Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1560/2022 08.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2 iştirakları ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1592/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin, cərimənin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən 90826,87 manat, faiz borcu üzrə 51200,97 manat, cərimə borcu üzrə 93949,53 manat, borcun cəmi məbləği 235.977,37 manat və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və zamini Cavabdeh2 arasında 03.07.2019- cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən 37446,14 manat, faiz borcu üzrə 18610,33 manat, cərimə borcu üzrə 63018,19 manat, borcun cəmi məbləği 119.074,66 manat ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2 ədəd bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun tutulması; "Tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan 280.000 (iki yüz səksən min) manat qiymətləndirilən ünvan 1 ünvanında yerləşən bağ evinə yönəldilməsi və Cavabdeh2 mülkiyyətində olan 40.000 (qırx min) manat qiymətləndirilən Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən bağ evinin və ünvan 3 ünvanında yerləşən 14 nömrəli mənzilin hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin bağ evindən və mənzildən qeydiyyatda olan və digər şəxslərin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iİddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən ondan 90.826,87 manat əsas, faiz borcu üzrə 51.200,97 manat, cərimə borcu üzrə 93.949,53 manat, cəmi məbləği 235.977,37 manat borcun Cavabdeh1, 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən 37.446,14 manat əsas, faiz borcu üzrə 18.610,33 manat, cərimə borcu üzrə 63.018,19 manat, cəmi 119.074,66 manat borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 2 ədəd bildirişin qeydə alınmasına görə rüsum və xidmət haqqı kimi ödənilmiş cəmi 62 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tutulması, "Tələbin ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan 280.000 (iki yüz səksən min) manat qiymətləndirilən ünvan 1 ünvanında yerləşən bağ evinə yönəldilməsi və Cavabdeh2 mülkiyyətində olan 40.000 (qırx min) manat qiymətləndirilən Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzilinə yönəldilərək hərraca çıxarılması, əmlakların açıq hərrac yolu ilə satılaraq, onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlərin iddiaçı BOKT "xxxx" MMC-yə yaranmış borcunun ödənilməsinə yönəldilməsi, borc məbləği tam ödənilmədiyi təqdirdə qalıq məbləğin cavabdehlərdən tutulması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən bağ evinin və ünvan 3 ünvanında yerləşən 14 nömrəli mənzilin hərracda satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində həmin bağ evindən və mənzildən qeydiyyatda olan və digər şəxslərin çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddia ərizəsi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış 03.04.2019-ci il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən cavabdeh X4 36 ay müddətinə qaytarmaq şərti ilə illik 30 faiz dərəcəsi ilə 100.000 (yüz min) manat və Cavabdeh1, zamini Cavabdeh3 və zamini Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və zamin Cavabdeh2 24 ay müddətinə qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. Borcalanın öhdəliklərinin icrasının təminatı kimi BOKT "xxxx" MMC ilə Cavabdeh3 arasında 03.04.2019- cu il tarixli və Cavabdeh2 arasında 03.07.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka qoyan Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr No **********27-11301, Qeydiyyat Ne **********, Seriya RX 0510941) 16.10.2014-cü il tarixli Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 4 ünvanında yerləşən bağ evini və 03.07.2019- cu il tarixli ipoteka müqaviləsi əsasında ipoteka saxlayanla Borcalan arasında Bakı şəhərində bağlanmış 07/527-2019 saylı kredit müqaviləsinə əsasən borcalanın yaranacaq öhdəliyinin təminatı kimi İpoteka qoyan Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş (Reyestr Ne 00301 1000292-05101-093024. Qeydiyyat No **********, Seriya RX 0004458) 19.06.2012-ci il tarixli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə özünə məxsus olan ünvan 5, mənzil 14-ü 03.07.2019-cu il tarixli ipoteka müqaviləsi əsasında İpoteka saxlayanın xeyrinə ipoteka ilə yükləməyi və müvafiq dövlət orqanında yüklülük qeydiyyatının aparılmasını üzərinə götürmüşdür. "xxxx" MMC-nin PR/F-14-108 saylı 24.02.2015-ci il tarixli qiymətləndirmə rəyinə əsasən əmlakın bazar dəyəri 280000 (iki yüz səksən min) manat və ünvan 5 ünvanında yerləşən 14 nömrəli mənzil tərəflərin razılığı ilə 40000 (qırx min) manat qiymətləndirilərək ipoteka ilə yüklü edilmişdir, tərəflər də əmlakın ilkin satış qiyməti olaraq bununla razılaşmışlar. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1592/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 03.07.2019-cu il tarixli 07/527- 2019 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 37.446,14 manat, faiz borcu üzrə 13.580,33 manat, cərimə borcu üzrə 1000 manat olmaqla, ümumilikdə 52.026,47 manatın tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi, tutmanın ipoteka ilə yülü edilməş və Cavabdeh2 mülkiyyətində olan ünvan 6 mənzilə yönəldilməsi, Bakı şəhər, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Baba Əliyev küçəsi, ev 8-2 ünvanında 14 nömrəli mənzilin ilkin satış qiyməti 40.000 (qırx min) manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunan pul vəsaitinin BOKT "xxxx" MMC-yə olan borcun qaytarılmasına ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin Cavabdeh2 qaytarılması, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən mənzilə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh2 həmin mənzildən çıxarılması, Cavabdeh1 03.04.2019-cu il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 90.826,87 manat, faiz borcu üzrə 36.022,22 manat, cərimə borcu üzrə 1.500 manat, olmaqla, ümumilikdə 128.349,62 manatın tutularaq iddiaçı BOKT "xxxx" MMC-yə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və Cavabdeh3 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ evinə yönəldilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 255.000 (iki yüz əlli beş min) manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunan pul vəsaitinin BOKT "xxxx" MMC-yə olan borcun qaytarılmasına ödənilməsi, borc məbləği ödənildikdən sonra qalan pul vəsaitinin Cavabdeh3 qaytarılması, ipoteka predmeti olan olan ünvan 1 ünvanında yerləşən bağ evinə tutma yönəldildikdə və o satıldıqda 1 ay ərzində Cavabdeh1 və X5 həmin mənzildən çıxarılması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinin 50,0 manat məbləğində olan hissəsi cavabdehlərdən müştərək qaydada və 50,0 manat məbləğində olan hissəsinin isə iddiaçıdan alınaraq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ********************, SFİFT.Bik: CTREAZ22 VÖEN **********, AZ34CTRE******************** hesabına keçirilməsi, iş üzrə keçirilmiş qiymətləndirmə işinə görə 500,0 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada və 500,0 manat məbləğində pulun isə iddiaçı "xxxx" MMC-dən alınaraq "X6" MMC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 15,0 manat məbləğində pulun alınaraq iddiaçı BOKT "xxxx" MMCyə ödənilməsi, qalan 15,0 manatın isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər Nəsirov X3 Aynur Paşa qızı apellyasiya şikayəti verərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1592/2021 saylı, 08 oktyabr 2021- ci il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin əsas borc üzrə qismən, faiz borcu üzrə və cərimə borcu üzrə tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında göstərdiyi dəlilləri araşdırmamışdır. Belə ki, Cavabdeh1 izahatında göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. O, həqiqətən də iddiaçı ilə müqavilədəki şərtlərlə kredit müqaviləsi bağlamışdır. Müqavilədə göstərilən pulu sahibkarlıq fəaliyyətinin inkişafına sərf etmişdir. Məlum pandemiyya səbəbindən restoranların, şadlıq saraylarının və əyləncə mərkəzlərinin fəaliyyətini dayandırmağa məcbur olmaları səbəbindən bəslədiyi toyuqların satışında və yenilənməsində sıxıntı yaşamış və ona görə də kredit borcunun vaxtında ödənilməsində gecikmələr olmuşdur. Tələb olunan əsas borc, faiz borcu və cərimə həddən artıq şişirdilmişdir. O, müəyyən vaxtlarda və müəyyən məbləğlərdə ödənişlər etməsinə baxmayaraq həmin məbləğlər iddiaçı tərəfindən silinməmiş və nəticədə əsas borc şişirdilərək göstərilmişdir. 01 iyul 2021-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-də istintaqı aparılan ********* saylı cinayət işi üzrə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Ramil Məmmədovun həbs edildiyi üçün növbəti məhkəmə iclasları barədə məlumatı olmamış və onun iştirakı olmadan məhkəmə iclasları keçirilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq faiz borcunun həcminə görə tam əsaslı olmadığı qənatinə gəlmişdir. Hesab edilir ki, faiz borcu və cərimə tam olaraq silinməlidir. Belə ki, Cavabdeh1 həbsdədir və hazırki vəziyyətdə onun borcu ödəmək imkanı yoxdur. Tələbin mənzillərə yönəldilməsi cavabdehlərin ağır olan maddi və psixoloji vəziyyətini daha da pisləşdirəcək. Cavabdeh3 Cavabdeh1 həyat yoldaşıdır, evdar qadındır və himayəsində 4 azyaşlı uşaq var. Cavabdeh2 isə Cavabdeh3 atasıdır və işsizdir. Məhkəmənin 03 may 2021-ci il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuşdur. 10 avqust 2021-ci il tarixli rəydən görünür ki, rəyin tədqiqi zamanı iddiaçı tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları əsasında tədqiqat aparılmışdır. Cavabdeh1 tərəfindən ödənilmiş borc məbləğləri tam olaraq tədqiq olunmamışdır. Belə ki, Cavabdeh1 tərəfindən ödənilmiş borc məbləğlərinə dair qəbzlər ekspertiza zamanı tədqiq olunmamışdır. Proses iştirakçılarının izahatları: İşə baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qətnaməsinin borcun tutulması hissəsində yoxlanılmasını təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Beləliklə məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında 03.04.2019-cu il tarixli 04/435-2019 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh X4 36 ay müddətinə qaytarmaq şərti ilə illik 30 faiz dərəcəsi ilə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə 03.04.2019-cu il tarixdən 02.07.2022ci il tarixədək hər ay 4.246 manat (sonuncu ay 4.200 manat) ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh3 və borclu Cavabdeh1 arasında 03.04.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və ünvan 2 ünvanında yerləşən bağ evi ipoteka ilə yüklü edilmişdir. Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında 03.07.2019-cu il tarixli 07/527-2019 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh X4 24 ay müddətinə qaytarmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 40.000 (qırx min) manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən, Cavabdeh1 kredit müqaviləsi üzrə 03.07.2019-cu il tarixdən 02.07.2021ci il tarixədək hər ay 2.196 manat (sonuncu ay 2.183 manat) ödəməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh3 və Cavabdeh2 arasında ayrı-ayrılıqda 03.07.2019-cu il tarixli 07/527-2019 saylı zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa, yenə həmin kredit müqaviləsinin təminatı olaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə ipoteka qoyan Cavabdeh2 və borclu Cavabdeh1 arasında 03.07.2019-cu il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və ünvan 5, mənzil 14 ipoteka ilə yüklü edilmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, işdən göründüyü kimi, tərəflər arasında kredit, ipoteka və zaminlik müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliklərə görə iddiaçı öhdəliyi yerinə yetirərək, kredit müqaviləsində göstərilən pul məbləğini Cavabdeh1 vermiş, bunun nəticəsində bankın borcludan müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququ yaranmış, Cavabdeh1 isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirməməsinə görə onun iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəliyi icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranmış, lakin öhdəlik icra edilməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasında qətnaməyə hüquqi qiymət verən məhkəmə kollegiyası bildirir ki, mülki qanunvericiliyə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müqavilədən irəli gələn öhdəliklərindən biri də borc (kredit) müqaviləsidir və həmin müqaviləyə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc faizlə də verilə bilər. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür və bu zaman borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə kollegiyası qeyd edir ki, 01.03.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 01.03.2020-ci il tarixə Cavabdeh1 03.04.2019-cu il tarixli kredit müqaviləsinə görə 90.826.87 manat əsas borcu, 51.200.97 manat faiz borcu və 93.949.53 manat cərimə borcu təşkil etmişdir. Bundan başqa, 03.07.2019-cu il tarixli kredit müqaviləsinə görə 37.446.14 manat əsas borcu, 18.610.33 manat faiz borcu və 63.018.19 manat cərimə borcu təşkil etmişdir. Təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/3751 saylı, 10.08.2021-ci il tarixli rəyindən görünür ki, 03 aprel 2019-cu İl tarixli 04/435-2019 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03 aprel 2019-cu il tarixli 04/435-2019 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 01.03.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) BOKT "xxxx" MMC-yə olan borcu 128.849,62 AZN məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 90.826,87 manat və faiz borcu isə 38.022,75 manat məbləğində təşkil edir. Qeyd edilir ki, hesabdan çıxarış məlumatlarından göründüyü kimi, 20.04.2021- ci il tarixdə 2.000,00 AZN məbləğində ödəniş edilmişdir. 2000,00 AZN məbləğində ödəniş nəzərə alındığı təqdirdə Cavabdeh1 01.03.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) BOKT "xxxx" MMC-yə 126.849,62 AZN (128849,62-2000,00) məbləğində borcu qalacaqdır Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 90.826,87 manat və faiz borcu isə 36.022,75 məbləğində təşkil edir. Həmçinin müəyyən edilmişdir ki, 03 iyul 2019-cu il tarixli 07/527-2019 saylı kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən kredit təşkilatına ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və 03 iyul 2019-cu il tarixli 07/527-2019 saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh1 01.03.2020- ci il tarixə (maliyyə arayışının tarixinə) BOKT "xxxx" MMC-yə 51.026,15 manat məbləğində müəyyən edilir. Həmin rəydən görünür ki, Cavabdeh1 əsas borcu 37.446,14 manat və faiz borcu isə 13.580,01 manat məbləğində təşkil edir. Göründüyü kimi, qeyd olunan ekspertiza rəyinin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən sübut apellyatorlar tərəfindən təqdim edilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi əsas və faiz borcunun sübutlara əsasən müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. İddianın cərimə borcu ilə məhkəmə kollegiyası qeyd edir ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə cəriməni azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə almır. Cərimə ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası Mülki Məcəllənin 467-ci maddəsinə uyğun olaraq hesab edir ki, 03.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 1500 manat və 03.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə cərimə borcunun 1000 manat məbləğində müəyyən edilməsini ağlabatan və ədalətli olmuşdur. Kollegiya cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Apellyatorlar apellyasiya şikayətində borc məbləğinin düzgün hesablanmamasına və ekspertiza tədqiqatı zamanı ödənişlərin nəzərə alınmadığına istinad etsə də, həmin halları təstiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi məhkəmə məsrəfləri ilə bağlı düzgün nəticəyə gəlmişdir. Göründüyü kimi apellyatorun apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Azərbaycan Respublikası MPM-nin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə aparılmış araşdırma zamanı birinci instansiya məhkəməsi tərəfindən prosessual-hüquq normalarının pozulması müəyyən edilməmiş və bu səbəbdən də, cavabdeh tərəfin dəlilləri əsaslı sayıla bilməz. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 217, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1592/2021 saylı, 08 oktyabr 2021-ci il tarixli qətnaməsi “borcun tutulması” hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-1560/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1560/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver