Məhkəmə qərarları › İş №2(103)-1563/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1563/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1563/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 Cavabdeh1 iştirakları ilə, İddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, X6, X7 və Cavabdeh4 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2083/2020 nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı bank olmayan kredit təşkilatı (BOKT) «xxxx» MMC cavabdehlər Cavabdeh1, X3, X4 və Cavabdeh4 qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər ilə Bank olmayan kredit təşkilatı (BOKT) «xxxx» MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, L- KN-0032790-F saylı birgə borcluluq, kredit müqaviləsi və KN-00001364, KN-00001363 saylı zaminlik müqavilələrinə əsasən, Cavabdeh1, X1, X2 və Cavabdeh4 müştərək qaydada iddiaçı “Bank olmayan kredit təşkilatı (BOKT) «xxxx» MMC-nin xeyrinə 1407,08 ABŞ dolları məbləğində əsas borc, 242,02 ABŞ dolları faiz borcu, və 86,30 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 1735,40 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2083/2020 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, X1, X2 və Cavabdeh4 müştərək qaydada 1407,08 ABŞ dolları məbləğində əsas borcun, 242,02 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1649,1 ABŞ dolları (min altı yüz qırx doqquz ABŞ dolları on sent) məbləğində borc pul vəsaitinin (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 (otuz) manat dövlət rüsumunun tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı (BOKT) «xxxx» MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi xahiş etmişdirlər. Mülki işin apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən Cavabdeh1 məhkəməyə cavabdehlər tərəfindən notarial qaydada tərtib olunmuş və imzalanmış ərizələr təqdim edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2083/2020 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina etdiklərini bildirmiş və apellyasiya baxışına xitam verilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən və səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdehlərin apellyasiya şikayətindən imtina barədə ərizələri qəbul edilməli və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2083/2020 nömrəli qətnaməsindən cavabdehlərin apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual-Məcəlləsinin 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Qeyd olunan Məcəllənin 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla şikayətdən imtina etmiş şəxslərə münasibətdə apelyasiya icraatına xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxsin şikayətdən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı BOKT «xxxx» MMC-nin cavabdehlər Cavabdeh1, X3, X4 və Cavabdeh4 qarşı “kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya şikayətindən imtina qəbul edilməli, apellyasiya şikayəti üzrə icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 369, 263-264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, X6, X7 və Cavabdeh4 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2083/2020 nömrəli qətnaməsindən verdikləri apellyasiya şikayətindən imtina ərizələri qəbul edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(002)-2083/2020 nömrəli qətnaməsindən verilən apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar