Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1560/2021 18.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Azər Aydın oğlu Mövlayevin katibliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 794/2020 saylı qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli 2092 saylı kredit müqaviləsi üzrə 1.851 ABŞ dolları 05 sent əsas borc, 382 ABŞ dolları 11 sent faiz, 277 ABŞ dolları 68 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2.510 ABŞ dolları 84 sent kredit borcunun Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması; xx.xx.2015-ci il tarixli 2091 saylı kredit müqaviləsi üzrə 1.009 ABŞ dolları 97 sent əsas borc, 181 ABŞ dolları 90 sent faiz, 149 ABŞ dolları 52 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1.341 ABŞ dolları 39 sent kredit borcunun Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması; 30 ABŞ dollarıdövlət rüsumunun Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması; tutmanın ipoteka predmeti olan «Mercedes Benz» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi; həmin avtomobilin açıq hərrac yolu ilə satılması; satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2091 saylı kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik 22 % ödənilmək şərti ilə 2.200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan «Mercedes Benz» markalı ** UG *** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli 2091 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Həmçinin, cavabdehlə iddiaçı arasında xx.xx.2015-ci il tarixli 2092 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 22 % ödənilmək şərti ilə 3.680 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıq olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2091 saylı kredit müqaviləsi üzrə 1.009 ABŞ dolları 97 sent əsas borc, 181 ABŞ dolları 90 sent faiz, 149 ABŞ dolları 52 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1.341 ABŞ dolları 39 sent kredit borcu; xx.xx.2015-ci il tarixli 2092 saylı kredit müqaviləsi üzrə 1.851 ABŞ dolları 05 sent əsas borc, 382 ABŞ dolları 11 sent faiz, 277 ABŞ dolları 68 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2.510 ABŞ dolları 84 sent kredit borcu mövcuddur. Cavabdeh öz müqavilə öhdəliklərini lazımınca icra etməmişdir. Bu səbəbdən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 794/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilməsi, xx.xx.2015-ci il tarixli 2092 saylı kredit müqaviləsi üzrə 1.851 ABŞ dolları 05 sent əsas borc, 382 ABŞ dolları 11 sent faiz, 277 ABŞ dolları 68 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2.510 ABŞ dolları 84 sent; xx.xx.2015-ci il tarixli 2091 saylı kredit müqaviləsi üzrə 1.009 ABŞ dolları 97 sent əsas borc, 181 ABŞ dolları 90 sent faiz, 149 ABŞ dolları 52 sent kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 1.341 ABŞ dolları 39 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməsi, tələb ipoteka predmeti olan «Mercedes Benz» markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobil açıq hərracdan satılması, avtomobilin ilkin satış qiyməti 12.200 manat məbləğində müəyyən edilmiş, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı ASC-yə ödənilməsi, İddiaçı ASC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılması, 250 manat məbləğində qiymətləndirmə haqqı Cavabdeh aid edilməsi, həmin məbləğ ondan tutularaq “xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissəsi rədd edilməsi qət olunmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 794/2020 saylı qətnaməsindən Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) tərəfindən apelyasiya şikayəti verərək qətnamənin avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamədə avtomobilin ilkin satış qiymətini 12.200 manat müəyyən edilməsi hissəsi rədd edilməlidir.İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2091 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 22% (iyirmi iki faiz) ödənilmək şərtilə 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 2091 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Bundan başqa Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli 2092 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 3680 (üç min altı yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Məhkəmə tərəfindən borcun tutulması və tələbin ipoteka predmetinə yönəldəməsi barədə iddialarını təmin edərək avtomobilin ilkin satış qiymətini müəyyən edən zaman avtomobilin real vəziyyətini nəzərə almamışdır. Halhazırda ipoteka predmetinin real vəziyyəti onlara məlum deyil. Belə ki, avtomobilin ilkin satış qiymətinin 12.200 manat müəyyən edilməsi gələcəkdə avtomobilin real qiyməti ilə fərqli ola bilər və avtomobilin hazırki vəziyyəti bəlli olmadığı halda avtomobilə 12.200 manat ilkin satış qiymətini təyin edilməsi ilə razılaşa bilməzlər.Ekspert tərəfindən avtomobilə qiymət qoyulan zaman vizual olaraq qiymət müəyyən etmişdir. Belə ki, “İpoteka Haqqında” Qanunda qeyd olunub ki, ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 38-ci maddəsində göstərilir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Hesab edirlər ki, avtomobilin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Məhkəmə tərəfindən təyin edilən ekspertizanın keçirilməsi müstəqil ekspert olan “xxxx” MMC-yə həvalə edilmişdir.Bu səbəbdən real vəziyyəti məlum olmayan, ümumiyyətlə gələcəkdə avtomobil icra mərhələsində hansı vəziyyətdə olması, icra vaxtında həmin avtomobilin işlək vəziyyətdə olması böyük şübhə yaradır.Hesab edir ki, avtomobilin işlək vəziyyətin olması və gələcəkdə ipoteka predmetinin əzilməsi riski çox yüksək olduğu halda, avtomobilin dayanacağa yerləşdirilmədiyi halda ipoteka predmetinə qiymətin qoyulması ümumiyyətlə düz deyil və bu hissədə qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1, 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinin mənasına görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə Kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin avtomobilin ilkin satış qiyməti hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi avtomobilin ilkin satış qiymətinin müəyyən olunması hissəsində ləğv olunmalıdır. Kollegiya ilk öncə apellyasiyanın hədləri ilə bağlı qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən-yəni ipoteka predmeti olan avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşin faktiki halları ilə müəyyən edilir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2091 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 18 ay müddətinə, illik 22% (iyirmi iki faiz) ödənilmək şərtilə 2200 (iki min iki yüz) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mercedes Benz” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə xx.xx.2015-ci il tarixli, 2091 nömrəli ipoteka müqaviləsi bağlanmışdır.Bundan başqa Cavabdeh ilə İddiaçı ASC arasında xx.xx.2015-ci il tarixli 2092 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 18 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 3680 (üç min altı yüz səksən) ABŞ dolları məbləğində kredit verilmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi borcun tutulması və tələbin ipoteka predmetinə yönəldəməsi barədə iddianı təmin edərək avtomobilin ilkin satış qiymətini müəyyən edən zaman avtomobilin real vəziyyətini nəzərə almamışdır.Belə ki, hal-hazırda ipoteka predmetinin real vəziyyəti məlum deyildir. Avtomobilin ilkin satış qiymətinin 12.200 manat müəyyən edilməsi gələcəkdə avtomobilin real qiyməti ilə fərqli ola bilər və avtomobilin hazırki vəziyyəti bəlli olmadığı halda avtomobilə 12.200 manat ilkin satış qiymətinin təyin edilməsi əsaslı sayıla bilməz.Ekspert tərəfindən avtomobilə qiymət qoyulan zaman vizual olaraq qiymət müəyyən etmişdir. “İpoteka Haqqında” Qanuna əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Həmin qanunun 38-ci maddəsində göstərilir ki, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, ilkin satış qiymətinin müəyyən edilməsində razılıq olmadıqda isə tərəflərin tapşırığı ilə müstəqil qiymətləndirici tərəfindən müəyyən edilir. Belə olan halda avtomobilin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında və ya müstəqil qiymətləndirici tərəfindən müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən ekspertizanın keçirilməsi müstəqil ekspert olan “xxxx” MMC-yə həvalə edilmişdir.Bu səbəbdən real vəziyyəti məlum olmadığından, ümumiyyətlə gələcəkdə avtomobilin icra mərhələsində hansı vəziyyətdə olması, icra vaxtında həmin avtomobil işlək vəziyyət olması böyük şübhə yaradır. Kollegiya hesab edir ki, avtomobilin dayanacağa yerləşdirilmədiyi halda, odur ki, avtomobilin işlək vəziyyətində olması və gələcəkdə ipoteka predmetinin əzilməsi riski çox yüksək olduğu halda ipoteka predmetinə qiymətin qoyulması ümumiyyətlə düzgün deyil və bu hissədə qətnamə ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, Kollegiya qeyd edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin (Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun) tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)-794/2020 saylı qətnaməsi qismən- ipoteka predmeti olan «Mercedes Benz» markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir.(Avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi iddia tələbində mövcud deyildir) Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(002)- 794/2020 saylı qətnaməsi qismən- ipoteka predmeti olan «Mercedes Benz» markalı, ** UG *** dövlət qeydiyyat nişanlı avtomobilin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-1560/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1560/2021
18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver