Məhkəmə qərarları › İş №2(103)-1566/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1566/2020

23.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1566/2020 23.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Kərimova Aytən Nadir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-993/18 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh xx xxxxxx 2014-cü il tarixli Q181/20 saylı kredit müqaviləsi üzrə 23.737 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı kredit müqaviləsi üzrə cəmi 8.320 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı kredit müqaviləsi üzrə cəmi 4038 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı kredit müqaviləsi üzrə cəmi 7654 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı kredit müqaviləsi üzrə cəmi 3604 manat və xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqaviləsi üzrə cəmi 7191 manat, bütün müqavilələr üzrə ümumilikdə 54180 (əlli dörd min bir yüz səksən) manatborcun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın hər bir kredit müqaviləsinin təminatı kimi tərəflər arasında bağlanmış müvafiq girov müqavilələri ilə girov qoyulmuş Cavabdeh məxsus qızıl-zinət əşyalarına yönəldilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(103)- 7978/2018 saylı qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-993/18 saylı, xx xxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən-iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 2(103)- 7978/2018 nömrəli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş iddianın təmin olunmayan hissəsində yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Nizami rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxx 2019-cu il tarixli qətnaməsi xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə aid hissədə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissələrdə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdehkollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya Sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edib, şikayəti müdafiə edərək təmin olunmasını xahiş edən iddiaçı LPO İddiaçı ASC-nin səlahiyyətli nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, Nizami rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsixx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə aid hissədə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməklə, xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 2952 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 1005 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 510 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 930 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 470 manat və xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 880 manat borcun Cavabdeh tutulub ləğv prosesində İddiaçı” ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır(372.6). İşin hallarından görünür ki, tərəflər arasında kredit müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əməl gəlmə əsaslarından biridir. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd edilən kredit müqavilələri üzrə iddianın xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə dair rədd edilməsi hissəsində birinci instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyildir. Belə ki, işin hallarından görünür ki, xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə aid hissə istisna olunmaqla, xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələri üzrə əsas borcun və müqavilə müddəti bitən tarixə qədər faiz borcunun tutulması hissəsində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini borclu Cavabdeh mübahisələndirməmişdir. Həmin müqavilələr üzrə müqavilə müddəti bitdiyi dövrdən sonrakı müddət ərzində illik 5% miqdarında pulun tutulması barədə fondun tələbi rədd edildiyi üçün sonuncu digər tələblərinin rədd edilməsi hissəsi ilə yanaşı qeyd edilən hissədən də şikayət verməklə qətnaməni həmin hissələrdə mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair”, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1 -ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin qeyd olunan Qərarına əsasən bank Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmə kollegiya hesab edir ki, işə baxan birinci instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014- cü il tarixli, Q181/25 saylı kredit müqavilələri üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% miqdarında pulun tutulmasının rədd edilməsini əsaslandırmamışdır. Göründüyü kimi apellyasiya instasiyası məhkəməsinin qətnaməsi yuxarıda göstərilən kredit müqavilələri üzrə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun tutulmasının rədd edilməsi hissəsində maddi və prossesual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Belə olan Nizami rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsixx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə aid hissədə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun Cavabdeh ləğv prosesində İddiaçı” ASC-nin xeyrinə tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı LPO İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/21 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı, xx xxxxxx 2014cü il tarixli, Q181/24 saylı, xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqavilələrinə aid hissədə müqavilə müddəti bitdikdən sonrakı dövr ərzində illik 5% pulun Cavabdeh ləğv prosesində İddiaçı” ASC-nin xeyrinə tutulmasının rədd edilməsi hissəsində ləğv edilisn. Həmin hissədə iddia tələbi təmin edilsin. xx xxxxxx 2014-ci il tarixli Q181/20 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 2952 manat, xx xxxxxx 2014cü il tarixli, Q181/21 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 1005 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/22 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 510 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/23 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 930 manat, xx xxxxxx 2014-cü il tarixli, Q181/24 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 470 manat və xx xxxxxx 2014-cü il tarixli, Q181/25 saylı kredit müqaviləsi üzrə müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5 % hesablanmış faiz borcu 880 manat borcun Cavabdeh tutulub ləğv prosesində İddiaçı” ASC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar