Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1554/2021 28.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-196/20 saylı xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000014125 saylı kredit razılaşması üzrə 16444.64 (on altı min dörd yüz qırx dörd dollar, altmış dörd sent) ABŞ Dolları kredit borcu, 8618,18 (səkkiz min altı yüz on səkkiz dollar, on səkkiz sent) ABŞ Dolları faiz borcu, 2000 (iki min) ABŞ Dolları cərimə, 001R********** saylı kredit razılaşması üzrə 80932.40 ( səksən min doqquz yüz otuz iki dollar, qırx sent) ABŞ Dolları kredit borcu, 40511,71 ( qırx min beş yüz on bir dollar, yetmiş bir sent) ABŞ Dolları faiz borcu, 5000 ( beş min) ABŞ Dolları cərimə ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, 30 (otuz) manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 (qırx) manatrüsum və 80 (səksən) manat xidmət haqqınnı tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan, ilkin satış qiyməti 50000(əlli min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilinə, ilkin satış qiyməti 60000(altmış min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzilinə, ilkin satış qiyməti 100000 (bir yüz min) manat məbləğində müəyyən edilməklə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 22 saylı evin 49 saylı mənzilinə, ilkin satış qiyməti 40000 (qırx min) manat məbləğində müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 51.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 153506 ABŞ Dolları 93 sent məbləğində borcun ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə, ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manat rüsum və 80 manat xidmət haqqının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 22 saylı evin 49 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 51.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsi boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəfindən iddia tələbləri azaldılaraq cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 01R000014125 saylı kredit razılaşması üzrə 16444.64 ABŞ Dolları kredit borcu, 8743.54 ABŞ Dolları faiz borcu, 23259.93 ABŞ Dolları cərimə olmaqla, cəmi 48448.11 ABŞ Dollarının, 001R********** saylı kredit razılaşması üzrə 80932.40 ABŞ Dolları kredit borcu, 48744.60 ABŞ Dolları faiz borcu, 100398.41 ABŞ Dolları cərimə olmaqla, cəmi 230075.41 ABŞ Dollarının, 2 kredit razılaşması üzrə ümumilikdə cəmi 278523 ABŞ Dolları 52 sentməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatməbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manatrüsumun və 80 manatxidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzilinə, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 22 saylı evin 49 saylı mənzilinə, ünvan 1 ünvanında yerləşən 51.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 278523 ABŞ Dolları 52 sentməbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manatdövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 40 manatrüsum və 80 manatxidmət haqqının iddiaçının xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutulması, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 22 saylı evin 49 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, ünvan 1 ünvanında yerləşən 51.5 m2 ümumi sahədən ibarət qeyri yaşayış sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış sahəsinin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi yuxarıda göstərilən qaydada qismən təmin olunmuşdur. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə qətnaməni qəbul edilərkən bir sıra maddi və prosessual hüquq normaları pozulmuş, işi tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki halları nəzərə alınmamışdır. Bu və digər əsasları gətirərək, cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 kollegiyanın iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib apellyasya şıkayətinin təmin olunmasını xahiş edən Cavabdeh1, şikayətlə razılaşmayaraq təmin olunmamasını xahiş edən iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasiəbətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin hallarından görünür ki, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli 01L000003660 saylı kredit xətti müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 120 ay müddətinə ******* ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2014-cü il tarixli 01R000014125 saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.5% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İşə əlavə olunmuş xx.xx.2015-ci il tarixli 001R********** saylı kredit razılaşmasından görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 48 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 150000 ABŞ Dolları məbləğində kredit verilmişdir. İş materiallarında olan xx xxxxxx 2013-cü il tarixli 01S000006816 saylı, xx xxxxxx 2014-cü il tarixli 01S000010165 saylı və xx xxxxxx 2015-ci il tarixli 001S**********01 saylı Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh1 Kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün cavabdehlər Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında tam məsuliyyəti öz üzərilərinə götürmüşlər və Cavabdeh1 ilə birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımaq öhdəliyini götürmüşlər. İşdə olan xx.xx.2014-cü il tarixli 01M000001635 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 2-ci mərtəbəsində ümumi sahəsi 41.3 m2 yaşayış sahəsi 29.55 m2 yardımçı sahəsi 11.8 m2 olan 2 otaqlı 44 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə olunmuş RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş xx.xx.2013-cü il tarixli 01M000001446 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzilin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Ərizələrdən görünür ki, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 3 saylı evin 93 saylı mənzilin Cavabdeh1 kredit xətti müqaviləsi üzrə iddiaçı qarşısındakı öhdəliklərinin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirməklə ipoteka qoyulmuş mənzilə tutma yönəldildikdə və o satıldıqda mənzili qeyd şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. İşə əlavə olunmuş xx.xx.2013-cü il tarixli 01M000001602 saylı ipoteka müqaviləsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 22 saylı evin 49 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 22 saylı evin 49 saylı mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2013-cü il tarixli 01M000001447 saylı ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 51.5 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 51.5 m2 ümumi sahədən ibarət qeyriyaşayış sahəsinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün iddiaçının xeyrinə ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. xx xxxxxx 2018-ci il tarixli 18666 saylı, 18667 saylı, 18668 saylı və 18669 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” Bildirişlərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə xəbərdarlıqlar edilmişdir. İşə əlavə edilmiş iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli 18868 saylı, 18869 saylı, 18870 saylı və 18871 saylı “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında” ərizələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış “İpoteka predmetinə tutmanın yönəldilməsinə dair” bildirişlərin qeydə alınması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13700 saylı, xx xxxxxx 2019-cu il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən Cavabdeh1 iddiaçıya olan borcu xx xxxx 2014-cü il tarixli, 01R000014125 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə əsas borc üzrə 23.099,06 ABŞ dolları, faiz borcu üzrə 2.970,46 ABŞ dolları, xx.xx.2019-cu il tarixə əsas borc üzrə 23.099,06 ABŞ dolları, faiz borcu üzrə 8.618,18 ABŞ dolları, xx xxxxxx 2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi üzrə xx.xx.2019- cu il tarixə əsas borc üzrə 121.718,57 ABŞ dolları, faiz borcu üzrə 23.848,59 ABŞ dolları, xx.xx.2019-ci il tarixə əsas borc üzrə 121.718,57 ABŞ dolları, faiz borcu üzrə 40.511,71 ABŞ dolları müəyyən edilmişdir. İşdə olan “xxxx” MMC-nin “Daşınmaz əmlakların (mənzillərin və qeyri-yaşayış sahəsinin) qiymətləndirilməsi barədə” Hesabatına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 32 saylı evin 4 saylı mənzilin bazar qiyməti 60.000 manat, likvid qiyməti 45.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 3 saylı evin 93 saylı mənzilin bazar qiyməti 73.000 manat, likvid qiyməti 55.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi 22 saylı evin 49 saylı mənzilin bazar qiyməti 127.000 manat, likvid qiyməti 95.000 manat, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar qiyməti 48.000 manat, likvid qiyməti 36.000 manat müəyyən olunmuşdur. İşin birinci instansiya məhkəməsi və kollegiya tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehlərə vermiş, lakin cavabdehlər kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; 39.3.4. zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, Cavabdeh1 kredit müqavilələri üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Kollegıya hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəliklər cavabdeh tərəfindən lazımınca yerinə yetirmədiyindən iddia tələbinı yuxarıda göstərilən qaydada qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd edilənlərə əsasən kollegiya qətnamənin Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə ləğv edilməsinə hüquqi əsasların olmaması qənətinə gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-1554/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1554/2021
28.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver