Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1574/2025 28.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6363/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6363/2024 saylı xx.xx.2024-cü il qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “müqavilənin ləğvi və qeyri yaşayış sahəsinin boşaldılması” tələbinə dair iddiası təmin edilmişdir. Qətnamədən narazı qalan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə gödərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə birlikdə nəzərdən keçirib hesab edir ki, Cavabdeh verdiyi apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prossessual Məcəlləsinin (bundan sonra MPM) 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məcəllənin 363.1.3-cü bəndinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, geri qaytarılır. MPM-in 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. MPM-in 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Mülki iş materiallarında olan “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli qətnamə Cavabdeh məxsus elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir (iş/vər.160). İş materiallarından həmçinin müəyyən olunur ki, həmin qətnamə cavabdeh tərəfindən qəbzə imza edilməklə xx.xx.2024-cü il tarixində ona yenidən təqdim edilmişdir. xx.xx.2025-ci il tarixdə isə Cavabdeh elektron qaydada apellyasiya şikayəti daxil olmuşdur. Göründüyü kimi qanunvericiliyin yuxarıda sadalanmış 135.5 və 135.6-cı maddələrinin göstərişlərinə uyğun olaraq, Cavabdeh mübahisələndirdiyi qətnaməni xx.xx.2024-cü il tarixdə rəsmi qaydada əldə etmiş hesab edildiyindən, onun xx.xx.2025-ci il tarixində vermiş olduğu apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə təqdim edilmişdir. Qeyd edilməlidir ki, məhkəmə aktının surətinin qanunla müəyyən olunmuş qaydada işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi təqdirdə həmin şəxslərin sonradan qətnaməni təkrarən alması müvafiq prosessual müddətlərin yoxlanılmasını aradan qaldırmır. Bu da onu deməyə əsas verir ki, cavabdehin qətnaməni xx.xx.2024-cü il tarixdə təkrar olaraq qəbul etməsi həmin məhkəmə sənədinin xx.xx.2024-cü il tarixdə əldə edilməsi (ona çatdırılması) faktını qüvvədən salmır.Bununla da müəyyən edilir ki, apellyasiya şikayəti müddət ötürülməklə verilmişdir.. MPM-in 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6363/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin və mülki iş materialları həmin apellyasiya şikayətinin qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev
Məhkəmə qərarları › İş №2(103)-1574/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1574/2025
28.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver