Məhkəmə qərarları › İş №2(103)-159/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-159/2020

17.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-159/2020 17.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı X6 səhmdar cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1987/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən İddiaçı X6 Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1987/2017 nömrəli iş üzrə xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə 32.277,81 ABŞ dolları əsas borcun, 577,68 ABŞ dolları faiz borcunun, 200 ABŞ dolları cərimə, cəmi 33055,49 ABŞ dolları məbləğində pulun, 30 manat dövlət rüsumunun, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manat məbləğində pulun tutularaq İddiaçı ASC-nun xeyrinə ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsində yerləşən 21 a saylı evin 21 saylı mənzilə yönəldilməsi, mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına Cavabdeh1 banka olan borcunun ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 75.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X7 küçəsində yerləşən 21 a saylı evin 21 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh1, X3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 çıxarılması qət edilmişdir. Qətnamədən İddiaçı X6 Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin olunması, qətnamənin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini, həmçinin apellyasiya şikayətinin verilməsi üçün tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun tutulması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilməsinə baxmayaraq məhkəmə tərəfindən həmin ərizəyə də hüquqi qiymət verilməmiş, qətnamədə borcun həmin məbləğdə olmasının sübut edilmədiyi qeyd etmişdir. Cavabdeh1 ilə Bank arasında xx.xx.2014-cü il tarixli UM-19/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-Cü il tarixli 44/14 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 48 ay müddətinə, illik 23 % ödəmək şərtilə 45000 USD məbləğində kredit limiti ayrılmışdır. Borclu tərəfindən öhdəlik lazımi qaydada yerinə yetirilmədiyi üçün tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilmişdir. Belə ki, Cavabdeh1 kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə 32325.95 USD əsas, 10166,07 USD faiz, 13632.95 USD cərimə, cəmi 56124.97 USD yaranmışdır. (Bu barədə məhkəməyə borcu təsdiq edən maliyyə arayışı da təqdim edilib). Lakin iddia ərizəsinin təqdim edilməsindən (xx.xx.2016-cı il tarixdən) yəni maliyyə arayışının verilməsinə kimi (xx.xx.2017-ci il tarixə) müəyyən müddət keçdiyini, müqavilə müddətinin davam etdiyini və həmin dövr ərzində cavabdeh Banka ödəniş etmədiyini nəzərə alsalar, İddiaçı MPM-in 53-cü maddəsindən istifadə edərək iddia tələbini artırmaqda haqlı olmuşdur. Hesab edirlər ki bu məsələdə bankın mənafeyi məhkəmə qətnaməsində nəzərə alınmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3582/2018 nömrəli iş üzrə xx xxxx 2018-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(008)-1987/2017 saylı qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Qətnamədən İddiaçı X6 Səhmdar Cəmiyyəti kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-7598/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3582/2018 nömrəli iş üzrə xx xxxx 2018-cı il tarixli qətnaməsi qismən faiz borcu hissəsində ləğv edilib iş həmin hissədə yenidən apelyasiya qaydasında baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə müraciət edərək, xx xxxxxx 2016-cı il tarixə kimi 32.325,95 ABŞ dolları əsas borcu, 4.295,95 ABŞ dolları faiz borcu, 2.241,67 ABŞ dolları cərimənin onun xeyrinə tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi və sair tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin söykəndiyi xx xxxxxx 2016-cı il tarixli maliyyə arayışına əsasən xx xxxxxx 2016-cı il tarixə əsas borc 32325,95 ABŞ dolları, faiz borcu 4295,95 ABŞ dolları, cərimə borcu 2241,67 ABŞ dolları, cəmi 38863,57 ABŞ dolları təşkil etmişdir. İş üzrə ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2017ci il tarixli 10399 nömrəli ekspertiza rəyi ilə Cavabdeh1 xx xxxxxx 2016-cı il tarixlinə, xx xxx 2014-cü il tarixli 44/14 saylı kredit müqaviləsinin şərtlərini əsas götürməklə xx xxxxxx 2016-cı il tarixədək banka olan borcu 32855,49 ABŞ dolları məbləğində müəyyən edilmiş, o cümlədən əsas borc üzrə - 32277,81 ABŞ dolları, faiz borcu üzrə 577,68 ABŞ dolları müəyyən edilmişdir. İddiaçı iddianın həcmini artıraraq xx xxxxxxx 2017-ci il tarixə kimi əsas borc üzrə 32325,95 ABŞ dolları, 10166,07 ABŞ dolları faiz borcu, 13632,95 ABŞ dolları cərimə olmaqla, cəmi 56124,97 ABŞ dolları borc tələb etmişdir. Artırılmış tələbin söykəndiyi xx xxxxxxx 2017-ci il tarixli maliyyə arayışına əsasən əsas borc 32325,95 ABŞ dolları, faiz borcu 10166,07 ABŞ dolları, cərimə borcu 13632,95 ABŞ dolları, cəmi 56124,97 ABŞ dolları təşkil edir. İddiaçı əlavə məhkəmə ekspertizası təyin edilməsini xahiş etmişdir. İşə baxan məhkəmə heç bir əsas gətirməyərək vəsatəti təmin etməmişdir. İş üzrə nəticəyə gələrək artırılmış faiz borcu və cərimə borcuna heç bir münasibət bildirməmişdir. İşə baxan apellyasiya instansiyası məhkəməsi təkrar ekspertiza təyin barədə vəsatəti təmin etsə də ekspertiza qarşısında artırılmış tələb üzrə xx xxxxxxx 2017-ci il tarixə əsas, faiz və cərimə borcu haqqında sual qoymamış, təkrar ekspertiza xx xxxxxx 2016-cı il tarixədək əsas borc üzrə 32.277,81 ABŞ dolları, faiz borcu üzrə 577,68 ABŞ dolları Cavabdeh1 borcu olduğu barədə rəy vermişdir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən birinci instansiya məhkəməsinin səhvini nəinki aradan qaldırmamış, əksinə eyni səhvi təkrarlamış, xx xxxxxxx 2017-ci il tarixə olan müddətə kimi faiz borcunun tutulması məsələsini həll etməmişdir. Halbuki maddi hüquq normalarının tələblərinə əsasən kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin) ödənilməsini tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.3, 339.4, 445 və 449 -cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2017-ci il tarixli qərarı). Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 bildirdi ki, hər iki rəy eyni ekspert tərəfindən tərtib olunub. 10.000 ABŞ dolların qabağında əvvəl 577,68, sonra isə 731,89 ABŞ dolları faiz müəyyən edilib. Ona görə də iş üzrə təkrar ekspertiza keçirilməlidir. İşə baxılması vaxtı və yeri haqqında cavabdehlərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, səbəbini göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Apellyasiya instansiya məhkəməsi, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, işdən görünür ki, məhkəmə-mühasibatlıq ekspertizasının 4852 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyində qeyd edilmidir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx.xx.2014-cü il tarixli, 44/14 saylı kredit müqaviləsinin şərtlərini əsas götürülməklə Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 33.009,70 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2017-ci il tarixə əsas borc üzrə 32277.81 ABŞ dolları, faiz borcu üzrə 731,89 ABŞ dolları. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğv edilməsi üçün deyil, qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, qətnamənin qanuniliyi və əsaslılığı yalnız Ali Məhkəmənin 2(102)-7598/2018 saylı xx xxxxxx 2018-ci il tarixli qərarı ilə ləğv olunmuş hissədə yoxlanmalıdır. Çünki, Ali Məhkəmə kassasiya qaydasında mübahisələndirilən qalan hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qətnamənin həmin hissədə ləğv olunması üçün əsaslar müəyyən etməmişdir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Belə ki, apellyasiya instansiyası məhkəməsi Ali Məhkəmənin 2(102)-7598/2018 saylı xx xxxxxx 2018ci il tarixli qərarında şərh olunan məcburi göstərişləri nəzərə alaraq iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş və ekspertiza qarşısında artırılmış tələb üzrə xx xxxxxxx 2017-ci il tarixə olan faiz borcunun məbləğinin müəyyən edilməsi barədə sual qoymuşdur. Apellyasiya baxışı zamanı keçirilmiş əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 4852 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyində Cavabdeh1 xx xxxxxxx 2017-ci il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcunun 33.009,70 ABŞ dolları məbləğində müəyyən olunduğu, o cümlədən xx.xx.2017-ci il tarixə əsas borc üzrə 32277.81 ABŞ dolları, faiz borcunun isə 731,89 ABŞ dolları olduğu müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya baxışı zamanı tələb edilən artırılmış faiz borcunun düzgünlüyünün yoxlanılması üçün xüsusi biliyə malik olan ekspertin köməyindən istifadə edilmişdir. Ekspert də iş materialına əlavə edilmiş iddiaçının təqdim etdiyi sübutlardan istifadə etməklə rəy vermişdir. Ekspert rəyi məhkəmədə tədqiq olunur. Məhkəmə üçün məcburi deyil və nəzərə almaya bilər. Məhkəmə ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda isə təkrar ekspertiza təyin edə bilər. Hazırki iş üzrə apellyasiya baxışı zamanı alınmış ekspert rəyinin əsaslılığı hər hansı bir şübhə doğurmur. İddiaçının nümayəndəsi apellyasiya baxışı zamanı alınmış ekspert rəyi ilə də razılaşmır və iş üzrə dördüncü dəfə təkrar məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istəyir. Əsas kimi iş üzrə birinci və üçüncü rəyləri vermiş ekspertin eyni şəxs olduğunu göstərir. Lakin qeyd olunan rəylərin eyni şəxs tərəfindən verilməsi sonuncu rəyin əsassızlığına dəlalət edə bilməz. Çünki, bunun üçün iddiaçı məhkəməyə mötəbər dəlil verməlidir. Lakin iş üzrə dördüncü dəfə məhkəmə mühasibatlıq ekspertizası keçirilməsi üçün mötəbər əsaslar iddiaçı tərəfindən təqdim olunmamışdır. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçının nümayəndəsi də ümumiyyətlə təkrar ekspertizanın keçirilməsini zəruri edən hər hansı bir mötəbər dəlili məhkəməyə təqdim etmədi. Ona görə də, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun qənaətə gələrkən əlavə məhkəməmühasibatlıq ekspertizasının 4852 nömrəli xx xxxxxx 2019-cu il tarixli rəyini hazırki iş üzrə mötəbər sübut kimi qəbul edilməməsi üçün əsas görmür. Mülki Prosessual Məcəllənin 384.0 və 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsi həmçinin hesab edir ki, apellyasiya şikayəti qismən təmin edildiyindən iş üzrə keçirilmiş ekspertiza xərci - 245 (iki yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.3, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı X6 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1987/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsi faiz borcunun məbləği hissəsində dəyişdirilsin. Faiz borcunun məbləği 731,89 (yeddi yüz otuz bir ABŞ dolları, səksən doqquz sent) ABŞ dolları, əsas, faiz və cərimə borcunun cəmi isə 33209,7 (otuz üç min iki yüz doqquz ABŞ dolları, yetmiş sent sent) ABŞ dolları(məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamə İddiaçı X6 Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci - 245 (iki yüz qırx beş) manat Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ22, AZ34CTRE******************** hesabına hesabına köçürülsün. Qətnamə, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: imza Elşən Kazımov Hakimlər: imza Tofiq Səmədov imza İkram Şirinov Düzdür: Hakim: Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar