Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1576/2024 05.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, X3 və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 saylı qərardadından İddiaçı hüquqi varisi Nümayəndə vəkili X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Qaya Qala MMC və Bakı şəhəri Cavabdeh1ə qarşı “söküntü və tikinti işlərinin qanunsuz hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, ev 34 (indiki 62) Cavabdeh2 MMC-nin rəhbəri Sahib Cavadovun tikinti fəaliyyətinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilin giriş dəhlizinin qəsdən qəzalı edilməsi nəticəsində iddiaçıya dəyən maddi zərərin müəyyən edilərək cavabdeh Sahib Cavadovdan tələb edilməsi, Cavabdeh2 MMC tərəfindən inşa edilən çıxıntılı binanın “B” tikilişininyerləşdiyi torpaq sahəsinin altında və üstündə inşa edilən tikililərin qanunsuz hesab edilməsi və s. barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddianın təmin etmə tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 MMC tərəfindən inşa edilən çöxmərtəbəli “çıxıntılı bina”dan, yerin sıfır səviyyəsindən hesablandıqda ikinci mərtəbəsindən başlayaraq, İddiaçı yaşadığı və mülkiyyətində olan “B” tikilisinin aynabəndinin və giriş dəhlizinin üzərinə olmaqla çıxarılan qanunsuz eni 2-3 metrə, uzunluğu 8-10 metrə çatan beton “üst tikilinin”, bina inşa edildikdə hər mərtəbə üzrə üst-üstə artırılaraq və ya daha da irəliyə çıxarılaraq inşa olunmasının qadağan edilməsini, mövcud tikili ilə yeni inşa edilən tikili arasında buraxılmalı olan ara məsafəsi boyunca, Təbriz 32 ünvanlı yaşayış və qeyri yaşayış tikililəri və “B” tikilisi ilə münasibətdə, cavabdeh S.Cavadovun rəhbəri olduğu, Cavabdeh2 MMC tərəfindən bu qaydalara riayət etmədən inşa edilən binanın qadağan zonasında inşasının davam etdirilməsinin dərhal dayandırılmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2254/2020 saylı qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m, yaşayış sahəsi 64,4 kv.m, köməkçi sahəsi 54,0 kv.m olmaqla 4 otaqlı mənzilə münasibətdə ünvan 1 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılması Cavabdeh2 MMC-nə və digər şəxslərə qadağan edilməsi qərara alınmış və qərardad dərhal icra edilməsi üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmişdir. Bundan sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(005)- 189/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1ə, Cavabdeh2nə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli, 2(103)-10921/2021 saylı qətnaməsi ilə İddiaçı apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(005)-189/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli,2(102)- 3132/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası xx.xx.2021-ci il tarixli,2(103)-10921/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov rayon İcra şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2020-ci il tarixli, 2(005)-2254/2020 saylıicra sənədi üzrə izah verilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1ə, Cavabdeh2nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2254/2020 saylı icra sənədinin izah edilməsinə dair Nərimanov rayon İcra şöbəsinin icra məmuru Vüsal Şirinov tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 saylıqərardadından iddiaçının hüquqi varisi Nümayəndə vəkili X2 tərəfindən verilmiş şikayət həmin məhkəmənin 19 dekabr 2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş, mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə Bakı şəhəri, Nərimanov rayonu Təbrizküçəsi 34 ünvanda "Qaya Qala” MMC tərəfindən tikinti işlərinin aparılmasının cavabdeh "Qaya Qala” MMCyə qadağan edilməsinin nədən ibarət olması izah edilməli idi. Belə ki, qərardadı icra etməyən cavabdehin vəzifəlişəxsi barəsində protokol tərtib edilmişvə məhkəməyə göndərilmiş, sonda onun əməlindəinzibati xəta tərkibi olmaması barədə qərarlar qəbuledilmişdir. Göründüyü kimi bir tərəfdən məhkəmə qadağa barədə qərardad qəbul etmiş, digər tərəfdən bu qərardadı icra etməyən şəxsin əməlindəinzibati xəta tərkibi olmaması qənaətinə gəlmişdir. Belə olan halda mütləq idi ki, qərardada məhkəmətərəfindən izah verilsin. Lakin məhkəmə bu izahı verməkdən imtina etmişdir. Əgər qərardada izah verilmiş olsaydı ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdəBakı şəhəri, Nərimanov rayonu Təbrizküçəsi 34 ünvanda "Qaya Qala” MMC tərəfindəntikinti işlərinin aparılmasının cavabdeh "Qaya Qala” MMC-yə qadağan edilməsinin nədən ibarət olması aydın olardı. Bu zaman iddiaçıya məxsus əmlaka münasibətdə tikinti işlərinin aparılmamasının nə demək olduğu aydın şəkildə məhkəmə tərəfindən izah edilməli idi. Belə bir izah olduğu təqdirdə qərardadın icra etməyən şəxslərin dairəsi və onların hansı hərəkətlərinin pozuntu olduğu aydın olacaqdı. Lakin məhkəmə bu normaların tələblərini pozmuşdur. İcra məmuru izah ərizəsi ilə məhkəməyə müraciət edərkən tərəfindən tərtib edilmiş inziabti xəta haqqında protokolların məhkəmələr tərəfindən təmin edilmədiyini qeyd etmişdir. Bu isə onu sübut edirdi ki, icra sənədi vaxtında və düzgün icra edilmir və bu sahədə həmin vaxt ciddi problemlər və anlaşılmazlıqlar var. Məhkəmə isə izah barədə ərizəni təmin etməməklə icra sənəndinin icrasına nəzarət etmək vəzifəsini həyata keçirməmişdir. Çünki icra sənədinə izah verilməsi də icra sənədinin icrasına nəzarət etməyin bir üsuludur. Göründüyü kimi məhkmə qeyd edilən normanın tələblərini pozmuşdur. Lazımı vaxtda qərardada izah verilməməsi cavabdeh tərəfindən tikinti işlərinin aparılmasına şərait yaratmış və qadağaya məhəl qoymamamsı ilə nəticələnmişdir. Bu isə hesab mülkiyyətçinin hüquqlarının pozulması ilə nəticələnmişdir. Cavabdeh rahat şəkildə qeyd edilən ünvanda tikinti aparmış və qadağa barədə qərardad icrasız olaraq qalmışdır. Digər tərəfdən cavabdeh iddia edir ki, o, hər hansı bir pozuntuya yolverməmişdir. Lakin məhkəmə icra məmurunun izah barədə ərizəsini təmin etmədiyindən bunun belə olduğu və ya əksinə olduğu aydın olmayaraq qalmışdır. Məhkəmə qeyd edilmiş maddi normaların tələblərini pozmuşdur. İzah verilmə barədə ərizənin təmin edilməsi zəruridirvə hazırda da öz əhəmiyyətini itirməmişdir.Məhkəmə icra məmurunun ərizəsini təmin etməyərkən işdə olan sübutlara hərtərəfli baxmamış, həmin sənədlərdən həqiqətən də tikinti işlərinindavam etdirildiyi görülməkdədir. Məhkəmə bu şikayətin işin halları və maddi hüquq nomalarının pozulması barədə dəlillər qrafasında göstərilən hallardan heç birini araşdırmamışdır. Məhkəmətərəfindən qərardada izah verilməsindən imtina edilməsivəşikayətdə qeyd edilən halların nəzərə alınmaması işə tam və hərtərəfli baxılmadığı anlamına gəlir. Bununla da qəbul edilmiş qərardad ilə qeyd edilən prosessual normanın tələbləri pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə qərardadı əsaslıvə qanuni olmalıdır. Lakin iş üzrə qeyd edilmiş hallardan aydın olunurki, məhkəmə qəbuletdiyi qərardada izah verməkdən imtina etmişdir. Halbuki qərardada izah verilməsi zəruri idi. Çünki ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə tikinti işlərinin aparılması qadağan edilmişdir. İddiaçıya məxsus əmlak münasibətdə tikinti işlərinin aparılmamasının nə demək olduğu aydın şəkildə məhkəmə tərəfindən izah edilməsivacib idi. Məhkmə isə ümumi sözlərlə izah verməkdən imtina etmişdır. Qərardad qeyd edilmiş prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həm də məhkəmənin qəbul etdiyi qərardad heç bir halda qanuni və əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası şikayəti və iş materiallarını tədqiq edərək hesab edir ki, şikayəttəmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habeləqanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Qanunvericilikdə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnamələrinin, qərardadlarının, qərarlarının və əmrlərinin bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburiliyi xüsusilə qeyd edilir. Bunun əsasında məhkəmə qərarlarının dövlətin adından çıxarıldığını və onların icrasının məcburi olduğunu təsbit edən konstitusiya müddəası dayanır. Qeyd edilməlidir ki, “İnsan Hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsiplərinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi, məhkəmə tərəfindən verilən qərarların icrası hüququ isə “məhkəməyə hüququn” ayrılmaz hissəsi kimi qiymətləndirilir. Yuxarıda qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, məhkəmə aktı üzrə tərəflərin habelə icra orqanın müvafiq əsaslandırılmış ərizəsi ilə qətnamə və ya icra vərəqinin mətni dəyişdirilmədən məhkəmə tərəfindən izah oluna bilər. İcra orqanı tərəfindən məhkəməyə ünvanlanmış ərizədə icra vərəqinin izah edilməsinə dair göstərilmiş əsaslar mövcud deyildir. Belə ki, izah verilməsi xahiş olunan qərardad ilə “ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 4 ünvanda Cavabdeh2 MMC tərəfindən tikinti işlərinin aparılması Cavabdeh2 MMC-nə qadağan edilməsi” nəzərdə tutulmuşdur. Mülki prosessual qanunvericiliyin tələbinə görə qərardadın izah edilməsində məqsəd qərardadda olan qeyri-aydın məsələlərin aradan qaldırılmasıdır. Sözügedən qərardad kifayət qədər aydın yazılmışdır, nəticə hissəsində heç bir ziddiyət və ya anlaşılmazlıq yoxdur. Digər tərəfdən iş materiallarından görünür ki, izah olunması xahiş edilən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(005)-2254/2020 saylı qərardadı 2(005)-189/2021 saylı mülki iş üzrə iddianı təmin etmə tədbiri kimi qəbul edilmişdir. Mülki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-189/2021 saylı, xx.xx.2021-ci il tarixli yekun məhkəmə aktı qəbul edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1ə, Cavabdeh2nə qarşı (Maraqlı şəxs müstəqil tələb irəli sürməyən üçünü şəxs kimi göstərilməklə) “özbaşına tikilinin sökülməsi və maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Sözügedən qətnamə apellyasiya və kassasiya instansiyası məhkəmələri tərəfindən (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)- 10921/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3132/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə) də dəyişdirilmədən saxlanmışdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək qərardadın ləğv edilməsini xahiş etmişdir. İddiaçının tələbi rədd edildiyindən, həmin qətnamə qanuni qüvvəyə mindiyindən iddia təmin tədbirinin tətbiq edilməsi əsasları aradan qaldırıldığından Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(005)-189/2021 saylı qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli,2(005)-2254/2020 saylı qərardadına əsasən ünvan 2 ünvanda İddiaçı məxsus ümumi sahəsi 118,4 kv.m yaşayış sahəsinə (B tikilisi) münasibətdə ünvan 4 ünvanda "Qaya Qala” MMC tərəfindən tikinti işlərinin aparılması cavabdeh "Qaya Qala” MMC-nə qadağan edilməsi barədə müvəqqəti təminat tədbirinin ləğv edilməsi qərara alınmışdır. Kollegiya hesab edir ki, şikayət formal və əsassızdır. İddiaçının hüquqi varisinin vəkilinin dəlilləri isə yuxarıda qeyd edilən məhkəmə qərardadının ləğv edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı hüquqi varisi Nümayəndə vəkili X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli,2(005)- 189/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov
Məhkəmə qərarları › İş №2(103)-1576/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1576/2024
05.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver