Məhkəmə qərarları › İş №2(103)-1573/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1573/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1573/2020 05.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyal Əjdər oğlu Sarıyevin sədrliyi ilə, X2 və Şərafət Asif qızı Məmmədovadan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ülkər Səfər qızı Axundovanın katibliyi ilə, Cavabdeh2 vəkili X1 iştirakı ilə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-6900/2018 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı xeyrinə 70.000 ABŞ dolları kredit borcu, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25 may 20l7-ci il tarixli kredit müqaviləsinə əsasən bir il müddətinə 70.000 ABŞ dolları məbləğində borc verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında xx xxx 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilini ipoteka qoymuşdur. Kredit müqaviləsinə əsasən Cavabdeh1 xx xxx 2018-ci il tarixədək borcu qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı cavabdehlərə şifahi olaraq və xx xxxx 2018-ci il tarixdə və xx xxxx 2018-ci il tarixlərdə yazılı bildirişlər göndərilməsinə baxmayaraq Cavabdeh1 müqavilə üzrə götürdüyü öhdəliyi vaxtında icra etməmişdir. İddiaçı tərəfindən cavabdehlərə yazılı şəkildə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş göndərilmiş, lakin cavabdeh tərəfindən bildirişə münasibət bildirilməmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X4 qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 70.000 (yetmiş min) ABŞ dolları məbləğində borcun ödəniş günü Mərkəzi bankın müəyyən etdiyi rəsmi məzənnə üzrə manat hesabı ilə və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi hissəsində iddianın təmin edilməsi,iddianın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun tutulması, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasına dair hissəsinin təmin edilməməsi qət olunmuşdur. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, məhkəmə işə 3 aya yaxın müddətdə baxaraq yekun vermiş və bununla da qanunvericiliyin bu tip işlərlə bağlı müəyyən etdiyi 1 aylıq müddəti pozmuşdur. Məhkəmə iclas protokolundan da göründüyü məhkəmə əsassız şəkildə 4 dəfə məhkəmə iclasını təxir salaraq tərəflər arasında mübahisə olmadığı təqdirdə yekun nəticəni verməkdə “çətinlik çəkmiş”dir. İş materiallarından və qətnamənin məzmunundan da göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi işin faktiki halları üzrə işə baxmamış, cavabdehin özünün belə xəyal edə bilməyəcəyi bir müdafiə forması seçərək, münasibətləri xəyali müstəviyə çəkərək cavabdehlərin heç bir sübutla təsdiqlənməyən izahatlarını əsastutaraq nəinki araşdırma aparmaq istəməmiş, hətta, həmin hissədə gəldiyi nəticəni əsaslandırmamışdır. İpoteka müqaviləsinin etibarsızlığı irəli sürülməsə də məhkəmə bu məsələyə toxunmuş və ona qiymət vermişdir. İpoteka müqaviləsinin etibarsızlığını tələb edən olmamışdır. Məhkəmə nədənsə cavabdehlərin heç bir sənəd və ya sübutla öz təsdiqini tapmayan etiraz və izahatlarına əsaslanaraq ipoteka müqaviləsinin mübahisə predmeti olmadığı halda belə nəticəyə gəlmişdir ki, Cavabdeh1 iddiaçı ilə müqavilə bağlayarkən əslində həmin borcu digər Cavabdeh2 adından etibarnamə əsasında ipoteka müqaviləsini imzalayan oğlu Rauf Əliyev üçün götürmüş və bununla da təmsil edən təmsil edilənin maraqlarını deyil öz maraqlarını üstün tutmuşdur.Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı ilə Cavabdeh2 arasında xx xxx 2017-ci il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 ona məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilini ipoteka qoymuşdur. İpoteka müqaviləsi Cavabdeh2 adından etibarnamə üzrə oğlu X5 imzalanmışdır. İddiaçı ilə Cavabdeh1 arasında qanunvericiliyin tələblərinə uyğun kredit müqaviləsi bağlanmış və sonuncu kredit müqaviləsində göstərilən pulu almasını məhkəmə iclasında təsdiq edərək iddia tələbini etiraf etməsi barədə ərizə təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsində borcun təyinatı və ya hər hansı şəxs üçün alınması qeyd edilməmişdir. Əgər doğurdan da Cavabdeh1lə R.Əliyev arasında borc münasibəti olmuşdursa həmin münasibətin rəsmiləşdirilməsi hazırkı məhkəmə iclasında aparıla bilməzdi. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-5813/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, həmin iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə-iddianın rədd edilən hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi təmin olunaraq, ipoteka predmetinin ilkin satış qiyməti 138.000 manat müəyyən edilməklə xx xxx 2017-ci il tarixli kredit müqaviləsindən irəli gələn 70.000 ABŞ dolları məbləğində tutma Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra ən geci bir ay ərzində boşaldılması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(102)- 6711/2019 saylı qərarı ilə Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(103)-5813/2019 saylı qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini- qətnamənin iddia tələbinin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci Məhəllə, 78 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasının təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddiaçı tərəf qətnaməni yalnız həmin hissədə mübahisələndirmişdir. İddiaçı məhkəmə kollegiyasına ərizə və notarial qaydada təsdiq edilmiş ərizə göndərərək, mübahisələndirilən hissədə iddia tələbindən imtina edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsini və həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X3 iddiaçının mübahisələndirilən hissədə iddiadan imtina ilə razı olduğunu, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdi. İddiaçı, Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin vəkilini dinləyib, iddiaçının ərizəsinə baxıb, iş materiallarını araşdırıb, hesab edir ki, iddiaçının mübahisələndirilən hissədə iddiadan imtina etməsi qanuna zidd olmadığına, başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığına görə qəbul edilməli, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-6900/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 370.1-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Həmin Məcəllənin 370.2-ci maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilib-edilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.1-ci maddəsinə iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə olunmalıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi bu Məcəllənin 19-20-ci fəsillərində göstərilən əsaslar olduqda apellyasiya qaydasında icraata xitam verilməklə və ya ərizəni baxılmamış saxlamaqla ləğv edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 191, 261.0.4, 370, 384.0.4, 391, 400, 402-403, 405.0.2, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(008)-6900/2018 saylı qətnaməsi mübahisələndirilən- iddia tələbinin Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilə tutmanın yönəldilərək açıq hərracda satılması, mənzilin açıq hərracda satışından əldə ediləcək vəsait hesabına Cavabdeh1 İddiaçı olan borcunun ödənilməsi, Cavabdeh2 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 571-ci məhəllə, 78 saylı mənzilə tutma yönəldildikdən və satıldıqdan sonra onun ən geci bir ay ərzində boşaldılmasının təmin edilməyən hissəsində ləğv edilsin, həmin hissədə iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin kmi, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar