Məhkəmə qərarları › İş №2(103)-159/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-159/2022

04.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-159/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin və debitor borcun ödənilməsi tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3400/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin və debitor borcun ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, təbii qazdan qeyriqanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun, 736, 50 manat məbləğində debitor borcun və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4694,20 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, İddiaçı Cavabdeh məxsus fərdi yaşayış evini müqavilə əsasında təbii qazla təchiz edir. Həmin evə İddiaçı İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00250 nömrəli abonent kodu verilmiş, mənzildə G-4 markalı, 1402AZ**********52 saylı qaz sayğacı quraşdırılmışdır. Lakin Cavabdeh “X3”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin istixanasında quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X3n pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 16.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 455,90 manat; 17.01,2018-ci il tarixli, ******* saylı akt əsasında 258,40 manat; 01,02.2017-ci il tarixli, ******* saylı akt əsasında 100,80 manat; 11.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 754,40 manat; 14.03.2018- ci il tarixli, ******* saylı akt əsasında 402,60 manat; 18.04.2018-ci il tarixli, 58/2745 saylı akt əsasında 256,20 manat; 29.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 182 manat; 22.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 26.07.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 28.08.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 19.09.2018-ci il tarixli, ******* saylı akt əsasında 133,20 manat; 31.10.2018- ci il tarixli, ******* saylı akt əsasında 66,60 manat; 30.11.2018-ci il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.12.2018-ci il tarixli, ******* saylı akt əsasında 142.20 manat;31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 28.02.2019cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat; 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat; 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat dəymiş ziyan hesablanmışdır. Həmçinin cavabdehin əvvəlki illərdən 736,50 manat debitor borcu olmuşdur. Beləliklə cavabdehin cəmi borcu(736,50+3927,70=4664,20) manat olmuşdur. Cavabdeh 2015-2019-cu il tarixlərdə cəmi 40 manat ödəniş həyata keçirmişdir. Bu da cavabdehin təbii qazdan qanunsuz istifadə etməsini təsdiq edir. Tərəflər arasında imzalanmış 23.05.2017-cı il tarixli, 10/11019 saylı müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bizim halda Cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011 -ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X3nın pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qavdaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X3nın pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşmahesabına ödənilir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “X3”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd olunanlara əsasən, təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun, və 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 4694,20 manat məbləğində borcun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3400/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir (sədrlik edən: Ramilə Xəzri).

4. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri:

5. İddiaçı apelyasiya şikayətini iddia tələbinin dəlillərinə uyğun əsaslandıraraq əlavə olaraq bildirir ki, İddiaçı ASC birinci instansiya məhkəməsinin aktların cavabdehin iştirakı olmadan tərtib edilməsi, borcun hansı qaydada və əsasla hesablanması kimi ziddiyyətlərin iddiaçı tərəfindən izah edilməməsi və yerli baxış zamanı qanunsuz xəttin olmaması təsdiqini tapması mövqeyi ilə razılaşmır. Cavabdehin qanunsuz xətdən istifadəsi ilə bağlı fotoşəkillər iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Cavabdehin 2015-2019-cu il tarixlərdə cəmi 40 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə edildiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Ancaq məhkəmə Birliyin iddia tələbini təmin etməmişdir. Həmçinin Birlik tərəfindən istehlakçının təbii qazdan istifadə etməsini sübut edən foto şəkillər, və aktlar məhkəməyə təqdim olunmasına baxmayaraq bunu sübut kimi qiymətləndirməmiş və cavabdehin özünü müdafiə xarakterli çıxışlarına qiymət verərək Birliyin iddiasını rədd etmişdir. İstehlakçı qazın alğısı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və belə olan halda öhdəlikləri icra etmədiyi və pozduğu üçün məsuliyyət daşımalıdır. 1-ci instansiya məhkəməsinin hakimi işə birtərəfli, qərəzli və qeyri-obyektiv baxmışdır. Birincisi, cavabdeh iş materiallarına əlavə edilmiş foto şəkillərdən də aydın şəkildə görünür ki, cavabdehin mənzilinə şlanq vasitəsi ilə qanunsuz xətt daxil olur, ikinci məhkəmə işi obyektiv araşdırsaydı, ən azından cavabdeh tərəfindən 2015-ci il tarixdən 2019-cu il tarixdən 40 manat ödəniş aparıldığını müəyyən edərdi. Cavabdehin 4 ildir 40 manat ödəniş etməklə təbii qazdan hansı formada istifadə etdiyini məhkəmə ümumiyyətlə araşdırmamışdır. Bununla yanaşı istehlakçının sayğacdan kənar istifadədən başqa sayğac üzrə faktiki istifadə edib, dəyərini ödəmədiyi borcunu da məhkəmə silmişdir. Bu kimi hallar qaz paylayıcını ziyana salmaqla yanaşı istehlakçılar arasında intizamsızlıq yaradar

6. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1177/2020 saylı, 23.01.2020-ci il tarixli qətnaməsi ilə, apelyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli 2(003)-3400/2019 nömrəli qətnaməsinin ləğv olunması, iddianın qismən təmin olunması, 736,50 manat debitor borcunun İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd olunması qət edilmişdir (sədrlik edən: Şərafət Məmmədova).

7. Ali Məhkəmənin 2(102)-4025/2020 saylı, 02.10.2020-ci il tarixli qərarı ilə, İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 yanvar 2020-ci il tarixli, 2(103)-1177/2020 saylı qətnaməsinin iddianın təmin olunmayan hissəsində ləğv edilməsi, işin həmin hissədə yeni apellyasiya baxışına qaytarılması, qətnamənin digər hissəsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır (sədrlik edən: İlqar Dəmirov). Tərəflərin izahatları:

8. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər kollegiya iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir.

10. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə yoxlanılan hissədə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Sübutların tədqiqi:

11. Belə ki, iş materiallarına əlavə edilmiş abonent saldosunun surətindən görünür ki, Cavabdeh verilən qaz xətti üzrə abonent kodu **********00250 sayla qeydiyyata alınmışdır.

12. İş materiallarında olan 16 dekabr 2016-cı il tarixli ******* saylı, 17 yanvar 2017-ci il tarixli ******* saylı, 01 fevral 2017-ci il tarixli ******* saylı, 11 yanvar 2017-ci il tarixli ******* saylı, 14 mart 2018-ci il tarixli ******* saylı, 18 aprel 2018-ci il tarixli ******* saylı, 29 may 2018-ci il tarixli ******* saylı, 22 iyun 2018-ci il tarixli ******* saylı, 26 iyul 2018-ci il tarixli ******* saylı, 28 avqust 2018-ci il tarixli ******* saylı, 19 sentyabr 2018-ci il tarixli ******* saylı, 31 oktyabr 2018-ci il tarixli ******* saylı, 30 noyabr 2018- ci il tarixli ******* saylı, 28 dekabr 2018-ci il tarixli ******* saylı, 31 yanvar 2019-cu il tarixli ******* saylı, 28 fevral 2019-cu il tarixli ******* saylı, 29 mart 2019-cu il tarixli ******* saylı, 30 aprel 2019-cu il tarixli ******* saylı, 30 may 2019-cu il tarixli ******* saylı, 28 iyun 2019-cu il tarixli ******* saylı təbii X3nın pozulması haqqında aktların surətlərindən görünür ki, istehlakçı Cavabdeh qeyri-qanuni olaraq sayğacdan kənar təbii qazdan istifadə edir. Aktların tərtibində istehlakçı Cavabdeh aktları imzalamaqdan “imtina etmişdir” qeyd olunur.

13. İş materiallarında olan itirilmiş təbii qazın dəyərinin hesablanması haqqında aktlardan görünür ki, 16 dekabr 2016-cı il tarixli ******* saylı əsas akt üzrə 4559 kub metr, 17 yanvar 2017-ci il tarixli ******* saylı əsas akt üzrə 1292 kub metr, 01 fevral 2017-ci il tarixli ******* saylı əsas akt üzrə 504 kub metr, 11 yanvar 2017-ci il tarixli ******* saylı əsas akt üzrə 3772 kub metr, 14 mart 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 2013 kub metr, 18 aprel 2018- ci il tarixli ******* saylı əsas akt üzrə 1281 kub metr, 29 may 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 910 kub metr, 22 iyun 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, 26 iyul 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, 28 avqust 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, 19 sentyabr 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, 31 oktyabr 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 666 kub metr, 30 noyabr 2018-ci il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 28 dekabr 2018- ci il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 31 yanvar 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 28 fevral 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 29 mart 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 30 aprel 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 1422 kub metr, 30 may 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr, 28 iyun 2019-cu il tarixli ******* saylı əsas akt üzrə 324 kub metr ziyan hesablanmışdır.

14. İşə daha əvvəl apellyasiya instansiyası məhkəməsində baxılan zaman məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddia tələbinə və apelyasiya şikayətinəqismən etiraz edərək, bildirmişdir ki, sayğacda göstərilən 736,5 manat məbləğində olan borcunu etiraf edir, lakin iddia ərizəsində İddiaçı tələb etdiyi digər məbləğləri inkar edir. Hüquqi dəyərləndirmə:

15. Kollegiya işin mahiyyəti ilə bağlı aşağıdakı hüquq normalarına istinad edilməsini zəruri sayır:

16. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya məlumat (hesabat) təqdim etməlidir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

17. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “X3”nın 3.1.7-ci yarımbəndinə əsasən qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır.

18. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.

19. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

20. Həmin Qaydaların 5.4-cü və 5.5-ci bəndlərinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

21. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

22. “X3”na 3 nömrəli Əlavənin 2.1.6-cı bəndinə əsasən istehlakçıya verilən qazın həcminin və dəyərinin, həmçinin istismarda olan qaz qurğularının tam və dəqiq uçotunu aparmaq paylayıcının vəzifəsidir.

23. Kassasiya instansiyası məhkəməsi öz qərarında qeyd etmişdir ki, «...apelyasiya instansiyası məhkəməsi təqdim olunmuş fotoşəkillərə əsasən qaz xəttinin üzərində qanunsuz istifadə əlamətlərinin olub-olmaması barədə ekspertiza təyin etməmiş, sübutlara düzgün hüquqi qiymət verməmişdir.»

24. İşə yenidən apellyasiya instansiyası məhkəməsində baxılan zaman Ali Məhkəmənin göstərişlərinə müvafiq araşdırma aparılmış və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1307/2021 saylı, 04.06.2021-ci il tarixli qərardadı ilə məhkəmə texniki ekspertizası təyin edilmişdir. Elspert qarşısında Cavabdeh məxsus fərdi yaşayış evinə ekspertin və tərəflərin iştirakı ilə yerində baxış keçirilməklə həmin ərazidə olan qaz xəttinin üzərində mübahisəli dövrdə qanunsuz istifadə əlamətlərinin olub-olmamasının müəyyən edilməsinə dair sual qoyulmuş və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.

25. 13.01.2022-ci il tarixində məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, R.Cəfərov küçəsində Cavabdeh məxsus ünvanda Azəriqaz İB-nə məxsus qaz xəttinə sayğacdan kənar qoşulmaqla istifadə halı, eləcə də istifadəyə xarakterik əlamətlər aşkar edilməmişdir. Eyni zamanda, həmin ünvanda əvvəlki dövrlərdə sayğacdan kənar qanunsuz qoşularaq təbii qazdan istifadə edilibedilmədiyini müəyyən etmək mümkün olmamaışdır.

26. İddiaçı həm iddia ərizəsində, həm də apelyasiya şikayətində qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etdiyini qeyd etsə də, cavabdehin qaz xəttinə qanusuz qoşulması halını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

27. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi sübutetmə yükü ilə bağlı olduğundan və cavabdehin qaz xəttinə qanunsuz qoşulma faktının olması iddiaçı tərəfindən irəli sürüldüyündən həmin halı sübutetmə yükü də iddiaçının üzərinə düşür.

28. Məhkəmə Ali Məhkəmənin göstərişlərinə əsasən ekspertiza təyin etmiş və həmin ekspert rəyinə əsasən də cavabdehin qanunsuz qoşulma halı öz təsdiqini tapmamışdır.

29. Kollegiya qeyd edir ki, ekspert rəyinin mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkar edilmədiyindən ekspert rəyinin işin halları ilə yanaşı əsas götürülməsi qanunvericiliyin tələblərinə uyğundur.

30. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

32. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

33. Belə ki, cavabdeh tərəfindən qanunsuz qoşulma halının mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməməklə yanaşı, ekspert rəyinə əsasən də öz təsdiqini tapmadığından, kollegiya iş materiallarına, apellyasiya şikayətinin dəlillərinə, Ali Məhkəmənin göstərişlərinə əsasən, qeyd edilən hüquq normalarını rəhbər tutmaqla vurğulayır ki, iddia tələbinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində rədd edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

34. Kollegiya həmçinin qeyd edilməsini zəruri hesab edir ki, Ali Məhkəmənin Qərarı ilə iddia tələbinin 736.50 manat məbləğində debitor borcun ödənilməsi ilə bağlı təmin olunmuş hissəsi dəyişdirilmədən saxlanıldığından, hazırki apellyasiya baxışında məhkəmə yalnız iddia tələbinin təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair hissəsini yoxlayır.

35. Sadalanan xüsusatlara əsasən, kollegiya qeyd edir ki, cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halının mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, eyni zamanda ekspert rəyinə əsasən öz təsdiqini tapmadığından təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3927,70 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi hissəsində iddia tələbinin rədd edilməsindən ibarət birinci instansiya məhkəməsinin mövqeyi işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

37. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə:

38. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətlərində göstərdiyi dəlillər qətnamənin yoxlanılan hissədə ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi

q ə t e t d i:

İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3400/2019 saylı, 30.10.2019-cu il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 102 (bir yüz iki) manat məbləğində pul vəsaiti İddiaçı İB-dən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************) xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar