Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-158/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X11, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “X23” MTK-ya qarşı mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)- 7567/2018 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X23” MTK-ya mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “X23” MTKdan (VÖEN: **********) Bakı şəhəri. Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci ptabəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 əri X14 2003-cü il avqust ayının 1-dən etibarən 2011-ci ilin oktyabrın 30-dək “xxxx” MTK-da baş mühasib vəzifəsində işləmişdir. Həmin dövrdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında “xxxx”-nın inşa etdiyi 16 mərtəbəli binadan mənzil almış, xx xxxxxx 2008-ci il tarixdə 114 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunmuş dəyəri ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini MTK-ya tam olaraq ödəmiş, 2008-ci ildən vəfat etdiyi xx xxxxxxx 2014-cü ilədək həmin mənzildə yaşamış, hazırda isə həmin mənzildə iddiaçı yaşayır. Birgə nikahları dövründə həmin mənzilin təmirinə xeyli miqdarda vəsait xərclənmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə X6, X16, X20 və X5 Bakı şəhəri, Xətai ravonu, Gəncə prospekti, 2980-81-ci (Tussi 22 “A”) ünvanda inşa edilmiş binanın 2- ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi kv. metr olan 233 saylı mənzillə təmin edilmədən, məcburi qaydada çıxarılması və “X23” MTK-ya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qətnamə ilə mübahisəli mənzil cavabdehə verilməli olduğundan təmir xərclərini onlar çəkdiyi üçün həmin təmir xərcləri əsassız varlanma kimi cavabdehdən xeyrinə tutulmalıdır. Belə ki, həmin mənzilin dəyəri mərhum əri və onun tərəfindən olaraq çəkilmiş, mənzil istifadələrində olmuş, mənzil təmir olunmuş və mənzilin təmirinə 60000 pul xərcləmişlər. “xxxx” MMC-nin rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərc 60 000 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7567/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh “X23” MTK-dan (VÖEN **********) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60000 manat məbləğində pul alınaraq İddiaçı verilməsi, iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh “X23” MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Göstərilən qətnamədən narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli 2(103)- 5102/2019 saylı qətnaməsi ilə cavabdeh “X23” MTK-nın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7567/2018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, “X23” MTK-dan (VÖEN: **********) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia ərizəsinə və apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçı kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-5769/2019 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum İ.B.Qəhrəmanov apellyasiya və xx.xx.2014-cü il tarixli kassasiya şikayətlərində mənzilin təmiri üçün guya 25.000 manat xərclədiklərini göstərsə də. Südabə Qəhrəmanova xx.xx.2016-cı il tarilxi apellyasiya şikayətində mənzilin təmiri üçün 35 000 ABŞ dolları, 2018-ci il tarixdə Binəqədi rayon Məhkəməsinə verdiyi iddiasında isə təmirə 60.000 manat xərclədiklərini göstərmişdir. Lakin təmirin hansı illərdə, kimlərin vasitəsi ilə hansı materiallardan istifadə etməklə apardıqlarını göstərməmişdir. Cavabdeh tərəf MPM-nin 185-ci maddəsində nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən xəbərdar edilməmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi-vəkili Nümayəndə apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin rədd edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzil iddiaçı ilə mərhum əri İ.B.Qəhrəmanovun birgə nikahı dövründə, birgə vəsaitləri hesabına təmir edildiyindən, həmin təmir xərclərinin əvəzi 60.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. İlk əvvəl kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh “X23” MTK-ya məlumat verilməmiş və çəkişmə prinsipi qaydaları pozulmuşdur. Belə olan halda birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Bundan başqa məhkəmə kollegiyası tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli 114 saylı “xxxx” MTK ilə X14 arasında bağlanmış mənzil tikintisi müqaviləsinə əsasən “xxxx” MTK inşa ediləcək binanın 3 otaqdan ibarət, ümumi 76,87 kv.m olan 233 saylı mənzilini X10 verməyi, X14 isə mənzilin başa gəlmə qiyməti ilə müəyyən olunmuş dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2492/2013 saylı xx xxxx 2013-cü il tarixli qətnaməsi ilə “xxxx” MTK ilə X14 arasında bağlanılmış xx xxxxxx 2008-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh X7 digər yaşayış sahəsi ilə təmin edilmədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanda inşa edilmiş 233 saylı mənzildən məcburi çıxarılması qət edilmişdir. Bakı şəhəri Xətai Rayou Məhkəməsinin xx xxxx 2013-cü il tarixli qətnaməsi Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6058/13 saylı xx xxxxxx 2013-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli 2(102)-3050/14 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra X14 vəfat etmiş, bundan sonra mərhumun ailə üzvləri mübahisəli mənzildə məskunlaşmışlar. Bakı şəhəri Xətai Rayou Məhkəməsinin 2(011)- 4918/2016 saylı, xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər X8, X15, X12 və X5 digər yaşayış sahəsi ilə təmin edilmədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanda inşa edilmiş 233 saylı mənzildən məcburi çıxarılması və mənzilin boşaldılaraq “X23” MTKya təhvil verilməsi qət edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6442/2016 saylı, xx xxxxxxxx 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər X8, X15, X12 və X5 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6442/2016 saylı, xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə cavabdehlər X9, X13, X12 və X5 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6442/2016 saylı, xx xxxxxxxx 2016-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ailə Məcəlləsinin 32.2.2-ci maddəsinə görı ər-arvadın əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitald əran/addan kimin adına əldə olunmasından, yaxud əmanəti tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-a sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir. Mübahisəli mənzilin iddiaçı ilə X7 birgə nikahı dövrüdə təmir edilməsi və cəkilən xərcin onların ümumi vəsaiti hesabına aparılması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsifidə əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 186.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin məcəllənin 1092-i maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinə “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi MMC tərəfindən təqdim edilmiş ekspert rəyinə əsasən, mübahisəli mənzilə çəkilmiş xərclərin 60.000 manat dəyərində olduğu qənaətinə gəlinmişdir. Məhkəmə kollegiyası təyin edilmiş məhkəmə ekspertizasının nəticələrinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinni 10/1500 saylı xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzilin təmir işlərinə təqribən 15374 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilmişdir. X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-2492/2013 saylı, xx xxxx 2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində, mübahisəli mənzilin təmirinə ailəsinin köməkliyi ilə 25.000 manat pul qoyulduğunu bildirmişdir. Göründüyü kimi əvvəlki məhkəmə mübahisələri zamanı İ.Qəhrəmanov sağlığında mübahisəli mənzilə 25.000 manat pul xərcləndiyini bildirmişdir. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzilin təmirinə 25.000 manat məbləğində pul vəsaiti xərclənmişdir. Kollegiya məhkəməyə təqdim edilmiş ekspert rəyi ilə bağlı qeyd edir ki, qeyd olunan rəy mötəbər hesab edilə bilməz. Belə ki, ekspertiza tədqiqatı aparılan zaman mübahisəli mənzilə baxış keçirilməmiş və rəy foto-şəkillər əsasına verilmişdir. Bundan başqa kollegiya qeyd edir ki, cavabdeh tərəf məhkəmə kollegiyasının iclasında mübahisəli mənzilin MTK tərəfindən təmir edilməsini bildirsə də, buna dair məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Hətta mübahisəli mənzilin MTK tərəfindən təmir edilməsi apellyasiya şikayətində göstərilməmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Birinci instansiya məhkəməsi isə qeyd edilən halları araşdırmadan iddianın tam təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, ödənilmiş dövlət rüsumu 30 manat cavabdeh “X23” MTK tərəfindən X4 ödənilməlidir. Bundan başqa keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil etdiyindən, həmin məbləğ cavabdeh “X23” MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 385.1.1-ci mаddəsinə görə, mаddi hüquq nоrmаlаrının və yа prоsessuаl hüquq nоrmаlаrının pоzulmаsı və yа düzgün tətbiq edilməməsi məhkəmə qətnаməsinin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаrdаn biridir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdeh “X23” MTK-nın apellyasiya şikayəti qismən təmin edilməli, üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-7567/2018 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “X23” MTK-dan (VÖEN: **********) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməli, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdeh “X23” MTK-dan tutularaq iddiaçı X4, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat cavabdeh “X23” MTK-dan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384-386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: “X23” MTK-nın apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(001)-7567/2018 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “X23” MTK-dan (VÖEN: **********) Bakı şəhəri. Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci ptabəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pul cavabdeh “X23” MTK-dan tutularaq iddiaçı X4 ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh “X23” MTK-dan ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı X3 xeyrinə tutulsun. Cavabdeh “X23” MTK-dan məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №2(103)-158/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-158/2021
09.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver