Məhkəmə qərarları › İş №2(103)-1580/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-1580/2021

01.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-1580/2021 01.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X6, Cavabdeh “xxxx” MMC-nin nümayəndəsi, eyni zamanda cavabdeh X5, İddiaçı2 X5 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər “xxxx” MMC-yə və qeyrisinə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə, həmçinin İddiaçı2 “xxxx” MMC-yə qarşı “kreditin və kredit üzrə hesablanmış faizlərin ödənilməsi ilə bağlı ipoteka predmetinə tutmanın yönəldilməsi” barədə tələblərinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər “xxxx” MMC-yə və X3 qarşı cavabdeh “xxxx” MMC və zamini X2 birgə raydada iddiaçı, ləğv prosesində olan İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 6093375.75 manat əsas, 257275.82 manat faiz, 680971.69 manat dəbbə pulu, cəmi 7031623.26 manat borcun və iddia qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində vəsaitin tutulması, tutma cavabdeh “xxxx” MMC ilə bağlanmış ipoteka müqaviləsinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Salyan şossesi, 28-ci km-də 3 saylı qeyri-yaşayış binasına (istehsal texniki komplektləşdirmə idarəsi) yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2 iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin Mərkəzi Bank qarşısında, xx.xx.2010-cu il tarixli, KBU 10-1323 nömrəli kredit müqaviləsi üzrə 8.600.000 manat əsas, 94600 manat faiz borcu, xx.xx.2010-cu il tarixli, KBU10-1327 nömrəli kredit müqaviləsi üzrə isə 13.000.000 manat əsas, 242.666,66 manat faiz borcu, cəmi 21.600.000 manat əsas, 337.266,66 manat məbləğində faiz borcunun ödənilməsi üçün tutmanın “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-ci km-də 3.477 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 34.8 kv.m ümumi, 34.8 m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracdan satılması və satışdan əldə olunmuş pul vəsaitləri hesabına “xxxx” ASC-nin qeyd olunan kredit müqavilələri üzrə borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclərin müvafiq təsdiqedici sənədlər əsasında Mərkəzi Banka ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun iddiası qismən, İddiaçı2 iddiası isə tam təmin edilərək, “xxxx” ASC (yəni, İddiaçı1 ASC) ilə “xxxx” MMC arasında xx xxxx 2013-cii il tarixdə bağlanmış təminatlı kredit müqaviləsi üzrə 1.536.207,99 manat məbləğində əsas borc, 64.862,11 manat məbləğində faiz borcu, 6000 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 1.601.070,10 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun “xxxx” MMC-dən və X2 müştərək qaydada alınaraq ləğv prosesində olan İddiaçı1 ASC-yə ödənilməsi, qeyd edilən kredit borcu üzrə tutmanın “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-ci kmdə 3.477 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 34.8 kv.m ümumi, 34.8 m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, İddiaçı1 ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış KBU10-1323 saylı kredit müqaviləsi üzrə 8.600.000 manat məbləğində əsas borc, 94.600 manat məbləğində faiz borcunun, İddiaçı1 ASC ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı arasında xx xxxxxx 2010-cu il tarixdə bağlanmış KBU10- 1327 saylı kredit müqaviləsi üzrə isə 13.000.000 manat məbləğində əsas, 242.666,66 manat məbləğində faiz borcu, cəmi 21.600.000 manat məbləğində əsas, 337.266,66 manat məbləğində faiz borcunun ödənilinəsi üçün tutmanın “xxxx” MMC-yə mülkiyyət hiiququ ilə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-ci km-də 3.477 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 34.8 kv.m ümumi, 34.8 m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına yönəldilməsi, “xxxx” MMC-yə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 28-ci km-də 3.477 ha torpaq sahəsində yerləşən 3 nömrəli, 34.8 kv.m ümumi, 34.8 m əsas sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası ilkin satış qiymətinin 360.000 manat məbləğində olmaqla açıq hərracdan satılması, həmin qeyri-yaşayış binasının satılmasından əldə edilən vəsaitdən əvvəlcə Azərbaycan Respııbikasının Mərkəzi Bankının qeyd edilən kredit borcunun və tutmanın yönəldilməsi ilə bağlı bütün xərclər müvafiq təsdiqedici sənədlər əsasında, sonra isə ləğv prosesində olan İddiaçı1 ASC-nin göstərilən kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 145 manat məbləğində pul vəsaitinin “xxxx” MMC-dən və X2 alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin tam edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla belə, Bakı şəhəri Xətai Rayon Məhkəməsindən xx.xx.2021-ci il tarixdə daxil olmuş məktubda, qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X4 apellyasiya şikayəti ilə müraciət etdiyi bildirilmiş, şikayətin Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin birinci instansiya məhkəməsinə göndərilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, sözügedən apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş həmin məhkəməyə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-43/2019 saylı iş üzrə qəbul etdiyi xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən ləğv prosesində olan İddiaçı1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən müstəqil tələb irəli sürən üçüncü şəxs qismində X4 verdiyi apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar