Məhkəmə qərarları › İş №2(103)-1575/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1575/2022

15.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1575/2022 15.03.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ QƏTNAMƏ 1575 Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Namiq Şamil oğlundan və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı «borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaklara yönəldilməsi» tələbinə dair 2(011)-180/2021 saylı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, "xxxx" MMC-dən, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 27R000000303 saylı kredit razılaşması üzrə 68143,9 ABŞ dolları əsas kredit borcu, 61619,92 ABŞ dolları faiz borcu və 100781,07 ABŞ dolları cərimə olmaqla, cəmi 230544,89 ABŞ dolları, 27R000000476 saylı kredit razılaşması üzrə 1613,13 ABŞ dolları əsas kredit borcu, 186,41 ABŞ dolları faiz borcu və 16198,05 ABŞ dolları cərimə olmaqla, cəmi 17997,59 ABŞ dolları, 27R000003118 saylı kredit razılaşması üzrə 39909,38 ABŞ dolları əsas kredit borcu, 40017,67 ABŞ dolları faiz borcu, 74741,12 ABŞ dolları cərimə olmaqla, cəmi 154668,17 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 6055,31 ABŞ dolları əsas kredit borcu, 31603,57 ABŞ dolları faiz borcu və 54990,74 ABŞ dolları cərimə olmaqla, cəmi 92649,62 ABŞ dolları, 027R********** saylı kredit razılaşması üzrə 122054,99 ABŞ dolları əsas kredit borcu, 55638,13 ABŞ dolları faiz borcu, 156703,58 ABŞ dolları cərimə olmaqla, cəmi 334396,70 ABŞ dolları, 5 (beş) kredit razılaşması üzrə ümumilikdə cəmi 830256 (səkkiz yüz otuz min iki yüz əlli altı) ABŞ dolları 97 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 100 manat rüsumun və 200 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh4 mülkiyyətində olan Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 12 savlı evin 8 nömrəli mənzilinə Cavabdeh5 mülkiyyətində olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/12 saylı evin 4 nömrəli mənzilinə, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı binanın 30 saylı mənzilinə, Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi 45 saylı fərdi yaşayış evinə, Cavabdeh9 mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 33 saylı 9 nömrəli mənzilinə, Cavabdeh6 mülkiyyətində olan İsmayıllı şəhəri Cavanşir küçəsində 0,0078 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli qeyri yaşayış binasına, Cavabdeh2 mülkiyyətində olan Oğuz şəhəri N.Nərimanov küçəsində 0.005394 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 20B saylı qeyri yaşayış binasına, Cavabdeh11 mülkiyyətində olan Mingəçevir şəhəri Babək küçəsində 0,1403 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 16A nömrəli fərdi yaşayış evinə, Cavabdeh10 mülkiyyətində olan «BMW 650i GRAN COLPE» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 830256 (səkkiz yüz otuz min iki yüz əlli altı) ABŞ dolları 97 sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 100 manat rüsumu və 200 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi, hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 Avdın oğlundan, "xxxx" MMC-dən, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada tutulması, Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 12 saylı evin 8 nömrəli mənzilinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/12 saylı evin 4 nömrəli mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı binanın 30 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh14 həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi 45 savlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh7, Cavabdeh15 və Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılması, torpaq sahəsinin və evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Mingəçevir şəhəri 20 Yanvar küçəsi 33 saylı 9 nömrəli mənzilinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh9 Vaqif oğlunun həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, İsmayıllı şəhəri Cavanşir küçəsində 0,0078 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli qeyri yaşayış binasına tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Oğuz şəhəri N.Nərimanov küçəsində 0,005394 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 20B saylı qeyri yaşayış binasına tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi, Mingəçevir şəhəri Babək küçəsində 0,1403 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 16A nömrəli fərdi yaşayış evinə tutma yönədildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh11 həmin evdən çıxarılması, torpaq sahəsinin və evin boşaldılması, hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6dan, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, "xxxx" MMC-dən, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada ödəniş günü qüvvədə olan Azərbaycan məzənnəsi ilə hesablanmaqla, 08.11.2012-ci il tarixli 27R000000303 saylı kredit razılaşması üzrə əsas kredit borcu kimi 68143,9 ABŞ dolları, faiz borcu kimi 61619,92 ABŞ dolları, cərimə kimi 6500 ABŞ dolları, 10.01.2013-ci il tarixli 27R000000476 saylı kredit razılaşması üzrə əsas kredit borcu kimi 1613,13 ABŞ dolları, faiz borcu kimi 186,41 ABŞ dolları, cərimə kimi 90 ABŞ dolları, 04.04.2014-cü il tarixli 27R000003118 saylı kredit razılaşması üzrə əsas kredit borcu kimi 39909,38 ABŞ dolları, faiz borcu kimi 40017,67 ABŞ dolları, cərimə kimi 4000 ABŞ dolları, 19.03.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu kimi 6055,31 ABŞ dolları, faiz borcu kimi 25405,19 ABŞ dolları, cərimə kimi 1570 ABŞ dolları, 10.06.2016-cı il tarixli 027R********** saylı kredit razılaşması üzrə əsas kredit borcu kimi 122054,99 ABŞ dolları, faiz borcu kimi 55638,13 ABŞ dolları, cərimə kimi 8890 ABŞ dolları, ümumilikdə 441694 (dörd yüz qırx bir min altı yüz doxsan dörd) ABŞ dolları 03 (üç) sent məbləğində pul vəsaiti, dövlət rüsumu qismində ödənilmiş 30 (otuz) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 300 (üç yüz) manatın alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın, Cavabdeh4 mülkiyyətində olan Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 12 saylı evin 8 nömrəli mənzilə, Cavabdeh5 mülkiyyətində olan Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/12 saylı evin 4 nömrəli mənzilə, Cavabdeh3 mülkiyyətində olan Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı evin 30 nömrəli mənzilə, Cavabdeh7 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi 45 saylı fərdi yaşayş evinə, Cavabdeh9 mülkiyyətində olan Mingəçevir şəhəri 20 Yanvar küçəsi 33 saylı evin 9 nömrəli mənzilə, Cavabdeh6 mülkiyyətində olan İsmayıllı şəhəri Cavanşir küçəsində 0,0078 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binasına, Cavabdeh2 mülkiyyətində olan Oğuz şəhəri N.Nərimanov küçəsində 0,005394 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 20B saylı qeyri-yaşayış binasına, Cavabdeh11 mülkiyyətində olan Mingəçevir şəhəri Babək küçəsində 0,1403 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 16A nömrəli fərdi yaşayış evinə, Cavabdeh10 mülkiyyətində olan «BMW 650i GRAN COUPE» markalı **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və satışdan əldə olunan vəsait hesabına ümimi borc, dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş rüsum və xidmət haqqının ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, "xxxx" MMC, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada alınması, Mingəçevir şəhəri, M.Ə.Sabir küçəsi ev 12, 8 nömrəli mənzilin likvid dəyəri 30200,0 manat, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, ev 20/12, 4 nömrəli mənzilin likvid dəyəri 48400,0 manat, Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 1A, 30 nömrəli mənzilin likvid dəyəri 36000,0 manat, Mingəçevir şəhəri, 20 Yanvar küçəsi, ev 33, 9 nömrəli mənzilin likvid dəyəri 32000,0 manat, İsmayıllı şəhəri, Cavanşir küçəsində 0.0078 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli qeyriyaşayış binasının likvid dəyəri 42000,0 manat, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi 45 saylı fərdi yaşayış evinin likvid dəyəri 45000,0 manat, Oğuz şəhəri, N.Nərimanov küçəsində 005394 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 20B saylı qeyri-yaşayış binasının likvid dəyəri 35000,0 manat, Mingəçevir şəhəri, Babək küçəsi 0.1403 ha torpaq sahəsinin 1 mərtəbəli yaşayış və köməkçi sahədən ibarət 16A saylı fərdi yaşayış evinin likvid dəyəri 60000,0 manat, “BMW 650i GRAN COUPE” markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobilin likvid dəyərinin 51700,0 manat müəyyən edilməsi, tutma yönəldikdən və satıldıqdan sonra 1 ay ərzində daşınmaz əmlakların boşaldılması və alıcıya təhvil verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, "xxxx" MMC, Cavabdeh11 və Cavabdeh12 müştərək qaydada məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 700 (yeddi yüz) manat pul məbləğinin tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, qiymətləndirməyə dair ekspertiza tədqiqatının dəyərini təşkil edən 400 (dörd yüz) manatın tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək, qətnamənin "xxxx" MMC-yə aid hissədə ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış 23.02.2011-ci il tarixli, 04S000005132 saylı zaminlik müqaviləsi borcalan Cavabdeh1la bank arasında bağlanmış kredit razılaşmalarını və həmin razılaşmalara olunan əlavə və dəyişiklikləri əhatə etmir. Cavabdeh "xxxx" MMC ilə İddiaçı QSC arasında 23.02.2011-ci il tarixdə 04S000005132 saylı zaminlik müqaviləsi bağlanılmış, müqaviləyə əsasən borcalan Cavabdeh1 ilə bank arasında bağlanmış 14.02.2011-ci il tarixli ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xəttinin ayrılması barədə razılaşmanın təmini olaraq "xxxx" MMC zamin olmuşdur. Lakin bu müddət ərzində həmin kredit xətti müqaviləsindən əlavə Cavabdeh1 sonradan da 5 dəfə ayrı-ayrı zamanlarda olmaqla, belə ki, 14.02.2011-ci il tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 400000 (dörd yüz min) ABŞ dolları, 10.01.2013 tarixli kredit razılaşmasına əsasən 37 ay müddətinə 250000 (iki yüz əlli min) ABŞ dolları, 04.04.2014 tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 104000 (bir yüz dörd min) ABŞ dolları, 19.03.2015 tarixli kredit razılaşmasına əsasən 36 ay müddətinə 70000.0 (yetmiş min) ABŞ dolları, 10.06.2016 tarixli kredit razılaşmasına əsasən 55 ay müddətinə 15000 (bir yüz əlli min) ABŞ dolları məbləğlərində kredit vəsaitləri almış, ödəmələrdə gecikmə olması səbəbindən bu kredit razılaşmalarına 16.03.2015-ci il, 16.07.2015-ci il, 09.09.2015-ci il və 13.09.2017ci il tarixli kredit razılaşmalarına əlavələrə əsasən ödəniş planına əlavələr və dəyişikliklər edilmişdir. Qeyd olunan sonrakı razılaşma və dəyişiliklərlə bağlı zamin olaraq "xxxx" MMC razılığını verməmişdir. Bundan əlavə, "xxxx" MMC-nin zamin olduğu öhdəliyin təminatı olaraq girov qoyulmuş əmlaklar məhkəmə araşdırması zamanı təyin olunan əmtəəşünaslıq ekspertizası zamanı həddən artıq aşağı qiymətləndirilmişdir ki, həmin əmlakların hərraca bazar dəyərinə deyil, gələcəkdə likvid dəyərinə çıxarılacağı halda öhdəlik daha az hissədə ödənilmiş olacaq, bu isə bir başa zamin olaraq "xxxx" MMC-nin maraqlarına ziddir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər iclasda iştirak etməmiş və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırkı apellyasiya baxışı zamanı birinci insansiya məhkəməsinin qətnaməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə əsasən iddianın cavabdeh "xxxx" MMC-yə qarşı təmin edilmiş hissəsində yoxlanılır. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit və ipoteka müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Cavabdeh bankla bağladığı müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə onun məsuliyyəti yaranmışdır. Buna görə də, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqavilələrə görə yaranmış öhdəliyi (əsas kredit borcu, faiz və cərimə borcu) icra etməlidir. Eyni zamanda birinci instansiya məhkəməsi hesab etmişdir ki, kredit müqaviləsi üzrə yaranan borc məbləğinin ödənilməsi üzrə tutma bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq ipoteka predmeti olan əmlaklara yönəldilməli, həmin əmlakların satışından əldə olunacaq pul vəsaiti cavabdehin iddiaçıya olan kredit borcunun ödənilməsinə yönəldilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilmiş hissəsində mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 14.02.2011-ci il tarixli 04L000003161 saylı kredit xətti müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən bank kredit alana 120 ay müddətinə, ******* ABŞ dolları məbləğində kredit xətti açmışdır. İş materiallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında 08.11.2012-ci il tarixli, 27R000000303 saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, 400000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında 10.01.2013-ci il tarixli, 27R000000476 saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, 250000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında 10.06.2016-cı il tarixli, 027R********** saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 55 ay müddətinə, aylıq faiz dərəcəsi 1.1667% olmaqla, 150000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında 19.03.2015-ci il tarixli, 027R********** saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, 70000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında 04.04.2014-cü il tarixli, 27R000003118 saylı kredit razılaşması əsasında bank tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.3333% olmaqla, 104000 ABŞ Dolları məbləğində kredit verilmişdir. Həmin Razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu Kredit Razılaşmasının ayrılmaz hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə Banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 08.11.2012-ci il tarixli 27R000000303 saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 73143.9 ABŞ Dolları kredit borcu, 61619.92 ABŞ Dolları faiz borcu və 100781.07 ABŞ Dolları cərimə olmaqla, cəmi 235544.89 ABŞ Dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 10.01.2013-cü il tarixli 27R000000476 saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 1613.13 ABŞ Dolları kredit borcu, 186.41 ABŞ Dolları faiz borcu və 16198.05 ABŞ Dolları cərimə olmaqla, cəmi 17997.59 ABŞ Dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 04.04.2014-cü il tarixli 27R000003118 saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 39909.38 ABŞ Dolları kredit borcu, 40017.67 ABŞ Dolları faiz borcu, 74741.12 ABŞ Dolları cərimə olmaqla, cəmi 154668.17 ABŞ Dolları təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 19.03.2015-ci il tarixli 027R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 6055.31 ABŞ Dolları kredit borcu, 31603.57 ABŞ Dolları faiz borcu və 54990.74 ABŞ Dolları cərimə olmaqla, cəmi 92649.62 ABŞ Dollarıtəşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 10.06.2016-cı il tarixli 027R********** saylı kredit razılaşması üzrə İddiaçı QSC-yə olan borcu 122054.99 ABŞ Dolları kredit borcu, 55638.13 ABŞ Dolları faiz borcu, 156703.58 ABŞ Dolları cərimə olmaqla,cəmi 334396.70 ABŞ Dolları təşkil edir. İş materiallarında olan MA ******* saylı, 12.03.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh7 məxsus Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsi, 45 saylı fəyaşayış evi İddiaçı QSC Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MA ******* saylı, 24.02.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh12 məxsus Mingəçevir şəhəri, Həzi Aslanov küçəsi, bina 2, 32 saylı mənzil İddiaçı QSC Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MA ******* saylı, 17.02.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh3 məxsus Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı evin 30 nömrəli mənzili İddiaçı QSC Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, 08.11.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh9 məxsus Mingəçevir şəhəri 20 Yanvar küçəsi 33 saylı evin 9 nömrəli mənzili İddiaçı QSC Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MA ******* saylı, 02.05.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh6 məxsus İsmayıllı şəhəri Cavanşir küçəsində 0,0078 ha torpaq sahəsi ilə birlikdə qeyri-yaşayış binası İddiaçı QSC Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, 29.11.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh2 məxsus Oğuz şəhəri N.Nərimanov küçəsi 20B saylı qeyriyaşayış binası 0,005394 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, 08.11.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh8 məxsus Mingəçevir şəhəri ünvan 1 saylı fərdi yaşayış evi İddiaçı QSC Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, 08.11.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh5 məxsus Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/12 saylı evin 4 nömrəli mənzili İddiaçı QSC Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan MA ******* saylı, 17.02.2011-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh11 məxsus Mingəçevir şəhəri, Babək küçəsi, 16A saylı fərdi yaşayış evi İddiaçı QSC Badamdar filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan RX ******* saylı, 08.11.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh4 məxsus Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 12 saylı evin 8 nömrəli mənzili İddiaçı QSC Lökbatan filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış 04M000001011 saylı,16.02.2011-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri M.Ə.Rəsulzadə küçəsi 1A saylı evin 30 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh7 arasında bağlanmış 04M000001018 saylı,10.03.2011-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Bakı şəhəri Xəzər rayonu, Mərdəkan qəsəbəsi R.Cəfərov küçəsi 45 saylı fərdi yaşayş evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh9 arasında bağlanmış 27M000000022 saylı, 06.11.2012-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri 20 Yanvar küçəsi 33 saylı evin 9 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh6 arasında bağlanmış 04M000001168 saylı, 01.05.2012-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İsmayıllı şəhəri Cavanşir küçəsində 0,0078 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış 27M000000030 saylı, 26.11.2012-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Oğuz şəhəri N.Nərimanov küçəsində 0,005394 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 20B saylı qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh8 arasında bağlanmış 27M000000019 saylı, 06.11.2012-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri ünvan 1 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh12 arasında bağlanmış 04M000001015 saylı, 22.02.2011-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri Həzi Aslanov küçəsi 2 saylı evin 32 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan AccessBank» QSC və Cavabdeh5 arasında bağlanmış 27M000000020 saylı, 06.11.2012-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri D.Əliyeva küçəsi 20/12 saylı evin 4 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh11 arasında bağlanmış 04M000001010 saylı, 16.02.2011-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri Babək küçəsind 0,1403 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 16A nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh4 arasında bağlanmış 27M000000021 saylı, 06.11.2012-cı il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhəri M.Ə.Sabir küçəsi 12 saylı evin 8 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh10 arasında bağlanmış 27M000000038 saylı, 08.01.2013-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, 14.02.2011-cı il tarixli 04L000003161 saylı Kredit xətti müqaviləsi üzrə borclunun öhdəliklərin icrasını təmin etmək məqsədi ilə BMW 650i GRAN COUPE markalı, 10- KM810 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, BMW 650i GRAN COUPE markalı **-KM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh10 məxsusdur. İş materiallarında olan 06.02.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh1, "xxxx" MMC-yə, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh12, Cavabdeh6, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh5 xəbərdarlıq məktubu göndərilməklə onlardan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin 11.02.2019-cu il tarixə kimi ödənilməsi tələb edilmişdir. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh9 arasında bağlanmış 08.11.2012ci il tarixli, 27S00000282 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh8 arasında bağlanmış 08.11.2012ci il tarixli, 27S00000278 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh5 arasında bağlanmış 08.11.2012ci il tarixli, 27S00000277 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh4 arasında bağlanmış 08.11.2012ci il tarixli, 27S00000276 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh12 arasında bağlanmış 21.02.2011-ci il tarixli, 04S000005129 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh11 arasında bağlanmış 14.02.2011-ci il tarixli, 04S000005108 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və "xxxx" MMC, direktor Cavabdeh6 arasında bağlanmış 23.02.2011-ci il tarixli, 04S000005132 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh10 arasında bağlanmış 15.02.2011-ci il tarixli, 04S000005117 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh7 arasında bağlanmış 14.02.2011ci il tarixli, 04S000005110 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh6 arasında bağlanmış 15.02.2011ci il tarixli, 04S000005119 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh2 arasında bağlanmış 15.02.2011ci il tarixli, 04S000005118 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı QSC və Cavabdeh3 arasında bağlanmış 14.02.2011ci il tarixli, 04S000005109 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilə ******* ABŞ dolları kredit xətti məbləğinin, 120 ay müddətinə banka ödənilməsinin təmin etmək məqsədi ilə bağlanmışdır, borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür, borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan Müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiqetmə bildirişlərindən görünür ki, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün 100 manat dövlət rüsumu və 200 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin məhkəməyə ünvanlanan 10.09.2021-ci il tarixli ərizəsindən görünür ki, 08.11.2012-ci il tarixli 27R000000303 saylı kredit müqaviləsi üzrə əsas borcdan 5000 ABŞ dolları silinmiş, həmin kredit müqaviləsi üzrə cavabdehlərin banka olan əsas borcu 68143.9 ABŞ dolları təşkil edir, həmçinin ipoteka predmeti olan Mingəçevir şəhəri H.Aslanov küçəsi 2 saylı evin 82.45 m2 ümumi hissədən ibarət 4 otaqlı 32 nömrəli mənzili bank qarşısında ipoteka yüklülüyündən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07.04.2021-ci il tarixli, 9/4578 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan ödənişləri özündə əks etdirən hesabdan çıxarış məlumatları, 08.11.2012-ci il tarixli 27R000000303 saylı kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 25.12.2020-ci il tarixə İddiaçı QSC-nə olan borcu: əsas borc üzrə 68143,9 ABŞ dolları, faiz borcu üzrə 73473,0 ABŞ dolları, 10.01.2013-cü il tarixli 27R000000476 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-nə olan borcu: əsas borc üzrə 1613,13 ABŞ dolları, faiz borcu üzrə 4591,1 ABŞ dolları, 04.04.2014-cü il tarixli 27R000003118 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-nə olan borcu: əsas borc üzrə 39909,38 ABŞ dolları, faiz borcu üzrə 48078,0 ABŞ dolları, 19.03.2015-ci il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-nə olan borcu: əsas borc üzrə 6055,3 ABŞ dolları, faiz borcu üzrə 25405,19 ABŞ dolları, 10.06.2016-cı il tarixli 027R********** saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-nə olan borcu: əsas borc üzrə 122.055,0 ABŞ dolları, faiz borcu üzrə 77.087,0 ABŞ dolları kimi müəyyən edilmişdir. Həmin Rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 700 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-ci maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Qanunun 10.4-cü maddəsinə görə ipoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 31 may 2018-ci il tarixli və “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 25 iyul 2019-cu il tarixli qərarlarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin “onun məsuliyyətinin artması və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olması” müddəası kredit xətti müqaviləsində nəzərdə tutulan kreditin məbləğinin, müddətinin, faiz dərəcəsinin bağlanan kredit müqavilələrində artırılmasını, kreditin valyutasının zaminin razılığı olmadan dəyişdirilməsini və digər halları nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə müvafiq olaraq, zaminlik müqaviləsində başqa qayda nəzərdə tutulmamışdırsa və bu müqavilə qanunvericiliyin tələblərinə uyğun bütün şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) barəsində razılıq əldə edilməklə bağlanmışdırsa, zamin borclu ilə birlikdə kreditor qarşısında tam məsuliyyət daşıyır. Bununla belə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli Qərardadına görə Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli qərarlarında ifadə olunmuş hüquqi mövqeyə uğun olaraq həmin qərarlar onların qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il və 25 iyul 2019-cu il qərarları həm də Mülki Məcəllənin 477.0.1-ci maddəsinin şərhi ilə bağlı olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun 11 oktyabr 2019-cu il tarixli qərardadında da məhz Azərbaycan Republikası Konstitusiya Məhkəməsi Plenumunun 2018-ci il 31 may tarixli və 2019-cu il 25 iyul tarixli qərarlarının konkret hansı mübahislərə şamil olunması qeyd edilmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv üçün əsas təşkil etmir. Belə ki, apellyasiya şikayətində sonrakı razılaşma və dəyişiliklərlə bağlı zamin olaraq "xxxx" MMC razılığının vermədiyi iddia edilsə də, cavabdeh apellyasiya şikayətinin həmin hissədə əsaslı olduğunu sübut edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə iş materialları ilə müəyyən edilir ki, tərəflər arasındakı qeyd edilən razılaşmalara, həmçinin həmin razılaşmalar üzrə nəzərdə tutulan ödəniş cədvəllərinə edilmiş dəyişikliklərə "xxxx" MMC-nin direktoru Cavabdeh6 tərəfindən imza edilməklə razılıq bildirilmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə keçirilmiş qiymətləndirməyə dair rəy əsaslandırılmışdır, rəyin məlumatlarını şübhə altına almaq üçün əsaslar yoxdur. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» 18 mart 2019-cu il tarixli Qərarına görə proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 11.10.2021-ci il tarixli, 2(011)-180/2021 saylı qətnaməsi mübahisələndirilən - iddianın cavabdeh "xxxx" MMC-yə qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar