Məhkəmə qərarları › İş №2(103)-1540/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1540/2025

26.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1540/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X9 qarşı mülki iş üzrə (Açar sözlər: pul) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3761/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İş materiallarında olan İpoteka saxlayan "xxxx" ASC, ipoteka qoyan "xxxx" Kiçik Müəssisəsi adından İddiaçı və borcalan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adından İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli **********34120/5 saylı ipoteka müqaviləsinə əsasən Sumqayıt şəhəri, H.Əliyev prospektində istifadədə olan 0,070599 ha torpaq sahəsində yerləşən 22/54 nömrəli binaın 1-ci mərtəbəsində 148 m2 ümumi, 75,50 m2 , 72,50 m2 yaşayış sahəsindən ibarət qeyri yaşayış sahəsi borcalana 544.316,79 manat ödənilməsi qarşılığında bank qarşısında ipoteka ilə yüklü edilmişdir.

2. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Tural Əhmədlinin cinayət işinin başlanmasının rədd edilməsi barədə 05 may 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında HK-217 nömrəli material araşdırılmış, iddiaçının və cavabdehin izahatları dinlənilmiş, X6 əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. - Həmin araşdırma zamanı izahatı alınan X12 2020-ci ilin iyul ayının sonlarında İddiaçı işlətdiyi, Sumqayıt şəhərində yerləşən «Kimyəvi və quru təmizləmə» yerinə getdiyini, orada İddiaçı Dubaydan elektron qol saatları gətirərək satmağı və gəliri bölüşdürməyi təklif etdiyini, İddiaçı bunun üçün 15.000 ABŞ dolları pul lazım olduğunu bildirdiyini, Azərin həmin pulu tanışı vasitəsi ilə sonuncuya dediyi, Dubayda yerləşən alğısatqının həyata keçirildiyi yerə ödənildiyini, bundan sonra gömrük və karqo xərclərini ödəmək üçün 5.000 ABŞ dolları pul vəsaitini Azərdən aldığını, daha sonra Azərə yuxarıda qeyd olunan məbləğlərdən yalnız 5.000 manat pul vəsaiti qaytardığını etiraf etmişdir.

3. İş materiallarında olan «WhatsApp» mobil tətbiqi üzərindən aparılan yazışmaların ekran görüntülərindən və ödəniş terminalı vasitəsi ilə pul köçürülmələri barədə qəbzlərdən görünür ki, İddiaçı X3 ödənişlərin edilməsini xahiş etmiş, sonuncu tərəfindən 18 oktyabr 2022-ci il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 300 manat, 20 iyul 2024-cü il tarixdə borc məbləğindən 500 manat ödəniş edilmişdir. Ümumi ödənilən pul vəsaiti 1.100 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh X9 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 29.000 manat pul vəsaitinin cavabdeh X4 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh X10 1998-ci ildən tanıyır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. Cavabdeh telefon və telefon aksesuarlarının satışı ilə məşğul olmuş və mütəmadi olaraq X7 Dubay şəhərində olmaqla, oradan mal vurmuşdur. Onun da əvvəllər bir neçə dəfə satış məqsədi ilə telefon alqısatqısı olmuşdur. Təxminən 2020-ci ilin iyul ayının sonunda o, cavabdehlə özünün işlədiyi yerə gəlmişlər. Cavabdehlə biznes planı barədə söhbət edərkən Mehman ona Dubaydan «Xiaomi Mi band 5» elektron qol saatı alıb Azərbaycana gətirməyi təklif etmişdir. O, Dubayda karqo işi ilə də məşğul olduğu üçün oradan mal gətirə bilir. Mehman ona təklif etmişdir ki, həmin qol saatını Dubaydan birini 107 dirhəmə, yəni 30 ABŞ dollarına almaq olar. Bakıda isə həmin saatların qiyməti 85 manat idi. Cavabdeh ona bildirmişdir ki, həmin işdə yaxşı qazanc var, 1000 ədəd saatdan sifariş vermək olar, saatların konkret müştərisi olduğunu və mal gələn kimi 75 manatdan hamısını satıb nağd pul verəcəyini demişdir. Razılaşmaları əsasında onlar qazancı 2 hissəyə böləcəkdilər. Onların cavabdehlə alqısatqı etdikləri üçün aralarında heç bir problem olmadığından cavabdehə etibar edirdi. O, Mehmana bildirmişdir ki, 1000 ədəd almağa pulu yoxdur, lakin 500 ədəd sifariş etmək olar. Əlavə olaraq cavabdehə bildirmişdir ki, onun dostları var, kimə nə qədər pul vermək lazımdırsa deyəcək, verəcəklər. Mehman ona 15.000 ABŞ dolları pul lazım olduğunu demişdir. O, Dubay şəhərində yaşayan Rüfət adlı dostuna bu barədə demiş və Rüfət 2 avqust 2020-ci il tarixdə «Xiaomi Mi band 5» elektron qol saatları satılan dükana gedib 15.000 ABŞ dolları pulu dükana verib alınan malların qəbzini götürüb ona «WhatsApp» vasitəsilə göndərmişdir. Həmin saatları alandan bir həftə sonra Mehman malların gəldiyini bildirib ondan gömrük və karqo rüsumu üçün 5.000 ABŞ dolları pul istəmişdir. O, cavabdehə 10 avqust 2020-ci il tarixdə qardaşı İsmayılov Tahirin yanında 5.000 ABŞ dolları vermişdir. Bundan təxminən 3-4 gün sonra cavabdeh iş yerinə gəlib ona malları götürdüyünü və gəldiyi avtomobilin arxa yük yerini açıb 500 ədəd «Xiaomi Mi band 5» elektron qol saatlarını ona göstərib bildirmişdir ki, qol saatlarını aparıb müştəriyə təhvil verib pulu həmin gün götürüb sabah onun yanına gələcək. Sabahı gün Mehman ona zəng edib bildirmişdir ki, müştəri Bakı şəhərində deyil 2-3 günə gələcək. 2-3 gün keçəndən sonra cavabdeh axşam saatlarında ona zəng edib onunla görüşmüş, ona 5.000 manat pul vermişdir. Mehman pulu ona bir hissə verdiyi üçün iradını bildirmişdir. Mehman müştəridən pulu tam almadığını, verdiyi pulu isə öz pulundan verdiyini bildirmişdir. Cavabdeh həmin gün bildirmişdir ki, 2010-cu ildən onun 40.000 manat borcu olduğundan borcu ödəyə bilmədiyi üçün məhkəmə icraçıları tərəfindən verilmiş təqdimata əsasən ona məhkəmə tərəfindən 15 gün həbs veriblər. O, həbsdə olan vaxtı ona zəng çatmayacaq, həmin vaxt onun işçisi olan Rövşən adlı oğlan onun işlərini görüb ona pulun qalan hisəssini verəcək. Mehmanla aralarında söz-söhbət olmuşdur. Bundan sonra o, cavabdehin ona verdiyi nömrəyə, yəni Rövşənə dəfələrlə zəng etmişdir. Rövşən pulun olmadığını bildirmişdir. Mehman özü həbsdən çıxandan sonra ona zəng etmiş və görüşmüşlər. Cavabdeh ona müxtəlif bəhanələr gətirib pulunu qaytarmamışdır. O, məcbur qalıb may 2021-ci il tarixdə X13 haqqında cinayət işinin açılması barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmişdir. 05 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxardıb bildirmişlər ki, cavabdehlə aralarında olan mübahisə mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etsin. Mehman polisə müraciət etdiyini görüb ondan 5-6 ay vaxt istəmişdir. Həmin vaxtı ona vermişdir. Müddəti üzatmaqla başa düşmüşdür ki, Mehman sadəcə olaraq vaxt qazanmaq istəyir. Borcunu qaytarmaq fikri yoxdur. Hazırda maddi vəziyyəti çox ağırdır. Cavabdehə borcun qaytarılmasına uzun müddət verilsə də, o, üzərinə düşən vəzifəni yerinə yetirib pulunu qaytarmır. Cavabdeh bununla ona həm maddi, həm də mənəvi zərər vurmuşdur.

6. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 xx.xx.2024-cü il tarixdə iddiaya etraz, həmçinin iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək göstərmişdir ki, Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Tural Əhmədlinin 5 may 2021- ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, araşdırma zamanı İddiaçı Oktay oğlu izahatında göstərmişdir ki: «Beləliklə 2020-ci ilin avqust ayından indiyədək ona müxtəlif bəhanələr gətirib nə pulunu, nə də malını verməmişdir. Onun 29.000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir». İddiaçı iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsinə istinad edərək, borc müqaviləsinin şifahi bağlanmasını göstərmişdir. Aşağıdakılara əsasən hesab edir ki, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir. Ən əvvəl qeyd edir ki, iddianın dəlilləri formal mülahizələrə əsaslanır. Belə ki, əvvəla iddiaçının iddia əriəsində və təqdim etdiyi Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Tural Əhmədlinin HK-217 saylı araşdırma materialı üzrə 5 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə araşdırma zamanı özünün, həmçinin cavabdehin qeyd etdiklərindən göründüyü kimi, tərəflər razılığa gəlmişlər ki, əldə olunan gəliri yarı böləcəklər. Cavabdeh X13 şin faktiki halları ilə bağlı aşağıdakıları bildirir: «İddiaçı təxminən 1998-ci ildən tanıyıram. Onunla münasibətimiz həmişə yaxşı olmuşdur. Mən, o vaxtlardan telefon və telefon aksesuarlarının topdan satışı ilə məşğul idim və Azər müştəri kimi mənimlə tez-tez alqı-satqı edirdi. Mən vaxtaşırı X11 gedərək, ordan mal alıb, satış məqsədi ilə Bakıya göndərirdim və təxminən 2018-ci ildə, Dubayda Azərlə rastlaşdım. O da mənə təklif etdi ki, maraqlı bir ticarət işi olarsa ona deyim. Təqribən 2020-ci ilin iyul ayının sonlarında onunla bir də Sumqayıtda rastlaşdıq və həmin vaxt yenə söhbət biznesdən gedəndə, ona təklif verdim ki, Dubaydan «Xiaomi Mi band 5» elektron qol saatı alıb Azərbaycana gətirmək olar. Həmin vaxt o qol saatının Dubaydan birini 107 dirhəmə, yəni 29,3 ABŞ dollarına almaq olardı. Bakıda həmin vaxt o saatların satışı 75-85 manat arası idi. Və yol puluyla, gömrük xərclərini malın üstünə gələndən sonra (yəni hər birisinə 7 ABŞ dolları) malı tez satmaq ücün 67-68 manata satmaq olar. Azər mənə bildirdi ki, 500 ədəd sifariş etmək olar və qazancı iki nəfərə bölərik. Və dedi ki, onun Dubayda Rüfət adlı yaxın dostu pulu birbaşa dükana ödəyə bilər. Beləliklə, xx.xx.2020-ci il tarixdə, Azərin dostu Rüfət Dubayda odəniş edib 53.500 dirhəm (yəni 14.600 ABŞ dolları) çeki bizə Whatsapp proqramı vasitəsi ilə göndərdi. Mal hazır olub iki günə karqoya təhvil veriləndə, mən xx.xx.2020-ci il tarixdə Azərlə Sumgayıtda görüşüb, ondan 3.500 ABŞ dolları gömrük və karqo rüsumu üçün aldım və Dubaya ödəniş etdim. Təxminən bir həftə sonra, malları Bakıda təhvil aldim, avtomobilin arxasına goyub, Azərin ofisinə getdim. O özü də malların salamat gəlməsinə əmin olmaq istəyirdi. Malları ona göstərdikdən sonra, ona bildirdim ki, Bakıda «28 May» metrosunun yaxınlığında yerləşən dükanlara malı paylayıb, təxminən 1 həftə – 10 gün ərzində pulları alacam. Malları paylayıb, bir necə gün sonra, satışdan əldə yığılan 5.000 manat pulu götürüb, getdim Azərin yanına və ona verdim. 5.000 manatı Azərə verəndə, ona bildirdim ki, qalan pulları danışdığımız vaxtdan gec yığacam, çünki mənim 2010-cu ildən 400.000 manat borclu olduğum bir işə görə məhkəmə icraçıları tərəfindən verilmiş təqdimata əsasən mənə Nəsimi Rayon Məhkəməsi tərəfindən 15 gün inzibati həbs verilmişdir. Azərə bildirdim ki, həmin müddətdə mən olmadığıma görə, pul yığma məsələsinə dostum Rövşən məşgul olacaq. Amma inanmıram ki, o vaxta qədər məsələni bilən müştərilər ödəniş etsin. Fikirləşdiyim kimi də oldu və Rövşən, mən həbsdə olduğum müddətdə pul yığa bilməmişdi. Mən həbsdən çıxandan sonra Azərə zəng edib onunla görüşmüş, ona əsaslı səbəblər göstərərək, həmin səbəblərdən hər ikimizin ziyana düşdüyünü bildirdim. Həmin vaxt Azərə işin nəticədə çox zəif qazanc verəcəyini deyəndə, ona təklif etdim ki, əldə olan maya pulla bir də mal gətirib, heç olmasa istədiyimiz qazancı əldə edək, qazancı da bölək. O da razılaşdı. Yenidən Dubaydan 500 ədəd «Xiaomi Mi band 5» elektron qol saatı aldım və başqa sifarişlərlə birlikdə Dubayda karqoya təhvil verdim. Lakin mallar gələndə karqoda gömrük tərəfindən qiymət araşdırması üçün gömrük orqanı tərəfindən saxlanıldı. Həmin mallar Gömrük orqanı tərəfindən karqoda 4 aydan çox saxlanılmışdır. Həmin mallar mənə məxsus olan "xxxx" MMC-nin adına sifariş verilmişdir. Saxlanılan malların gömrük bəyannamələri və onların içərisində Azərlə sifariş verdiyimiz qol saatları da Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi, polis kapıtanı X14 təqdim edilmişdir. Nəticədə gömrük orqanı mənim sifariş verdiyim malların rüsümunu 62.000 manat qaldırmış və həmin gətirilən mallardan gəlir etmək əvəzinə, hər ikimizə ziyan dəydi». Bundan sonra iddiaçı cavabdehin arqumentlərinin əsaslı olub-olmadığını yoxlamış və həqiqətən cavabdehin iradəsindən aslı olmayan səbəblərin olduğu müəyyən edilmiş, məhz bundan sonra iddiaçı cavabdehə uzun müddət iradını bildirməmiş, lakin təqribən 2021-ci il mart-aprel aylarında X13 haqqında cinayət işinin açılması barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, uzun müddət araşdırma aparıldıqdan sonra 5 may 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılaraq, tərəflər arasında olan mübahisənin mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etmək hüququ izah edilmiş, bundan 3 il sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir. Beləliklə, əslində işin həqiqi halları ilə müəyyən edilir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Belə ki, iddiaçı ilə tərəflər arasında hələ 1998-ci ildən, yəni həmin ana qədər 22 illik analoji işgüzar münasibətlər mövcud olmuş, bu müddər ərzində tərəflər arasında həmin ana qədər heç bir problem olmamış və tərəflər bir-birinə etibar etmiş, məhz həmin münasibətlərin məntiqi nəticəsi kimi tərəflər arasında növbəti, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan biznes münasibəti qurulmuş, yəni tərəflərin qarşılıqlı razılaşması əsasında qazanc 2 hissəyə bölünməklə münasibətlər davam etdirilmış, işgüzar münasibətlərin nəticəsi olaraq 2023-cü ilin avqust ayında, yəni münasibətlərin yarandığı tarixdən heç bir ay keçməmiş cavabdeh iddiaçıya hələ qazancın götürülməməsinə baxmayaraq, cavabdeh öz vəsaiti hesabına 5.000 manat pul vermiş, cavabdeh həmin pulu iddiaçıya tam vermədiyi üçün iddiaçı cavabdehə iradını bildirmiş, bundan sonra cavabdehin iradəsindən asılı olmayan səbəblərdən gəliri əldə etmək və bölmək mümkün olmamış, nəticə etibarılə hər iki tərəfə ziyan dəymişdir. Onu da qeyd edir ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının tələb etdiyi 29.000 manat pul məbləği də şişirdilmişdir. Əslində həmin məbləğ dəymiş ziyan olmasa belə, 25.770 manat təşkil edir. Beləliklə, göründüyü kimi, iddia əsassız və qanunsuzdur. Digər tərəfdən, hesab edir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində və təqdim etdiyi Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Tural Əhmədlinin HK-217 saylı araşdırma materialı üzrə 5 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə araşdırma zamanı özünün qeyd etdiklərindən göründüyü kimi, o, Dubay şəhərində yaşayan Rüfət adlı dostuna bildirdikdən sonra Rüfət 2 avqust 2020-ci il tarixdə «Xiaomi Miband 5» elektron qol saatları satılan dükana gedib 15.000 ABŞ dolları pulu dükana verib alınan malların qəbzini götürüb ona «WhatsApp» vasitəsilə göndərmiş, həmin saatları alandan bir həftə sonra Mehman malların gəldiyini bildirib ondan gömrük və karqo rüsumu üçün 5.000 ABŞ dolları pul istəmiş, o da ona 10 avqust 2020-ci il tarixdə qardaşı İsmayılov Tahirin yanında 5.000 ABŞ dolları vermiş, bundan təxminən 3-4 gün sonra cavabdeh Mehman Vahabzadə onun iş yerinə gəlib ona malları götürdüyünü və gəldiyi avtomobilin arxa yük yerini açıb 500 ədəd «Xiaomi Miband 5» elektron qol saatlarını ona göstərib bildirmişdir ki, qol saatlarını aparıb müştəriyə təhvil verib pulu həmin günü götürüb sabah onun yanına gələcək, sabahı gün Mehman Vahabzadə ona zəng edib bildirmişdir ki, müştəri Bakı şəhərində deyil 2-3 günə gələcək və 2-3 gün keçəndən sonra cavabdeh Mehman Vahabzadə axşam saatlarında ona zəng edib onunla görüşmüş və ona 5.000 manat pul vermiş, Mehman Vahabzadə pulu ona bir hissədə verdiyi üçün iradını bildirmiş, bundan sonra cavabdeh 2020-ci ilin avqust ayından indiyədək ona müxtəlif bəhanələr gətirib nə qalan pulunu qaytarmış, nə də malını verməmişdir. Beləliklə, təkcə iddiaçının özünün qeyd etdiklərinə inanılsa belə, elə həmin qeyd edilənlərlə müəyyən olunur ki, 2020-ci ilin avqust ayında cavabdeh Mehman Vahabzadə ona zəng edib onunla görüşərək, ona həmin borcdan 5.000 manat pul qaytarmış, 2020-ci ilin avqust ayından sonra cavabdeh ona müxtəlif bəhanələr gətirib qalan pulunu qaytarmamışdır. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçı tərəfindən iddia ona olan borcun 5.000 manat hissəsinin qaytarıldığı 2020-ci ilin avqust ayından 3 il 7 ay sonra qaldırılmışdır. Beləliklə, müəyyən edilir ki, hətta həmin iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu, yəni iddia müddətinin keçməsi isə, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 may 2008-ci il Qərarında göstərilir: «İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir. Belə ki, MM-in 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır». Oxşar iş üzrə «C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 noyabr 2018-ci il Qərarında göstərilmişdir: «Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4cü maddələrinin şərh edilməsinə dair» 2013-cü il 3 iyun tarixli Qərarı). İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar). Beləliklə, göründüyü kimi, iddianın dəlilləri formal mülahizələrə əsaslanmaqla yanaşı, tamamilə əsassız və qanunsuzdur, həmçinin hesab edir ki, hazırkı mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə qərar qəbul edilməlidir.

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3761/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilməsi, cavabdeh X4 27900 (iyirmi yeddi min doqquz yüz) manat pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 6.2, 11.1, 11.2, 14.1, 21.1, 21.2, 21.3, 337.5, 380.1, 380.2, 385.1, 386.1, 390.1, 442, 443.1, 443.2, 443.7, 443.8, 443.9, 443.10, 448.1, 448.2, 739.1, 739.2, 739.3 və 1091.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin “cavabdeh X13 İddiaçı elektron qol saatları alaraq satmaq və gəlir əldə etmək məqsədi ilə 15000 ABŞ dolları və 5000 ABŞ dollarıməbləğində pul almış, həmin pulun müqabilində alınmış aksesuarlar üzərində sərəncam verilməsi cavabdehin başqa öhdəliyinə görə məhdudlaşdırılmışdır; Bununla belə cavabdeh həmin puldan 5000 manat və 1100 manat olmaqla bir hissəsini iddiaçıya ödəmiş, lakin ümumi məbləğin 27900 manat hissəsini bu günədək ödəməmiş, üzərinə götürdüyü öhdəlikləri tam və vaxtında icra etməmişdir.Bu səbəbdən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, 27900 manat pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi qəbzlərdən görünür ki, cavabdeh iddiaçıya 1100 manat pul ödəmişdir” kimi nəticəsi tamamilə əsassızdır. Cavabdeh X13 işin faktiki halları ilə bağlı aşağıdakıları bildirir: “İddiaçı təxminən 1998-ci ildən tanıyır. Onunla münasibətləri həmişə yaxşı olmuşdur. O, o vaxtlardan telefon və telefon aksesuarlarının topdan satışı ilə məşğul idi və Azər müştəri kimi onunla tez-tez alqı-satqı edirdi. O, vaxtaşırı X11 gedərək, ordan mal alıb, satış məqsədi ilə Bakıya göndərirdi və təxminən 2018-ci ildə, Dubayda Azərlə rastlaşdı. Oda ona təklif etdi ki, maraqlı bir ticarət işi olarsa ona desin. Təqribən 2020-ci ilin iyul ayının sonlarında onunla bir də Sumqayıta rastlaşmış və həmin vaxt yenə söhbət biznesdən gedəndə, ona təklif vermişdir ki, Dubaydan “Xiaomi Miband 5” elektron qol saatı alıb Azərbaycana gətirmək olar. Həmin vaxt o qol saatının Dubaydan birini 107 dirhəmə, yəni 29,3 ABŞ dollarına almaq olardı. Bakıda həmin vaxt o saatların satışı 75- 85 manat arası idi. Və yol puluyla, gömrük xərclərini malın üstünə gələndən sonra (yəni hər birisinə 7 ABŞ dolları) malı tez satmaq ücün 67-68 manata satmaq olar. Azər ona bildirdi ki, 500 ədəd sifariş etmək olar və qazancı iki nəfərə bölərlər. Və dedi ki, onun Dubayda Rüfət adlı yaxın dostu pulu birbaşa dükana ödəyə bilər. Beləliklə, xx.xx.2020-ci il tarixdə, Azərin dostu Rüfət Dubayda odəniş edib 53500 dirhəm (yəni 14600 ABŞ dolları) çeki onlara Watsap programı vasitəsi ilə göndərdi. Mal hazır olub iki günə karqoya təhvil veriləndə, o, xx.xx.2020-ci il tarixdə Azərlə Sumgayıtda görüşüb, ondan 3500 ABŞ dolları gömrük və karqo rüsumu üçün almış və Dubaya ödəniş etmişdir. Təxminən bir həftə sonra, malları Bakıda təhvil almış, avtomobilin arxasına goyub, Azərin ofisinə getmişdir. O, özü də malların salamat gəlməsinə əmin olmaq istəyirdi. Malları ona göstərdikdən sonra, ona bildirmişdir ki Bakıda “28 May” metrosunun yaxınlığında yerləşən dükanlara malı paylayıb, təxminən 1 həftə-10gün ərzində pulları alacaq. Malları paylayıb, bir necə gün sonra, satışdan əldə yığılan 5000 manat pulu götürüb, Azərin yanına getmiş və ona vermişdir. 5000 manatı Azərə verəndə, ona bildirmişdir ki, qalan pulları danışdıqları vaxtdan gec yığacaq, çünki onun 2010-cu ildən 400000 manat borclu olduğu bir işə görə məhkəmə icraçıları tərəfindən verilmiş təqdimata əsasən ona Nəsimi rayon məhkəməsi tərəfindən 15 gün inzibati həbs verilmişdir. Azərə bildirmişdir ki, həmin müddətdə o, olmadığına görə, pul yığma məsələsinə dostu Rövşən məşgul olacaq. Amma inanmır ki, o vaxta qədər məsələni bilən müştərilər ödəniş etsin. Fikirləşdiyi kimi də oldu və Rövşən, o, həbsdə olduğu müddətdə pul yığa bilməmişdir. O, həbsdən çıxandan sonra Azərə zəng edib onunla görüşmüş, ona əsaslı səbəblər göstərərək, həmin səbəblərdən hər ikisinin ziyana düşdüyünü bildirmişdir. Həmin vaxt Azərə işin nəticədə cox zəif qazanc verəcəyini deyəndə, ona təklif etmişdir ki, əldə olan maya pulla bir də mal gətirib, heç olmasa istədikləri qazancı əldə etsinlər, qazancı da bölsünlər. O da razılaşdı. Yenidən Dubaydan 500 ədəd “Xiaomi Miband 5” elektron qol saatı almış və başqa sifarişlərlə birlikdə Dubayda karqoya təhvil vermişdir. Lakin mallar gələndə karqoda gömrük tərəfindən qiymət araşdırması üçün gömrük orqanı tərəfindən salxlanılmışdır. Həmin mallar Gömrük orqanı tərəfindən karqoda 4 aydan çox saxlanılmışdır. Həmin mallar ona məxsus olan "xxxx" MMC-nin adına sifariş verilmişdir. Saxlanılan malların gömrük bəyannamələri və onların içərisində Azərlə sifariş verdikləri qol saatları da Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi, polis kapıtanı X14 təqdim edilmişdir. Nəticədə gömrük orqanı onun sifariş verdiyi malların rüsümunu 62000 manat qaldırmış və həmin gətirilən mallardan gəlir etmək əvəzinə, hər ikisinə ziyan dəymilşdir”. Bundan sonra iddiaçı cavabdehin arqumentlərinin əsaslı olub-olmadığını yoxlamış və həqiqətən cavabdehin iradəsindən aslı olmayan səbəblərin olduğu müəyyən edilmiş, məhz bundan sonra iddiaçı cavabdehə uzun müddət iradını bildirməmiş, lakin təqribən 2021-ci il mart-aprel aylarında X13 haqqında cinayət işinin açılması barədə Sumqayıt şəhər Polis İdarəsinə şikayət etmiş, uzun müddət araşdırma aparıldıqdan sonra 5 may 2021- ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılaraq, tərəflər arasında olan mübahisənin mülki xarakter daşıdığı üçün məhkəməyə müraciət etmək hüququ izah edilmiş, bundan 3 il sonra isə iddiaçı məhkəməyə müraciət etmişdir Beləliklə, əslində işin həqiqi halları ilə müəyyən edilir ki, cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Belə ki, iddiaçı ilə tərəflər arasında hələ 1998-ci ildən, yəni həmin ana qədər 22 illik analoji işgüzar münasibətlər mövcud olmuş, bu müddər ərzində tərəflər arasında həmin ana qədər heç bir problem olmamış və tərəflər bir-birinə etibar etmiş, məhz həmin münasibətlərin məntiqi nəticəsi kimi tərəflər arasında növbəti, yəni hazırkı iş üzrə mübahisənin predmeti olan bi znes münasibəti qurulmuş, yəni tərəflərin qarşılıqlı razılaşması əsasında qazanc 2 hissəyə bölünməklə münasibətlər davam etdirilmış, işgüzar münasibətlərin nəticəsi olaraq 2020-ci ilin avqust ayında, yəni münasibətlərin yarandığı tarixdən heç bir ay keçməmiş cavabdeh iddiaçıya hələ qazancın götürülməməsinə baxmayaraq, cavabdeh öz vəsaiti hesabına 5.000 (beş min) manat pul vermiş, cavabdeh həmin pulu iddiaçıya tam vermədiyi üçün iddiaçı cavabdehə iradını bildirmiş, bundan sonra cavabdehin iradəsindən asılı olmayan səbəblərdən gəliri əldə etmək və bölmək mümkün olmamış, nəticə etibarilə hər iki tərəfə ziyan dəymişdir. Onu da qeyd edək ki, işin faktiki hallarından göründüyü kimi, iddiaçının tələb etdiyi 29000 manat pul məbləği də şişirdilmişdir. Əslində həmin məbləğ dəymiş ziyan olmasa belə, 25770 manat təşkil edir. Beləliklə, göründüyü kimi, birinci instansiya məhkəməsi həmin qətnaməni əsaslandırarkən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizənin rədd edilməsi barədə mövqeyinə münasibətdə qeyd edir ki, iddiaçı kifayət qədər cavabdehin həmin pul məbləğini ödəməsini səbrlə gözləmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən həmin pulun tam olaraq qaytarılması təmin edilməmişdir” kimi nəticəsi də tamamilə əsassızdır. Belə ki, hesab edirlər ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməlidir. Belə ki, iddiaçının iddia ərizəsində və təqdim etdiyi Sumqayıt şəhər Polis İdarəsinin müstəntiqi Tural Əhmədlinin HK-217 saylı araşdırma materialı üzrə 5 may 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı üzrə araşdırma zamanı özünün qeyd etdiklərindən göründüyü kimi, o, Dubay şəhərində yaşayan Rüfət adlı dostuna bildirdikdən sonra Rüfət 2 avqust 2020-ci il tarixdə “Xiaomi Miband 5” elektron qol saatları satılan dükana gedib 15.000 (on beş min)ABŞ dolları pulu dükana verib alınan malların qəbzini götürüb ona “Whatsapp” vasitəsilə göndərmiş, həmin saatları alandan bir həftə sonra Mehman malların gəldiyini bildirib ondan gömrük və karqo rüsumu üçün 5.000 (beş min ) ABŞ dolları pul istəmiş, o da ona 10 avqust 2020-ci il tarixdə qardaşı İsmayılov Tahirin yanında 5.000 (beş min) ABŞ dolları vermiş, bundan təxminən 3-4 gün sonra Cavabdeh onun iş yerinə gəlib ona malları götürdüyünü və gəldiyi avtomobilin arxa yük yerini açıb 500 ədəd “Xiaomi Miband 5”elektron qol saatlarını ona göstərib bildirmişdir ki, qol saatlarını aparıb müştəriyə təhvil verib pulu həmin günü götürüb sabah onun yanına gələcək, sabahı gün Cavabdeh ona zəng edib bildirmişdir ki, müştəri Bakı şəhərində deyil 2-3 günə gələcək və 2-3 gün keçəndən sonra Cavabdeh axşam saatlarında ona zəng edib onunla görüşmüş və ona 5.000 (beş min) manat pul vermiş, Cavabdeh pulu ona bir hissədə verdiyi üçün iradını bildirmiş, bundan sonra cavabdeh 2020-ci ilin avqust ayından indiyədək ona müxtəlif bəhanələr gətirib nə qalan pulunu qaytarmış, nə də malını verməmişdir. Beləliklə, təkcə iddiaçının özünün qeyd etdiklərinə inanılsa belə, elə həmin qeyd edilənlərlə müəyyən olunur ki, 2020-ci ilin avqust ayında Cavabdeh ona zəng edib onunla görüşərək, ona həmin borcdan 5.000 (beş min) manat pul qaytarmış, 2020-ci ilin avqust ayından sonra cavabdeh ona müxtəlif bəhanələr gətirib qalan pulunu qaytarmamışdır. Hazırkı iş üzrə iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Beləliklə, göründüyü kimi, iddiaçı tərəfindən iddia ona olan borcun 5.000 (beş min) manat hissəsinin qaytarıldığı 2020-ci ilin avqust ayından 3 il 7 ay sonra qaldırılmışdır. Beləliklə,müəyyən edilir ki, hətta həmin iddia əsaslı olsa belə, iddiaçı tərəfindən iddia müddəti ötürülmüşdür. Bu, yəni iddia müddətinin keçməsi isə, məhkəmənin iddiadan imtina barəsində qərar çıxarılması üçün əsasdır.

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur.

12. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndəsi birinci instansiya məhkəməsində iştirak edərkən izahatında, istərsə də elektron məhkəmə informasiya sisteminə yerləşdirdiyi etirazında cavabdeh X5 İddiaçı elektron qol saatları alaraq satmaq və gəlir əldə etmək məqsədi ilə 15000 ABŞ dolları dəyərində mal və 5000 ABŞ dolları məbləğində pul almasını, həmin puldan yalnız 5000 manat İddiaçı qaytarmasını təsdiq etmişdir. Qalan məbləğdə pulu iradəsindən asılı olmadan gömrükdə mallarının saxlanması və borcları hesabına ödənilməsi səbəbindən hər iki tərəfə zərər dəydiyinə görə qaytara bilməmişdir və belə olan vəziyyətdə hesab edir ki, iddia əsassızdır və ona görə təmin edilməməlidir. Ondan fərqli olaraq cavabdeh polis idarəsində müstəntiqə verdiyi izahatında hər ikisinin zərərə düşdüyü səbəbindən boru qaytarmadığını bildirməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsinin izahatı və eyni məzmunda apellyasiya şikayətinin dəlili Cavabdeh deyil, onun nümayəndəsinin hüquqlarını müdafiə etdiyi şəxsin mülki məsuliyyətini aradan qaldırdığını hesab etdiyi, özunun xoşuna gəldiyi maraqlı, maraqlı olduğu qədər də normal agla sığmayan, qüsurlu mühakiməyə əsaslanan subyektiv mülahizəsidir. Cavabdehin iddiaçını aldadaraq 29000 manat pulunu ələ keçirib qaytarmamasını, həmin məbləği borclarına və digər şəxsi ehtiyaclarına sərf etməsini, tərəflər arasında qurulmuş işgüzar, biznes münasibətləri adlandırması, cavabdehin iradəsindən asılı olmayan səbəblərdən gəlir əldə etmək mümkün olmadığına görə hər ikisinə zərər dəyməsi nəticəsində cavabdehin iddiaçıya borcu olmadığını etirazında, halhazırda da apellyasiya şikayətində qeyd etməsi bu fikrini təsdiq edir. Onun etirazının və eyni məzmunda izahatının ziddiyətli olduğunu, həqiqəti əks etdirmədiyini, cavabdehin polis idarəsində müstəntiqə verdiyi izahatdan fərqli olduğunu, cavabdehi mülki məsuliyyətdən azad etmədiyini, əassız olduğu barədə dəlillərini elektron məhkəmə informasiya sisteminə yerləşdirdiyi yazılı münasibətdən ətraflı və dolğun bildirmişdir. İşə baxan məhkəmə tərəflərin izahatında, iddiaçının təqdim etdiyi sübutlara və işdə olan digər sübutlara hüquqi qiymət verərək cavabdehin nümayəndəsinin iddia tələbinə qarşı etirazının dəlillərini təkzib etmiş, tərəflər arasında yaranmış mübahisəyə yuxarıda qeyd olunan maddi hüquq normalarını tətbiq etmişdir. Cavabdehin nümayəndəsi isə apellyasiya şikayətində məhkəmənin mübahisəyə maddi və hüquq noralarını düzgün tətbiq etmədiyini göstərsə də, bunun səbəbini və eyni zamanda mübahisəyə hansı maddi hüquq normaların tətbiq olunmasını, məhkəmə işin hansı hallarını tam, hərtərəfli və obyektiv araşdırmadığını, işin hansı hallarına düzgün hüquqi qiymət vermədiyini bildirməmişdir. Göründüyü kimi cavabdehin nümayəndəsi tərəfindən maddi hüquq normalarının pozulmasına, həmçinin düzgün tətbiq edilməməsinə dair mövqe bildirilməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətində göstərir ki, iddiaçının hazırkı iş üzrə iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü ıl tarixdə daxil olmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən iddia ona olan borcun 5 000 (beş min) manat hissəsinin qaytarıldığı 2020-ci ilin avqust ayından 3 il 7 ay sonra qaldırılmışdır. Borc tələbləri üzrə iddia müddəti 3 il olduğunu bidirərək mübahisəyə iddia müddətinin tətbiq edərək iddianın rədd olunmasını xahiş etmişdir. Dəfələrlə iddiaçı cavabdehə zəng vurub və WhatsApp proqram vasitəsilə mesajlar göndərərək borcunu ödəməsini tələb etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə saat 15:17-də “WhatsApp” proqram vasitəsilə cavabdehə “Salam Mehman” mesajını yazmış, o da həmin dəqiqə ’’Aleykum Salam” bu gün həll edəcəm cavabını yazmışdır. Həmin gün saat 18-44 Million elektron ödəmə sistemi (terminal 51409 Xətai r. Gəncə prospekti, 135 Araz Supermarket) vasitəsilə İddiaçı 300 manat, xx.xx.2023-cü il tarixdə saat 11:25 “WhatsApp” proqram vasitəsilə cavabdehə “Mehman Salam”, “pulu göndərirsən” mesajını yazmış, o, da həmin gün saat 16:03 Million elektron ödəmə sistemi (terminal 51529 Xətai r., Əhmədli metro stansiyası girişi) vasitəsilə 300 manat və xx.xx.2024-cü il tarixdə Milliön elektron ödəmə sistemi (terminal 51529 Xətai r., Gəncə prospekti, 57 Araz Supermarketi) vasitəsilə 500 manat pul göndərmişdir. O, həmin qəbzlərin fotosurəti çəkib istifadə etdiyi (050)-330-00-03 mobil telefonundan “WhatsApp” program vasitəsilə iddiaçının istifadə etdiyi (050)-222-34-00 mobil telefonuna göndərmişddir.

b) Proses iştirakçılarının izahatı

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh tərəf məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

15. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

16. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

17. Maddə 11.2. Oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.

18. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

19. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

22. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

23. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

24. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

26. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

27. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər

28. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

29. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

30. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

31. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.

32. Maddə 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir.

33. Maddə 443.9. Borclu öz qanuni təmsilçisinin və öhdəliklərinin icrası üçün xidmətlərindən istifadə etdiyi digər şəxslərin hərəkətləri üçün özünün təqsirli hərəkətləri üçün olan həcmdə məsuliyyət daşımalıdır.

34. Maddə 443.10. Borclu icra predmetini başqa şəxsdən almalı olduqda və onu ala bilmədikdə də, əgər müqavilədən ayrı qayda irəli gəlmirsə, icra etməmək üçün məsuliyyət daşıyır.

35. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

36. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

37. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

38. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.

39. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

43. Maddə 217.4 məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

44. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

45. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

46. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

48. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

49. Hazırki halda, qətnaməni Cavabdeh mübahisələndirdiyindən, iddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermədiyindən qətnamə apellyasiya şikayəti həddində, yəni iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4171/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a. Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üstüstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b. İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun.

52. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir.

53. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə ilə razılaşmaqla qətnaməni qanuni və əsaslı hesab edir.

54. Kollegiya ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır.

55. Birinci instansiya məhkəməsi iddianı yoxlanılan hissədə təmin edərkən qeyd etmişdir ki, onun cavabdehlə qazanc əldə etmək məqsədilə işgüzar münasibətlər qurması və bununla əlaqədar cavabdehə 15000 ABŞ dolları məbləğində pulu X1 tanışı Rüfət adlı şəxs vasitəsilə verməsi, habelə birbaşa özünün cavabdehə gömrük rüsumlarının ödənilməsi məqsədilə 5000 ABŞ dolları məbləğində pul verməsi və həmin pulların müqabilində isə tərəflərin gözlənilən qazancı əldə etməməsi, üstəlik də qazanc məqsədilə qoyulmuş pul vəsaitinin iddiaçıya qaytarılmaması işin araşdırılmış halları ilə öz təsdiqini tapır. Belə ki, cavabdeh tərəfindən 3 il əvvəl cinayət təqibi orqanında aparılmış araşdırma zamanı verilmiş izahatda iddiaçının təsvir etdiyi faktiki hallara uyğun olaraq xüsusatlar öz əskini tapmışdır. İddiaçının bildirməsinə və cavabdehin də təsdiq etməsinə əsasən müəyyən edilir ki, iddiaçının Dubay şəhərində olan tanışı məhz iddiaçının göstərişi ilə cavabdehin bildirdiyi malları almaq üçün pul ödəmişdir. Hazırda cavabdehin bu halı mübahisələndirərək həmin pulun sanki iddiaçıya aid olmaması, həmin pulu tələb etmək hüququnun iddiaçıya deyil, Rüfət adlı şəxsə məxsus olmasına dair irəli sürdüyü dəlilləri əsassızdır. İşin araşdırılmış hallarına əsasən məhkəmə Dubay şəhərində Rüfət adlı şəxsin hazırki iş üzrə İddiaçı göstərişi ilə malları almaq üçün pul ödəməsini və hazırki vaxtadək Rüfət adlı şəxsin cavabdehə qarşı hər hansı tələblə çıxış etməməsini, habelə işgüzar münasibətlərdə bu cür sövdələşmələrin rastgəlinən olmasını nəzərə alaraq belə hesab edir ki, cavabdehin bu məsələ ilə bağlı dəlilləri əsassızdır.

56. Birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının tələbi həm iddiaçının göstərişi ilə onun Dubay şəhərindəki tanışı tərəfindən ödənilmiş 15000 ABŞ dolları və həmçinin iddiaçının özünün birbaşa cavabdehə verdiyi 5000 ABŞ dolları hissəsində işin araşdırılmış halları ilə öz təsdiqini tapdığı üçün əsaslıdır. Cavabdeh X13 İddiaçı elektron qol saatları alaraq satmaq və gəlir əldə etmək məqsədi ilə 15000 ABŞ dolları və 5000 ABŞ dolları məbləğində pul almış, həmin pulun müqabilində alınmış aksesuarlar üzərində sərəncam verilməsi cavabdehin başqa öhdəliyinə görə məhdudlaşdırılmışdır.Eyni zamanda işin araşdırılmış halları ilə o da müəyyən edilir ki, cavabdeh ümumi məbləğdən iddiaçıya həmin dövrdə 5000 manat qaytarmış, sonrakı illərdə isə hissə-hissə olmaqla 1100 manat pul qaytarmışdır.

57. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinin rədd edilməsi barədə mövqeyi ilə razılaşaraq hesab edir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Çünki, cavabdeh ümumi məbləğdən 18 oktyabr 2022-ci il tarixdə 300 manat, 13 may 2023-cü il tarixdə 300 manat, 20 iyul 2024cü il tarixdə 500 manat ödəniş edilmişdir. Cavabdeh həmin pul məbləğlərinin mübahisəli pula görə deyil, başqa məqsədlə ödənilməsini bildirsə də, bunu təsdiq edən heç bir sübut təqdim etməmişdir. Beləliklə də iddiaçının irəli sürdüyü dəlillər cavabdehin dəlilləri və dəlilləri təsdiq edəcək sübutları ilə təkzib edilmədiyindən iddiaçının irəli sürdüyü tələb əsaslı hesab edilir. İddiaçı kifayət qədər cavabdehin həmin pul məbləğini ödəməsini səbrlə gözləmiş, lakin bu müddət ərzində cavabdeh tərəfindən həmin pulun tam olaraq qaytarılması təmin edilməmişdir.

58. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

59. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar ödənilən məsrəflərdən ibarətdir.

60. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Kollegiya hesab edir ki, hazırkı halda apellyasiya şikayəti təmin edilmədiyindən iş üzrə apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir.

62. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi:

Cavabdeh X5 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3761/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar