Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1570/2022 26.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08.12.2021-ci il il tarixli, 2(005)-3094/2021 saylı qərardadından iddiaçı X2 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin hesabına köçürülmüş 200 manat pul məbləğinin, məcburi icra ödənişi olaraq Şamaxı rayon İcra və Probasiya Şöbəsinin hesabına köçürülmüş 14 manat pul məbləğində dəymiş maddi ziyanın və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(005)- 3094/2021 saylı qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. İddiaçı 02.02.2021-ci il tarixində Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli, 2(005)-3094/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti prosessual müddət ötürüldüyü üçün geri qaytarılmışdır. İddiaçı X2 məhkəmənin 16 noyabr 2021-ci il tarixli qərardadıdan şikayət vermişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli qərardadı ilə, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2(005)-3094/2021 nömrəli qərardadından İddiaçı verdiyi şikayət geri qaytarılmışdır. Cavabdehin Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)-3094/2021saylı qərardadından verdiyi şikayət, məhkəmənin 29 dekabr 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayəti onunla əsaslandırılır ki, qanunvericiliyin tələblərindən də görünür ki, apellyasiya şikayətinin geri qaytarılması barədə qərardad dan şikayət verilmişdirsə, həmin məhkəmə tərəfindən qərardad ləğv olunub iş icraata götürülməli, yaxud da baxılmasından ötrü apellyasiya məhkəməsinə göndərilməliydi. Yekun qərarı da apellyasiya məhkəməsi qəbul etməliydi. Burada məhkəmə eyni şikayət üzrə 2-ci dəfə qərardad qəbul etməklə prosessual hüquq normalarını pozmuşdur. Bundan əlavə iddia ərizəsi, şikayət, etiraz və yaxud digər formalarda məhkəməyə ərizə verilməsini qanun yalnız elektron qaydada nəzərdə tutmamış və digər formalarda da təqdim olunması qanunla qadağan olunmamışdır. Burada məhkəmə şikayətin yalnız elektron qaydada təqdim olunmasını əsas götürməklə ciddi hüquqi səhvə yol vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş X2 ərizə göndərərək, iştirakı olmadan işə baxılmasını xahiş etmiş, məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndə, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə onun iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edərək hesab edir ki, iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli, 2(005)- 3094/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 363.1.5-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə şikayət geri qaytarılmalıdır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə görə isə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Kollegiya hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2(005)-3094/2021 saylı qərardadından İddiaçı verdiyi şikayət elektron kabinet vasitəsilə verilmədiyindən, şikayətin geri qaytarılması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 08 dekabr 2021-ci il tarixli 2(005)-3094/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassaiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-1570/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1570/2022
26.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver