Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1547/2024 22.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mənzilə ziyan vurulmasının qadağan edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə (Açar sözlər: aidiyyətin mübahisələndirilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə ziyan vurulmasının qadağan edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmələrarası ərazi aidiyyətinin mübahisələndirilməsinə dair məsələyə baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. İddiaçı cavbadeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının cavbadeh Cavabdeh qadağan edilməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, dəymiş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Cəlilabad rayonu 2(073)-930/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, İddiaçı cavbadeh Cavabdeh qarşı ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının cavbadeh Cavabdeh qadağan edilməsi və cavabdehdən ona dəymiş maddi ziyana görə 5000 (beş min) manat, dəymiş mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun onun xeyrinə tutulması tələbinə dair 2(073)-930/2023 saylı mülki işin aidiyyatı üzrə baxılması üçün Bakı şəhəri Sabunçu rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Bakı şəhəri Sabunçu rayon məhkəməsinin 2(008)-8296/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı “İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” barədə iddiası əsasında mülki işin icraata qəbul edilməsindən imtina edilməsi, mülki işin aidiyyəti üzrə baxılmasına dair fikir ayrılığının həll edilməsi üçün işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisənin cavabdehlərdən Cavabdeh ünvanının olduğu yer üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməsi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş elektron portaldan çıxarışın surətindən görünür ki, Cavabdeh rəsmi qeydə alındığı yer Masallı rayonu, Dəmirçi kəndidir. Qeyd olunan portalda çıxarışda axtarış verilərkən cavabdehin iddia ərizəsində qeyd olunan şəxsiyyət vəsiqəsinin fin koduna istinad edilmişdir (xxxxxxx). Cəlilabad Rayon Məhkəməsi tərəfindən iş materiallarına əlavə olunan çıxarışda isə iddia ərizəsində göstərilməyən eyniləşdirmə məlumatlarına istinad edilən çıxarışa əsasən cavabdehin qeydyyatınının Sabunçu rayonu olduğuna qərar verilmişdir.
Tətbiq edilən hüquq normaları:
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində qeyd edilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir.
6. Həmin Məcəllənin 39.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir
7. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır
8. Həmin Məcəllənin 45.4-cü maddəsində qeyd edilir ki, məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
9. Məhkəmə kollegiyası mülki iş materiallarını nəzərdən keçirib, hesab edir ki, hazırki mülki işə Abşeron rayon Məhkəməsində baxılmalıdır.
10. Belə ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilərək, ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 7-ci km, “ünvan 1 ünvanında yerləşən mənzilinə ziyan vurulmasının Cavabdeh qadağan edilməsi, dəymiş ziyanın cavabdehdən tutulması xahiş edilmişdir.
11. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsində qeyd edilir ki, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarında qeyd edilir ki, “...Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinin məzmununa görə, daşınmaz əşya kimi tikinti, qurğu və torpaq sahəsilə bağlı istənilən mübahisələrə deyil, yalnız aşağıdakı mübahisələrə müstəsna aidiyyət şamil olunur: - daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; - daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi; - sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar (mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan). Beləliklə, müstəsna aidiyyət qaydalarını tənzimləyən Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsi daşınmaz əşyalarla bağlı bütün mübahisələri deyil, yalnız həmin maddədə sadalanan konkret tələblər üzrə iddiaları ehtiva edir....
13. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin hüquqlarının pozulmasını aradan qaldırması ilə bağlı olduğundan mübahisə predmeti olan mənzil Abşeron rayonu ərazisində yerləşdiyi üçün iş materialları baxılması üçün müstəsna aidiyyat qaydalarına riayət edilməklə Abşeron rayon Məhkəməsinə göndərilməlidir.
14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45, 263-264, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
İddiaçı Cavabdeh qarşı “mənzilə ziyan vurulmasının qadağan edilməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Abşeron Rayon Məhkəməsinə verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev