Məhkəmə qərarları › İş №2(103)-1580/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-1580/2022

22.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-1580/2022 22.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, İddiaçı İB-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı İB-nin cavabdeh X2 qarşı dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(006)-573/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı İB cavabdeh X2 qarşı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X4 tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 4669 manat məbləğində dəymiş zərərin, debitor borc (sayğac vasitəsi ilə istifadə) üzrə 2229,68 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin, ümümilikdə 6928,68 manat pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İB ilə abonent X4 arasında 22.02.2013-ci il tarixdə 32079 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent X4 məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********04290 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh həmin müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qosulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətlərinin nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır, həmçinin qeyd olunan faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş: 07.04.2016-cı il tarixli, ******* saylı akt əsasında 280.80 manat, 25.10.2016-cı il tarixli ******* saylı akt əsasında 115.20 manat, 04.12.2017-ci il tarixli ******* saylı akt əsasında 155.80 manat, 13.01.2018-ci il tarixli ******* saylı akt əsasında 194.20 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 109.80 manat, 30.04.2018-ci il tarixli ******* saylı akt əsasında 118.80 manat, 18.05.2018-ci il tarixli ******* saylı akt əsasında 32,40 manat, 25.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, 25.09.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 57,60 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli ******* saylı akt əsasında 109.80 manat, 28.02.2019-cu il tarixli ******* saylı akt əsasında 64.80 manat, 29.03.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, 30.04.2019-cu il tarixli ******* saylı akt əsasında 133.20 manat, 30.05.2019cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 28.06.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 31.07.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.08.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.09.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 30.10.2019-cu il tarixli ******* saylı akt əsasında 32.40 manat, 29.11.2019-cu il tarixli ******* saylı akt əsasında 147.60 manat, 30.12.2019cu il tarixli ******* saylı akt əsasında 302.40 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 302,40 manat, 30.04.2020-ci il tarixli ******* saylı akt əsasında 201,60 manat, 31.05.2020-ci il tarixli ******* saylı akt əsasında 201.60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Yuxarıda göstərilənlərə əlavə olaraq, cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 5692 manat təşkil etməkdədir. İddiaçı İB-nin nümayəndələri tərəfindən cavabdehə 5692 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə baxışının gedişində İddiaçı İB iddia tələbini dəqiqləşdirərək cavabdehin barəsində tərtib olunmuş aktlar üzrə iddiaçı təşkilata 4669 manat məbləğində zərər vurulmasının müəyyən edildiyi, habelə 2020-ci ilin aprel-dekabr ayları üzrə 431,90 manat və limitdən əlavə 24,50 manat, cəmi 456,40 manat sərfiyyat borcu, 2021-ci ilin yanvar-iyun ayları üzrə isə 746,80 manat və limitdən əlavə 59,20 manat, cəmi 806 manat sərfiyyat borcunun yaranması müəyyən edilmişdir. 2016-cı ildə cavabdehin 967,28 manat da borcu olmuşdur. Beləliklə, cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli olan borc məbləği hazırda AGİS üzrə sistemdən çıxarılmış abonent saldosu üzrə ümumi olaraq 6898,68 manat təşkil edir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(006)- 573/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh X1 təbii qazdan qeyriqanuni istifadəyə görə İddiaçı tərəfindən tərtib edilmiş 07.04.2016-cı il tarixli, ******* saylı akt əsasında 280.80 manat, 25.10.2016-cı il tarixli ******* saylı akt əsasında 115.20 manat, 04.12.2017-ci il tarixli ******* saylı akt əsasında 155.80 manat, 30.03.2018-ci il tarixli ******* saylı akt əsasında 109.80 manat, 25.07.2018-ci il tarixli ******* saylı akt əsasında 115,20 manat, cəmi 776.80 manat məbləğində dəymiş zərərin əvəzi, debitor borc üzrə 2229.68 manat, ümumilikdə 3006.48 manat məbləğində pul və 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Tərtib olunmuş aktlar iddianın tam təmin olunmasına əsas verdiyi halda, məhkəmə iddianı qismən təmin etmişdir. Məhkəmə abonent tərəfindən ümumiyyətlə ödəniş edilməməsini nəzərə almamış, iş üçün əhəmiyyətli olan halları tam araşdırmamışdır. İddiaçı İB-nin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiyinə görə Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(006)-573/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 386-cı maddəsinə əsasən zərər vurma öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İddiaçı İB iddia tələbini cavabdehin barəsində tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması barədə çoxsaylı akt və çəkilmiş fotoşəkillərlə əsaslandırmışdır. İş materiallarından görünür ki, İddiaçı İB ilə X4 arasında cavabdehə məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsi barədə müqavilə bağlanmışdır. Cavabdeh X4 İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla 22.02.2013-ci il tarixdə bağlanmış 32079 nömrəli müqavilə əsasında təbii qazdan fasiləsiz istifadə etmişdir. Həmin ünvana İddiaçı İB tərəfindən **********04290 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Natek Enerji G-4 Mexaniki tipli 40015653 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh X4 qaz xəttinə qeyri-qanuni qoşulduğuna görə akt tərtib olunaraq dəymiş ziyan hesablanmışdır. Ziyan hesablanarkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması” Qaydaları əsas götürülmüşdür. Cavabdeh X4, onunla bağlanılmış «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə» müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun təbii qazdan istifadəyə görə borcu yaranmışdır. İddiaçı əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 07.04.2016-cı il tarixli, ******* saylı, 25.10.2016-cı il tarixli ******* saylı, 04.12.2017-ci il tarixli ******* saylı, 13.01.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 30.04.2018-ci il tarixli ******* saylı, 18.05.2018-ci il tarixli ******* saylı, 25.07.2018-ci il tarixli ******* saylı, 28.08.2018-ci il tarixli ******* saylı, 25.09.2018-ci il tarixli ******* saylı, 31.10.2018-ci il tarixli ******* saylı, 30.11.2018-ci il tarixli ******* saylı, 28.12.2018-ci il tarixli ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı, 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli ******* saylı, 30.04.2019-cu il tarixli ******* saylı, 30.05.2019-cu il tarixli ******* saylı, 28.06.2019-cu il tarixli ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli ******* saylı, 30.09.2019-cu il tarixli ******* saylı, 30.10.2019-cu il tarixli ******* saylı, 29.11.2019-cu il tarixli ******* saylı, 30.12.2019-cu il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli ******* saylı, 30.04.2020-ci il tarixli ******* saylı, 31.05.2020-ci il tarixli ******* saylı aktlardan görünür ki, istehlakçıya məxsus qeyri yaşayış (yaşayış) sahəsində göstərilən tarixlərdə təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılmış və abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi müəyyən edilmişdir. İddiaçı İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 07.04.2016-cı il tarixli ******* saylı, 25.10.2016-cı il tarixli ******* saylı, 04.12.2017-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli ******* saylı, 25.07.2018-ci il tarixli ******* saylı aklardan başqa digər aktlar tərtib edilərkən iddiaçı digər aktlardan fərqli olaraq zərərin tutulması üçün məhkəməyə tutarlı sübutlar təqdim etməmiş, məsələn akt tərtib etdikdən sonra dərhal qaz xəttindən ayrılması, qanunsuz qoşulma nəticəsində hesablanmış zərərə dair cavabdeh barəsində akt, dəymiş ziyanın bərpasına dair tələbnamənin təqdim edilməsi, cavabdehə poçt vasitəsilə bildirişin göndərilməsi və fotoşəkilləri iş materiallarına əlavə edilməmiş, yalnız akt tərtib edilməsində maraqlı olan şəxslərin cavabdeh tərəfindən aktın qəbul edilməsindən imtina etməsi kimi qeyd yazılmış, bu isə özü-özlüyündə qanunsuz qaz xəttinə qoşulmasına dəlalət edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti (3006,48 manat) beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli 2(006)- 573/2021 saylı qətnaməsi İddiaçı apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar