Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1566/2023 19.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X11 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Orucova Məryəm Faiq qızının katibliyi, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X10 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(001)-5650/2022 nömrəli qətnaməsindən cavabdeh X9 verdiyi apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsinə əsasən İddiaçı X10 26000 ABŞ dolları məbləğində pul vəsaitini borc kimi verməyi, sonuncu isə həmin pul vəsaitini 06 dekabr 2021-ci il tarixədək geri qaytarmağı öhdəsinə götürmüşdür.
2. Bakı şəhəri Nərimanov rayon Polis idarəsinin 07 iyul 2022-ci il tarixli qərarına əsasən İddiaçı ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X14 ilə bağlanmış 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə ödənilməmiş 8350 ABŞ dollarının və 17000 manat məbləğində pul vəsaitinin, həmçinin məhkəməyə ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 06 sentyabr 2021-ci il tarixdə bağlanmış borc müqaviləsinə əsasən İddiaçı tərəfindən X10 26.000 ABŞ dolları məbləğində borc pul verilmişdir. Cavabdeh həmin borcun 30000 manatı məbləğində hissəsini işçisi X6 vasitəsilə geri qaytarsa da, qalan 8350 ABŞ dollarını və əlavə olaraq şahidlərin yanında borc götürdüyü 17000 manat pulu geri qaytarmamışdır.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, iddiaçı onun atasıdır. Cavabdeh mütamadi olaraq onun atasından borc almışdır. Cavabdeh əvvəllər aldığı ABŞ dolları ilə olan borcunun bir hissəsini geri qaytardıqdan sonra, 2021-ci ilin sentyabr ayında atasının ofisində onun və atasının dostu X12 iştirakı ilə atasından 17000 manat məbləğində borc pul götürmüşdür.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, iddiaçı onun dostudur. Cavabdehi iddiaçının ofisində 2 dəfə görmüşdür, həmin ofis Şərq bazarının yaxınlığında yerləşir. İddiaçı ilə cavabdehin arasında biznes münasibətləri mövcud idi. Sonuncu dəfə cavabdehi 2021-ci il tarixdə təxminən sentyabr ayında görüb və həmin gün cavabdeh iddiaçıdan borc pul almışdır. İddiaçı pul məbləğini onun və oğlu Məmmədtağının yanında cavabdehə vermişdir. Cavabdeh aldığı borc pulu yaxın günlərdə qaytaracağını bildirmişdir. Sonradan iddiaçının yanında olarkən sonuncu cavabdehin pulu geri qaytarmadığı barədə narazılığını bildirmişdir.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(001)- 5650/2022 nömrəli qətnaməsinə əsasən iddia təmin olunaraq X7 8350 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 17000 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, tərəflər arasında bağlanmış borc müqaviləsi üzrə öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi işin materialları ilə təsdiq olunur. Cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqavilələri əsasında iddiaçıdan borc almasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam yerinə yetirməmişdir. Məhkəmə iddia tələbinin 17000 manat pul məbləğinin qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında həmin pul məbləğinin borc verilməsinə dair müqavilə yazılı formada bağlanmasa da, faktiki olaraq tərəflər arasında işguzar münasibətlərdən irəli gələn əlaqələr olmuşdur və iddiaçı onunla cavabdeh arasında olan etibarlı münasibətlərə güvənərək 17000 manat pul məbləğini cavabdehə vermişdir. Lakin cavabdeh həmin pul məbləğini geri qaytarmaqdan boyun qaçırır. Odur ki, iddia tələbi bu hissədə də təmin edilməlidir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385,1, 386.1, 425.1, 427.3, 442, 448, 739.1, 740.2, 1091.1, 1091.2 və 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə iclası iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir.
11. Şikayətin dəlillərinə görə, öhdəliyin əmələ gəlməsi üçün tərəflər arasında müqavilə olması zəruridir. Əgər tərəflər arasında öhdəliyin yaranmasına əsas olan müqavilə yoxdursa. o zaman kreditorun borcludan tələb etmək hüququndan danışmaq qeyri - mümkündür. Yəni, borclunun kreditor qarşısında öhdəliyi müqavilə ilə müəyyən edilməlidir. Bildirmək istəyirəmki, iş üzrə heç bir müqavilə mövcud deyil. Kredit müqaviləsində olan imza cavadehə məxsus olmadığından hər hansı öhdəliyin mövcudluğu barəsində qeyd etmək əsassızdır. İddiaçı tərəfindən iş materiallarına əlavə olunmuş və mübahisələndirilən 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsindəki imza cavabdeh X10 aid deyildir. Bu səbəbdən həmin imzanın cavabdeh tərəfindən çəkilmədiyini müəyyən etmək üçün imza xəttşünaslıq ekspertizasının keçirilməsinə zərurət vardır. Lakin 29 noyabr 2022-ci il tarixində imza xəttşünaslıq ekspertizasının keçirilməsi üçün yazılı vəsatətlə məhkəməyə müraciət edilsə də, hakim tərəfindən əsassız olaraq vəsatət təmin edilməmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən işə baxılan zaman tərəflər arasındakı borc münasibətlərini təsdiq edən kredit müqaviləsi olmadan hakim öz şəxsi qənaəti əsasında həmin sübutların həqiqi olduğunu müəyyən etməyin mümkün olmadığı nəticəsinə gələrək qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları,
13. İddiaçının nümayəndəsi X8 apellyasiya şikayətinin dəlilləri ilə razı olmadıqlarını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etdilər.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı və digər cavabdeh (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.
15. Apellyasiya şikayətində 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsindəki imza cavabdeh X10 məxsus olmadığı mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə - xətşünaslıq ekspertizasının təyin olunması barədə qərardad çıxarılmışdır.
16. Məhkəmə - xətşünaslıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 4/1645 saylı rəyində qeyd olunmuşdur ki, 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin sonunda “X19” hissəsində “İmza:” qrafasındakı imza – ehtimal ki, X14 tərəfindən icra olunmuşdur.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin; Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməlidir.
21. Apellyasiya şikayətində qətnamənin ləğvi tələb olunur və şikayətin əsaslarından biri kimi tərəflər arasında müqavilənin mövcud olmadığı halda pulun tələb edilməsi göstərilir.
22. 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsindəki imzanın cavabdeh X10 məxsus olması ilə bağlı məhkəmə - xətşünaslıq ekspertizasının 02 noyabr 2023-cü il tarixli, 4/1645 saylı rəyində qeyd olunmuşdur ki, 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin sonunda “X19” hissəsində “İmza:” qrafasındakı imza – ehtimal ki, X14 tərəfindən icra olunmuşdur.
23. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddianın 8350 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması ilə bağlı hissəsinin təmin olunması barədə birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslıdır və bu hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
24. 17000 manat pul vəsaiti ilə bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsi bu məbləğin tutulması ilə bağlı hər hansı bir müqaviləyə istinad etməmiş, iddianı bu hissədə təmin edərkən mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı normalarına istinad etmişdir.
25. İddianın 17000 manat məbləğində hissəsinin təmin olunması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaəti məhkəmə kollegiyası əsaslı hesab etmir. Bununla bağlı birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırır ki, “... tərəflər arasında 17000 manat pul məbləğinin borc verilməsinə dair müqavilə yazılı formada bağlanmasa da (MM-nin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa, borc müqaviləsi yazılı formada bağlanmalıdır), faktiki olaraq tərəflər arasında işguzar münasibətlərdən irəli gələn əlaqələr olmuşdur və iddiaçı onunla cavabdeh arasında olan etibarlı münasibətlərə güvənərək 17000 manat pul məbləğini cavabdehə vermişdir”.
26. Bu əsaslandırma ilə bağlı məhkəmə kollegiyası ilkin olaraq onu qeyd edir ki, tərəflər arasında etibarlı münasibətlərdən söhbət gedirsə, 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsinin yazılı formada bağlanmasına da zərurət olmazdı. İddianın bu hissəsini təsdiq edən şahid ifadələrində 17000 manat məbləğində pul vəsaitinin 2021-ci ilin sentyabr ayında götürüldüyü qeyd olunur. Şahid İddiaçı ifadəsində göstərir ki, “... Cavabdeh əvvəlki aldığı dollarla olan borcunun bir hissəsini geri qaytardıqdan sonra 2021ci ilin sentyabr ayında mənim və X12 iştirakı ilə 17000 manat borc pul götürmüşdür”.
27. 06 sentyabr 2021-ci il tarixli borc müqaviləsində borcun qaytarılma vaxtı 06 dekabr 2021-ci il müəyyən edilir. Şahid ifadələri əsas götürülərsə, xronoloji ardıcıllıqla borcun götürülməsi və qaytarılması prosesi bu cür baş verir: 06 sentyabr 2021-ci il tarixdə cavabdeh tərəfindən iddiaçıdan 26000 ABŞ dolları məbləğində pul götürülür, qaytarılma müddəti 06 dekabr 2021-ci il tarixədək müəyyən olunsa da, bir neçə gün ərzində borcun bir hissəsi qaytarılır və yenidən 17000 manat məbləğində borc götürülür. Qeyd olunan ardıcıllıqla borcların götürülməsi isə məntiqə ziddir. Belə ki, cavabdeh 06 sentyabr 2021-ci il tarixdə borc götürüb həmin borcu 3 ay sonra qaytarmağı öhdəsinə götürürsə, müddətin başa çatmamasına baxmayaraq həmin borcun bir hissəsini qaytarıb yenidən həmin məbləğin 1/3 hissəsi miqdarında borc götürməsi mümkün deyildir və məhkəmə kollegiyası bu xüsusatı inandırıcı hesab etmir.
27. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, 17000 manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən cavabdehə verilməsi sübuta yetirilmədiyindən bu məbləğdə borcun tutulması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi qənaət əsaslı olmamışdır və bu hissədə iddia rədd olunmalıdır.
28. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın 17000 manat məbləğində pul vəsaitinin tutulması ilə əlaqədar gəldiyi nəticə düzgün və qanuni olmadığından, apellyasiya şikayəti qismən təmin, qətnamə isə qismən ləğv olunaraq həmin hissədə iddia rədd olunmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(001)- 5650/2022 nömrəli qətnaməsindən cavabdeh X14 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(001)- 5650/2022 nömrəli qətnaməsi qismən – cavabdeh X7 17000 manat məbləğində pul vəsaiti tutulması hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə çıxarılmaqla 17000 manat məbləğində pul vəsaiti tutulması hissəsində iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə - xətşünaslıq ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat məbləğində pul vəsaiti X7 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
HAKİMLƏR Fərrux Qasımov
Fuad Abdıyev
Xəyal Sarıyev