçinin, cərimə hissəsində məhkəmə düzgün mövqe nümayiş etdirməmişdir, dolların hansı məzənnə ilə hesablanması da müəyyən edilməlidir. Hesab edir ki, borc məbləği müqabilində borcdan qat-qat dəyərli olan ipoteka predmetinə tutmanın yönəldilməsi zərurəti yoxdur, bu halda yalnız borc məbləği tələb edilməlidir. Məhkəmə tərəfindən işin faktiki halları tam şəkildə araşdırılmamış, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilməmiş, qanunun normaları düzgün tətbiq edilməmiş və nəticədə düzgün olmayan qətnamə çıxarılmışdır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iddiaçı “xxxxxxx” KB ASC səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 isə məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddiaçının verdiyi apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 204/2019 saylı qətnaməsi dəyişdirilməli, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materialları ilə müəyyən olunur ki, borcverən "xxxxxxx" KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı əsas kredit müqaviləsinə əsasən borcverən borcalana 60 ay müddətinə, xx xxxxx 2019-cu il tarixinədək bu Müqavilə çərçivəsində X1 bağlanılmaqla 1.000.000 manat məbləğində kredit vermək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən kreditin məbləğinə hesablanmış faizlər və kreditin ödənişləri, məqsədləri və digər şərtləri tərəflərin razılığına əsasən X1 ilə tənzimlənir. İş materiallarında olan xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsindən görünür ki, iddiaçı "xxxxxxx" KB ASC Cavabdeh1 12 ay müddətinə, illik 17% ödəmək şərti ilə 70.000 ABŞ dolları məbləğində kredit verməyi, cavabdeh isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 360% miqdarında və faizlərin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən faiz məbləğinin illik 360% miqdarında cərimə tətbiq edə bilər. Borcverən “xxxxxxx” KB ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsinə dəyişiklik edilməsi haqqında xx xxxxxxxx 2016-cı il tarixli kredit sazişinə əsasən, kredit müqaviləsinin 1.2 bəndində nəzərdə tutulmuş kreditdən istifadəyə görə faiz dərəcəsinin dəyişdirilərək illik 18% müəyyən edilməsi, kredit xətti müqaviləsinin müddətinin 12 ay müddətinə, yəni xx xxxxxxxx 2017-ci il tarixədək uzadılması, aylıq ödənişin 11 ay 1.374 ABŞ dolları olmaqla, qalıq məbləğin isə müddətin sonuna keçirilməsi şərti ilə 12 ay müddətinə fərdi cədvəl verilməsi, borcverənə qaytarılmasının dövriliyinin müəyyən edən yeni ödəniş cədvəlinin tərtib olunması və həmin cədvəlin kredit müqaviləsinə 1 saylı əlavə hesab edilməsi, bu dəyişikliklər qüvvəyə mindikdən sonra borcalan tərəfindən öhdəliyin yerinə yetirilməsi bir dəfəyə 10 təqvim günü gecikdiyi halda, borcverənin faiz dərəcəsini və cərimə faizlərini kredit müqaviləsi üzrə əvvəl müəyyən olunmuş dərəcəyə qaytara bilməsi barədə razılığa gəlinmişdir. xx xxxxxxx 2015-ci il tarixli, 20B8/14-4 saylı əlavə kredit müqaviləsindən görünür ki, iddiaçı "xxxxxxx" KB ASC Cavabdeh1 36 ay müddətinə illik 23% ödəmək şərti ilə 20.000 manat məbləğində kredit verməyi, borcalan Cavabdeh1 isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçı banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü bəndinə əsasən borcalan kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə, borcverən əsas borcun gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən əsas borc məbləğinin illik 360% miqdarında və faizlərin gecikdirildiyi hər təqvim günü üçün gecikdirilən faiz məbləğinin illik 360% miqdarında cərimə tədbiq edə bilər. İpoteka saxlayan "xxxxxxx" KB ASC ilə ipoteka qoyan Cavabdeh2 və borcalan Cavabdeh1 arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli, 20/Bİ8/14 saylı İpoteka müqaviləsinə əsasən, xx xxxxx 2014-cü il tarixli, 20/B8/14 saylı əsas kredit müqaviləsi üzrə və əsas kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq X1 üzrə borcalanın öhdəliklərinin təminatı olaraq tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evdə yerləşən 13 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 170.000 manat məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, ev 28, 13 saylı mənzil “xxxxxxx” KB ASC qarşısında 60 (altmış) ay müddətində ipoteka ilə yüklü edilmişdir. Əmlak üzərindəki hüquq daşınmaz əmlakın dövlət reyestrində 1647 nömrəli reyestr kitabının 151092 nömrəli vərəqində xx xxxxx 2014-cü il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. “xxxxxxxxxxxxx” MMC tərəfindən verilən əmlakın qiymətləndirilməsi barədə 359/UB/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 28 saylı evin 13 saylı mənzilinin hazırki şəraitdə satış qiyməti 200.000 manat təşkil edir. İş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən təyin edilərək keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 6074 saylı rəyinə əsasən xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 25505,73 ABŞ dolları, faiz borcu üzrə 3405,01 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 20B8/14-4 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 12804,74 manat, faiz borcu üzrə 564,48 manat müəyyən olunur. Lakin ekspert rəyinin tədqiqat hissəsi nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, ekspert xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit müqaviləsi üzrə borcu müəyyən edərkən xx xxxxxx 2016-cı il tarixdə 606,43 ABŞ dolları, 1212,86 ABŞ dolları, 1334,15 ABŞ dolları və 1335,36 ABŞ dolları olmaqla, cəmi 4488,80 ABŞ dolları ödəniş edildiyini, xx xxxxxx 2016-cı iltarixdə isə 2754,82 ABŞ dolları və 5000,00 ABŞ dolları olmaqla, cəmi7754,82ABŞ dollarıödəniş edildiyini qeyd etmişdir. Lakin iş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş və ekspertin əsaslandığı hesabdan çıxarışa əsasən həmin kredit müqaviləsi üzrə xx xxxxxx 2016-cı il tarixdə 1335,36 ABŞ dolları, xx xxxxxx 2016-cı iltarixdə isə 5000,00 ABŞ dolları ödəniş edilmişdir. Ekspert əlavə ödənişlərin hansı sənədlə müəyyən edildiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edilən halı nəzərə alıb, iş materialların nəzərdən keçirib, iş üzrə hərtərəfli, tam və obyektiv tədqiqat aparılması məqsədi ilə hesab etmişdir ki, iş üzrə xüsusi bilik tələb edən sualları izah etmək zərurəti olduğundan əlavə məhkəməmühasibatlıq ekspertizası təyin edilməlidir. xx xxxx 2020-ci il tarixli 3472 saylı ekspert rəyinə əsasən xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 31504,49 ABŞ dolları, faiz borcu üzrə 4190,10 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 20B8/14-4 saylı kredit müqaviləsi üzrə xx xxxxxxxx 2017-ci il tarixə banka olan borcu əsas borc üzrə 12804,74 manat, faiz borcu üzrə 564,48 manat müəyyən olunur. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, ekspertin 3472 nömrəli, xx xxxx 2020-ci il tarixli rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 31504,49 ABŞ dolları məbləğində əsas və 4190,10 ABŞ dolları məbləğində faiz borcu, ümumilikdə 35.694,59 ABŞ dolları məbləğində borc Cavabdeh1 “xxxxxxx” KB ASC-nin xeyrinə tutulmalıdır. İddia tələbinin xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 3748,17 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 20B8/14-4 saylı kredit müqaviləsi üzrə isə 301,84 manat cərimə borcu tələbi ilə bağlı məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi həmin tələbləri qismən təmin etməklə, düzgün qənaətə gəlsə də, cərimənin məbləğinin müəyyən edilməsi zamanı səhv nəticəyə gəlmişdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə kollegiyası işin faktiki hallarini, yaranmış borcun məbləğini və onun gecikdirildiyi müddəti nəzərə alaraq, xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 3000,00 ABŞ dolları, xx xxxxxxx 2015-ci il tarixli, 20B8/14-4 saylı kredit müqaviləsi üzrə isə 200,00 manat həddində müəyyən edilməsi yaranmış mübahisənin ədalətli həlli olardı. İş üzrə Cavabdeh1 vermiş olduğu apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh şəxs qətnamənin əsas borc və faiz borcu hissəsində dəyişdirilərək həmin məbləğlərin azaldılmasına, cərimənin tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində isə qətnamənin ləğv edilərək həmin hissədə iddianın rədd edilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir, həmçinin bununla bağlı iş materiallarında heç bir əsas müəyyən edilməmişdir. Belə ki, Cavabdeh1 apellyasiya şikayətinin əsası kimi onun etdiyi ödənişlərin dolların manata məzənnəsinə yüksək kursla hesablanmasına istinad etmiş, lakin bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Həmçinin, əsas borcun və faiz borcunun şişirdilməsi ilə bağlı dalilləri də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, iş üzrə keçirilmiş və mötəbər sübut kimi məhkəmə kollegiyası tərəfindən nəzərə alınmış mühasibatlıq ekspertizasının rəyi ilə əsas və faiz borcunun hesablanması qaydası və borcun məbləği bir daha təsdiq edilmiş, bu zaman hər hansı şişirdilməyə yol verilməsi müəyyən edilməmişdir. Apellyasiya şikayətinin hesablanmış borc məbləği müqabilində borcdan qat-qat dəyərli olan ipoteka predmetinə tutmanın yönəldilməsinə zərurət olmamasına dair dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlil qanunsuz və əsassız olmaqla, işin həqiqi hallarını əks etdirmir, bu səbəbdən də təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmiş ipoteka müqaviləsində tutmanın ipoteka predmetinə yönəldilməsini borcun məbləğindən asılı edən hər hansı müddəa mövcud deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı “xxxxxxx” KB ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin, Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti isə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)- 204/2019 saylı qətnaməsi xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi və xx xxxxxxx 2015-ci il tarixli 20B8/14-4 saylı əlavə kredit müqaviləsi üzrə borcun tutulmasına dair iddianın qismən təmin edilməsi hissəsində dəyişdirilsin. Cavabdeh1 xx xxxxx 2014-cü il tarixli, 20B8/14 saylı kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxxxxxx 2015-ci il tarixli, 20B8/14-3 saylı əlavə kredit xətti müqaviləsi üzrə 31504,49 (otuz bir min beş yüz dörd dollar, qırx doqquz sent) ABŞ dolları məbləğində əsas, 4190,10 (dörd min yüz doxsan dollar, bir sent) ABŞ dolları məbləğində faiz borcu, 3000 (üç min) ABŞ dolları cərimə olmaqla, cəmi 38.694,59 (otuz səkkiz min altı yüz doxsan dörd dollar, əlli doqquz sent) ABŞ dolları məbləğində vəsait ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, həmçinin xx xxxxxxx 2015-ci il tarixli 20B8/14-4 saylı əlavə kredit müqaviləsi üzrə 200,00 (iki yüz) manat cərimə məbləği iddiaçı “xxxxxxx” KB ASC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 (iki yüz) manat məbləğində pul vəsaitinin 55 (əlli beş) manat hissəsi iddiaçı “xxxxxxx” KB ASC-dən, 145 (bir yüz qırx beş) manat hissəsi isə Cavabdeh1 tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar